İşa namazının fəziləti
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ قَالَ أَخْبَرَنَا أَبُو أُسَامَةَ عَنْ بُرَيْدٍ عَنْ أَبِى بُرْدَةَ عَنْ أَبِى مُوسَى قَالَ كُنْتُ أَنَا وَأَصْحَابِى الَّذِينَ قَدِمُوا مَعِى فِى السَّفِينَةِ نُزُولاً فِى بَقِيعِ بُطْحَانَ ، وَالنَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْمَدِينَةِ ، فَكَانَ يَتَنَاوَبُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عِنْدَ صَلاَةِ الْعِشَاءِ كُلَّ لَيْلَةٍ نَفَرٌ مِنْهُمْ ، فَوَافَقْنَا النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَا وَأَصْحَابِى وَلَهُ بَعْضُ الشُّغْلِ فِى بَعْضِ أَمْرِهِ فَأَعْتَمَ بِالصَّلاَةِ حَتَّى ابْهَارَّ اللَّيْلُ ، ثُمَّ خَرَجَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى بِهِمْ ، فَلَمَّا قَضَى صَلاَتَهُ قَالَ لِمَنْ حَضَرَهُ « عَلَى رِسْلِكُمْ ، أَبْشِرُوا إِنَّ مِنْ نِعْمَةِ اللَّهِ عَلَيْكُمْ أَنَّهُ لَيْسَ أَحَدٌ مِنَ النَّاسِ يُصَلِّى هَذِهِ السَّاعَةَ غَيْرُكُمْ » . أَوْ قَالَ « مَا صَلَّى هَذِهِ السَّاعَةَ أَحَدٌ غَيْرُكُمْ » . لاَ يَدْرِى أَىَّ الْكَلِمَتَيْنِ قَالَ . قَالَ أَبُو مُوسَى فَرَجَعْنَا فَفَرِحْنَا بِمَا سَمِعْنَا مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .
“Rəvayət edilir ki, Əbu Musa ﵀ demişdir: “Mən və mənimlə birlikdə Yəməndən gəmidə gəlmiş yoldaşlarım bir müddət Buthan vadisində qaldıq. O vaxt Peyğəmbər ﷺ Mədinədə idi. Bizdən bəzilərimiz hər gecə İşa namazı vaxtı növbə ilə Peyğəmbərin ﷺ yanına gedərdi. Bir gecə mən yoldaşlarımla Peyğəmbərin ﷺ yanına gəldikdə o özünə aid bir işlə məşğul idi. Buna görə də namazı gecə yarısınadək gecikdirdi. Sonra evindən çıxıb namaz qıldırdı və namazını bitirdikdən sonra orada olanlara dedi: “Tələsməyin! Sevinin! Həqiqətən, sizdən başqa yer üzündə yaşayanlardan heç kəsin (bu vaxt) İşa namazını qılmaması (və ya sizdən başqa heç kəsin bu vaxt namaz qılmaması) Allahın sizə olan lütfündəndir”. Ravi onun bu sözlərdən hansı birini söylədiyini bilmirdi. Əbu Musa dedi: “Biz Allah Elçisindən ﷺ eşitdiyimizə sevindik və yerimizə qayıtdıq”.”
İstinad
Buxari, 567 (Namaz vaxtları, 47)
Səhih əl-Buxari — Namazın vaxtları kitabı