Zöhr namazının vaxtı gün batmağa meyl etdiyi zaman başlayır
حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى أَنَسُ بْنُ مَالِكٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ حِينَ زَاغَتِ الشَّمْسُ فَصَلَّى الظُّهْرَ ، فَقَامَ عَلَى الْمِنْبَرِ ، فَذَكَرَ السَّاعَةَ ، فَذَكَرَ أَنَّ فِيهَا أُمُورًا عِظَامًا ثُمَّ قَالَ « مَنْ أَحَبَّ أَنْ يَسْأَلَ عَنْ شَىْءٍ فَلْيَسْأَلْ ، فَلاَ تَسْأَلُونِى عَنْ شَىْءٍ إِلاَّ أَخْبَرْتُكُمْ مَا دُمْتُ فِى مَقَامِى هَذَا » . فَأَكْثَرَ النَّاسُ فِى الْبُكَاءِ ، وَأَكْثَرَ أَنْ يَقُولَ « سَلُونِى » . فَقَامَ عَبْدُ اللَّهِ بْنُ حُذَافَةَ السَّهْمِىُّ فَقَالَ مَنْ أَبِى قَالَ « أَبُوكَ حُذَافَةُ » . ثُمَّ أَكْثَرَ أَنْ يَقُولَ « سَلُونِى » . فَبَرَكَ عُمَرُ عَلَى رُكْبَتَيْهِ فَقَالَ رَضِينَا بِاللَّهِ رَبًّا ، وَبِالإِسْلاَمِ دِينًا ، وَبِمُحَمَّدٍ نَبِيًّا . فَسَكَتَ ثُمَّ قَالَ « عُرِضَتْ عَلَىَّ الْجَنَّةُ وَالنَّارُ آنِفًا فِى عُرْضِ هَذَا الْحَائِطِ فَلَمْ أَرَ كَالْخَيْرِ وَالشَّرِّ » .
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə gün batmağa meyil edən vaxt Allah Elçisi ﷺ evdən çıxdı və Zöhr namazını qıldırdı. Bundan sonra o, minbərin üzərinə çıxıb Qiyamət saatını xatırlatdı və həmin gün baş verəcək dəhşətli hadisələrdən bəhs etdi. Sonra buyurdu: “Kim məndən bir şey soruşmaq istəyirsə, qoy soruşsun. Bu yerdə dayandığım müddətədək məndən nə soruşsanız, sizə xəbər verəcəyəm”. Bunu deyəndə insanların çoxu ağlamağa başladı. Peyğəmbər ﷺ isə: “Məndən soruşun!”– deyə təkrar edirdi. Bu vaxt Abdullah ibn Huzafə əs-Səhmi ayağa qalxıb dedi: “Mənim atam kimdir?” Allah Elçisi ﷺ: “Sənin atan Huzafədir”– dedi, sonra yenə: “Məndən soruşun”– deyə təkrar etdi. O bu sözləri o vaxta qədər təkrar etdi ki, axırda Ömər diz çöküb dedi: “Biz Allahın Rəbb, İslamın din və Muhəmmədin peyğəmbər olduğundan razıyıq!” Bundan sonra Allah Elçisi ﷺ bir qədər susdu, sonra isə buyurdu: “İndicə bu divarda mənə Cənnət və Cəhənnəm göstərildi. Mən belə bir xeyir və belə bir şər görməmişdim”.”
İstinad
Buxari, 540 (Namaz vaxtları, 20)
Səhih əl-Buxari — Namazın vaxtları kitabı