Sübh namazının vaxtı
حَدَّثَنَا عَمْرُو بْنُ عَاصِمٍ قَالَ حَدَّثَنَا هَمَّامٌ عَنْ قَتَادَةَ عَنْ أَنَسٍ أَنَّ زَيْدَ بْنَ ثَابِتٍ حَدَّثَهُ أَنَّهُمْ تَسَحَّرُوا مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ قَامُوا إِلَى الصَّلاَةِ . قُلْتُ كَمْ بَيْنَهُمَا قَالَ قَدْرُ خَمْسِينَ أَوْ سِتِّينَ - يَعْنِى آيَةً - ح .
“Ənəs ﵁ rəvayət edir ki, Zeyd ibn Sabit ona Peyğəmbərlə ﷺ bir yerdə səhur yeməyini yediklərini, sonra da namaza durduqlarını xəbər vermişdir. Ənəs deyir: “Mən ondan soruşdum: “Səhurla namaz arasında nə qədər vaxt var idi?” O dedi: “Bu vaxt ərzində əlli və ya altmış ayə oxumaq olardı”.”
Ənəs
Səhihİstinad
Buxari, 575 (Namaz vaxtları, 55)
Səhih əl-Buxari — Namazın vaxtları kitabı