Məğrib namazının vaxtı
حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ سَعْدٍ عَنْ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ الْحَسَنِ بْنِ عَلِىٍّ قَالَ قَدِمَ الْحَجَّاجُ فَسَأَلْنَا جَابِرَ بْنَ عَبْدِ اللَّهِ فَقَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الظُّهْرَ بِالْهَاجِرَةِ ، وَالْعَصْرَ وَالشَّمْسُ نَقِيَّةٌ ، وَالْمَغْرِبَ إِذَا وَجَبَتْ ، وَالْعِشَاءَ أَحْيَانًا وَأَحْيَانًا ، إِذَا رَآهُمُ اجْتَمَعُوا عَجَّلَ ، وَإِذَا رَآهُمْ أَبْطَوْا أَخَّرَ ، وَالصُّبْحَ كَانُوا - أَوْ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّيهَا بِغَلَسٍ .
“Rəvayət edilir ki, Həsən ibn Əli ﵀ demişdir: “Həccac Mədinəyə gəldikdə biz Cabir ibn Abdullahdan namaz vaxtı haqda soruşduq. O dedi: “Peyğəmbər ﷺ Zöhr namazını günorta vaxtı, Əsr namazını günəş hələ parlaq ikən, Məğrib namazını günəş batdıqda, İşa namazını isə hərdən ilk vaxtında, hərdən də axır vaxtında qılardı. Peyğəmbər ﷺ camaatın məscidə toplaşdığını görsəydi, namazı tez qılardı, görəndə ki onlar yubanırlar, onu gec qılardı. Sübh namazını isə onlar (və ya Peyğəmbər ﷺ) ala-qaranlıqda qılardı”.”
İstinad
Buxari, 560 (Namaz vaxtları, 40)
Səhih əl-Buxari — Namazın vaxtları kitabı