Namazın vaxtları kitabı

İşa namazından sonra elm və digər xeyirli işlərə görə oyaq qalıb söhbət etmək

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ حَدَّثَنِى سَالِمُ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ وَأَبُو بَكْرِ بْنُ أَبِى حَثْمَةَ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ قَالَ صَلَّى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْعِشَاءِ فِى آخِرِ حَيَاتِهِ ، فَلَمَّا سَلَّمَ قَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « أَرَأَيْتَكُمْ لَيْلَتَكُمْ هَذِهِ فَإِنَّ رَأْسَ مِائَةٍ لاَ يَبْقَى مِمَّنْ هُوَ الْيَوْمَ عَلَى ظَهْرِ الأَرْضِ أَحَدٌ » . فَوَهِلَ النَّاسُ فِى مَقَالَةِ رَسُولِ اللَّهِ - عَلَيْهِ السَّلاَمُ - إِلَى مَا يَتَحَدَّثُونَ مِنْ هَذِهِ الأَحَادِيثِ عَنْ مِائَةِ سَنَةٍ ، وَإِنَّمَا قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ يَبْقَى مِمَّنْ هُوَ الْيَوْمَ عَلَى ظَهْرِ الأَرْضِ » يُرِيدُ بِذَلِكَ أَنَّهَا تَخْرِمُ ذَلِكَ الْقَرْنَ .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ həyatının sonunda bizə İşa namazını qıldırdı. Salam verib namazı bitirdikdən sonra ayağa qalxıb buyurdu: “Bilirsinizmi bu gecə hansı gecədir? Həqiqətən, yüz ilin tamamında bu gün yer üzündə olanlardan heç bir kəs qalmayacaq”. İnsanlar Allah Elçisinin ﷺ bu yüz il kəlamı haqda şayiələrə daldılar. Halbuki Peyğəmbər ﷺ “Bu gündən etibarən yüz ilin tamamında (indi) yer üzündə olanlardan heç bir kəs qalmayacaq” deməklə, həmin gecədən etibarən yüz ilin tamamını qəsd edirdi”.”

Abdullah ibn Ömər
Səhih

İstinad

Buxari, 601 (Namaz vaxtları, 81)

Səhih əl-Buxari — Namazın vaxtları kitabı