İşa namazından sonra yatmayıb söhbət etməyin məkruh olması
حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى قَالَ حَدَّثَنَا عَوْفٌ قَالَ حَدَّثَنَا أَبُو الْمِنْهَالِ قَالَ انْطَلَقْتُ مَعَ أَبِى إِلَى أَبِى بَرْزَةَ الأَسْلَمِىِّ فَقَالَ لَهُ أَبِى حَدِّثْنَا كَيْفَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الْمَكْتُوبَةَ قَالَ كَانَ يُصَلِّى الْهَجِيرَ وَهْىَ الَّتِى تَدْعُونَهَا الأُولَى حِينَ تَدْحَضُ الشَّمْسُ ، وَيُصَلِّى الْعَصْرَ ، ثُمَّ يَرْجِعُ أَحَدُنَا إِلَى أَهْلِهِ فِى أَقْصَى الْمَدِينَةِ وَالشَّمْسُ حَيَّةٌ ، وَنَسِيتُ مَا قَالَ فِى الْمَغْرِبِ . قَالَ وَكَانَ يَسْتَحِبُّ أَنْ يُؤَخِّرَ الْعِشَاءَ . قَالَ وَكَانَ يَكْرَهُ النَّوْمَ قَبْلَهَا وَالْحَدِيثَ بَعْدَهَا ، وَكَانَ يَنْفَتِلُ مِنْ صَلاَةِ الْغَدَاةِ حِينَ يَعْرِفُ أَحَدُنَا جَلِيسَهُ ، وَيَقْرَأُ مِنَ السِّتِّينَ إِلَى الْمِائَةِ .
“Rəvayət edilir ki, Əbu Minhəl ﵀ demişdir: “Mən atam ilə birlikdə Əbu Bərzə əl-Əsləminin yanına getdik. Atam ona dedi: “Bizə Allah Elçisinin ﷺ fərz namazlarını necə qılması haqda danış”. O buyurdu: “Allah Elçisi ﷺ sizin “Ulə” dediyiniz Zöhrü günəş göyün ortasından şərqə meyl etdikdə qıldırardı. Əsr namazını birimiz məsciddən Mədinənin ən uzaq yerinə gedər, ailəsinin yanına qayıdar, günəş isə hələ də adamı yandırırdı”. Ravi Əbu Minhal dedi: “Mən Əbu Bərzənin Məğrib namazı haqda dediyini unutmuşam”. Əbu Bərzə dedi: “Allah Elçisi ﷺ İşa namazını gecəyə qədər uzatmağı müstəhəb sayardı”. Həmçinin Əbu Bərzə dedi: “Allah Elçisi ﷺ İşa namazından əvvəl yatmağı, İşadan sonra danışmağı xoşlamazdı. Sübh namzından da birimiz yanında oturanı tanıyacaq qədər aydınlıq olduğu vaxt çıxardı. Bu namazda altmış ilə yüz ayəyə qədər oxuyardı”.”
İstinad
Buxari, 599 (Namaz vaxtları, 79)
Səhih əl-Buxari — Namazın vaxtları kitabı