İnsanlar toplaşdıqda İşa namazını qılmaq və ya gecikdirmək fəsli
حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو - هُوَ ابْنُ الْحَسَنِ بْنِ عَلِىٍّ - قَالَ سَأَلْنَا جَابِرَ بْنَ عَبْدِ اللَّهِ عَنْ صَلاَةِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ كَانَ يُصَلِّى الظُّهْرَ بِالْهَاجِرَةِ ، وَالْعَصْرَ وَالشَّمْسُ حَيَّةٌ ، وَالْمَغْرِبَ إِذَا وَجَبَتْ ، وَالْعِشَاءَ إِذَا كَثُرَ النَّاسُ عَجَّلَ ، وَإِذَا قَلُّوا أَخَّرَ ، وَالصُّبْحَ بِغَلَسٍ .
“Rəvayət edilir ki, Muhəmməd ibn Amr ﵀ demişdir: “Biz Cabir ibn Abdullahdan Peyğəmbərin ﷺ namazı haqda soruşduq. O dedi: “Peyğəmbər ﷺ Zöhr namazını günortanın istisində, Əsr namazını günəş hələ diri ikən, Məğrib namazını günəş batdıqda, İşa namazını insanlar çox olduqda ilk vaxtında, insanlar az-az toplandıqda gecikdirər, Sübh namazını isə hələ qaranlıq olarkən qılardı”.”
İstinad
Buxari, 565 (Namaz vaxtları, 45)
Səhih əl-Buxari — Namazın vaxtları kitabı