Gün batmamışdan əvvəl Əsr namazının bir rükətinə yetişən
حَدَّثَنَا أَبُو كُرَيْبٍ قَالَ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ بُرَيْدٍ عَنْ أَبِى بُرْدَةَ عَنْ أَبِى مُوسَى عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَثَلُ الْمُسْلِمِينَ وَالْيَهُودِ وَالنَّصَارَى كَمَثَلِ رَجُلٍ اسْتَأْجَرَ قَوْمًا يَعْمَلُونَ لَهُ عَمَلاً إِلَى اللَّيْلِ ، فَعَمِلُوا إِلَى نِصْفِ النَّهَارِ ، فَقَالُوا لاَ حَاجَةَ لَنَا إِلَى أَجْرِكَ ، فَاسْتَأْجَرَ آخَرِينَ فَقَالَ أَكْمِلُوا بَقِيَّةَ يَوْمِكُمْ ، وَلَكُمُ الَّذِى شَرَطْتُ ، فَعَمِلُوا حَتَّى إِذَا كَانَ حِينَ صَلاَةِ الْعَصْرِ قَالُوا لَكَ مَا عَمِلْنَا . فَاسْتَأْجَرَ قَوْمًا فَعَمِلُوا بَقِيَّةَ يَوْمِهِمْ حَتَّى غَابَتِ الشَّمْسُ ، وَاسْتَكْمَلُوا أَجْرَ الْفَرِيقَيْنِ » .
“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Müsəlmanların, yəhudilərin və nəsranilərin misalı, müəyyən zəhmət haqqı müqabilində gecəyə qədər işlərini görəcək işçilər tutmuş bir nəfərin misalı kimidir. Onlar günortayadək işlədikdən sonra dedilər: “Sənin bizə vəd etdiyin zəhmət haqqına ehtiyacımız yoxdur.”. Adam başqa işçilər tutub onlara dedi: “Bu günün qalan hissəsini tamamlayın, onlara vəd etdiyim zəhmət haqqı sizin olsun”. Onlar işləməyə başladılar, lakin Əsr namazının vaxtınadək işlədikdən sonra dedilər: “İşlədiyimiz sənin olsun”. Sonra həmin adam günün qalan hissəsində onun üçün işləsinlər deyə başqalarını işçi tutdu. Onlar günün qalan hissəsini gün batanadək işlədilər və (özlərinin zəhmət haqqı ilə yanaşı) əvvəlki iki dəstənin zəhmət haqqını da alıb getdilər”.”
İstinad
Buxari, 558 (Namaz vaxtları, 38)
Səhih əl-Buxari — Namazın vaxtları kitabı