Namazın vaxtları kitabı

Sübh namazından sonra günəş üfüqdən yüksələnə qədər namaz qılmaq haqda

حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ قَتَادَةَ عَنْ أَبِى الْعَالِيَةِ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ شَهِدَ عِنْدِى رِجَالٌ مَرْضِيُّونَ وَأَرْضَاهُمْ عِنْدِى عُمَرُ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى عَنِ الصَّلاَةِ بَعْدَ الصُّبْحِ حَتَّى تَشْرُقَ الشَّمْسُ ، وَبَعْدَ الْعَصْرِ حَتَّى تَغْرُبَ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Dininə sadiq möminlər və mənim üçün onların ən sadiqi sayılan Ömər mənim yanımda şahidlik etdilər ki, Peyğəmbər ﷺ Sübh namazından sonra günəş (üfüqdə bir nizə hündürlüyünə) qalxana qədər və Əsr namazından sonra da günəş batanadək namazı qılmağı qadağan etmişdi”.”

İbn Abbas
Səhih

İstinad

Buxari, 581 (Namaz vaxtları, 61)

Səhih əl-Buxari — Namazın vaxtları kitabı