Azan kitabı

Hansı halda xəstə olan adam camaat namazında iştirak edə bilər

حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصِ بْنِ غِيَاثٍ قَالَ حَدَّثَنِى أَبِى قَالَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ إِبْرَاهِيمَ قَالَ الأَسْوَدُ قَالَ كُنَّا عِنْدَ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا فَذَكَرْنَا الْمُوَاظَبَةَ عَلَى الصَّلاَةِ وَالتَّعْظِيمَ لَهَا ، قَالَتْ لَمَّا مَرِضَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَضَهُ الَّذِى مَاتَ فِيهِ ، فَحَضَرَتِ الصَّلاَةُ فَأُذِّنَ ، فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ » . فَقِيلَ لَهُ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ ، إِذَا قَامَ فِى مَقَامِكَ لَمْ يَسْتَطِعْ أَنْ يُصَلِّىَ بِالنَّاسِ ، وَأَعَادَ فَأَعَادُوا لَهُ ، فَأَعَادَ الثَّالِثَةَ فَقَالَ « إِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ ، مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ » . فَخَرَجَ أَبُو بَكْرٍ فَصَلَّى ، فَوَجَدَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ نَفْسِهِ خِفَّةً ، فَخَرَجَ يُهَادَى بَيْنَ رَجُلَيْنِ كَأَنِّى أَنْظُرُ رِجْلَيْهِ تَخُطَّانِ مِنَ الْوَجَعِ ، فَأَرَادَ أَبُو بَكْرٍ أَنْ يَتَأَخَّرَ ، فَأَوْمَأَ إِلَيْهِ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ مَكَانَكَ ، ثُمَّ أُتِىَ بِهِ حَتَّى جَلَسَ إِلَى جَنْبِهِ . قِيلَ لِلأَعْمَشِ وَكَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى وَأَبُو بَكْرٍ يُصَلِّى بِصَلاَتِهِ ، وَالنَّاسُ يُصَلُّونَ بِصَلاَةِ أَبِى بَكْرٍ فَقَالَ بِرَأْسِهِ نَعَمْ . رَوَاهُ أَبُو دَاوُدَ عَنْ شُعْبَةَ عَنِ الأَعْمَشِ بَعْضَهُ . وَزَادَ أَبُو مُعَاوِيَةَ جَلَسَ عَنْ يَسَارِ أَبِى بَكْرٍ فَكَانَ أَبُو بَكْرٍ يُصَلِّى قَائِمًا .

“Rəvayət edilir ki, əl-Əsvəd ﵀ demişdir: “Biz Aişənin ﵂ yanında namazı qorumaq və namazın əzəməti haqda söhbət edirdik. Bu vaxt Aişə demişdir: “Allah Elçisi ﷺ vəfatı ilə nəticələnən xəstəliyə tutulduğu zaman namaz vaxtı girdikdən və azan verildikdən sonra buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Ona dedilər: “Əbu Bəkr ürəyiyumşaq adamdır, əgər sənin yerinə imamlıq etsə, camaata namaz qıldıra bilməyəcək”. Peyğəmbər ﷺ sözünü təkrar etdi, yanındakılar da ona eyni cavabı verdilər, üçüncü dəfə o buyurdu: “Siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Beləlilkə, Əbu Bəkr məscidə gedib camaata namaz qıldırmağa başladı. Bu arada Peyğəmbərin ﷺ halı yaxşılaşdı və iki nəfər onun (sağından və solundan) qoluna girib onu məscidə apardı. Mən onun xəstəliyi üzündən ayaqlarını yerlə sürüdüyünü, sanki, indi də görürəm. Əbu Bəkr onun gəldiyini hiss etdikdə geriyə çəkilmək istədi, lakin Peyğəmbər ﷺ əli ilə ona işarə etdi ki: “Yerində qal!” Sonra onu imamın durduğu yerə apardılar və o, Əbu Bəkrin yanında yerə oturdu. Peyğəmbər ﷺ namaz qılmağa başladı, Əbu Bəkr namazına davam etdi və camaat da Əbu Bəkrə tabe olaraq namaz qıldı”. Digər rəvayətdə ravi Əbu Müaviyə demişdir: “Peyğəmbər ﷺ Əbu Bəkrin sol tərəfində yerə oturdu, Əbu Bəkr isə ayaq üstə namaz qıldı”.”

əl-Əsvəd
Səhih

İstinad

Buxari, 664 (Azan, 62)

Səhih əl-Buxari — Azan kitabı