Namazın vaxtları kitabı

Gün batmamışdan əvvəl Əsr namazının bir rükətinə yetişən

حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنِى إِبْرَاهِيمُ عَنِ ابْنِ شِهَابٍ عَنْ سَالِمِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَبِيهِ أَنَّهُ أَخْبَرَهُ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِنَّمَا بَقَاؤُكُمْ فِيمَا سَلَفَ قَبْلَكُمْ مِنَ الأُمَمِ كَمَا بَيْنَ صَلاَةِ الْعَصْرِ إِلَى غُرُوبِ الشَّمْسِ ، أُوتِىَ أَهْلُ التَّوْرَاةِ التَّوْرَاةَ فَعَمِلُوا حَتَّى إِذَا انْتَصَفَ النَّهَارُ عَجَزُوا ، فَأُعْطُوا قِيرَاطًا قِيرَاطًا ، ثُمَّ أُوتِىَ أَهْلُ الإِنْجِيلِ الإِنْجِيلَ فَعَمِلُوا إِلَى صَلاَةِ الْعَصْرِ ، ثُمَّ عَجَزُوا ، فَأُعْطُوا قِيرَاطًا قِيرَاطًا ، ثُمَّ أُوتِينَا الْقُرْآنَ فَعَمِلْنَا إِلَى غُرُوبِ الشَّمْسِ ، فَأُعْطِينَا قِيرَاطَيْنِ قِيرَاطَيْنِ ، فَقَالَ أَهْلُ الْكِتَابَيْنِ أَىْ رَبَّنَا أَعْطَيْتَ هَؤُلاَءِ قِيرَاطَيْنِ قِيرَاطَيْنِ ، وَأَعْطَيْتَنَا قِيرَاطًا قِيرَاطًا ، وَنَحْنُ كُنَّا أَكْثَرَ عَمَلاً ، قَالَ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ هَلْ ظَلَمْتُكُمْ مِنْ أَجْرِكُمْ مِنْ شَىْءٍ قَالُوا لاَ ، قَالَ فَهْوَ فَضْلِى أُوتِيهِ مَنْ أَشَاءُ » .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Sizdən öncə gəlib-getmiş ümmətlərin (dünyada qaldığı müddətlə) müqayisədə sizin qaldığınız müddət Əsr namazından gün batana qədər olan vaxt kimidir. Tövrat əhlinə Tövrat verilmişdi və onlar (Allahın hökmlərinə) riayət edirdilər. Onlar günortaya çatdıqda yorulub əldən düşdülər aciz oldular və buna görə də onlara bir qirat (mükafat) verildi. İncil əhlinə də İncil verilmişdi; onlar Əsr namazının vaxtınadək (Allahın hökmlərinə) riayət etdilər və axırda yorulub əldən düşdülər aciz oldular, buna görə də onlara bir qirat (mükafat) verildi. Sonra isə bizə Quran verildi və biz gün batana qədər (Allahın hökmlərinə) riayət etdik, buna görə də bizə iki qirat (mükafat) verildi. Belə olduqda hər iki Kitab əhli deyəcək: “Ey Rəbbimiz! Sən onlara iki qirat, bizə isə bir qirat verdin, halbuki biz onlardan daha çox əməl etmişik”. Allah ﷿ buyuracaq: “Məgər Mən sizə mükafat verdikdə sizə qarşı haqsızlıq etmişəm?” Onlar: “Xeyr!”– deyə cavab verəcəklər. Onda Allah buyuracaq: “Bu Mənim lütfümdür, onu istədiyimə verirəm”.”

Səlim ibn Abdullah atasından
Səhih

İstinad

Buxari, 557 (Namaz vaxtları, 37)

Səhih əl-Buxari — Namazın vaxtları kitabı