Səhih əl-BuxariAzan kitabı

Kitab 10

Azan kitabı

كِتَابُ الآذَانِ

275

hədis

Fəsil 1

Azan verilməsinin başlanması

باب بَدْءُ الأَذَانِ

وَقَوْلُهُ عَزَّ وَجَلَّ { وَإِذَا نَادَيْتُمْ إِلَى الصَّلاَةِ اتَّخَذُوهَا هُزُوًا وَلَعِبًا ذَلِكَ بِأَنَّهُمْ قَوْمٌ لاَ يَعْقِلُونَ } وَقَوْلُهُ { إِذَا نُودِىَ لِلصَّلاَةِ مِنْ يَوْمِ الْجُمُعَةِ } .

Allahın ﷿ bu kəlamı: “Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu, onların düşüncəsiz bir toplum olmalarına görədir” (əl-Maidə, 58) və bu kəlamı: “Cümə günü namaza çağırıldığı zaman...” (əl-Cumuə, 9).

حَدَّثَنَا عِمْرَانُ بْنُ مَيْسَرَةَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ حَدَّثَنَا خَالِدٌ الْحَذَّاءُ عَنْ أَبِى قِلاَبَةَ عَنْ أَنَسٍ قَالَ ذَكَرُوا النَّارَ وَالنَّاقُوسَ ، فَذَكَرُوا الْيَهُودَ وَالنَّصَارَى ، فَأُمِرَ بِلاَلٌ أَنْ يَشْفَعَ الأَذَانَ وَأَنْ يُوتِرَ الإِقَامَةَ .

“Rəvayət olunur ki, Ənəs ﵁ demişdir: “Səhabələr od qalamağı və zəng çalmağı dedilər, yəhudiləri və nəsraniləri xatırlatdılar. Sonra Bilala azanın sözlərini cüt sayda, iqaməni isə tək sayda oxumaq əmr edildi”.”

Ənəs
SəhihBuxari, 603 (Azan, 1)

حَدَّثَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ قَالَ أَخْبَرَنِى نَافِعٌ أَنَّ ابْنَ عُمَرَ كَانَ يَقُولُ كَانَ الْمُسْلِمُونَ حِينَ قَدِمُوا الْمَدِينَةَ يَجْتَمِعُونَ فَيَتَحَيَّنُونَ الصَّلاَةَ ، لَيْسَ يُنَادَى لَهَا ، فَتَكَلَّمُوا يَوْمًا فِى ذَلِكَ ، فَقَالَ بَعْضُهُمْ اتَّخِذُوا نَاقُوسًا مِثْلَ نَاقُوسِ النَّصَارَى . وَقَالَ بَعْضُهُمْ بَلْ بُوقًا مِثْلَ قَرْنِ الْيَهُودِ . فَقَالَ عُمَرُ أَوَلاَ تَبْعَثُونَ رَجُلاً يُنَادِى بِالصَّلاَةِ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَا بِلاَلُ قُمْ فَنَادِ بِالصَّلاَةِ » .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ deyərdi: “Müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra ilk vaxtlarda namaz vaxtını təqribi hesablayıb bir yerə toplaşardılar, çünki o vaxt heç kəs camaatı namaza çağırmırdı. Bir gün müsəlmanlar bu haqda söhbət açdılar və onlardan bəzisi: “Xristianlar kimi zəng çalın”, bəzisi də: “Yox, yəhudilər kimi buynuzabənzər bir alətdən istifadə edin”– dedi. Ömər isə: “Bəlkə camaatı namaza çağırması üçün bir adam təyin edəsiniz?” dedi. Allah Elçisi ﷺ buyurdu: “Ey Bilal, qalx, (camaatı) namaza çağır!””

İbn Ömər
SəhihBuxari, 604 (Azan, 2)

Fəsil 2

Azan kəlmələrinin iki dəfə təkrar edilməsi

باب الأَذَانُ مَثْنَى مَثْنَى

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ سِمَاكِ بْنِ عَطِيَّةَ عَنْ أَيُّوبَ عَنْ أَبِى قِلاَبَةَ عَنْ أَنَسٍ قَالَ أُمِرَ بِلاَلٌ أَنْ يَشْفَعَ الأَذَانَ وَأَنْ يُوتِرَ الإِقَامَةَ إِلاَّ الإِقَامَةَ .

“Rəvayət olunur ki, Ənəs ﵁ demişdir: “Bilala azanın sözlərini cüt sayda, iqaməni isə tək sayda oxumaq əmr edilmişdi”.”

Ənəs
SəhihBuxari, 605 (Azan, 3)

حَدَّثَنَا مُحَمَّدٌ قَالَ أَخْبَرَنَا عَبْدُ الْوَهَّابِ قَالَ أَخْبَرَنَا خَالِدٌ الْحَذَّاءُ عَنْ أَبِى قِلاَبَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ لَمَّا كَثُرَ النَّاسُ قَالَ - ذَكَرُوا - أَنْ يَعْلَمُوا وَقْتَ الصَّلاَةِ بِشَىْءٍ يَعْرِفُونَهُ ، فَذَكَرُوا أَنْ يُورُوا نَارًا أَوْ يَضْرِبُوا نَاقُوسًا ، فَأُمِرَ بِلاَلٌ أَنْ يَشْفَعَ الأَذَانَ وَأَنْ يُوتِرَ الإِقَامَةَ

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “İnsanların sayı çoxaldıqda namaza nə ilə çağırılacaqları haqda danışmağa başladılar. Kimisi od qalamağı, kimisi də zəng çalmağı təklif etdi. Sonra isə Bilala azanın sözlərini cüt sayda, iqaməni isə (“qad qamətis-saləh” sözləri istisna olmaqla,) tək sayda oxumaq əmr edildi”.”

Ənəs ibn Malik
SəhihBuxari, 606 (Azan, 4)

Fəsil 3

İqamənin sözləri “qad qamətis-salət” sözlərindən başqa bir dəfə deyilir

باب الإِقَامَةُ وَاحِدَةٌ ، إِلاَّ قَوْلَهُ قَدْ قَامَتِ الصَّلاَةُ

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ حَدَّثَنَا خَالِدٌ عَنْ أَبِى قِلاَبَةَ عَنْ أَنَسٍ قَالَ أُمِرَ بِلاَلٌ أَنْ يَشْفَعَ الأَذَانَ ، وَأَنْ يُوتِرَ الإِقَامَةَ . قَالَ إِسْمَاعِيلُ فَذَكَرْتُ لأَيُّوبَ فَقَالَ إِلاَّ الإِقَامَةَ .

“Rəvayət olunur ki, Ənəs ﵁ demişdir: “Bilala azanın sözlərini cüt sayda, iqaməni isə tək sayda oxumaq əmr edilmişdi”. Ravi Əyyub dedi: “Qad qamətis-saləh” sözləri istisna olmaqla”.”

Ənəs
SəhihBuxari, 607 (Azan, 5)

Fəsil 4

Azanın fəziləti

باب فَضْلِ التَّأْذِينِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا نُودِىَ لِلصَّلاَةِ أَدْبَرَ الشَّيْطَانُ وَلَهُ ضُرَاطٌ حَتَّى لاَ يَسْمَعَ التَّأْذِينَ ، فَإِذَا قَضَى النِّدَاءَ أَقْبَلَ ، حَتَّى إِذَا ثُوِّبَ بِالصَّلاَةِ أَدْبَرَ ، حَتَّى إِذَا قَضَى التَّثْوِيبَ أَقْبَلَ حَتَّى يَخْطُرَ بَيْنَ الْمَرْءِ وَنَفْسِهِ ، يَقُولُ اذْكُرْ كَذَا ، اذْكُرْ كَذَا . لِمَا لَمْ يَكُنْ يَذْكُرُ ، حَتَّى يَظَلَّ الرَّجُلُ لاَ يَدْرِى كَمْ صَلَّى » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Namaz üçün azan veriləndə şeytan bərkdən yel buraxaraq qaçır ki, bu çağırışı eşitməsin, azan bitdikdə isə geri qayıdır. İqamə veriləndə yenə dönüb qaçır, iqamə qurtardıqda isə geri qayıdır və insanla onun qəlbi arasında dayanıb ona: “Filan şeyi və filan şeyi yadına sal”– deyərək (namazı bitirənə qədər) onun yadına düşmədiyi şeyləri ona təlqin edir. Axırda o adam neçə rükət qıldığını (yadına sala) bilmir”.”

Əbu Hureyra
SəhihBuxari, 608 (Azan, 6)

Fəsil 5

Azanın uca səslə oxunması

باب رَفْعِ الصَّوْتِ بِالنِّدَاءِ

وَقَالَ عُمَرُ بْنُ عَبْدِ الْعَزِيزِ أَذِّنْ أَذَانًا سَمْحًا وَإِلاَّ فَاعْتَزِلْنَا .

Ömər ibn Abdul-Əziz ﵀ demişdir: “Ya azanı möhkəm de, ya da bizdən uzaqlaş”.

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى صَعْصَعَةَ الأَنْصَارِىِّ ثُمَّ الْمَازِنِىِّ عَنْ أَبِيهِ أَنَّهُ أَخْبَرَهُ أَنَّ أَبَا سَعِيدٍ الْخُدْرِىَّ قَالَ لَهُ « إِنِّى أَرَاكَ تُحِبُّ الْغَنَمَ وَالْبَادِيَةَ ، فَإِذَا كُنْتَ فِى غَنَمِكَ أَوْ بَادِيَتِكَ فَأَذَّنْتَ بِالصَّلاَةِ فَارْفَعْ صَوْتَكَ بِالنِّدَاءِ ، فَإِنَّهُ لاَ يَسْمَعُ مَدَى صَوْتِ الْمُؤَذِّنِ جِنٌّ وَلاَ إِنْسٌ وَلاَ شَىْءٌ إِلاَّ شَهِدَ لَهُ يَوْمَ الْقِيَامَةِ » . قَالَ أَبُو سَعِيدٍ سَمِعْتُهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Görürəm ki, sən qoyunları və səhranı xoşlayırsan. Qoyunların yanında və ya səhrada olanda namaz üçün azan oxuduğun zaman səsini yüksəlt. Həqiqətən, müəzzinin səsini eşidən elə bir cin, elə bir insan və elə bir məxluq yoxdur ki, Qiyamət günü ona şahidlik etməsin”.”

Əbu Səid əl-Xudri
SəhihBuxari, 609 (Azan, 7)

Fəsil 6

Azan qan tökülməsinin qarşısını alır

باب مَا يُحْقَنُ بِالأَذَانِ مِنَ الدِّمَاءِ

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ عَنْ حُمَيْدٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا غَزَا بِنَا قَوْمًا لَمْ يَكُنْ يَغْزُو بِنَا حَتَّى يُصْبِحَ وَيَنْظُرَ ، فَإِنْ سَمِعَ أَذَانًا كَفَّ عَنْهُمْ ، وَإِنْ لَمْ يَسْمَعْ أَذَانًا أَغَارَ عَلَيْهِمْ ، قَالَ فَخَرَجْنَا إِلَى خَيْبَرَ فَانْتَهَيْنَا إِلَيْهِمْ لَيْلاً ، فَلَمَّا أَصْبَحَ وَلَمْ يَسْمَعْ أَذَانًا رَكِبَ وَرَكِبْتُ خَلْفَ أَبِى طَلْحَةَ ، وَإِنَّ قَدَمِى لَتَمَسُّ قَدَمَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . قَالَ فَخَرَجُوا إِلَيْنَا بِمَكَاتِلِهِمْ وَمَسَاحِيهِمْ فَلَمَّا رَأَوُا النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالُوا مُحَمَّدٌ وَاللَّهِ ، مُحَمَّدٌ وَالْخَمِيسُ . قَالَ فَلَمَّا رَآهُمْ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، خَرِبَتْ خَيْبَرُ ، إِنَّا إِذَا نَزَلْنَا بِسَاحَةِ قَوْمٍ فَسَاءَ صَبَاحُ الْمُنْذَرِينَ » .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ hər hansı bir toplumun üstünə getdikdə səhər açılanadək onlara hücum etməyib gözləyərdi – əgər oradan azan səsi eşitsəydi, onlarla vuruşmaq fikrindən daşınar, azan səsini eşitməsəydi, onlara hücum edərdi”. Ənəs deyir: “Biz Xeybərə doğru yola çıxdıq və onların yurduna gecə vaxtı çatdıq. Səhər olduqda Allah Elçisi ﷺ azan eşitmədikdə heyvanının tərkinə mindi. Mən Əbu Təlhənin heyvanının arxasına mindim. Mənim ayağım Allah Elçisinin ﷺ ayağına toxunurdu. Oranın camaatı zəmbil və təpkəcləri ilə bizə tərəf çıxdılar, Peyğəmbəri ﷺ gördükdə dedilər: “Muhəmməd, Vallah! Muhəmməd öz qoşunuyla gəldi!” Ənəs deyir: “Allah Elçisi ﷺ onları gördükdə dedi: “Allahu Əkbər, Allahu Əkbər! Xeybər dağıldı. Həqiqətən, biz (fasiq) qövmün yurduna daxil olduqda, qorxudulanların sabahı necə də pis olar!””

Ənəs ibn Malik
SəhihBuxari, 610 (Azan, 8)

Fəsil 7

Müəzzinin səsini eşidən nə deməlidir?

باب مَا يَقُولُ إِذَا سَمِعَ الْمُنَادِى

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ عَطَاءِ بْنِ يَزِيدَ اللَّيْثِىِّ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا سَمِعْتُمُ النِّدَاءَ فَقُولُوا مِثْلَ ما يَقُولُ الْمُؤَذِّنُ » .

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Azanı eşidəndə müəzzinin dediklərini təkrar edin”.”

Əbu Səid əl-Xudri
SəhihBuxari, 611 (Azan, 9)

حَدَّثَنَا مُعَاذُ بْنُ فَضَالَةَ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ يَحْيَى عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ بْنِ الْحَارِثِ قَالَ حَدَّثَنِى عِيسَى بْنُ طَلْحَةَ أَنَّهُ سَمِعَ مُعَاوِيَةَ يَوْمًا فَقَالَ مِثْلَهُ إِلَى قَوْلِهِ « وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ » .

“Rəvayət edilir ki, İsa ibn Təlhə ﵀ Müaviyənin ﵁ (müəzzinin dediklərini): “Mən şahidlik edirəm ki, Muhəmməd Allahın elçisidir” sözlərinə qədər təkrar etdiyini eşitmişdir...”

İsa ibn Təlhə
SəhihBuxari, 612 (Azan, 10)

قَالَ يَحْيَى وَحَدَّثَنِى بَعْضُ إِخْوَانِنَا أَنَّهُ قَالَ لَمَّا قَالَ حَىَّ عَلَى الصَّلاَةِ . قَالَ لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ . وَقَالَ هَكَذَا سَمِعْنَا نَبِيَّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ .

“Müəzzin: “Namaza tələsin!” deyəndə Müaviyə: “Qüdrət və güc yalnız Allahdadır!” dedi, axırda isə buyurdu: “Biz Peyğəmbərimizin ﷺ belə dediyini eşitmişik”.”

Müaviyə
SəhihBuxari, 613 (Azan, 11)

Fəsil 8

Azan bitdikdən sonra oxunan dua

باب الدُّعَاءِ عِنْدَ النِّدَاءِ

حَدَّثَنَا عَلِىُّ بْنُ عَيَّاشٍ قَالَ حَدَّثَنَا شُعَيْبُ بْنُ أَبِى حَمْزَةَ عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ قَالَ حِينَ يَسْمَعُ النِّدَاءَ اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ وَالصَّلاَةِ الْقَائِمَةِ آتِ مُحَمَّدًا الْوَسِيلَةَ وَالْفَضِيلَةَ وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِى وَعَدْتَهُ ، حَلَّتْ لَهُ شَفَاعَتِى يَوْمَ الْقِيَامَةِ » .

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim azanı eşitdikdə: “Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən məqama çatdır!” – deyərsə, Qiyamət günü mənim şəfaətimə qovuşar”.”

Cabir ibn Abdullah
SəhihBuxari, 614 (Azan, 12)

Fəsil 9

Azan vermək üçün püşk atmaq

باب الاِسْتِهَامِ فِى الأَذَانِ

وَيُذْكَرُ أَنَّ أَقْوَامًا اخْتَلَفُوا فِى الأَذَانِ فَأَقْرَعَ بَيْنَهُمْ سَعْدٌ

Qeyd olunur ki, bəzi toplumlar azanı kimin verməsi haqda ixtilafa düşmüşdülər. Səd ibn Əbu Vəqqas ﵁ da onların arasında püşk atmışdır.

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ سُمَىٍّ مَوْلَى أَبِى بَكْرٍ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لَوْ يَعْلَمُ النَّاسُ مَا فِى النِّدَاءِ وَالصَّفِّ الأَوَّلِ ، ثُمَّ لَمْ يَجِدُوا إِلاَّ أَنْ يَسْتَهِمُوا عَلَيْهِ لاَسْتَهَمُوا ، وَلَوْ يَعْلَمُونَ مَا فِى التَّهْجِيرِ لاَسْتَبَقُوا إِلَيْهِ ، وَلَوْ يَعْلَمُونَ مَا فِى الْعَتَمَةِ وَالصُّبْحِ لأَتَوْهُمَا وَلَوْ حَبْوًا » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əgər insanlar azanın və namazda birinci cərgədə (durmağın nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər və (buna əldə etmək üçün) püşk atmaqdan başqa bir çarə tapmasaydılar, hökmən püşk atardılar; əgər onlar namazın vaxtı yetişən kimi onu qılmağın (nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər, onu yerinə yetirmək üçün bir-birini ötməyə çalışardılar; əgər onlar İşa və Sübh namazlarını (camaatla) qılmağın (nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər, bu namazları qılmaq üçün iməkləyərək də olsa (məscidə) gələrdilər”.”

Əbu Hureyra
SəhihBuxari, 615 (Azan, 13)

Fəsil 10

Azan oxunarkən söz demək

باب الْكَلاَمِ فِى الأَذَانِ

وَتَكَلَّمَ سُلَيْمَانُ بْنُ صُرَدٍ فِى أَذَانِهِ . وَقَالَ الْحَسَنُ لاَ بَأْسَ أَنْ يَضْحَكَ وَهْوَ يُؤَذِّنُ أَوْ يُقِيمُ .

Süleyman ibn Surad ﵁ azan oxuması arasında danışmışdı. Həsən əl-Bəsri ﵀ demişdir: “Müəzzinin azan oxuyarkən və ya iqamə verərkən gülməsində müşkül yoxdur”.

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا حَمَّادٌ عَنْ أَيُّوبَ وَعَبْدِ الْحَمِيدِ صَاحِبِ الزِّيَادِىِّ وَعَاصِمٍ الأَحْوَلِ عَنْ عَبْدِ اللَّهِ بْنِ الْحَارِثِ قَالَ خَطَبَنَا ابْنُ عَبَّاسٍ فِى يَوْمٍ رَدْغٍ ، فَلَمَّا بَلَغَ الْمُؤَذِّنُ حَىَّ عَلَى الصَّلاَةِ . فَأَمَرَهُ أَنْ يُنَادِىَ الصَّلاَةُ فِى الرِّحَالِ . فَنَظَرَ الْقَوْمُ بَعْضُهُمْ إِلَى بَعْضٍ فَقَالَ فَعَلَ هَذَا مَنْ هُوَ خَيْرٌ مِنْهُ وَإِنَّهَا عَزْمَةٌ .

“Rəvayət edilir ki, Abdullah ibn əl-Haris ﵀ demişdir: “İbn Abbas palçıqlı bir cümə günü bizə xütbə dedi. Müəzzin “Həyyə aləs-saləh” sözünə çatdıqda “Namaz evlərdə qılınacaq” deyə nida etməsini əmr etdi. Camaat bir-birinə baxdıqda İbn Abbas dedi: “Müəzzinə bunu əmr etməyi İbn Abbasdan daha xeyirli olan (Peyğəmbər ﷺ) etmişdir. Bu zərurətdir”.”

Abdullah ibn əl-Haris
SəhihBuxari, 616 (Azan, 14)

Fəsil 11

Namaz vaxtının girdiyini kor adama xəbər verən olarsa, onda o da azan verə bilər

باب أَذَانِ الأَعْمَى إِذَا كَانَ لَهُ مَنْ يُخْبِرُهُ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ سَالِمِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنَّ بِلاَلاً يُؤَذِّنُ بِلَيْلٍ ، فَكُلُوا وَاشْرَبُوا حَتَّى يُنَادِىَ ابْنُ أُمِّ مَكْتُومٍ » . ثُمَّ قَالَ وَكَانَ رَجُلاً أَعْمَى لاَ يُنَادِى حَتَّى يُقَالَ لَهُ أَصْبَحْتَ أَصْبَحْتَ .

“Səlim ibn Abdullah atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Bilal gecə azan verir. Siz İbn Ummu Məktum azan verənə qədər yeyin-için”. Ravi demişdir: “İbn Ummu Məktum kor idi və ona: “Səhər açılır, səhər açılır” deyilməyincə o, azan oxumazdı”.”

Səlim ibn Abdullah atasından
SəhihBuxari, 617 (Azan, 15)

Fəsil 12

Dan yeri söküldükdən sonra azan vermək

باب الأَذَانِ بَعْدَ الْفَجْرِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ نَافِعٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ قَالَ أَخْبَرَتْنِى حَفْصَةُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا اعْتَكَفَ الْمُؤَذِّنُ لِلصُّبْحِ وَبَدَا الصُّبْحُ صَلَّى رَكْعَتَيْنِ خَفِيفَتَيْنِ قَبْلَ أَنْ تُقَامَ الصَّلاَةُ .

“Həfsa ﵂ rəvayət edir ki, müəzzin Sübh namazı üçün azanı verib bitirdikdə və artıq dan yeri söküldükdə Allah Elçisi ﷺ iqamədən əvvəl iki yüngül (qısa) rükətli namaz qılardı”.”

Həfsa
SəhihBuxari, 618 (Azan, 16)

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا شَيْبَانُ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ عَنْ عَائِشَةَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى رَكْعَتَيْنِ خَفِيفَتَيْنِ بَيْنَ النِّدَاءِ وَالإِقَامَةِ مِنْ صَلاَةِ الصُّبْحِ .

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ Sübh namazının azanı və iqaməsi arasında iki rükət yüngül namaz qılardı.”

Aişə
SəhihBuxari, 619 (Azan, 17)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ أَخْبَرَنَا مَالِكٌ عَنْ عَبْدِ اللَّهِ بْنِ دِينَارٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنَّ بِلاَلاً يُنَادِى بِلَيْلٍ ، فَكُلُوا وَاشْرَبُوا حَتَّى يُنَادِىَ ابْنُ أُمِّ مَكْتُومٍ » .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bilal gecə azan verir. Siz ibn Ummu Məktum azan verənə qədər yeyin-için”.”

Abdullah ibn Ömər
SəhihBuxari, 620 (Azan, 18)

Fəsil 13

Dan yeri sökülməmişdən qabaq azan vermək

باب الأَذَانِ قَبْلَ الْفَجْرِ

حَدَّثَنَا أَحْمَدُ بْنُ يُونُسَ قَالَ حَدَّثَنَا زُهَيْرٌ قَالَ حَدَّثَنَا سُلَيْمَانُ التَّيْمِىُّ عَنْ أَبِى عُثْمَانَ النَّهْدِىِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ يَمْنَعَنَّ أَحَدَكُمْ - أَوْ أَحَدًا مِنْكُمْ - أَذَانُ بِلاَلٍ مِنْ سَحُورِهِ ، فَإِنَّهُ يُؤَذِّنُ - أَوْ يُنَادِى - بِلَيْلٍ ، لِيَرْجِعَ قَائِمَكُمْ وَلِيُنَبِّهَ نَائِمَكُمْ ، وَلَيْسَ أَنْ يَقُولَ الْفَجْرُ أَوِ الصُّبْحُ » . وَقَالَ بِأَصَابِعِهِ وَرَفَعَهَا إِلَى فَوْقُ وَطَأْطَأَ إِلَى أَسْفَلُ حَتَّى يَقُولَ هَكَذَا . وَقَالَ زُهَيْرٌ بِسَبَّابَتَيْهِ إِحْدَاهُمَا فَوْقَ الأُخْرَى ثُمَّ مَدَّهَا عَنْ يَمِينِهِ وَشِمَالِهِ .

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bilalın azan oxuması sizə səhur yeməyinizi yeməyə mane olmamalıdır. Çünki o, gecə namazını qılanlarınızı xəbərdar etmək və yatanlarınızı oyatmaq üçün gecə vaxtı azan verir. Bu isə dan yerinin sökülməsi və ya Sübh namazının vaxtının başlanması demək deyil”. Bunu deyəndən sonra o, barmaqlarını yuxarı qaldırıb aşağı endirərək işarə etdi. Ravi şəhadət barmağını orta barmağının üstünə qoyduqdan sonra onları özündən sağa və sola işarə etdi.”

Abdullah ibn Məsud
SəhihBuxari, 621 (Azan, 19)

حَدَّثَنَا إِسْحَاقُ قَالَ أَخْبَرَنَا أَبُو أُسَامَةَ قَالَ عُبَيْدُ اللَّهِ حَدَّثَنَا عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ عَنْ عَائِشَةَ . وَعَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ .

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Aişə və İbn Ömər
SəhihBuxari, 622 (Azan, 20)

وَحَدَّثَنِى يُوسُفُ بْنُ عِيسَى الْمَرْوَزِىُّ قَالَ حَدَّثَنَا الْفَضْلُ قَالَ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ عُمَرَ عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ عَنْ عَائِشَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « إِنَّ بِلاَلاً يُؤَذِّنُ بِلَيْلٍ ، فَكُلُوا وَاشْرَبُوا حَتَّى يُؤَذِّنَ ابْنُ أُمِّ مَكْتُومٍ » .

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bilal gecə azan verir. Siz ibn Ummu Məktum azan verənə qədər yeyin-için”.”

Aişə
SəhihBuxari, 623 (Azan, 21)

Fəsil 14

Azan ilə iqamə arasında nə qədər vaxt var və iqaməni gözləyən (namazı nə qədər gözləməlidir)

باب كَمْ بَيْنَ الأَذَانِ وَالإِقَامَةِ وَمَنْ يَنْتَظِرُ الإِقَامَةَ

حَدَّثَنَا إِسْحَاقُ الْوَاسِطِىُّ قَالَ حَدَّثَنَا خَالِدٌ عَنِ الْجُرَيْرِىِّ عَنِ ابْنِ بُرَيْدَةَ عَنْ عَبْدِ اللَّهِ بْنِ مُغَفَّلٍ الْمُزَنِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « بَيْنَ كُلِّ أَذَانَيْنِ صَلاَةٌ - ثَلاَثًا - لِمَنْ شَاءَ » .

“Abdullah ibn Muğaffəl əl-Muzəni ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ üç dəfə buyurdu: “Kim istəsə hər azan və iqamə arasında iki rükət namaz qıla bilər”.”

Abdullah ibn Muğaffəl əl-Muzəni
SəhihBuxari, 624 (Azan, 22)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا غُنْدَرٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ سَمِعْتُ عَمْرَو بْنَ عَامِرٍ الأَنْصَارِىَّ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ كَانَ الْمُؤَذِّنُ إِذَا أَذَّنَ قَامَ نَاسٌ مِنْ أَصْحَابِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَبْتَدِرُونَ السَّوَارِىَ حَتَّى يَخْرُجَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُمْ كَذَلِكَ يُصَلُّونَ الرَّكْعَتَيْنِ قَبْلَ الْمَغْرِبِ ، وَلَمْ يَكُنْ بَيْنَ الأَذَانِ وَالإِقَامَةِ شَىْءٌ . قَالَ عُثْمَانُ بْنُ جَبَلَةَ وَأَبُو دَاوُدَ عَنْ شُعْبَةَ لَمْ يَكُنْ بَيْنَهُمَا إِلاَّ قَلِيلٌ

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Müəzzin azan verdikdə Peyğəmbərin ﷺ böyük səhabələrini Peyğəmbər ﷺ namaza çıxana qədər dirəklərə söykənib gözləyərdilər. Onlar Məğrib namazından qabaq iki rükət namaz qılar, azan ilə iqamə arasında başqa bir şey etməzdilər”. Ravi Şubə deyir: “Azan ilə iqamə arasında az bir vaxt olardı”.”

Ənəs ibn Malik
SəhihBuxari, 625 (Azan, 23)

Fəsil 15

İqaməni gözləyən

باب مَنِ انْتَظَرَ الإِقَامَةَ

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُرْوَةُ بْنُ الزُّبَيْرِ أَنَّ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا سَكَتَ الْمُؤَذِّنُ بِالأُولَى مِنْ صَلاَةِ الْفَجْرِ قَامَ فَرَكَعَ رَكْعَتَيْنِ خَفِيفَتَيْنِ قَبْلَ صَلاَةِ الْفَجْرِ بَعْدَ أَنْ يَسْتَبِينَ الْفَجْرُ ، ثُمَّ اضْطَجَعَ عَلَى شِقِّهِ الأَيْمَنِ حَتَّى يَأْتِيَهُ الْمُؤَذِّنُ لِلإِقَامَةِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Müəzzin Sübh namazı üçün verilən birinci azanı oxuduqda Allah Elçisi ﷺ qalxıb Sübh namazından qabaq Sübhün aydınlığı bitdikdən sonra iki rükət yüngül namaz qılardı. Sonra müəzzin onun yanına iqamə vermək üçün gələnə qədər sağ çiyni üstündə uzanardı.”.”

Aişə
SəhihBuxari, 626 (Azan, 24)

Fəsil 16

Hər kim istəsə, iki azan arasında namaz qıla bilər

باب بَيْنَ كُلِّ أَذَانَيْنِ صَلاَةٌ لِمَنْ شَاءَ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يَزِيدَ قَالَ حَدَّثَنَا كَهْمَسُ بْنُ الْحَسَنِ عَنْ عَبْدِ اللَّهِ بْنِ بُرَيْدَةَ عَنْ عَبْدِ اللَّهِ بْنِ مُغَفَّلٍ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « بَيْنَ كُلِّ أَذَانَيْنِ صَلاَةٌ بَيْنَ كُلِّ أَذَانَيْنِ صَلاَةٌ - ثُمَّ قَالَ فِى الثَّالِثَةِ - لِمَنْ شَاءَ » .

“Rəvayət edilir ki, Abdullah ibn Muğaffəl ﵁ demişdir: “Hər iki azan arasında namaz var, hər iki azan arasında namaz var”– dedi və üçüncü dəfə: “Kim istəsə”- deyə əlavə etdi”.”

Abdullah ibn Muğaffəl
SəhihBuxari, 627 (Azan, 25)

Fəsil 17

“Qoy səfərdə azanı bir müəzzin versin”– deyən

باب مَنْ قَالَ لِيُؤَذِّنْ فِى السَّفَرِ مُؤَذِّنٌ وَاحِدٌ

حَدَّثَنَا مُعَلَّى بْنُ أَسَدٍ قَالَ حَدَّثَنَا وُهَيْبٌ عَنْ أَيُّوبَ عَنْ أَبِى قِلاَبَةَ عَنْ مَالِكِ بْنِ الْحُوَيْرِثِ أَتَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى نَفَرٍ مِنْ قَوْمِى فَأَقَمْنَا عِنْدَهُ عِشْرِينَ لَيْلَةً ، وَكَانَ رَحِيمًا رَفِيقًا ، فَلَمَّا رَأَى شَوْقَنَا إِلَى أَهَالِينَا قَالَ « ارْجِعُوا فَكُونُوا فِيهِمْ وَعَلِّمُوهُمْ وَصَلُّوا ، فَإِذَا حَضَرَتِ الصَّلاَةُ فَلْيُؤَذِّنْ لَكُمْ أَحَدُكُمْ وَلْيَؤُمَّكُمْ أَكْبَرُكُمْ » .

“Rəvayət edilir ki, Malik ibn əl-Huveyris ﵁ demişdir: “Mən tayfamızdan olan bir neçə adamla birlikdə Peyğəmbərin ﷺ yanına gəldim və biz iyirmi gün onun yanında qaldıq. O, bizimlə çox mehriban və mülayim rəftar edirdi. Nəhayət, bizim ailələrimiz üçün darıxdığımızı görərək buyurdu: “Qayıdın, onların yanında olun, (dini) onlara öyrədin və namaz qıldırın. Namazın vaxtı gəldikdə, biriniz azan verib sizi namaza çağırsın və ən yaşlı olanınız sizə namaz qıldırsın”.”

Malik ibn əl-Huveyris
SəhihBuxari, 628 (Azan, 26)

Fəsil 18

Müsafirlər camaat halında olduqda onların azan və iqaməni demələri, Arafa və Müzdəlifədə də belə etmələri

باب الأَذَانِ لِلْمُسَافِرِ إِذَا كَانُوا جَمَاعَةً ، وَالإِقَامَةِ ، وَكَذَلِكَ بِعَرَفَةَ وَجَمْعٍ

وَقَوْلِ الْمُؤَذِّنِ الصَّلاَةُ فِى الرِّحَالِ . فِى اللَّيْلَةِ الْبَارِدَةِ أَوِ الْمَطِيرَةِ .

Soyuq və ya yağışlı gecədə müəzzinin “Namaz evlərdə qılınacaq” deməsi

حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْمُهَاجِرِ أَبِى الْحَسَنِ عَنْ زَيْدِ بْنِ وَهْبٍ عَنْ أَبِى ذَرٍّ قَالَ كُنَّا مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى سَفَرٍ فَأَرَادَ الْمُؤَذِّنُ أَنْ يُؤَذِّنَ فَقَالَ لَهُ « أَبْرِدْ » . ثُمَّ أَرَادَ أَنْ يُؤَذِّنَ فَقَالَ لَهُ « أَبْرِدْ » . ثُمَّ أَرَادَ أَنْ يُؤَذِّنَ . فَقَالَ لَهُ « أَبْرِدْ » . حَتَّى سَاوَى الظِّلُّ التُّلُولَ فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ » .

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Bir dəfə biz Peyğəmbərlə ﷺ birlikdə səfərdə ikən müəzzin namaz üçün azan vermək istədi. Peyğəmbər ﷺ ona: “Sərin düşənədək (gözlə)”– dedi. Bir müddət sonra müəzzin yenidən azan vermək istədikdə Peyğəmbər ﷺ yenə: “Sərin düşənədək (gözlə)”– dedi. Bir müddət sonra müəzzin yenidən azan vermək istədikdə Peyğəmbər ﷺ yenə: “Sərin düşənədək (gözlə)”– dedi. Biz təpələrin kölgələri uzanana qədər gözlədik”. Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, şiddətli istinin olması Cəhənnəmin nəfəs almasına görədir”.”

Əbu Zərr
SəhihBuxari, 629 (Azan, 27)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ خَالِدٍ الْحَذَّاءِ عَنْ أَبِى قِلاَبَةَ عَنْ مَالِكِ بْنِ الْحُوَيْرِثِ قَالَ أَتَى رَجُلاَنِ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُرِيدَانِ السَّفَرَ فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا أَنْتُمَا خَرَجْتُمَا فَأَذِّنَا ثُمَّ أَقِيمَا ثُمَّ لِيَؤُمَّكُمَا أَكْبَرُكُمَا » .

“Rəvayət edilir ki, Malik ibn əl-Huveyris ﵁ demişdir: “Səfərə çıxmaq istəyən iki nəfər Peyğəmbərin ﷺ yanına gəldi və Peyğəmbər ﷺ onlara belə buyurdu: “Səfərdə olduğunuz vaxt (namazın vaxtı gəldikdə) azan oxuyun, sonra iqamə verin, sonra isə ən yaşlı olanınız sizə namaz qıldırsın”.”

Malik ibn əl-Huveyris
SəhihBuxari, 630 (Azan, 28)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ قَالَ حَدَّثَنَا أَيُّوبُ عَنْ أَبِى قِلاَبَةَ قَالَ حَدَّثَنَا مَالِكٌ أَتَيْنَا إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَنَحْنُ شَبَبَةٌ مُتَقَارِبُونَ ، فَأَقَمْنَا عِنْدَهُ عِشْرِينَ يَوْمًا وَلَيْلَةً ، وَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَحِيمًا رَفِيقًا ، فَلَمَّا ظَنَّ أَنَّا قَدِ اشْتَهَيْنَا أَهْلَنَا أَوْ قَدِ اشْتَقْنَا سَأَلَنَا عَمَّنْ تَرَكْنَا بَعْدَنَا فَأَخْبَرْنَاهُ قَالَ « ارْجِعُوا إِلَى أَهْلِيكُمْ فَأَقِيمُوا فِيهِمْ وَعَلِّمُوهُمْ وَمُرُوهُمْ - وَذَكَرَ أَشْيَاءَ أَحْفَظُهَا أَوْ لاَ أَحْفَظُهَا - وَصَلُّوا كَمَا رَأَيْتُمُونِى أُصَلِّى ، فَإِذَا حَضَرَتِ الصَّلاَةُ فَلْيُؤَذِّنْ لَكُمْ أَحَدُكُمْ وَلْيَؤُمَّكُمْ أَكْبَرُكُمْ » .

“Rəvayət edilir ki, Malik ﵁ demişdir: “Biz Peyğəmbərin ﷺ yanına gəldik və həmyaşıd gənclər idik. Biz iyirmi gün, iyirmi gecə Peyğəmbərin ﷺ yanında qaldıq. Allah Elçisi ﷺ çox mehriban və mülayim adam idi. O bizimlə çox mehriban və mülayim rəftar edirdi. Bizim ailələrimiz üçün darıxdığımızı hiss etdikdə geridə kimləri qoyub gəldiyimizi soruşdu. Biz də ona dedik. Allah Elçisi ﷺ buyurdu: “Ailələrinizin yanına qayıdın, onların yanında olun, (bu dini) onlara öyrədin, yadda saxladıqlarınızı onlara danışın. Mənim necə namaz qıldığımı görmüsünüzsə, elə namaz qılın. Namaz vaxtı yetişdiyi zaman, qoy biriniz azan verib sizi namaza çağırsın və sizin ən yaşlı olanınız sizə namaz qıldırsın”.”

Malik
SəhihBuxari, 631 (Azan, 29)

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ أَخْبَرَنَا يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عُمَرَ قَالَ حَدَّثَنِى نَافِعٌ قَالَ أَذَّنَ ابْنُ عُمَرَ فِى لَيْلَةٍ بَارِدَةٍ بِضَجْنَانَ ثُمَّ قَالَ صَلُّوا فِى رِحَالِكُمْ ، فَأَخْبَرَنَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَأْمُرُ مُؤَذِّنًا يُؤَذِّنُ ، ثُمَّ يَقُولُ عَلَى إِثْرِهِ ، أَلاَ صَلُّوا فِى الرِّحَالِ . فِى اللَّيْلَةِ الْبَارِدَةِ أَوِ الْمَطِيرَةِ فِى السَّفَرِ .

“Rəvayət edilir ki, Nafi ﵀ demişdir: “İbn Ömər Dəcnanda olarkən soyuq bir gecədə azan oxudu, sonra “Namazı olduğunuz yerdə qılın!” dedi və bizə belə buyurdu: “Soyuq və ya yağışlı gecədə, səfərdə olarkən Allah Elçisi ﷺ müəzzinə azan verməyi və sonda: “Namazınızı olduğunuz yerdə qılın” deməyi əmr edərdi”.”

Nafi
SəhihBuxari, 632 (Azan, 30)

حَدَّثَنَا إِسْحَاقُ قَالَ أَخْبَرَنَا جَعْفَرُ بْنُ عَوْنٍ قَالَ حَدَّثَنَا أَبُو الْعُمَيْسِ عَنْ عَوْنِ بْنِ أَبِى جُحَيْفَةَ عَنْ أَبِيهِ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالأَبْطَحِ فَجَاءَهُ بِلاَلٌ فَآذَنَهُ بِالصَّلاَةِ ، ثُمَّ خَرَجَ بِلاَلٌ بِالْعَنَزَةِ حَتَّى رَكَزَهَا بَيْنَ يَدَىْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالأَبْطَحِ وَأَقَامَ الصَّلاَةَ .

“Aun ibn Əbu Cuheyfə atasının ﵁ belə buyurduğunu rəvayət etmişdir: “Mən əl-Əbtahda Allah Elçisini ﷺ gördüm. Bilal onun yanına gəldi və namaz üçün azan verdi. Sonra Bilal bir nizə ilə bayıra çıxdı və onu əl-Əbtahda Allah Elçisinin ﷺ qarşısında yerə sancdı və iqamə verdi”.”

Aun ibn Əbu Cuheyfə atasından
SəhihBuxari, 633 (Azan, 31)

Fəsil 19

Müəzzin azan oxuduqda ağzını sağa və sola döndərirmi? Müəzzin azan əsnasında sağ və sola dönürmü?

باب هَلْ يَتَتَبَّعُ الْمُؤَذِّنُ فَاهُ هَا هُنَا وَهَا هُنَا ، وَهَلْ يَلْتَفِتُ فِى الأَذَانِ

وَيُذْكَرُ عَنْ بِلاَلٍ أَنَّهُ جَعَلَ إِصْبَعَيْهِ فِى أُذُنَيْهِ . وَكَانَ ابْنُ عُمَرَ لاَ يَجْعَلُ إِصْبَعَيْهِ فِى أُذُنَيْهِ . وَقَالَ إِبْرَاهِيمُ لاَ بَأْسَ أَنْ يُؤَذِّنَ عَلَى غَيْرِ وُضُوءٍ . وَقَالَ عَطَاءٌ الْوُضُوءُ حَقٌّ وَسُنَّةٌ . وَقَالَتْ عَائِشَةُ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَذْكُرُ اللَّهَ عَلَى كُلِّ أَحْيَانِهِ .

Rəvayət edilir ki, Bilal ﵁ azan oxuyarkən barmaqlarını qulaqlarına salardı. İbn Ömər ﵄ isə barmaqlarını qulağına salmazdı. İbrahim ən-Nəxai ﵀ demişdir: “Dəstəmazsız azan oxumaqda heç bir müşkül yoxdur”. Əta ﵀ demişdir: “Dəstəmaz almaq sünnə və haqdır”. Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ həyatının hər bir halında Allahı zikr edərdi”.

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَوْنِ بْنِ أَبِى جُحَيْفَةَ عَنْ أَبِيهِ أَنَّهُ رَأَى بِلاَلاً يُؤَذِّنُ فَجَعَلْتُ أَتَتَبَّعُ فَاهُ هَا هُنَا وَهَا هُنَا بِالأَذَانِ .

“Aun ibn Əbu Cuheyfə atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Mən Bilalı azan oxuyarkən gördüm və onun kimi ağzımı sağa və sola çevirməyə başladım”.”

Aun ibn Əbu Cuheyfə atasından
SəhihBuxari, 634 (Azan, 32)

Fəsil 20

Namaza tələsən adamın: “Biz namazı buraxmışıq”– deməsi

باب قَوْلِ الرَّجُلِ فَاتَتْنَا الصَّلاَةُ

وَكَرِهَ ابْنُ سِيرِينَ أَنْ يَقُولَ فَاتَتْنَا الصَّلاَةُ وَلَكِنْ لِيَقُلْ لَمْ نُدْرِكْ . وَقَوْلُ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَصَحُّ .

İbn Sirin ﵀ “Biz namazı buraxmışıq” deməyi yaxşı bir şey saymır, lakin “Biz namaza çatmadıq”- desin” deyərdi. Peyğəmbərin ﷺ sözü isə daha səhihdir.

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا شَيْبَانُ عَنْ يَحْيَى عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ عَنْ أَبِيهِ قَالَ بَيْنَمَا نَحْنُ نُصَلِّى مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ سَمِعَ جَلَبَةَ رِجَالٍ فَلَمَّا صَلَّى قَالَ « مَا شَأْنُكُمْ » . قَالُوا اسْتَعْجَلْنَا إِلَى الصَّلاَةِ . قَالَ « فَلاَ تَفْعَلُوا ، إِذَا أَتَيْتُمُ الصَّلاَةَ فَعَلَيْكُمْ بِالسَّكِينَةِ ، فَمَا أَدْرَكْتُمْ فَصَلُّوا وَمَا فَاتَكُمْ فَأَتِمُّوا » .

“Abdullah ibn Əbu Qətadə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə namaz qılarkən o, namaza gələn adamların hay-küyünü eşitdi. Namazı bitirdikdən sonra soruşdu: “Sizə nə olub?” Onlar: “Biz namaza tələsirdik”- dedilər. Peyğəmbər ﷺ buyurdu: “Belə etməyin! Namaza gələndə sakitcə gəlin. Hansı (rükətə) çatsanız, (onu imamla bir yerdə) qılın, buraxdıqlarınızı isə (tək şəkildə) tamamlayın”.”

Abdullah ibn Əbu Qətadə atasından
SəhihBuxari, 635 (Azan, 33)

Fəsil 21

Namaza tələsməyin, sakitcə və təmkinlə gəlin

باب لاَ يَسْعَى إِلَى الصَّلاَةِ ، وَلْيَأْتِ بِالسَّكِينَةِ وَالْوَقَارِ

وَقَالَ « مَا أَدْرَكْتُمْ فَصَلُّوا ، وَمَا فَاتَكُمْ فَأَتِمُّوا » . قَالَهُ أَبُو قَتَادَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

Əbu Qatədə ﵁ rəvayət etmişdir ki, Peyğəmbər ﷺ buyurmuşdur: “Hansı (rükətə) çatsanız, (onu imamla birlikdə) qılın, buraxdıqlarınızı isə (fərdi şəkildə) tamamlayın”.

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ قَالَ حَدَّثَنَا الزُّهْرِىُّ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . وَعَنِ الزُّهْرِىِّ عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا سَمِعْتُمُ الإِقَامَةَ فَامْشُوا إِلَى الصَّلاَةِ ، وَعَلَيْكُمْ بِالسَّكِينَةِ وَالْوَقَارِ وَلاَ تُسْرِعُوا ، فَمَا أَدْرَكْتُمْ فَصَلُّوا وَمَا فَاتَكُمْ فَأَتِمُّوا » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “İqaməni eşitdiyiniz zaman namaza sakitcə və təmkinlə gəlin, sürətlə gəlməyin. Hansı (rükətə) çatsanız, (onu imamla birlikdə) qılın, buraxdıqlarınızı isə (fərdi şəkildə) tamamlayın”.”

Əbu Hureyra
SəhihBuxari, 636 (Azan, 34)

Fəsil 22

Camaat iqamə verilərkən imamı gördükdə nə vaxt ayağa qalxmalıdır?

باب مَتَى يَقُومُ النَّاسُ إِذَا رَأَوُا الإِمَامَ عِنْدَ الإِقَامَةِ

حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا هِشَامٌ قَالَ كَتَبَ إِلَىَّ يَحْيَى عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ عَنْ أَبِيهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا أُقِيمَتِ الصَّلاَةُ فَلاَ تَقُومُوا حَتَّى تَرَوْنِى » .

“Abdullah ibn Əbu Qətadə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Namaza iqamə verildikdə məni (qarşınızda) görənə qədər ayağa durmayın”.”

Abdullah ibn Əbu Qətadə atasından
SəhihBuxari, 637 (Azan, 35)

Fəsil 23

Namaza tələsərək gəlməmək, sükunət və təmkinlə gəlmək

باب لاَ يَسْعَى إِلَى الصَّلاَةِ مُسْتَعْجِلاً ، وَلْيَقُمْ بِالسَّكِينَةِ وَالْوَقَارِ

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا شَيْبَانُ عَنْ يَحْيَى عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ عَنْ أَبِيهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا أُقِيمَتِ الصَّلاَةُ فَلاَ تَقُومُوا حَتَّى تَرَوْنِى وَعَلَيْكُمْ بِالسَّكِينَةِ » . تَابَعَهُ عَلِىُّ بْنُ الْمُبَارَكِ .

“Abdullah ibn Əbu Qətadə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Namaza iqamə verildikdə məni (qarşınızda) görənə qədər ayağa qalxmayın və sükunətdə olun”.”

Abdullah ibn Əbu Qətadə atasından
SəhihBuxari, 638 (Azan, 36)

Fəsil 24

Məsciddən bir şeyə görə çıxmaq olarmı?

باب هَلْ يَخْرُجُ مِنَ الْمَسْجِدِ لِعِلَّةٍ

حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ عَنْ صَالِحِ بْنِ كَيْسَانَ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ وَقَدْ أُقِيمَتِ الصَّلاَةُ وَعُدِّلَتِ الصُّفُوفُ ، حَتَّى إِذَا قَامَ فِى مُصَلاَّهُ انْتَظَرْنَا أَنْ يُكَبِّرَ انْصَرَفَ قَالَ « عَلَى مَكَانِكُمْ » . فَمَكَثْنَا عَلَى هَيْئَتِنَا حَتَّى خَرَجَ إِلَيْنَا يَنْطُفُ رَأْسُهُ مَاءً وَقَدِ اغْتَسَلَ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ gəldikdə artıq namaza başlamaq üçün iqamə verilmiş və cərgələr düzəlmişdi. Allah Elçisi ﷺ bizim yanımıza gəlib namaza durdu və biz onun təkbir etməsini gözlədikdə bizə tərəf çevrilib buyurdu: “Yerinizdən tərpənməyin!” Biz onun başından su damcılaya-damcılaya yanımıza gələnə qədər yerimizdə qaldıq. O, qüsl almışdı”.”

Əbu Hureyra
SəhihBuxari, 639 (Azan, 37)

Fəsil 25

İmam: “Yerinizdə qalın” dedikdə qayıdana qədər onu gözləmək

باب إِذَا قَالَ الإِمَامُ مَكَانَكُمْ . حَتَّى رَجَعَ انْتَظَرُوهُ

حَدَّثَنَا إِسْحَاقُ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ قَالَ حَدَّثَنَا الأَوْزَاعِىُّ عَنِ الزُّهْرِىِّ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ أُقِيمَتِ الصَّلاَةُ فَسَوَّى النَّاسُ صُفُوفَهُمْ ، فَخَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَتَقَدَّمَ وَهْوَ جُنُبٌ ثُمَّ قَالَ « عَلَى مَكَانِكُمْ » . فَرَجَعَ فَاغْتَسَلَ ثُمَّ خَرَجَ وَرَأْسُهُ يَقْطُرُ مَاءً فَصَلَّى بِهِمْ . فَمَكَثْنَا عَلَى هَيْئَتِنَا حَتَّى خَرَجَ إِلَيْنَا يَنْطُفُ رَأْسُهُ مَاءً وَقَدِ اغْتَسَلَ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Camaatın namaz qılması üçün iqamə verilmiş və cərgələr düzəlmişdi. Allah Elçisi ﷺ irəli gəldi, sonra cənabətli olduğunu xatırladı və dedi: “Yerinizdən tərpənməyin!” Sonra qayıdıb qüsl aldı və başından su damcılaya-damcılaya gələrək onlara namaz qıldırdı”.”

Əbu Hureyra
SəhihBuxari, 640 (Azan, 38)

Fəsil 26

Kişinin: “Biz namaz qılmadıq” sözü

باب قَوْلِ الرَّجُلِ مَا صَلَّيْنَا

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا شَيْبَانُ عَنْ يَحْيَى قَالَ سَمِعْتُ أَبَا سَلَمَةَ يَقُولُ أَخْبَرَنَا جَابِرُ بْنُ عَبْدِ اللَّهِ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَهُ عُمَرُ بْنُ الْخَطَّابِ يَوْمَ الْخَنْدَقِ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، وَاللَّهِ مَا كِدْتُ أَنْ أُصَلِّىَ حَتَّى كَادَتِ الشَّمْسُ تَغْرُبُ ، وَذَلِكَ بَعْدَ مَا أَفْطَرَ الصَّائِمُ . فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « وَاللَّهِ مَا صَلَّيْتُهَا » فَنَزَلَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى بُطْحَانَ وَأَنَا مَعَهُ فَتَوَضَّأَ ثُمَّ صَلَّى - يَعْنِى الْعَصْرَ - بَعْدَ مَا غَرَبَتِ الشَّمْسُ ، ثُمَّ صَلَّى بَعْدَهَا الْمَغْرِبَ .

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Xəndək döyüşü əsnasında Ömər ibn əl-Xattab gəlib dedi: “Ey Allahın Eçisi! Allaha and olsun ki, mən namazı gün batana yaxın qıldım”. Bu, oruc tutan orucunu açdıqdan sonra idi. Peyğəmbər ﷺ buyurdu: “Allaha and olsun ki, mən hələ heç qılmamışam”. Sonra Peyğəmbər ﷺ Buthana getdi, mən də onunla birlikdə idim. Orada Peyğəmbər ﷺ dəstəmaz aldı və günəş batandan sonra namazı, yəni Əsr namazını, ardı ilə də Məğrib namazını qıldırdı”.”

Cabir ibn Abdullah
SəhihBuxari, 641 (Azan, 39)

Fəsil 27

İqamə verildikdən sonra imamın zəruri bir işlə məşğul olması

باب الإِمَامِ تَعْرِضُ لَهُ الْحَاجَةُ بَعْدَ الإِقَامَةِ

حَدَّثَنَا أَبُو مَعْمَرٍ عَبْدُ اللَّهِ بْنُ عَمْرٍو قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ صُهَيْبٍ عَنْ أَنَسٍ قَالَ أُقِيمَتِ الصَّلاَةُ وَالنَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُنَاجِى رَجُلاً فِى جَانِبِ الْمَسْجِدِ ، فَمَا قَامَ إِلَى الصَّلاَةِ حَتَّى نَامَ الْقَوْمُ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir dəfə namaza iqamə verildi, Peyğəmbər ﷺ isə hələ də məscidin bir tərəfində kiminləsə gizli söhbət edirdi. O, namaz qılmaq üçün ayağa qalxanda səhabələrdən bəziləri artıq yuxuya getmişdi”.”

Ənəs
SəhihBuxari, 642 (Azan, 40)

Fəsil 28

Namaza iqamə verildiyi zaman danışmaq

باب الْكَلاَمِ إِذَا أُقِيمَتِ الصَّلاَةُ

حَدَّثَنَا عَيَّاشُ بْنُ الْوَلِيدِ قَالَ حَدَّثَنَا عَبْدُ الأَعْلَى قَالَ حَدَّثَنَا حُمَيْدٌ قَالَ سَأَلْتُ ثَابِتًا الْبُنَانِىَّ عَنِ الرَّجُلِ يَتَكَلَّمُ بَعْدَ مَا تُقَامُ الصَّلاَةُ فَحَدَّثَنِى عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ أُقِيمَتِ الصَّلاَةُ فَعَرَضَ لِلنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ فَحَبَسَهُ بَعْدَ مَا أُقِيمَتِ الصَّلاَةُ .

“Rəvayət edilir ki, Humeyd ﵀ demişdir: “Mən Sabit əl-Bünaniyə namaza iqamə verildikdən sonra bir kişinin danışması haqda sual verdim. O mənə dedi ki, Ənəs ibn Malik belə demişdir: “Bir dəfə namaz üçün iqamə verildi. Peyğəmbərin ﷺ qarşısına bir nəfər keçdi və namaza iqamə verildikdən sonra onu məşğul etdi”.”

Humeyd
SəhihBuxari, 643 (Azan, 41)

Fəsil 29

Camaatla namaz qılmağın vacib olması

باب وُجُوبِ صَلاَةِ الْجَمَاعَةِ

وَقَالَ الْحَسَنُ إِنْ مَنَعَتْهُ أُمُّهُ عَنِ الْعِشَاءِ فِى الْجَمَاعَةِ شَفَقَةً لَمْ يُطِعْهَا

Həsən əl-Bəsri ﵀ demişdir: “Kiminsə anası ona şəfqətindən dolayı İşa namazına getməyinə mane olarsa, həmin adam anasına itaət etməməlidir”.

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « وَالَّذِى نَفْسِى بِيَدِهِ لَقَدْ هَمَمْتُ أَنْ آمُرَ بِحَطَبٍ فَيُحْطَبَ ، ثُمَّ آمُرَ بِالصَّلاَةِ فَيُؤَذَّنَ لَهَا ، ثُمَّ آمُرَ رَجُلاً فَيَؤُمَّ النَّاسَ ، ثُمَّ أُخَالِفَ إِلَى رِجَالٍ فَأُحَرِّقَ عَلَيْهِمْ بُيُوتَهُمْ ، وَالَّذِى نَفْسِى بِيَدِهِ لَوْ يَعْلَمُ أَحَدُهُمْ أَنَّهُ يَجِدُ عَرْقًا سَمِينًا أَوْ مِرْمَاتَيْنِ حَسَنَتَيْنِ لَشَهِدَ الْعِشَاءَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Canım Əlində Olana and olsun ki, mən istərdim əmr edəm, odun yığsınlar, sonra əmr edəm, (camaatı) namaza çağırmaq üçün azan versinlər, sonra da bir adama camaata namaz qıldırmağı tapşıram və namaza gəlməyən kişilərin evlərinə gedib onların evlərini yandırıb kül edəm. Canım Əlində Olana and olsun ki, əgər onlardan birisi (burada) ona üstündə yağlı ət parçası olan sümük və ya bir cüt qoyun dırnağı veriləcəyini bilsəydi, mütləq İşa namazına gələrdi”.”

Əbu Hureyra
SəhihBuxari, 644 (Azan, 42)

Fəsil 30

Camaat namazının fəziləti

باب فَضْلِ صَلاَةِ الْجَمَاعَةِ

وَكَانَ الأَسْوَدُ إِذَا فَاتَتْهُ الْجَمَاعَةُ ذَهَبَ إِلَى مَسْجِدٍ آخَرَ . وَجَاءَ أَنَسٌ إِلَى مَسْجِدٍ قَدْ صُلِّىَ فِيهِ ، فَأَذَّنَ وَأَقَامَ وَصَلَّى جَمَاعَةً .

əl-Əsvəd ibn Yəzid ﵀ bir dəfə camaat namazını buraxdıqda başqa məscidə gedər və camaat namazının fəzilətini qazanmağa çalışardı. Ənəs ﵁ bir məsciddə namaz qılındıqdan sonra gəlib azan oxudu və yanındakılara camaat namazı qıldırdı.

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ نَافِعٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « صَلاَةُ الْجَمَاعَةِ تَفْضُلُ صَلاَةَ الْفَذِّ بِسَبْعٍ وَعِشْرِينَ دَرَجَةً » .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Camaat namazı tək qılınan namazdan iyirmi yeddi dərəcə üstündür”.”

Abdullah ibn Ömər
SəhihBuxari, 645 (Azan, 43)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ أَخْبَرَنَا اللَّيْثُ حَدَّثَنِى ابْنُ الْهَادِ عَنْ عَبْدِ اللَّهِ بْنِ خَبَّابٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّهُ سَمِعَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « صَلاَةُ الْجَمَاعَةِ تَفْضُلُ صَلاَةَ الْفَذِّ بِخَمْسٍ وَعِشْرِينَ دَرَجَةً »

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişdir: “Camaat namazı tək qılınan namazdan iyirmi beş dərəcə üstündür”.”

Əbu Səid əl-Xudri
SəhihBuxari, 646 (Azan, 44)

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ قَالَ حَدَّثَنَا الأَعْمَشُ قَالَ سَمِعْتُ أَبَا صَالِحٍ يَقُولُ سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « صَلاَةُ الرَّجُلِ فِى الْجَمَاعَةِ تُضَعَّفُ عَلَى صَلاَتِهِ فِى بَيْتِهِ وَفِى سُوقِهِ خَمْسًا وَعِشْرِينَ ضِعْفًا ، وَذَلِكَ أَنَّهُ إِذَا تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ ، ثُمَّ خَرَجَ إِلَى الْمَسْجِدِ لاَ يُخْرِجُهُ إِلاَّ الصَّلاَةُ ، لَمْ يَخْطُ خَطْوَةً إِلاَّ رُفِعَتْ لَهُ بِهَا دَرَجَةٌ ، وَحُطَّ عَنْهُ بِهَا خَطِيئَةٌ ، فَإِذَا صَلَّى لَمْ تَزَلِ الْمَلاَئِكَةُ تُصَلِّى عَلَيْهِ مَا دَامَ فِى مُصَلاَّهُ اللَّهُمَّ صَلِّ عَلَيْهِ ، اللَّهُمَّ ارْحَمْهُ . وَلاَ يَزَالُ أَحَدُكُمْ فِى صَلاَةٍ مَا انْتَظَرَ الصَّلاَةَ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kişinin camaatla qıldığı namazı öz evində və ya bazarda qıldığı namazdan iyirmi beş dəfə artıqdır. Çünki o gözəl şəkildə dəstəmaz alıb məscidə ancaq namaz qılmaq məqsədilə gedərsə, atdığı hər addıma görə bir dərəcə yüksələr və onun bir günahı silinər. Namazını qıldığı yerdə gözlədiyi vaxt ərzində dəstəmazı pozulanadək mələklər onun üçün: “Allahım, onu bağışla! Allahım, ona rəhm et!” - deyə dua edərlər. Sizdən biriniz namazı gözlədiyi vaxt ərzində namaz qılmış sayılır”.”

Əbu Hureyra
SəhihBuxari, 647 (Azan, 45)

Fəsil 31

Camaatla qılınan sübh namazının fəziləti

باب فَضْلِ صَلاَةِ الْفَجْرِ فِى جَمَاعَةٍ

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى سَعِيدُ بْنُ الْمُسَيَّبِ وَأَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « تَفْضُلُ صَلاَةُ الْجَمِيعِ صَلاَةَ أَحَدِكُمْ وَحْدَهُ بِخَمْسٍ وَعِشْرِينَ جُزْءًا ، وَتَجْتَمِعُ مَلاَئِكَةُ اللَّيْلِ وَمَلاَئِكَةُ النَّهَارِ فِى صَلاَةِ الْفَجْرِ » . ثُمَّ يَقُولُ أَبُو هُرَيْرَةَ فَاقْرَءُوا إِنْ شِئْتُمْ { إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا } .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Camaat namazı birinizin tək qıldığı namazdan iyirmi beş dəfə üstündür, gecə mələkləri ilə gündüz mələkləri Sübh namazında bir yerə toplaşırlar”. Sonra Əbu Hureyra dedi: “İstəyirsinizsə, bu ayəni oxuyun: “...Sübh çağı oxunan Quranın şahidləri olur” (əl-İsra, 78)”.”

Əbu Hureyra
SəhihBuxari, 648 (Azan, 46)

قَالَ شُعَيْبٌ وَحَدَّثَنِى نَافِعٌ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ قَالَ تَفْضُلُهَا بِسَبْعٍ وَعِشْرِينَ دَرَجَةً .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Ondan (tək qılınan namazdan) iyirmi yeddi dərəcə üstündür”.”

Abdullah ibn Ömər
SəhihBuxari, 649 (Azan, 47)

حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصٍ قَالَ حَدَّثَنَا أَبِى قَالَ حَدَّثَنَا الأَعْمَشُ قَالَ سَمِعْتُ سَالِمًا قَالَ سَمِعْتُ أُمَّ الدَّرْدَاءِ تَقُولُ دَخَلَ عَلَىَّ أَبُو الدَّرْدَاءِ وَهْوَ مُغْضَبٌ فَقُلْتُ مَا أَغْضَبَكَ فَقَالَ وَاللَّهِ مَا أَعْرِفُ مِنْ أُمَّةِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ شَيْئًا إِلاَّ أَنَّهُمْ يُصَلُّونَ جَمِيعًا .

“Rəvayət edilir ki, Ummu əd-Dərdə ﵂ demişdir: “Bir dəfə Əbu əd-Dərdə qəzəbli halda yanıma gəldi. Mən dedim: “Niyə qəzəblisən?” O dedi: “Allaha and olsun, mən Muhəmməd ﷺ ümmətindən onların namaz qılmalarından başqa heç nəyi tanıya bilmirəm”.”

Ummu əd-Dərdə
SəhihBuxari, 650 (Azan, 48)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ قَالَ حَدَّثَنَا أَبُو أُسَامَةَ عَنْ بُرَيْدِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَبِى بُرْدَةَ عَنْ أَبِى مُوسَى قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَعْظَمُ النَّاسِ أَجْرًا فِى الصَّلاَةِ أَبْعَدُهُمْ فَأَبْعَدُهُمْ مَمْشًى ، وَالَّذِى يَنْتَظِرُ الصَّلاَةَ حَتَّى يُصَلِّيَهَا مَعَ الإِمَامِ أَعْظَمُ أَجْرًا مِنَ الَّذِى يُصَلِّى ثُمَّ يَنَامُ » .

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “(Camaatla birlikdə) namaz qıldıqlarına görə ən böyük mükafatı ən uzaq məsafəni qət edirək gələnlər qazanırlar. İmamla birgə namaz qılmaq üçün namazı gözləyənin mükafatı isə namazı qılan kimi yatan kəsin mükafatından daha böyükdür”.”

Əbu Musa
SəhihBuxari, 651 (Azan, 49)

Fəsil 32

Zöhr namazını ilk vaxtında qılmağın fəziləti

باب فَضْلِ التَّهْجِيرِ إِلَى الظُّهْرِ

حَدَّثَنَا قُتَيْبَةُ عَنْ مَالِكٍ عَنْ سُمَىٍّ مَوْلَى أَبِى بَكْرٍ عَنْ أَبِى صَالِحٍ السَّمَّانِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « بَيْنَمَا رَجُلٌ يَمْشِى بِطَرِيقٍ وَجَدَ غُصْنَ شَوْكٍ عَلَى الطَّرِيقِ فَأَخَّرَهُ ، فَشَكَرَ اللَّهُ لَهُ ، فَغَفَرَ لَهُ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir nəfər yol ilə gedərkən yolun üstündə tikanlı bir budaq gördü və onu götürüb kənara atdı. Allah da onun (əməlini) bəyəndi və onu bağışladı”.”

Əbu Hureyra
SəhihBuxari, 652 (Azan, 50)

ثُمَّ قَالَ « الشُّهَدَاءُ خَمْسَةٌ الْمَطْعُونُ ، وَالْمَبْطُونُ ، وَالْغَرِيقُ ، وَصَاحِبُ الْهَدْمِ ، وَالشَّهِيدُ فِى سَبِيلِ اللَّهِ » . وَقَالَ « لَوْ يَعْلَمُ النَّاسُ مَا فِى النِّدَاءِ وَالصَّفِّ الأَوَّلِ ثُمَّ لَمْ يَجِدُوا إِلاَّ أَنْ يَسْتَهِمُوا لاَسْتَهَمُوا عَلَيْهِ » .

“Sonra buyurdu: “Beş nəfər şəhid sayılır: taundan ölənlər, qarın xəstəliklərindən ölənlər, suda boğulanlar, uçqun altında qalıb ölənlər və Allah yolunda şəhid olanlar”. Daha sonra o buyurdu: “Əgər insanlar azan (verməyin) və (namazda) birinci cərgədə (durmağın nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər və (buna nail olmaq üçün) püşk atmaqdan başqa bir çıxış yolu tapmasaydılar, mütləq püşk atardılar”.”

Əbu Hureyra
SəhihBuxari, 653 (Azan, 51)

« وَلَوْ يَعْلَمُونَ مَا فِى التَّهْجِيرِ لاَسْتَبَقُوا إِلَيْهِ ، وَلَوْ يَعْلَمُونَ مَا فِى الْعَتَمَةِ وَالصُّبْحِ لأَتَوْهُمَا وَلَوْ حَبْوًا » .

“”Əgər onlar namazın vaxtı girən kimi onu qılmağın (nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər, onu yerinə yetirmək üçün bir-birini ötməyə çalışardılar və əgər onlar İşa və Sübh namazlarını (camaatla) qılmağın (nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər, bu namazları qılmaq üçün iməkləyərək də olsa (məscidə) gələrdilər”.”

Əbu Hureyra
SəhihBuxari, 654 (Azan, 52)

Fəsil 33

İzləri hesablamaq

باب احْتِسَابِ الآثَارِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ حَوْشَبٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ قَالَ حَدَّثَنَا حُمَيْدٌ عَنْ أَنَسٍ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَا بَنِى سَلِمَةَ أَلاَ تَحْتَسِبُونَ آثَارَكُمْ » . وَقَالَ مُجَاهِدٌ فِى قَوْلِهِ { وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ } قَالَ خُطَاهُمْ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Ey Sələmə oğulları, məgər siz (ayaq) izlərinizi hesablamırsınız?” Mücahid Allahın bu ayəsi: “...onların bu dünyada törətdiklərini və qoyub getdiklərini yazan Bizik...” (Yasin, 12) haqda demişdir: “Onların addımları”.”

Ənəs
SəhihBuxari, 655 (Azan, 53)

وَقَالَ ابْنُ أَبِى مَرْيَمَ أَخْبَرَنَا يَحْيَى بْنُ أَيُّوبَ حَدَّثَنِى حُمَيْدٌ حَدَّثَنِى أَنَسٌ أَنَّ بَنِى سَلِمَةَ أَرَادُوا أَنْ يَتَحَوَّلُوا عَنْ مَنَازِلِهِمْ فَيَنْزِلُوا قَرِيبًا مِنَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فَكَرِهَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يُعْرُوا ) الْمَدِينَةَ ( فَقَالَ « أَلاَ تَحْتَسِبُونَ آثَارَكُمْ » . قَالَ مُجَاهِدٌ خُطَاهُمْ آثَارُهُمْ أَنْ يُمْشَى فِى الأَرْضِ بِأَرْجُلِهِمْ .

“Ənəs ﵁ rəvayət edir ki, Bəni Səlimə tayfası öz evlərindən köçüb Allah Elçisinə ﷺ yaxın bir yerdə məskunlaşmaq istəyirdilər, lakin Allah Elçisi ﷺ onların Mədinənin ətrafını boş qoymalarını istəmirdi. O buyurdu: “Məgər siz ayaq izlərinizi hesablamırsınız?” Mücahid deyir: “Onların yer üzərində ayaqları ilə addımladıqları izlərini”.”

Ənəs
SəhihBuxari, 656 (Azan, 54)

Fəsil 34

Camaatla qılınan işa namazının fəziləti

باب فَضْلِ الْعِشَاءِ فِى الْجَمَاعَةِ

حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصٍ قَالَ حَدَّثَنَا أَبِى قَالَ حَدَّثَنَا الأَعْمَشُ قَالَ حَدَّثَنِى أَبُو صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لَيْسَ صَلاَةٌ أَثْقَلَ عَلَى الْمُنَافِقِينَ مِنَ الْفَجْرِ وَالْعِشَاءِ ، وَلَوْ يَعْلَمُونَ مَا فِيهِمَا لأَتَوْهُمَا وَلَوْ حَبْوًا ، لَقَدْ هَمَمْتُ أَنْ آمُرَ الْمُؤَذِّنَ فَيُقِيمَ ، ثُمَّ آمُرَ رَجُلاً يَؤُمُّ النَّاسَ ، ثُمَّ آخُذَ شُعَلاً مِنْ نَارٍ فَأُحَرِّقَ عَلَى مَنْ لاَ يَخْرُجُ إِلَى الصَّلاَةِ بَعْدُ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Münafiqlər üçün Sübh və İşa namazlarından daha ağır namaz yoxdur. Əgər onlar bu iki namazın nə qədər (xeyirli) olduğunu bilsəydilər, bu namazları qılmaq üçün dizləri üstündə sürünə-sürünə də olsa (məscidə) gələrdilər. Allaha and olsun ki, mən istərdim ki, müəzzin iqamə versin, bir nəfərə də imam durması üçün əmr edim, o da insanlara imamlıq etsin, sonra məşəlləri götürüb namaza gəlməyənlərin evinə gedib onların evlərini yandırıb kül edəm”.”

Əbu Hureyra
SəhihBuxari, 657 (Azan, 55)

Fəsil 35

iki nəfər və ondan daha çox olanların camaat sayılması

باب اثْنَانِ فَمَا فَوْقَهُمَا جَمَاعَةٌ

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ قَالَ حَدَّثَنَا خَالِدٌ عَنْ أَبِى قِلاَبَةَ عَنْ مَالِكِ بْنِ الْحُوَيْرِثِ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا حَضَرَتِ الصَّلاَةُ فَأَذِّنَا وَأَقِيمَا ، ثُمَّ لِيَؤُمَّكُمَا أَكْبَرُكُمَا » .

“Malik ibn əl-Huveyris ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Namazın vaxtı yetişdikdə azan və iqamə verin, sonra içərinizdən ən yaşlılarınız sizə imamlıq etsin”.”

Malik ibn əl-Huveyris
SəhihBuxari, 658 (Azan, 56)

Fəsil 36

Məsciddə oturub namazı gözləyən və məscidlərin fəziləti

باب مَنْ جَلَسَ فِى الْمَسْجِدِ يَنْتَظِرُ الصَّلاَةَ ، وَفَضْلِ الْمَسَاجِدِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « الْمَلاَئِكَةُ تُصَلِّى عَلَى أَحَدِكُمْ مَا دَامَ فِى مُصَلاَّهُ مَا لَمْ يُحْدِثْ اللَّهُمَّ اغْفِرْ لَهُ ، اللَّهُمَّ ارْحَمْهُ . لاَ يَزَالُ أَحَدُكُمْ فِى صَلاَةٍ مَا دَامَتِ الصَّلاَةُ تَحْبِسُهُ ، لاَ يَمْنَعُهُ أَنْ يَنْقَلِبَ إِلَى أَهْلِهِ إِلاَّ الصَّلاَةُ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz namazını qıldığı yerdə olduğu müddət ərzində dəstəmazı pozulanadək mələklər onun üçün dua edərək belə deyirlər: “Allahım, onu bağışla! Allahım, ona rəhm et!” Sizdən biriniz namazı gözlədiyi və ailəsinin yanına qayıtmağın qarşısını yalnız namazı gözləmək alarsa, bu vaxt ərzində namaz qılmış sayılır”.”

Əbu Hureyra
SəhihBuxari, 659 (Azan, 57)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ قَالَ حَدَّثَنِى خُبَيْبُ بْنُ عَبْدِ الرَّحْمَنِ عَنْ حَفْصِ بْنِ عَاصِمٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « سَبْعَةٌ يُظِلُّهُمُ اللَّهُ فِى ظِلِّهِ يَوْمَ لاَ ظِلَّ إِلاَّ ظِلُّهُ الإِمَامُ الْعَادِلُ ، وَشَابٌّ نَشَأَ فِى عِبَادَةِ رَبِّهِ ، وَرَجُلٌ قَلْبُهُ مُعَلَّقٌ فِى الْمَسَاجِدِ ، وَرَجُلاَنِ تَحَابَّا فِى اللَّهِ اجْتَمَعَا عَلَيْهِ وَتَفَرَّقَا عَلَيْهِ ، وَرَجُلٌ طَلَبَتْهُ امْرَأَةٌ ذَاتُ مَنْصِبٍ وَجَمَالٍ فَقَالَ إِنِّى أَخَافُ اللَّهَ . وَرَجُلٌ تَصَدَّقَ أَخْفَى حَتَّى لاَ تَعْلَمَ شِمَالُهُ مَا تُنْفِقُ يَمِينُهُ ، وَرَجُلٌ ذَكَرَ اللَّهَ خَالِيًا فَفَاضَتْ عَيْنَاهُ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Yeddi qisim insan var ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə Öz kölgəsi altında kölgələndirəcək: (bunlar) ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, Onun yolunda görüşüb, Onun yolunda ayrılan iki nəfər, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: “Mən Allahdan qorxuram!”– deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən adam və xəlvətə çəkilib Allahı yad etdikdən sonra gözləri yaşla dolan kişi (və qadındır)”.”

Əbu Hureyra
SəhihBuxari, 660 (Azan, 58)

حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ جَعْفَرٍ عَنْ حُمَيْدٍ قَالَ سُئِلَ أَنَسٌ هَلِ اتَّخَذَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَاتَمًا فَقَالَ نَعَمْ ، أَخَّرَ لَيْلَةً صَلاَةَ الْعِشَاءِ إِلَى شَطْرِ اللَّيْلِ ، ثُمَّ أَقْبَلَ عَلَيْنَا بِوَجْهِهِ بَعْدَ مَا صَلَّى فَقَالَ « صَلَّى النَّاسُ وَرَقَدُوا وَلَمْ تَزَالُوا فِى صَلاَةٍ مُنْذُ انْتَظَرْتُمُوهَا » . قَالَ فَكَأَنِّى أَنْظُرُ إِلَى وَبِيصِ خَاتَمِهِ .

“Rəvayət edilir ki, Humeyd ﵀ demişdir: “Ənəsdən “Allah Elçisi ﷺ özünə möhür üzük götürmüşdümü?” deyə soruşuldu. Ənəs dedi: “Bəli. Bir dəfə Allah Elçisi ﷺ İşa namazını gecənin yarısına qədər gecikdirdi, namazı qıldırdıqdan sonra üzünü bizə çevirib buyurdu: “İnsanlar namaz qılıb yatıblar. Siz isə namazı gözlədiyiniz müddətdə namaz qılmış sayılırsınız”. Mən o gecə Peyğəmbərin ﷺ barmağındakı üzüyün parladığını, sanki indi də görürəm”.”

Humeyd
SəhihBuxari, 661 (Azan, 59)

Fəsil 37

Səhər və axşamçağı məscidə gedib gələnin fəziləti

باب فَضْلِ مَنْ غَدَا إِلَى الْمَسْجِدِ وَمَنْ رَاحَ

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ قَالَ أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مُطَرِّفٍ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ غَدَا إِلَى الْمَسْجِدِ وَرَاحَ أَعَدَّ اللَّهُ لَهُ نُزُلَهُ مِنَ الْجَنَّةِ كُلَّمَا غَدَا أَوْ رَاحَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim məscidə (namaz üçün) gedər və gələrsə, hər gedişində Allah onun üçün Cənnətdə bir yer hazırlayar”.”

Əbu Hureyra
SəhihBuxari, 662 (Azan, 60)

Fəsil 38

İqamə oxunduqdan sonra vacib namazdan başqa namaz qılmaq olmaz

باب إِذَا أُقِيمَتِ الصَّلاَةُ فَلاَ صَلاَةَ إِلاَّ الْمَكْتُوبَةَ

حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ عَنْ أَبِيهِ عَنْ حَفْصِ بْنِ عَاصِمٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ مَالِكٍ ابْنِ بُحَيْنَةَ قَالَ مَرَّ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِرَجُلٍ .

“Rəvayət edilir ki, Abdullah ibn Malik ibn Buheynə ﵁ demişdir: “Peyğəmbər ﷺ bir kişinin yanından keçirdi...”.”

Abdullah ibn Malik ibn Buheynə
SəhihBuxari, 663 (Azan, 61)

قَالَ وَحَدَّثَنِى عَبْدُ الرَّحْمَنِ قَالَ حَدَّثَنَا بَهْزُ بْنُ أَسَدٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ أَخْبَرَنِى سَعْدُ بْنُ إِبْرَاهِيمَ قَالَ سَمِعْتُ حَفْصَ بْنَ عَاصِمٍ قَالَ سَمِعْتُ رَجُلاً مِنَ الأَزْدِ يُقَالُ لَهُ مَالِكٌ ابْنُ بُحَيْنَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى رَجُلاً وَقَدْ أُقِيمَتِ الصَّلاَةُ يُصَلِّى رَكْعَتَيْنِ ، فَلَمَّا انْصَرَفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لاَثَ بِهِ النَّاسُ ، وَقَالَ لَهُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « الصُّبْحَ أَرْبَعًا ، الصُّبْحَ أَرْبَعًا » . تَابَعَهُ غُنْدَرٌ وَمُعَاذٌ عَنْ شُعْبَةَ فِى مَالِكٍ . وَقَالَ ابْنُ إِسْحَاقَ عَنْ سَعْدٍ عَنْ حَفْصٍ عَنْ عَبْدِ اللَّهِ ابْنِ بُحَيْنَةَ . وَقَالَ حَمَّادٌ أَخْبَرَنَا سَعْدٌ عَنْ حَفْصٍ عَنْ مَالِكٍ .

“Əzd tayfasından olan Malik ibn Buheynə ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ iqamə verildikdən sonra bir adamın iki rükət namaz qıldığını gördü. Peyğəmbər ﷺ namazı bitirdikdən sonra camaat onun ətrafına yığışdı və o həmin adamdan soruşdu: “Sübh namazını dörd rükətmi (qılırsan)? Sübh namazını dörd rükətmi (qılırsan)?””

Malik ibn Buheynə
SəhihBuxari, 663m (Azan, 61m)

Fəsil 39

Hansı halda xəstə olan adam camaat namazında iştirak edə bilər

باب حَدِّ الْمَرِيضِ أَنْ يَشْهَدَ الْجَمَاعَةَ

حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصِ بْنِ غِيَاثٍ قَالَ حَدَّثَنِى أَبِى قَالَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ إِبْرَاهِيمَ قَالَ الأَسْوَدُ قَالَ كُنَّا عِنْدَ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا فَذَكَرْنَا الْمُوَاظَبَةَ عَلَى الصَّلاَةِ وَالتَّعْظِيمَ لَهَا ، قَالَتْ لَمَّا مَرِضَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَضَهُ الَّذِى مَاتَ فِيهِ ، فَحَضَرَتِ الصَّلاَةُ فَأُذِّنَ ، فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ » . فَقِيلَ لَهُ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ ، إِذَا قَامَ فِى مَقَامِكَ لَمْ يَسْتَطِعْ أَنْ يُصَلِّىَ بِالنَّاسِ ، وَأَعَادَ فَأَعَادُوا لَهُ ، فَأَعَادَ الثَّالِثَةَ فَقَالَ « إِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ ، مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ » . فَخَرَجَ أَبُو بَكْرٍ فَصَلَّى ، فَوَجَدَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ نَفْسِهِ خِفَّةً ، فَخَرَجَ يُهَادَى بَيْنَ رَجُلَيْنِ كَأَنِّى أَنْظُرُ رِجْلَيْهِ تَخُطَّانِ مِنَ الْوَجَعِ ، فَأَرَادَ أَبُو بَكْرٍ أَنْ يَتَأَخَّرَ ، فَأَوْمَأَ إِلَيْهِ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ مَكَانَكَ ، ثُمَّ أُتِىَ بِهِ حَتَّى جَلَسَ إِلَى جَنْبِهِ . قِيلَ لِلأَعْمَشِ وَكَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى وَأَبُو بَكْرٍ يُصَلِّى بِصَلاَتِهِ ، وَالنَّاسُ يُصَلُّونَ بِصَلاَةِ أَبِى بَكْرٍ فَقَالَ بِرَأْسِهِ نَعَمْ . رَوَاهُ أَبُو دَاوُدَ عَنْ شُعْبَةَ عَنِ الأَعْمَشِ بَعْضَهُ . وَزَادَ أَبُو مُعَاوِيَةَ جَلَسَ عَنْ يَسَارِ أَبِى بَكْرٍ فَكَانَ أَبُو بَكْرٍ يُصَلِّى قَائِمًا .

“Rəvayət edilir ki, əl-Əsvəd ﵀ demişdir: “Biz Aişənin ﵂ yanında namazı qorumaq və namazın əzəməti haqda söhbət edirdik. Bu vaxt Aişə demişdir: “Allah Elçisi ﷺ vəfatı ilə nəticələnən xəstəliyə tutulduğu zaman namaz vaxtı girdikdən və azan verildikdən sonra buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Ona dedilər: “Əbu Bəkr ürəyiyumşaq adamdır, əgər sənin yerinə imamlıq etsə, camaata namaz qıldıra bilməyəcək”. Peyğəmbər ﷺ sözünü təkrar etdi, yanındakılar da ona eyni cavabı verdilər, üçüncü dəfə o buyurdu: “Siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Beləlilkə, Əbu Bəkr məscidə gedib camaata namaz qıldırmağa başladı. Bu arada Peyğəmbərin ﷺ halı yaxşılaşdı və iki nəfər onun (sağından və solundan) qoluna girib onu məscidə apardı. Mən onun xəstəliyi üzündən ayaqlarını yerlə sürüdüyünü, sanki, indi də görürəm. Əbu Bəkr onun gəldiyini hiss etdikdə geriyə çəkilmək istədi, lakin Peyğəmbər ﷺ əli ilə ona işarə etdi ki: “Yerində qal!” Sonra onu imamın durduğu yerə apardılar və o, Əbu Bəkrin yanında yerə oturdu. Peyğəmbər ﷺ namaz qılmağa başladı, Əbu Bəkr namazına davam etdi və camaat da Əbu Bəkrə tabe olaraq namaz qıldı”. Digər rəvayətdə ravi Əbu Müaviyə demişdir: “Peyğəmbər ﷺ Əbu Bəkrin sol tərəfində yerə oturdu, Əbu Bəkr isə ayaq üstə namaz qıldı”.”

əl-Əsvəd
SəhihBuxari, 664 (Azan, 62)

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُوسَى قَالَ أَخْبَرَنَا هِشَامُ بْنُ يُوسُفَ عَنْ مَعْمَرٍ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ قَالَ قَالَتْ عَائِشَةُ لَمَّا ثَقُلَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَاشْتَدَّ وَجَعُهُ اسْتَأْذَنَ أَزْوَاجَهُ أَنْ يُمَرَّضَ فِى بَيْتِى فَأَذِنَّ لَهُ ، فَخَرَجَ بَيْنَ رَجُلَيْنِ تَخُطُّ رِجْلاَهُ الأَرْضَ ، وَكَانَ بَيْنَ الْعَبَّاسِ وَرَجُلٍ آخَرَ . قَالَ عُبَيْدُ اللَّهِ فَذَكَرْتُ ذَلِكَ لاِبْنِ عَبَّاسٍ مَا قَالَتْ عَائِشَةُ فَقَالَ لِى وَهَلْ تَدْرِى مَنِ الرَّجُلُ الَّذِى لَمْ تُسَمِّ عَائِشَةُ قُلْتُ لاَ . قَالَ هُوَ عَلِىُّ بْنُ أَبِى طَالِبٍ .

“Ubeydullah ibn Abdullah ﵀ Aişənin ﵂ belə dediyini rəvayət etmişdir: “Peyğəmbərin ﷺ vəziyyəti ağırlaşdığı və ağrıları şiddətləndiyi zaman o, öz zövcələrindən xahiş etdi ki, ona mənim evimdə baxsınlar və onlar da buna razılıq verdilər. Bundan sonra Peyğəmbər ﷺ bir tərəfində Abbas, bir tərəfində başqa birisi olduğu halda ayaqları yerlə sürünərək çıxdı”. Ubeydullah dedi: “Aişənin dediklərini İbn Abbasa danışdım. O mənə dedi: “Aişənin adını demədiyi o kişinin kim olduğunu bilirsənmi?” Mən: “Xeyr” dedim. O dedi: “O, Əli ibn Əbu Talib idi”.”

Ubeydullah ibn Abdullah
SəhihBuxari, 665 (Azan, 63)

Fəsil 40

Yağış və digər çətinliklərdə namazı öz evində qılmağın rüxsəti

باب الرُّخْصَةِ فِى الْمَطَرِ وَالْعِلَّةِ أَنْ يُصَلِّىَ فِى رَحْلِهِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ نَافِعٍ أَنَّ ابْنَ عُمَرَ أَذَّنَ بِالصَّلاَةِ فِى لَيْلَةٍ ذَاتِ بَرْدٍ وَرِيحٍ ثُمَّ قَالَ أَلاَ صَلُّوا فِى الرِّحَالِ . ثُمَّ قَالَ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَأْمُرُ الْمُؤَذِّنَ إِذَا كَانَتْ لَيْلَةٌ ذَاتُ بَرْدٍ وَمَطَرٍ يَقُولُ أَلاَ صَلُّوا فِى الرِّحَالِ .

“Nafi ﵀ rəvayət edir ki, İbn Ömər küləkli və soyuq bir gecədə azan oxudu, sonra “Namazı olduğunuz yerdə qılın!”- dedi, sonra belə buyurdu: “Soyuq və yağışlı gecədə Allah Elçisi ﷺ müəzzinə azan verməyi və sonda: “Namazınızı olduğunuz yerdə qılın”- deməyi əmr edərdi”.”

Nafi
SəhihBuxari, 666 (Azan, 64)

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ مَحْمُودِ بْنِ الرَّبِيعِ الأَنْصَارِىِّ أَنَّ عِتْبَانَ بْنَ مَالِكٍ كَانَ يَؤُمُّ قَوْمَهُ وَهْوَ أَعْمَى ، وَأَنَّهُ قَالَ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَا رَسُولَ اللَّهِ ، إِنَّهَا تَكُونُ الظُّلْمَةُ وَالسَّيْلُ وَأَنَا رَجُلٌ ضَرِيرُ الْبَصَرِ ، فَصَلِّ يَا رَسُولَ اللَّهِ فِى بَيْتِى مَكَانًا أَتَّخِذُهُ مُصَلًّى ، فَجَاءَهُ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « أَيْنَ تُحِبُّ أَنْ أُصَلِّىَ » . فَأَشَارَ إِلَى مَكَانٍ مِنَ الْبَيْتِ ، فَصَلَّى فِيهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Muhəmməd ibn Rabi əl-Ənsari ﵁ rəvayət edir ki, gözləri kor olan İtban ibn Malik öz qövmünə imamlıq edərdi və bir dəfə Allah Elçisinə ﷺ dedi: “Ey Allahın Elçisi, qaranlıq və sel olur, mən isə gözləri kor olan bir adamam. Ey Allahın Elçisi, gəlib mənim evimin bir yerində namaz qılsaydın, mən oranı namazgah edərdim”. Allah Elçisi ﷺ gəlib buyurdu: “Hansı yerdə namaz qılmamı istəyirsən?” İtban evin bir yerini göstərdi və Allah Elçisi ﷺ orada namaz qıldı”.”

Mahmud ibn ər-Rabi əl-Ənsari
SəhihBuxari, 667 (Azan, 65)

Fəsil 41

İmam namazı ancaq xütbədə iştirak edənlərə qıldırmalıdır? Yağış yağarkən imam cümə xütbəsi deməlidirmi?

باب هَلْ يُصَلِّى الإِمَامُ بِمَنْ حَضَرَ وَهَلْ يَخْطُبُ يَوْمَ الْجُمُعَةِ فِى الْمَطَرِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ عَبْدِ الْوَهَّابِ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْحَمِيدِ صَاحِبُ الزِّيَادِىِّ قَالَ سَمِعْتُ عَبْدَ اللَّهِ بْنَ الْحَارِثِ قَالَ خَطَبَنَا ابْنُ عَبَّاسٍ فِى يَوْمٍ ذِى رَدْغٍ ، فَأَمَرَ الْمُؤَذِّنَ لَمَّا بَلَغَ حَىَّ عَلَى الصَّلاَةِ . قَالَ قُلِ الصَّلاَةُ فِى الرِّحَالِ ، فَنَظَرَ بَعْضُهُمْ إِلَى بَعْضٍ ، فَكَأَنَّهُمْ أَنْكَرُوا فَقَالَ كَأَنَّكُمْ أَنْكَرْتُمْ هَذَا إِنَّ هَذَا فَعَلَهُ مَنْ هُوَ خَيْرٌ مِنِّى - يَعْنِى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ - إِنَّهَا عَزْمَةٌ ، وَإِنِّى كَرِهْتُ أَنْ أُحْرِجَكُمْ . وَعَنْ حَمَّادٍ عَنْ عَاصِمٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ الْحَارِثِ عَنِ ابْنِ عَبَّاسٍ نَحْوَهُ ، غَيْرَ أَنَّهُ قَالَ كَرِهْتُ أَنْ أُؤَثِّمَكُمْ ، فَتَجِيئُونَ تَدُوسُونَ الطِّينَ إِلَى رُكَبِكُمْ .

“Abdullah ibn əl-Haris ﵀ rəvayət edir ki, yağışlı bir gündə, hər yan palçıq içində olarkən İbn Abbas xütbə deyirdi. Müəzzin (azan verərkən): “Həyyə aləs-saləh” sözünə çatdıqda İbn Abbas ona belə dedi: “(Camaata) bildir ki, namazı evlərində qılsınlar”. (Xütbədə iştirak edənlər bunu eşitdikdə) bir-birlərinə baxdılar, sanki bu onların xoşuna gəlmədi. Odur ki, İbn Abbas dedi: “Deyəsən, bu sizin xoşunuza gəlmədi, amma məndən də xeyirli olan birisi, yəni Peyğəmbər ﷺ belə etmişdir. Düzdür, cümə (namazında iştirak etmək) vacibdir, ancaq mən sizi əziyyətə salmaq istəmirdim”. Digər hədisdə deyilir: “Mən sizi əziyyətə salmaq istəmədim. Gəlib dizlərinizə qədər palçığa batacaqdınız”.”

Abdullah ibn əl-Haris
SəhihBuxari, 668 (Azan, 66)

حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ قَالَ سَأَلْتُ أَبَا سَعِيدٍ الْخُدْرِىَّ فَقَالَ جَاءَتْ سَحَابَةٌ فَمَطَرَتْ حَتَّى سَالَ السَّقْفُ ، وَكَانَ مِنْ جَرِيدِ النَّخْلِ ، فَأُقِيمَتِ الصَّلاَةُ ، فَرَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْجُدُ فِى الْمَاءِ وَالطِّينِ ، حَتَّى رَأَيْتُ أَثَرَ الطِّينِ فِى جَبْهَتِهِ .

“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ demişdir: “Mən Əbu Səid əl-Xudridən soruşduqda o dedi: “Birdən başımızın üstünü buludlar aldı və elə (gur) yağış yağdı ki, hətta məscidin xurma budaqlarından düzəldilmiş tavanı belə dammağa başladı. Sonra namaz üçün iqamə verildi. Mən Allah Elçisinin ﷺ su və palçıq üzərinə səcdə etdiyini, hətta alnındakı palçığın izini də gördüm”.”

Əbu Sələmə
SəhihBuxari, 669 (Azan, 67)

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا أَنَسُ بْنُ سِيرِينَ قَالَ سَمِعْتُ أَنَسًا يَقُولُ قَالَ رَجُلٌ مِنَ الأَنْصَارِ إِنِّى لاَ أَسْتَطِيعُ الصَّلاَةَ مَعَكَ . وَكَانَ رَجُلاً ضَخْمًا ، فَصَنَعَ لِلنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ طَعَامًا فَدَعَاهُ إِلَى مَنْزِلِهِ ، فَبَسَطَ لَهُ حَصِيرًا وَنَضَحَ طَرَفَ الْحَصِيرِ ، صَلَّى عَلَيْهِ رَكْعَتَيْنِ . فَقَالَ رَجُلٌ مِنْ آلِ الْجَارُودِ لأَنَسٍ أَكَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الضُّحَى قَالَ مَا رَأَيْتُهُ صَلاَّهَا إِلاَّ يَوْمَئِذٍ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Ənsardan olan kök bir kişi dedi: “Mən səninlə birlikdə (məsciddə) namaz qıla bilmirəm”. Sonra gedib Peyğəmbər ﷺ üçün yemək hazırladı, onu evinə dəvət etdi, onun üçün yerə həsir saldı, həsirin kənar hissələrinə su səpdi və Peyğəmbər ﷺ də bu həsirin üstündə iki rükət namaz qıldı”. Carud nəslindən olan bir kişi Ənəsdən soruşdu: “Peyğəmbər ﷺ (hər gün) Duha namazını qılardımı?” Ənəs dedi: “Mən onun bu gündən başqa nə vaxtsa bu namazı qıldığını görmədim”.”

Ənəs
SəhihBuxari, 670 (Azan, 68)

Fəsil 42

İqamə deyildikdən sonra süfrəyə yemək verildikdə nə edilməlidir?

باب إِذَا حَضَرَ الطَّعَامُ وَأُقِيمَتِ الصَّلاَةُ

وَكَانَ ابْنُ عُمَرَ يَبْدَأُ بِالْعَشَاءِ . وَقَالَ أَبُو الدَّرْدَاءِ مِنْ فِقْهِ الْمَرْءِ إِقْبَالُهُ عَلَى حَاجَتِهِ حَتَّى يُقْبِلَ عَلَى صَلاَتِهِ وَقَلْبُهُ فَارِغٌ .

İbn Ömər ﵄ belə halda yemək yeyərdi. Əbu əd-Dərdə ﵁ demişdir: “Kişinin qəlbinin tam şəkildə yönəlməsi üçün əvvəlcə ehtiyacını yerinə yetirdikdən sonra namaza başlaması anlayışının kamilliyindəndir”.

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ هِشَامٍ قَالَ حَدَّثَنِى أَبِى قَالَ سَمِعْتُ عَائِشَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « إِذَا وُضِعَ الْعَشَاءُ وَأُقِيمَتِ الصَّلاَةُ فَابْدَءُوا بِالْعَشَاءِ » .

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “(Süfrəyə) yemək qoyulduqda və namaza iqamə verildikdə, birinci yeməyi yeyin”.”

Aişə
SəhihBuxari, 671 (Azan, 69)

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا قُدِّمَ الْعَشَاءُ فَابْدَءُوا بِهِ قَبْلَ أَنْ تُصَلُّوا صَلاَةَ الْمَغْرِبِ ، وَلاَ تَعْجَلُوا عَنْ عَشَائِكُمْ » .

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “(Süfrəyə) axşam yeməyi verilərsə, Məğrib namazını qılmamışdan əvvəl axşam yeməyinə başlayın və yeməyinizi yedikdə tələsməyin”.”

Ənəs
SəhihBuxari, 672 (Azan, 70)

حَدَّثَنَا عُبَيْدُ بْنُ إِسْمَاعِيلَ عَنْ أَبِى أُسَامَةَ عَنْ عُبَيْدِ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا وُضِعَ عَشَاءُ أَحَدِكُمْ وَأُقِيمَتِ الصَّلاَةُ فَابْدَءُوا بِالْعَشَاءِ ، وَلاَ يَعْجَلْ حَتَّى يَفْرُغَ مِنْهُ » . وَكَانَ ابْنُ عُمَرَ يُوضَعُ لَهُ الطَّعَامُ وَتُقَامُ الصَّلاَةُ فَلاَ يَأْتِيهَا حَتَّى يَفْرُغَ ، وَإِنَّهُ لَيَسْمَعُ قِرَاءَةَ الإِمَامِ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən birinizin yeməyi (süfrəyə) qoyulduqda və namazın iqaməsi verildikdə, yeməyə başlayın və yeməyinizi yedikdə tələsməyin”. İbn Ömərin qarşısına yemək qoyulduqda iqamə verilər, hətta imamın qiraəti eşidilərdisə də, İbn Ömər yeməyi yeyib qurtarmadan namaza getməzdi”.”

İbn Ömər
SəhihBuxari, 673 (Azan, 71)

وَقَالَ زُهَيْرٌ وَوَهْبُ بْنُ عُثْمَانَ عَنْ مُوسَى بْنِ عُقْبَةَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا كَانَ أَحَدُكُمْ عَلَى الطَّعَامِ فَلاَ يَعْجَلْ حَتَّى يَقْضِىَ حَاجَتَهُ مِنْهُ ، وَإِنْ أُقِيمَتِ الصَّلاَةُ » . رَوَاهُ إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ عَنْ وَهْبِ بْنِ عُثْمَانَ ، وَوَهْبٌ مَدِينِىٌّ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən biriniz yemək yedikdə namaza iqamə verilərsə, ehtiyacını bitirənə qədər tələsməsin”.”

İbn Ömər
SəhihBuxari, 674 (Azan, 72)

Fəsil 43

İmam əlində bir loxma olduqda namaza çağırılarsa nə etməlidir?

باب إِذَا دُعِىَ الإِمَامُ إِلَى الصَّلاَةِ وَبِيَدِهِ مَا يَأْكُلُ

حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ عَنْ صَالِحٍ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى جَعْفَرُ بْنُ عَمْرِو بْنِ أُمَيَّةَ أَنَّ أَبَاهُ قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْكُلُ ذِرَاعًا يَحْتَزُّ مِنْهَا ، فَدُعِىَ إِلَى الصَّلاَةِ فَقَامَ فَطَرَحَ السِّكِّينَ ، فَصَلَّى وَلَمْ يَتَوَضَّأْ . وَسَلَّمَ يَحْتَزُّ مِنْ كَتِفِ شَاةٍ ، فَدُعِىَ إِلَى الصَّلاَةِ فَأَلْقَى السِّكِّينَ فَصَلَّى وَلَمْ يَتَوَضَّأْ .

“Cəfər ibn Amr ibn Umeyyə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ bıçaqla bişmiş qoyun budunu kəsərək yediyini gördüm. Bu əsnada Allah Elçisi ﷺ namaza çağırıldı, o da ayağa durub əlindəki bıçağı yerə qoydu və dəstəmaz almadan namazı qıldırdı”.”

Cəfər ibn Amr ibn Umeyyə atasından
SəhihBuxari, 675 (Azan, 73)

Fəsil 44

Ev işlərində ailəsinə köməklik edən və iqamə verildikdən sonra namaza gedən

باب مَنْ كَانَ فِى حَاجَةِ أَهْلِهِ فَأُقِيمَتِ الصَّلاَةُ فَخَرَجَ

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا الْحَكَمُ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ قَالَ سَأَلْتُ عَائِشَةَ مَا كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُ فِى بَيْتِهِ قَالَتْ كَانَ يَكُونُ فِى مِهْنَةِ أَهْلِهِ - تَعْنِى خِدْمَةَ أَهْلِهِ - فَإِذَا حَضَرَتِ الصَّلاَةُ خَرَجَ إِلَى الصَّلاَةِ .

“Rəvayət edilir ki, əl-Əsvəd demişdir: “Mən Aişədən soruşdum: “Peyğəmbər ﷺ evdə nə işlə məşğul olurdu?” Aişə dedi: “O, ev işlərində əhli-əyalına köməklik edər, namaz vaxtı yetişdikdə isə namaza gedərdi”.”

əl-Əsvəd
SəhihBuxari, 676 (Azan, 74)

Fəsil 45

Peyğəmbərin ﷺ qıldığı namazı, həmçinin onun qoyduğu Sünnəni insanlara öyrətmək məqsədilə onlara namaz qıldıran

باب مَنْ صَلَّى بِالنَّاسِ وَهْوَ لاَ يُرِيدُ إِلاَّ أَنْ يُعَلِّمَهُمْ صَلاَةَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَسُنَّتَهُ

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا وُهَيْبٌ قَالَ حَدَّثَنَا أَيُّوبُ عَنْ أَبِى قِلاَبَةَ قَالَ جَاءَنَا مَالِكُ بْنُ الْحُوَيْرِثِ فِى مَسْجِدِنَا هَذَا فَقَالَ إِنِّى لأُصَلِّى بِكُمْ ، وَمَا أُرِيدُ الصَّلاَةَ ، أُصَلِّى كَيْفَ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى . فَقُلْتُ لأَبِى قِلاَبَةَ كَيْفَ كَانَ يُصَلِّى قَالَ مِثْلَ شَيْخِنَا هَذَا . قَالَ وَكَانَ شَيْخًا يَجْلِسُ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ السُّجُودِ قَبْلَ أَنْ يَنْهَضَ فِى الرَّكْعَةِ الأُولَى .

“Rəvayət edilir ki, Əbu Qilabə ﵀ demişdir: “Bir dəfə Malik ibn əl-Huveyris bizim bu məscidə gəldi və dedi: “Baxmayaraq indi mən namaz qılmaq istəmirəm, lakin mən sizə namaz qıldıracağam. Mən Peyğəmbərin ﷺ necə namaz qıldığını görmüşəmsə, elə də namaz qılıram”. Ravi Əyyub deyir: “Mən Əbu Qilabədən Malikin necə namaz qıldırdığı haqda soruşdum. O bizim bu şeyximizin (Amr ibn Sələmə) dediyini dedi”. Ravi Əyyəb deyir: “Bu şeyx birinci rükətdə səcdədən başını qaldırdıqdan sonra və ayağa qalxmazdan əvvəl bir qədər oturan adam idi”.”

Əbu Qilabə
SəhihBuxari, 677 (Azan, 75)

Fəsil 46

Elmi və hörməti olan kəslər camaata namaz qıldırmağa daha haqlıdırlar

باب أَهْلُ الْعِلْمِ وَالْفَضْلِ أَحَقُّ بِالإِمَامَةِ

حَدَّثَنَا إِسْحَاقُ بْنُ نَصْرٍ قَالَ حَدَّثَنَا حُسَيْنٌ عَنْ زَائِدَةَ عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ قَالَ حَدَّثَنِى أَبُو بُرْدَةَ عَنْ أَبِى مُوسَى قَالَ مَرِضَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَاشْتَدَّ مَرَضُهُ فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ » . قَالَتْ عَائِشَةُ إِنَّهُ رَجُلٌ رَقِيقٌ ، إِذَا قَامَ مَقَامَكَ لَمْ يَسْتَطِعْ أَنْ يُصَلِّىَ بِالنَّاسِ . قَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ » فَعَادَتْ فَقَالَ « مُرِى أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ ، فَإِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ » . فَأَتَاهُ الرَّسُولُ فَصَلَّى بِالنَّاسِ فِى حَيَاةِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Peyğəmbər ﷺ xəstələndiyi və xəstəliyi ağırlaşdığı zaman buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Aişə dedi: “O, çox ürəyiyumşaq adamdır, sənin yerinə imamlıq etsə, camaata namaz qıldıra bilməyəcək”. Peyğəmbər ﷺ buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Aişə dediklərini təkrar etdikdə Peyğəmbər ﷺ buyurdu: “Yetər! Həqiqətən, siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Əbu Bəkrə xəbər göndərildi və o, camaata Peyğəmbər ﷺ sağ ikən namaz qıldırdı”.”

Əbu Musa
SəhihBuxari, 678 (Azan, 76)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّهَا قَالَتْ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فِى مَرَضِهِ « مُرُوا أَبَا بَكْرٍ يُصَلِّى بِالنَّاسِ » . قَالَتْ عَائِشَةُ قُلْتُ إِنَّ أَبَا بَكْرٍ إِذَا قَامَ فِى مَقَامِكَ لَمْ يُسْمِعِ النَّاسَ مِنَ الْبُكَاءِ ، فَمُرْ عُمَرَ فَلْيُصَلِّ لِلنَّاسِ . فَقَالَتْ عَائِشَةُ فَقُلْتُ لِحَفْصَةَ قُولِى لَهُ إِنَّ أَبَا بَكْرٍ إِذَا قَامَ فِى مَقَامِكَ لَمْ يُسْمِعِ النَّاسَ مِنَ الْبُكَاءِ ، فَمُرْ عُمَرَ فَلْيُصَلِّ لِلنَّاسِ . فَفَعَلَتْ حَفْصَةُ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَهْ ، إِنَّكُنَّ لأَنْتُنَّ صَوَاحِبُ يُوسُفَ ، مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ لِلنَّاسِ » . فَقَالَتْ حَفْصَةُ لِعَائِشَةَ مَا كُنْتُ لأُصِيبَ مِنْكِ خَيْرًا .

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xəstələndiyi zaman buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Mən dedim: “Əbu Bəkr sənin yerinə imamlıq etsə, onun ağlamağı səbəbindən camaat heç nə eşidə bilməyəcək. Buna görə də camaata namaz qıldırmağı Ömərə həvalə et”. Aişə deyir: “Mən Həfsaya dedim: “Peyğəmbərə ﷺ de ki, Əbu Bəkr onun yerinə imamlıq etsə, onun ağlamağı səbəbindən camaat heç nə eşidə bilməyəcək. Ona görə camaata namaz qıldırmağı Ömərə həvalə etsin”. Həfsa belə də etdi, lakin Allah Elçisi ﷺ buyurdu: “Yetər! Həqiqətən, siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Bundan sonra Həfsa Aişəyə dedi: “Mən heç vaxt səndən xeyir görmədim”.”

Aişə
SəhihBuxari, 679 (Azan, 77)

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى أَنَسُ بْنُ مَالِكٍ الأَنْصَارِىُّ - وَكَانَ تَبِعَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَخَدَمَهُ وَصَحِبَهُ أَنَّ أَبَا بَكْرٍ كَانَ يُصَلِّى لَهُمْ فِى وَجَعِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الَّذِى تُوُفِّىَ فِيهِ ، حَتَّى إِذَا كَانَ يَوْمُ الاِثْنَيْنِ وَهُمْ صُفُوفٌ فِى الصَّلاَةِ ، فَكَشَفَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سِتْرَ الْحُجْرَةِ يَنْظُرُ إِلَيْنَا ، وَهْوَ قَائِمٌ كَأَنَّ وَجْهَهُ وَرَقَةُ مُصْحَفٍ ، ثُمَّ تَبَسَّمَ يَضْحَكُ ، فَهَمَمْنَا أَنْ نَفْتَتِنَ مِنَ الْفَرَحِ بِرُؤْيَةِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَنَكَصَ أَبُو بَكْرٍ عَلَى عَقِبَيْهِ لِيَصِلَ الصَّفَّ ، وَظَنَّ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَارِجٌ إِلَى الصَّلاَةِ ، فَأَشَارَ إِلَيْنَا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ أَتِمُّوا صَلاَتَكُمْ ، وَأَرْخَى السِّتْرَ ، فَتُوُفِّىَ مِنْ يَوْمِهِ .

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ xidmətçisi və dostu olmuş Ənəs ibn Malik əl-Ənsari ﵁ demişdir: “Peyğəmbər ﷺ ölümünə səbəb olan xəstəliyə tutulduğu zaman yatağa düşdükdə camaata namazı Əbu Bəkr qıldırırdı. Bazar ertəsi camaat namaz qılmaq üçün cərgələrə düzüldükdə Peyğəmbər ﷺ qaldığı otağın pərdəsini qaldırdı və ayaq üstə dayanıb bizə baxmağa başladı. Onun üzü, sanki Quran kağızı idi. Sonra o gülümsədi. Biz Peyğəmbəri ﷺ görəndə sevincimizdən az qaldı ki, namazdan çıxaq. Əbu Bəkr Peyğəmbərin ﷺ namaz qılacağını zənn etdi və geriyə çəkilərək arxasındakı cərgəyə keçdi. Peyğəmbər ﷺ bizə “Namazınızı tamamlayın!” işarəsi etdi. Sonra pərdəni aşağı saldı və həmin gün də dünyasını dəyişdi”.”

Ənəs ibn Malik əl-Ənsari
SəhihBuxari, 680 (Azan, 78)

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ عَنْ أَنَسٍ قَالَ لَمْ يَخْرُجِ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثَلاَثًا ، فَأُقِيمَتِ الصَّلاَةُ ، فَذَهَبَ أَبُو بَكْرٍ يَتَقَدَّمُ فَقَالَ نَبِىُّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْحِجَابِ فَرَفَعَهُ ، فَلَمَّا وَضَحَ وَجْهُ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا نَظَرْنَا مَنْظَرًا كَانَ أَعْجَبَ إِلَيْنَا مِنْ وَجْهِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ وَضَحَ لَنَا ، فَأَوْمَأَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ إِلَى أَبِى بَكْرٍ أَنْ يَتَقَدَّمَ ، وَأَرْخَى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْحِجَابَ ، فَلَمْ يُقْدَرْ عَلَيْهِ حَتَّى مَاتَ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demiçdir: “Peyğəmbər ﷺ namaza üç gün gələ bilmədi. Namaza iqamə verildi və Əbu Bəkr namaz qıldırmaq üçün irəli keçdiyə keçib qıldırdıqda Allahın Peyğəmbəri ﷺ (qaldığı otağın) pərdəsini qaldırdı və onun üzü görsəndi. Həmin an Peyğəmbərin ﷺ parlaq üzündən bizim üçün daha xoş mənzərə yox idi. Peyğəmbər ﷺ Əbu Bəkrə əli ilə önə keçməsi üçün işarə etdi və pərdəni aşağı saldı. Onun üzünü ölənə qədər bir daha görmək nəsib olmadı”.”

Ənəs
SəhihBuxari, 681 (Azan, 79)

حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمَانَ قَالَ حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ حَدَّثَنِى يُونُسُ عَنِ ابْنِ شِهَابٍ عَنْ حَمْزَةَ بْنِ عَبْدِ اللَّهِ أَنَّهُ أَخْبَرَهُ عَنْ أَبِيهِ قَالَ لَمَّا اشْتَدَّ بِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَجَعُهُ قِيلَ لَهُ فِى الصَّلاَةِ فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ بِالنَّاسِ » . قَالَتْ عَائِشَةُ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ رَقِيقٌ ، إِذَا قَرَأَ غَلَبَهُ الْبُكَاءُ . قَالَ « مُرُوهُ فَيُصَلِّى » فَعَاوَدَتْهُ . قَالَ « مُرُوهُ فَيُصَلِّى ، إِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ » . تَابَعَهُ الزُّبَيْدِىُّ وَابْنُ أَخِى الزُّهْرِىِّ وَإِسْحَاقُ بْنُ يَحْيَى الْكَلْبِىُّ عَنِ الزُّهْرِىِّ . وَقَالَ عُقَيْلٌ وَمَعْمَرٌ عَنِ الزُّهْرِىِّ عَنْ حَمْزَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Həmzə ibn Abdullah atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisinin ﷺ xəstəliyi ağırlaşdıqda ona namaz haqda deyildi və o buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Aişə dedi: “Əbu Bəkr ürəyiyumşaq adamdır, Quran oxuduqda özünü ağlamaqdan saxlaya bilməyəcək”. Allah Elçisi ﷺ buyurdu: “Ona əmr edin ki, namazı o qıldırsın”. Aişə sözünü təkrarladıqda Allah Elçisi ﷺ buyurdu: “Ona deyin namazı qıldırsın. Həqiqətən, siz Yusufa gözü düşən qadınlar kimisiniz”.”

Həmzə ibn Abdullah atasından
SəhihBuxari, 682 (Azan, 80)

Fəsil 47

Müəyyən bir səbəbə görə imamın yanında namaza duran adam

باب مَنْ قَامَ إِلَى جَنْبِ الإِمَامِ لِعِلَّةٍ

حَدَّثَنَا زَكَرِيَّاءُ بْنُ يَحْيَى قَالَ حَدَّثَنَا ابْنُ نُمَيْرٍ قَالَ أَخْبَرَنَا هِشَامُ بْنُ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ قَالَتْ أَمَرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَبَا بَكْرٍ أَنْ يُصَلِّىَ بِالنَّاسِ فِى مَرَضِهِ ، فَكَانَ يُصَلِّى بِهِمْ . قَالَ عُرْوَةُ فَوَجَدَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى نَفْسِهِ خِفَّةً ، فَخَرَجَ فَإِذَا أَبُو بَكْرٍ يَؤُمُّ النَّاسَ ، فَلَمَّا رَآهُ أَبُو بَكْرٍ اسْتَأْخَرَ ، فَأَشَارَ إِلَيْهِ أَنْ كَمَا أَنْتَ ، فَجَلَسَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِذَاءَ أَبِى بَكْرٍ إِلَى جَنْبِهِ ، فَكَانَ أَبُو بَكْرٍ يُصَلِّى بِصَلاَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسُ يُصَلُّونَ بِصَلاَةِ أَبِى بَكْرٍ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xəstə olduqda Əbu Bəkrin camaata namaz qıldırmasını əmr etdi. O da camaata namaz qıldırırdı”. Ravi Urva deyir: “Allah Elçisi ﷺ özündə güc tapıb otağından bayıra çıxdı və Əbu Bəkrin camaata imamlıq etdiyini gördü. Əbu Bəkr onu gördükdə arxaya keçdi, lakin Allah Elçisi ﷺ ona “Yerində qal!” deyə işarə etdi. Allah Elçisi ﷺ Əbu Bəkrin çiyni tərəfdən yanında oturdu. Əbu Bəkr Allah Elçisinin ﷺ namazına tabe idi, camaat da Əbu Bəkrin namazına tabe olaraq namaz qılırdı”.”

Aişə
SəhihBuxari, 683 (Azan, 81)

Fəsil 48

İmamı əvəz edən şəxs camaata namaz qıldırmağa başladıqdan sonra həmişə namazı qıldıran imamın gəlib çıxması, bu halda namazı ilk başlayanın geri çəkilməsi və ya çəkilməyib namazı qıldırmasının icazəli olması

باب مَنْ دَخَلَ لِيَؤُمَّ النَّاسَ فَجَاءَ الإِمَامُ الأَوَّلُ فَتَأَخَّرَ الأَوَّلُ أَوْ لَمْ يَتَأَخَّرْ جَازَتْ صَلاَتُهُ

فِيهِ عَائِشَةُ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

Bunu Aişə ﵂ Peyğəmbərdən ﷺ rəvayət etmişdir.

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ أَبِى حَازِمِ بْنِ دِينَارٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ السَّاعِدِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَهَبَ إِلَى بَنِى عَمْرِو بْنِ عَوْفٍ لِيُصْلِحَ بَيْنَهُمْ فَحَانَتِ الصَّلاَةُ فَجَاءَ الْمُؤَذِّنُ إِلَى أَبِى بَكْرٍ فَقَالَ أَتُصَلِّى لِلنَّاسِ فَأُقِيمَ قَالَ نَعَمْ . فَصَلَّى أَبُو بَكْرٍ ، فَجَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسُ فِى الصَّلاَةِ ، فَتَخَلَّصَ حَتَّى وَقَفَ فِى الصَّفِّ ، فَصَفَّقَ النَّاسُ - وَكَانَ أَبُو بَكْرٍ لاَ يَلْتَفِتُ فِى صَلاَتِهِ - فَلَمَّا أَكْثَرَ النَّاسُ التَّصْفِيقَ الْتَفَتَ فَرَأَى رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَشَارَ إِلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنِ امْكُثْ مَكَانَكَ ، فَرَفَعَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ يَدَيْهِ ، فَحَمِدَ اللَّهَ عَلَى مَا أَمَرَهُ بِهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ ذَلِكَ ، ثُمَّ اسْتَأْخَرَ أَبُو بَكْرٍ حَتَّى اسْتَوَى فِى الصَّفِّ ، وَتَقَدَّمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى ، فَلَمَّا انْصَرَفَ قَالَ « يَا أَبَا بَكْرٍ مَا مَنَعَكَ أَنْ تَثْبُتَ إِذْ أَمَرْتُكَ » . فَقَالَ أَبُو بَكْرٍ مَا كَانَ لاِبْنِ أَبِى قُحَافَةَ أَنْ يُصَلِّىَ بَيْنَ يَدَىْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَا لِى رَأَيْتُكُمْ أَكْثَرْتُمُ التَّصْفِيقَ مَنْ رَابَهُ شَىْءٌ فِى صَلاَتِهِ فَلْيُسَبِّحْ ، فَإِنَّهُ إِذَا سَبَّحَ الْتُفِتَ إِلَيْهِ ، وَإِنَّمَا التَّصْفِيقُ لِلنِّسَاءِ » .

“Səhl ibn Səd əs-Səidi ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Bəni Amr ibn Auf tayfasının arasını düzəltmək üçün onların yanına getmişdi. Bu əsnada namaz vaxtı yetişdi və müəzzin Əbu Bəkrin yanına gəlib dedi: “İnsanlara namaz qıldıracaqsansa, iqaməni verim?” Əbu Bəkr: “Bəli!”– deyə cavab verdi. Əbu Bəkr camaata namaz qıldırırdı ki, camaat namazda ikən Allah Elçisi ﷺ qayıdıb gəldi və cərgələrin arasından keçib birinci cərgədə durdu. Bu vaxt camaat əl çalmağa başladı, lakin Əbu Bəkr namaz qılarkən başını arxaya çevirməzdi. Camaat bərkdən əl çalmağa başladıqda o, arxaya çevrildi və Allah Elçisini ﷺ gördü. Allah Elçisi ﷺ əli ilə ona: “Yerində qal!” işarəsini etdi. Belə olduqda Əbu Bəkr ﵁ əllərini göyə qaldırıb Peyğəmbərin ﷺ ona verdiyi əmrə görə Allaha həmd-səna dedi. Sonra da arxaya çəkilib birinci sırada durdu. Allah Elçisi ﷺ isə önə keçib camaata namaz qıldırdı. Namazı bitirdikdən sonra dedi: “Ey Əbu Bəkr, sənə əmr etdiyim halda yerində qalmağına nə mane oldu?” Əbu Bəkr dedi: “Əbu Quhafənin oğluna Allah Elçisi ﷺ qarşısında namaz qılmaq yaraşmazdı”. Sonra Allah Elçisi ﷺ camaata buyurdu: “Niyə siz bu qədər çox əl çaldınız? Kim namaz əsnasında özündə şübhə doğuran bir şey (hiss etsə), “Subhən-Allah!” - desin. Əgər: “Subhən-Allah!”– desə, ona diqqət yetirilər. Əl çalmaq isə qadınlara aiddir”.”

Səhl ibn Səd əs-Səidi
SəhihBuxari, 684 (Azan, 82)

Fəsil 49

Namazda olanlar Quranı əzbər bilməkdə bir-birlərinə bərabər olduqda onlardan ən böyükləri imamlıq edir

باب إِذَا اسْتَوَوْا فِى الْقِرَاءَةِ فَلْيَؤُمَّهُمْ أَكْبَرُهُمْ

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ عَنْ أَبِى قِلاَبَةَ عَنْ مَالِكِ بْنِ الْحُوَيْرِثِ قَالَ قَدِمْنَا عَلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَنَحْنُ شَبَبَةٌ ، فَلَبِثْنَا عِنْدَهُ نَحْوًا مِنْ عِشْرِينَ لَيْلَةً ، وَكَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَحِيمًا فَقَالَ « لَوْ رَجَعْتُمْ إِلَى بِلاَدِكُمْ فَعَلَّمْتُمُوهُمْ ، مُرُوهُمْ فَلْيُصَلُّوا صَلاَةَ كَذَا فِى حِينِ كَذَا ، وَصَلاَةَ كَذَا فِى حِينِ كَذَا ، وَإِذَا حَضَرَتِ الصَّلاَةُ فَلْيُؤَذِّنْ لَكُمْ أَحَدُكُمْ ، وَلْيَؤُمَّكُمْ أَكْبَرُكُمْ » .

“Rəvayət edilir ki, Malik ibn əl-Huveyris ﵁ demişdir: “Biz Peyğəmbərin ﷺ yanına gəlkdikdə cavan idik və iyirmi gecə onun yanında qaldıq. Peyğəmbər ﷺ rəhmli adam idi. O buyurdu: “Öz şəhərinizə qayıtsanız (bu dini) onlara öyrədin, (onlara) filan namazı filan vaxtda, filan namazı da filan vaxtda qılsınlar. Namaz vaxtı yetişdiyi zaman, aranızdan biriniz azan versin və sizin ən yaşlı olanınız sizə imamlıq etsin”.”

Malik ibn əl-Huveyris
SəhihBuxari, 685 (Azan, 83)

Fəsil 50

İmam bir qövmü ziyarət etdikdə onlara imamlıq edir

باب إِذَا زَارَ الإِمَامُ قَومًا فَأَمَّهُمْ

حَدَّثَنَا مُعَاذُ بْنُ أَسَدٍ أَخْبَرَنَا عَبْدُ اللَّهِ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى مَحْمُودُ بْنُ الرَّبِيعِ قَالَ سَمِعْتُ عِتْبَانَ بْنَ مَالِكٍ الأَنْصَارِىَّ قَالَ اسْتَأْذَنَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَذِنْتُ لَهُ فَقَالَ « أَيْنَ تُحِبُّ أَنْ أُصَلِّىَ مِنْ بَيْتِكَ » . فَأَشَرْتُ لَهُ إِلَى الْمَكَانِ الَّذِى أُحِبُّ ، فَقَامَ وَصَفَفْنَا خَلْفَهُ ثُمَّ سَلَّمَ وَسَلَّمْنَا .

“Rəvayət edilir ki, İtban ibn Malik əl-Ənsari ﵁ demişdir: “Peyğəmbər ﷺ evimə girmək üçün izin istədi, mən də ona izin verdim. O buyurdu: “Evinin harasında namaz qılmağımı istəyirsən?” Mən ona evimdə istədiyim yeri ona göstərdim. Peyğəmbər ﷺ namaza durdu, biz də onun arxasında cərgəyə durduq. Sonra salam verib (namazı bitirdi), biz də salam verib (namazdan çıxdıq)”.”

İtban ibn Malik əl-Ənsari
SəhihBuxari, 686 (Azan, 84)

Fəsil 51

İmam arxasında namaz qılanların ona tabe olunmaları üçün təyin olunmuşdur

باب إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ

وَصَلَّى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى مَرَضِهِ الَّذِى تُوُفِّىَ فِيهِ بِالنَّاسِ وَهْوَ جَالِسٌ . وَقَالَ ابْنُ مَسْعُودٍ إِذَا رَفَعَ قَبْلَ الإِمَامِ يَعُودُ فَيَمْكُثُ بِقَدْرِ مَا رَفَعَ ثُمَّ يَتْبَعُ الإِمَامَ . وَقَالَ الْحَسَنُ فِيمَنْ يَرْكَعُ مَعَ الإِمَامِ رَكْعَتَيْنِ وَلاَ يَقْدِرُ عَلَى السُّجُودِ يَسْجُدُ لِلرَّكْعَةِ الآخِرَةِ سَجْدَتَيْنِ ، ثُمَّ يَقْضِى الرَّكْعَةَ الأُولَى بِسُجُودِهَا . وَفِيمَنْ نَسِىَ سَجْدَةً حَتَّى قَامَ يَسْجُدُ .

Peyğəmbər ﷺ vəfat edəcəyi xəstəliyə tutulduqda camaata özü oturaraq namaz qıldırmışdır. İbn Məsud ﵁ demişdir: “Bir kəs səcdədən imamdan qabaq qalxdıqda təkrar başını səcdəyə qoyar, başını qaldırdığı vaxt qədər səcdədə qalar, sonra imama tabe olur”. Həsən əl-Bəsri ﵀ imamla birlikdə iki rükət qılaraq səcdə etməyən haqda demişdir: “O, sonuncu rükət üçün iki səcdə edər, sonra birinci rükəti səcdələri ilə birlikdə qəza edir”. Bir səcdəni unudub qiyamda duran kimsə haqqında demişdir: “Səcdəni edib qiyama qalxır”.

حَدَّثَنَا أَحْمَدُ بْنُ يُونُسَ قَالَ حَدَّثَنَا زَائِدَةُ عَنْ مُوسَى بْنِ أَبِى عَائِشَةَ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ قَالَ دَخَلْتُ عَلَى عَائِشَةَ فَقُلْتُ أَلاَ تُحَدِّثِينِى عَنْ مَرَضِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ بَلَى ، ثَقُلَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « أَصَلَّى النَّاسُ » . قُلْنَا لاَ ، هُمْ يَنْتَظِرُونَكَ . قَالَ « ضَعُوا لِى مَاءً فِى الْمِخْضَبِ » . قَالَتْ فَفَعَلْنَا فَاغْتَسَلَ فَذَهَبَ لِيَنُوءَ فَأُغْمِىَ عَلَيْهِ ، ثُمَّ أَفَاقَ فَقَالَ « أَصَلَّى النَّاسُ » . قُلْنَا لاَ ، هُمْ يَنْتَظِرُونَكَ يَا رَسُولَ اللَّهِ . قَالَ « ضَعُوا لِى مَاءً فِى الْمِخْضَبِ » . قَالَتْ فَقَعَدَ فَاغْتَسَلَ ، ثُمَّ ذَهَبَ لِيَنُوءَ فَأُغْمِىَ عَلَيْهِ ، ثُمَّ أَفَاقَ فَقَالَ « أَصَلَّى النَّاسُ » . قُلْنَا لاَ ، هُمْ يَنْتَظِرُونَكَ يَا رَسُولَ اللَّهِ . فَقَالَ « ضَعُوا لِى مَاءً فِى الْمِخْضَبِ » ، فَقَعَدَ فَاغْتَسَلَ ، ثُمَّ ذَهَبَ لِيَنُوءَ فَأُغْمِىَ عَلَيْهِ ، ثُمَّ أَفَاقَ فَقَالَ « أَصَلَّى النَّاسُ » . فَقُلْنَا لاَ ، هُمْ يَنْتَظِرُونَكَ يَا رَسُولَ اللَّهِ - وَالنَّاسُ عُكُوفٌ فِى الْمَسْجِدِ يَنْتَظِرُونَ النَّبِىَّ عَلَيْهِ السَّلاَمُ لِصَلاَةِ الْعِشَاءِ الآخِرَةِ - فَأَرْسَلَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى أَبِى بَكْرٍ بِأَنْ يُصَلِّىَ بِالنَّاسِ ، فَأَتَاهُ الرَّسُولُ فَقَالَ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَأْمُرُكَ أَنْ تُصَلِّىَ بِالنَّاسِ . فَقَالَ أَبُو بَكْرٍ - وَكَانَ رَجُلاً رَقِيقًا - يَا عُمَرُ صَلِّ بِالنَّاسِ . فَقَالَ لَهُ عُمَرُ أَنْتَ أَحَقُّ بِذَلِكَ . فَصَلَّى أَبُو بَكْرٍ تِلْكَ الأَيَّامَ ، ثُمَّ إِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَجَدَ مِنْ نَفْسِهِ خِفَّةً فَخَرَجَ بَيْنَ رَجُلَيْنِ أَحَدُهُمَا الْعَبَّاسُ لِصَلاَةِ الظُّهْرِ ، وَأَبُو بَكْرٍ يُصَلِّى بِالنَّاسِ ، فَلَمَّا رَآهُ أَبُو بَكْرٍ ذَهَبَ لِيَتَأَخَّرَ فَأَوْمَأَ إِلَيْهِ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِأَنْ لاَ يَتَأَخَّرَ . قَالَ « أَجْلِسَانِى إِلَى جَنْبِهِ » . فَأَجْلَسَاهُ إِلَى جَنْبِ أَبِى بَكْرٍ . قَالَ فَجَعَلَ أَبُو بَكْرٍ يُصَلِّى وَهْوَ يَأْتَمُّ بِصَلاَةِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسُ بِصَلاَةِ أَبِى بَكْرٍ ، وَالنَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَاعِدٌ . قَالَ عُبَيْدُ اللَّهِ فَدَخَلْتُ عَلَى عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ فَقُلْتُ لَهُ أَلاَ أَعْرِضُ عَلَيْكَ مَا حَدَّثَتْنِى عَائِشَةُ عَنْ مَرَضِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ هَاتِ . فَعَرَضْتُ عَلَيْهِ حَدِيثَهَا ، فَمَا أَنْكَرَ مِنْهُ شَيْئًا ، غَيْرَ أَنَّهُ قَالَ أَسَمَّتْ لَكَ الرَّجُلَ الَّذِى كَانَ مَعَ الْعَبَّاسِ قُلْتُ لاَ . قَالَ هُوَ عَلِىٌّ .

“Rəvayət edilir ki, Ubeydullah ibn Abdullah ibn Utbə ﵀ demişdir: “Mən Aişənin yanına gəlib dedim: “Mənə Allah Elçisinin ﷺ xəstələnməsi haqda danışa bilərsən?” Aişə dedi: “Əlbəttə danışaram. Peyğəmbərin ﷺ vəziyyəti ağırlaşdığı vaxt o soruşdu: “Camaat namaz qılıbmı?” Biz dedik: “Xeyr, onlar səni gözləyirlər”. O dedi: “Mənim üçün tasa (qaba) su tökün!” Biz onun dediyini yerinə yetirdik, sonra o yuyundu və ayağa qalxmaq istədikdə huşunu itirdi. Peyğəmbər ﷺ ayıldıqdan sonra yenə soruşdu: “Camaat namaz qılıbmı?” Biz dedik: “Xeyr, onlar səni gözləyirlər, ey Allahın Elçisi!” O yenə dedi: “Mənim üçün tasa su tökün!” O, oturub yuyunduqdan sonra ayağa qalxmaq istədi, amma yenə də huşunu itirdi, ayıldıqdan sonra yenə soruşdu: “Camaat namaz qılıbmı?” Biz dedik: “Xeyr, onlar səni gözləyirlər, ey Allahın Elçisi!” O yenə dedi: “Mənim üçün tasa su tökün!” O, oturub yuyunduqdan sonra ayağa qalxmaq istədi, amma yenə də huşunu itirdi, ayıldıqdan sonra yenə soruşdu: “Camaat namaz qılıbmı?” Biz dedik: “Xeyr, onlar səni gözləyirlər, ey Allahın Elçisi!” Bu vaxt camaat məsciddə oturub Peyğəmbəri ﷺ gözləyirdi ki, onlara axırıncı namaz olan İşa namazını qıldırsın. Peyğəmbər ﷺ Əbu Bəkrə xəbər göndərdi ki, camaata namaz qıldırsın. Peyğəmbərin ﷺ göndərdiyi adam onun yanına gəlib dedi: “Allahın Elçisi ﷺ sənə əmr edir ki, camaata namaz qıldırasan”. Əbu Bəkr ürəyiyumşaq adam idi deyə belə dedi: “Ey Ömər, camaata namazı sən qıldır!” Ömər isə ona: “Sənin buna daha çox haqqın var”- deyə etiraz etdi. Beləliklə, həmin günlərdə camaata namazı Əbu Bəkr qıldırdı. Bir neçə gündən sonra Peyğəmbərin ﷺ halı yaxşılaşdı və iki nəfər onun (sağından və solundan) qoluna girib Zöhr namazını qılmaq üçün onu məscidə apardı. Onun qoluna girən iki nəfərdən biri Abbas idi. Peyğəmbər ﷺ məscidə gəldikdə Əbu Bəkr camaata namaz qıldırırdı. Əbu Bəkr onu görən kimi geriyə çəkilmək istədi, lakin Peyğəmbər ﷺ əli ilə ona işarə etdi ki, geriyə çəkilmə. Peyğəmbər ﷺ o iki nəfərə: “Məni onun yanında otuzdurun!”– dedi və onu Əbu Bəkrin yanında otuzdurdular. Bundan sonra Əbu Bəkr Peyğəmbərə ﷺ, camaat da Əbu Bəkrə tabe olaraq namaz qıldı. Peyğəmbər ﷺ namazı oturmuş vəziyyətdə qıldı”. Ubeydullah deyir: “Mən Abdullah ibn Abbasın yanına gəlib ona dedim: “Peyğəmbərin xəstələnməsi haqda Aişənin dediklərini sənə danışımmı?” O dedi: “Danış!” Mən ona hədisi danışdıqda o, heç nəyi inkar etmədi, yalnız belə dedi: “Abbas ilə birlikdə ikinci kişinin adını Aişə sənə dedimi?” Mən: “Xeyr” dedim. O dedi: “Bu, Əli idi”.”

Ubeydullah ibn Abdullah ibn Utbə
SəhihBuxari, 687 (Azan, 85)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ أَنَّهَا قَالَتْ صَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى بَيْتِهِ وَهْوَ شَاكٍ ، فَصَلَّى جَالِسًا وَصَلَّى وَرَاءَهُ قَوْمٌ قِيَامًا ، فَأَشَارَ إِلَيْهِمْ أَنِ اجْلِسُوا ، فَلَمَّا انْصَرَفَ قَالَ « إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا رَكَعَ فَارْكَعُوا ، وَإِذَا رَفَعَ فَارْفَعُوا ، وَإِذَا صَلَّى جَالِسًا فَصَلُّوا جُلُوسًا » .

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xəstələndiyi zaman öz evində namazı qıldı. O oturmuş vəziyyətdə idi, arxasındakı camaat isə namazı ayaq üstə qıldı. Peyğəmbər ﷺ onlara əli ilə oturmaları üçün işarə etdi. Namazı bitirdikdən sonra isə buyurdu: “İmam (arxasında) namaz qılanların ona tabe olunması üçün təyin olunmuşdur. O, rukuya gedəndə siz də rukuya gedin, o, (başını) qaldıranda, siz də (başınızı) qaldırın, o, oturmuş vəziyyətdə namaz qılarsa, siz də (namazı) oturmuş vəziyyətdə qılın”.”

Aişə
SəhihBuxari, 688 (Azan, 86)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكِبَ فَرَسًا فَصُرِعَ عَنْهُ ، فَجُحِشَ شِقُّهُ الأَيْمَنُ ، فَصَلَّى صَلاَةً مِنَ الصَّلَوَاتِ وَهْوَ قَاعِدٌ ، فَصَلَّيْنَا وَرَاءَهُ قُعُودًا ، فَلَمَّا انْصَرَفَ قَالَ « إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا صَلَّى قَائِمًا فَصَلُّوا قِيَامًا ، فَإِذَا رَكَعَ فَارْكَعُوا ، وَإِذَا رَفَعَ فَارْفَعُوا ، وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . فَقُولُوا رَبَّنَا وَلَكَ الْحَمْدُ . وَإِذَا صَلَّى قَائِمًا فَصَلُّوا قِيَامًا ، وَإِذَا صَلَّى جَالِسًا فَصَلُّوا جُلُوسًا أَجْمَعُونَ » . قَالَ أَبُو عَبْدِ اللَّهِ قَالَ الْحُمَيْدِىُّ قَوْلُهُ « إِذَا صَلَّى جَالِسًا فَصَلُّوا جُلُوسًا » . هُوَ فِى مَرَضِهِ الْقَدِيمِ ، ثُمَّ صَلَّى بَعْدَ ذَلِكَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَالِسًا وَالنَّاسُ خَلْفَهُ قِيَامًا ، لَمْ يَأْمُرْهُمْ بِالْقُعُودِ ، وَإِنَّمَا يُؤْخَذُ بِالآخِرِ فَالآخِرِ مِنْ فِعْلِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bir ata minmişdi və ondan yıxılıb sağ tərəfini əzmişdi. O, namazlardan birini oturaraq qıldırdı, biz də onun arxasında namazı oturaraq qıldıq. Namazı bitirdikdən sonra Allah Elçisi ﷺ belə buyurdu: “İmam ona tabe olmaq üçün təyin edilmişdir. O, ayaq üstə namaz qılsa, siz də ayaq üstə namaz qılın. O, rukuya getdikdə, siz də ruku edin. O, dikəldikdə siz də dikəlin. O “Səmi Allahu limən həmidəh” dedikdə siz “Rabbənə və ləkəl-həmd” deyin. O, ayaq üstə namaz qılsa, siz də ayaq üstə namaz qılın. O, oturaraq namaz qılsa, siz də hamılıqla oturaraq namaz qılın!” Ravi əl-Humeydi deyir: “O, oturaraq namaz qılsa, siz də hamılıqla oturaraq namaz qılın!” Bu hal onun əvvəlki xəstələnməsi halında olmuşdur. Bundan sonra Peyğəmbər ﷺ xəstə olduqda oturaraq namaz qıldırmışdı. Onun arxasındakılar isə ayaq üstə idilər və onlara oturmalarını əmr etməmişdir. Peyğəmbərin ﷺ etdiklərindən isə axırıncı etdiyi götürülür”.”

Ənəs ibn Malik
SəhihBuxari, 689 (Azan, 87)

Fəsil 52

İmamın arxasında duranlar nə vaxt səcdə etməlidirlər?

باب مَتَى يَسْجُدُ مَنْ خَلْفَ الإِمَامِ

قَالَ أَنَسٌ فَإِذَا سَجَدَ فَاسْجُدُوا .

Ənəs ﵁ demişdir: “İmam səcdə etdikdə siz də səcdə edin”.

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ عَنْ سُفْيَانَ قَالَ حَدَّثَنِى أَبُو إِسْحَاقَ قَالَ حَدَّثَنِى عَبْدُ اللَّهِ بْنُ يَزِيدَ قَالَ حَدَّثَنِى الْبَرَاءُ - وَهْوَ غَيْرُ كَذُوبٍ - قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . لَمْ يَحْنِ أَحَدٌ مِنَّا ظَهْرَهُ حَتَّى يَقَعَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَاجِدًا ، ثُمَّ نَقَعُ سُجُودًا بَعْدَهُ .

“Sözündə yalan olmayan əl-Bəra ﵁ demişdir: “Allah Elçisi ﷺ namazda “Səmi Allahu limən həmidəh”– deyəndə, bizdən heç birimiz Peyğəmbər ﷺ səcdəyə gedənə qədər belini əyməzdi. O, səcdəyə getdikdən sonra biz də səcdəyə gedərdik”.”

əl-Bəra
SəhihBuxari, 690 (Azan, 88)

Fəsil 53

İmamdan qabaq başını səcdədən qaldıranın günahı

باب إِثْمِ مَنْ رَفَعَ رَأْسَهُ قَبْلَ الإِمَامِ

حَدَّثَنَا حَجَّاجُ بْنُ مِنْهَالٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ مُحَمَّدِ بْنِ زِيَادٍ سَمِعْتُ أَبَا هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَمَا يَخْشَى أَحَدُكُمْ - أَوْ لاَ يَخْشَى أَحَدُكُمْ - إِذَا رَفَعَ رَأْسَهُ قَبْلَ الإِمَامِ أَنْ يَجْعَلَ اللَّهُ رَأْسَهُ رَأْسَ حِمَارٍ أَوْ يَجْعَلَ اللَّهُ صُورَتَهُ صُورَةَ حِمَارٍ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Məgər imamdan qabaq başını səcdədən qaldıranlarınız qorxmur ki, Allah onların başını uzunqulaq başına döndərər və ya onların özlərini uzunqulağa döndərər”.”

Əbu Hureyra
SəhihBuxari, 691 (Azan, 89)

Fəsil 54

Kölənin və köləlikdən azad olunmuş adamın imamlıq etməsi

باب إِمَامَةِ الْعَبْدِ وَالْمَوْلَى

وَكَانَتْ عَائِشَةُ يَؤُمُّهَا عَبْدُهَا ذَكْوَانُ مِنَ الْمُصْحَفِ . وَوَلَدِ الْبَغِىِّ وَالأَعْرَابِىِّ وَالْغُلاَمِ الَّذِى لَمْ يَحْتَلِمْ ، لِقَوْلِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَؤُمُّهُمْ أَقْرَؤُهُمْ لِكِتَابِ اللَّهِ »

Aişəyə ﵂ köləsi Zəkvan ﵀ Quranı üzündən oxuyaraq imamlıq edərdi. Zinadan doğulanın, bədəvinin və yetkinlik yaşına çatmayan uşağın Peyğəmbərin ﷺ “Onlara Allahın Kitabından ən çox biləni imamlıq etsin” kəlamına görə imamlığı.

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ قَالَ حَدَّثَنَا أَنَسُ بْنُ عِيَاضٍ عَنْ عُبَيْدِ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ قَالَ لَمَّا قَدِمَ الْمُهَاجِرُونَ الأَوَّلُونَ الْعُصْبَةَ - مَوْضِعٌ بِقُبَاءٍ - قَبْلَ مَقْدَمِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَؤُمُّهُمْ سَالِمٌ مَوْلَى أَبِى حُذَيْفَةَ ، وَكَانَ أَكْثَرَهُمْ قُرْآنًا .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “İlk mühacirlər Quba'da əl-Usba deyilən yerə gəldikdə, Allahın Elçisinin ﷺ gəlməsindən qabaq onlara Əbu Huzeyfənin köləlikdən azad etdiyi Səlim imamlıq edərdi. Səlim onların Quranı ən çox biləni idi”.”

İbn Ömər
SəhihBuxari, 692 (Azan, 90)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ حَدَّثَنَا يَحْيَى حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنِى أَبُو التَّيَّاحِ عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « اسْمَعُوا وَأَطِيعُوا ، وَإِنِ اسْتُعْمِلَ حَبَشِىٌّ كَأَنَّ رَأْسَهُ زَبِيبَةٌ » .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Üzərinizdə hökmranlıq edən kəs başı kişmişə bənzər həbəşi olsa belə, (əmrlərini) eşidib ona itaət edin”.”

Ənəs
SəhihBuxari, 693 (Azan, 91)

Fəsil 55

Arxasındakılar namazı tam yerinə yetirdikləri halda imam səhvə yol verərsə nə etməlidir?

باب إِذَا لَمْ يُتِمَّ الإِمَامُ وَأَتَمَّ مَنْ خَلْفَهُ

حَدَّثَنَا الْفَضْلُ بْنُ سَهْلٍ قَالَ حَدَّثَنَا الْحَسَنُ بْنُ مُوسَى الأَشْيَبُ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللَّهِ بْنِ دِينَارٍ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « يُصَلُّونَ لَكُمْ ، فَإِنْ أَصَابُوا فَلَكُمْ ، وَإِنْ أَخْطَئُوا فَلَكُمْ وَعَلَيْهِمْ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “İmamlar sizə namaz qıldırırlar. Əgər (namazı) düzgün qıldırarlarsa, sizə savab çatar və əgər səhvə yol verərlərsə, sizə (yenə də savab) çatar, (bunun günahı isə) onların öz əleyhinə olar”.”

Əbu Hureyra
SəhihBuxari, 694 (Azan, 92)

Fəsil 56

Fitnəyə düşən və bidətçinin imamlıq etməsi

باب إِمَامَةِ الْمَفْتُونِ وَالْمُبْتَدِعِ

وَقَالَ الْحَسَنُ صَلِّ وَعَلَيْهِ بِدْعَتُهُ .

Ənəs ﵁ demişdir: “Bidətçinin arxasında namaz qıl, çünki bidətin günahı onun öz üzərinədir”.

قَالَ أَبُو عَبْدِ اللَّهِ وَقَالَ لَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ حَدَّثَنَا الأَوْزَاعِىُّ حَدَّثَنَا الزُّهْرِىُّ عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَدِىِّ بْنِ خِيَارٍ أَنَّهُ دَخَلَ عَلَى عُثْمَانَ بْنِ عَفَّانَ رَضِيَ اللَّهُ عَنْهُ وَهْوَ مَحْصُورٌ فَقَالَ إِنَّكَ إِمَامُ عَامَّةٍ ، وَنَزَلَ بِكَ مَا تَرَى وَيُصَلِّى لَنَا إِمَامُ فِتْنَةٍ وَنَتَحَرَّجُ . فَقَالَ الصَّلاَةُ أَحْسَنُ مَا يَعْمَلُ النَّاسُ ، فَإِذَا أَحْسَنَ النَّاسُ فَأَحْسِنْ مَعَهُمْ ، وَإِذَا أَسَاءُوا فَاجْتَنِبْ إِسَاءَتَهُمْ . وَقَالَ الزُّبَيْدِىُّ قَالَ الزُّهْرِىُّ لاَ نَرَى أَنْ يُصَلَّى خَلْفَ الْمُخَنَّثِ إِلاَّ مِنْ ضَرُورَةٍ لاَ بُدَّ مِنْهَا .

“Rəvayət edilir ki, Ubeydullah ibn Adiy ibn Xiyər ﵀ Osman ibn Əffan ﵁ mühasirədə olarkən onun yanına gəlib dedi: “Sən hamının rəhbərisən, başına da bu gördüyün işlər gəldi. Bizə fitnəkar imam namaz qıldırır, biz isə bundan çəkinirik. Nə məsləhət görürsən?” Osman dedi: “Namaz insanların edə biləcəyi ən yaxşı əməldir. İnsanlar yaxşı bir iş etsələr, siz də onlarla birlikdə olun. Pis bir iş etsələr, siz onların pisliyindən çəkinin”. Ravi əz-Zuhri deyir: “Biz çəkinilməsi mümkün olmayan zərurətə görə, yalnız özünü qadına bənzədənin arxasında namazın qılınmasını düzgün saymırıq”.”

Ubeydullah ibn Adiy ibn Xiyər
SəhihBuxari, 695 (Azan, 93)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبَانَ حَدَّثَنَا غُنْدَرٌ عَنْ شُعْبَةَ عَنْ أَبِى التَّيَّاحِ أَنَّهُ سَمِعَ أَنَسَ بْنَ مَالِكٍ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لأَبِى ذَرٍّ « اسْمَعْ وَأَطِعْ ، وَلَوْ لِحَبَشِىٍّ كَأَنَّ رَأْسَهُ زَبِيبَةٌ » .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ Əbu Zərə belə buyurdu: “Başı kişmişə bənzər həbəşi olsa belə, (əmrlərini) eşidib ona itaət edin”.”

Ənəs ibn Malik
SəhihBuxari, 696 (Azan, 94)

Fəsil 57

İmam ilə ona tabe olan iki kişi olduqda tabe olanın imamla bir yerdə sağ tərəfində durması

باب يَقُومُ عَنْ يَمِينِ الإِمَامِ بِحِذَائِهِ سَوَاءً إِذَا كَانَا اثْنَيْنِ

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ قَالَ سَمِعْتُ سَعِيدَ بْنَ جُبَيْرٍ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ بِتُّ فِى بَيْتِ خَالَتِى مَيْمُونَةَ فَصَلَّى رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعِشَاءَ ، ثُمَّ جَاءَ فَصَلَّى أَرْبَعَ رَكَعَاتٍ ثُمَّ نَامَ ، ثُمَّ قَامَ فَجِئْتُ فَقُمْتُ عَنْ يَسَارِهِ ، فَجَعَلَنِى عَنْ يَمِينِهِ ، فَصَلَّى خَمْسَ رَكَعَاتٍ ، ثُمَّ صَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ نَامَ حَتَّى سَمِعْتُ غَطِيطَهُ - أَوْ قَالَ خَطِيطَهُ - ثُمَّ خَرَجَ إِلَى الصَّلاَةِ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən xalam Məymunənin evində gecələdim. O gecə Peyğəmbər ﷺ də onun yanında idi. Allah Elçisi ﷺ İşa namazını (məsciddə) qıldıqdan sonra (mənzilinə qayıdaraq) dörd rükət namaz qıldı və uzanıb yatdı. Sonra o, namaz qılmaq üçün durdu, mən də gəlib onun sol tərəfində dayandım. O, məni sağ tərəfinə keçirtdi və beş rükət namaz qıldı. Bunun ardından iki rükət də qıldı. Sonra da uzanıb yatdı, hətta mən onun xorultusunu eşitdim. (Bir müddət keçdikdən) sonra isə qalxıb (Sübh namazını qılmaq üçün) namaza getdi”.”

İbn Abbas
SəhihBuxari, 697 (Azan, 95)

Fəsil 58

Namazda adam imamın solunda durmaq istədikdə imam onu sağ tərəfinə keçirərsə, bu onların namazını batil etməz

باب إِذَا قَامَ الرَّجُلُ عَنْ يَسَارِ الإِمَامِ ، فَحَوَّلَهُ الإِمَامُ إِلَى يَمِينِهِ لَمْ تَفْسُدْ صَلاَتُهُمَا

حَدَّثَنَا أَحْمَدُ قَالَ حَدَّثَنَا ابْنُ وَهْبٍ قَالَ حَدَّثَنَا عَمْرٌو عَنْ عَبْدِ رَبِّهِ بْنِ سَعِيدٍ عَنْ مَخْرَمَةَ بْنِ سُلَيْمَانَ عَنْ كُرَيْبٍ مَوْلَى ابْنِ عَبَّاسٍ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ نِمْتُ عِنْدَ مَيْمُونَةَ وَالنَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عِنْدَهَا تِلْكَ اللَّيْلَةَ ، فَتَوَضَّأَ ثُمَّ قَامَ يُصَلِّى ، فَقُمْتُ عَلَى يَسَارِهِ ، فَأَخَذَنِى فَجَعَلَنِى عَنْ يَمِينِهِ ، فَصَلَّى ثَلاَثَ عَشْرَةَ رَكْعَةً ، ثُمَّ نَامَ حَتَّى نَفَخَ - وَكَانَ إِذَا نَامَ نَفَخَ - ثُمَّ أَتَاهُ الْمُؤَذِّنُ ، فَخَرَجَ فَصَلَّى وَلَمْ يَتَوَضَّأْ . قَالَ عَمْرٌو فَحَدَّثْتُ بِهِ بُكَيْرًا فَقَالَ حَدَّثَنِى كُرَيْبٌ بِذَلِكَ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə mən xalam Məymunənin evində gecələdim. O gecə Peyğəmbər ﷺ də onun yanında idi. Peyğəmbər ﷺ dəstəmaz alıb namaza durdu, mən də onun sol tərəfində dayandım, lakin o məni tutub sağ tərəfinə keçirtdi və on üç rükət namaz qıldı. Sonra uzanıb yataraq xoruldamağa başladı. O yatanda adətən xoruldayardı. Səhər müəzzin onun yanına gəldikdən sonra o, evdən çıxdı və dəstəmaz almadan namaz qıldı”.”

İbn Abbas
SəhihBuxari, 698 (Azan, 96)

Fəsil 59

İmam tək namaz qıldıqda başqaları gəlib ona qoşularsa nə etməlidir?

باب إِذَا لَمْ يَنْوِ الإِمَامُ أَنْ يَؤُمَّ ثُمَّ جَاءَ قَوْمٌ فَأَمَّهُمْ

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ عَنْ أَيُّوبَ عَنْ عَبْدِ اللَّهِ بْنِ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنْ أَبِيهِ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ بِتُّ عِنْدَ خَالَتِى فَقَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى مِنَ اللَّيْلِ ، فَقُمْتُ أُصَلِّى مَعَهُ فَقُمْتُ عَنْ يَسَارِهِ ، فَأَخَذَ بِرَأْسِى فَأَقَامَنِى عَنْ يَمِينِهِ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə mən xalamgildə gecələdim. Peyğəmbər ﷺ gecə namazına durdu, mən də onunla namaz qılmaq üçün qalxdım və onun sol tərəfində durdum, lakin o məni başımdan tutub sağ tərəfinə keçirtdi”.”

İbn Abbas
SəhihBuxari, 699 (Azan, 97)

Fəsil 60

İmam (namazı) uzatdıqda, zəruri işləri olan bir adamın (namazdan) çıxıb onu təkbaşına qılması

باب إِذَا طَوَّلَ الإِمَامُ وَكَانَ لِلرَّجُلِ حَاجَةٌ فَخَرَجَ فَصَلَّى

حَدَّثَنَا مُسْلِمٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَمْرٍو عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ أَنَّ مُعَاذَ بْنَ جَبَلٍ كَانَ يُصَلِّى مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ يَرْجِعُ فَيَؤُمُّ قَوْمَهُ .

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Muaz ibn Cəbəl Peyğəmbərlə ﷺ birlikdə namaz qılar, sonra qayıdıb öz tayfsına namaz qıldırardı.”

Cabir ibn Abdullah
SəhihBuxari, 700 (Azan, 98)

وَحَدَّثَنِى مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا غُنْدَرٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَمْرٍو قَالَ سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ قَالَ كَانَ مُعَاذُ بْنُ جَبَلٍ يُصَلِّى مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ يَرْجِعُ فَيَؤُمُّ قَوْمَهُ ، فَصَلَّى الْعِشَاءَ فَقَرَأَ بِالْبَقَرَةِ ، فَانْصَرَفَ الرَّجُلُ ، فَكَأَنَّ مُعَاذًا تَنَاوَلَ مِنْهُ ، فَبَلَغَ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « فَتَّانٌ فَتَّانٌ فَتَّانٌ » ثَلاَثَ مِرَارٍ أَوْ قَالَ « فَاتِنًا فَاتِنًا فَاتِنٌ » وَأَمَرَهُ بِسُورَتَيْنِ مِنْ أَوْسَطِ الْمُفَصَّلِ . قَالَ عَمْرٌو لاَ أَحْفَظُهُمَا .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Muaz ibn Cəbəl Peyğəmbərlə ﷺ birlikdə namaz qılar, sonra da qayıdıb öz tayfasına namaz qıldırardı. Bir dəfə o, İşa namazını qıldırarkən “əl-Bəqərə” surəsini oxudu. (Namazın uzunluğuna davam gətirə bilməyən) bir nəfər namazdan çıxdı. Deyəsən, Muaz onun barəsində xoşagəlməz sözlər söylədi. Bu hadisə Peyğəmbərə ﷺ xəbər verildikdə o, üç dəfə: “Sən fitnəkarsan, (ey Muaz?)”– dedi və ona müfəssəl surələr arasından iki surə oxumağı əmr etdi”. Ravi Amr dedi: “(Onların hansı surələr olduğunu) yadımda saxlaya bilmədim”.”

Cabir ibn Abdullah
SəhihBuxari, 701 (Azan, 99)

Fəsil 61

İmamın qiyamı çox uzatmaması, ruku və səcdələri isə tam yerinə yetirməsi

باب تَخْفِيفِ الإِمَامِ فِى الْقِيَامِ وَإِتْمَامِ الرُّكُوعِ وَالسُّجُودِ

حَدَّثَنَا أَحْمَدُ بْنُ يُونُسَ قَالَ حَدَّثَنَا زُهَيْرٌ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ سَمِعْتُ قَيْسًا قَالَ أَخْبَرَنِى أَبُو مَسْعُودٍ أَنَّ رَجُلاً قَالَ وَاللَّهِ يَا رَسُولَ اللَّهِ إِنِّى لأَتَأَخَّرُ عَنْ صَلاَةِ الْغَدَاةِ مِنْ أَجْلِ فُلاَنٍ مِمَّا يُطِيلُ بِنَا . فَمَا رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى مَوْعِظَةٍ أَشَدَّ غَضَبًا مِنْهُ يَوْمَئِذٍ ثُمَّ قَالَ « إِنَّ مِنْكُمْ مُنَفِّرِينَ ، فَأَيُّكُمْ مَا صَلَّى بِالنَّاسِ فَلْيَتَجَوَّزْ ، فَإِنَّ فِيهِمُ الضَّعِيفَ وَالْكَبِيرَ وَذَا الْحَاجَةِ » .

“Əbu Məsud ﵁ rəvayət edir ki, bir nəfər Peyğəmbərə ﷺ dedi: “Vallahi, ey Allahın Elçisi! Mənim Sübh namazına gəlməməyimin səbəbi filankəsin bizə namazı uzun-uzadı qıldırmasıdır”. Əbu Məsud deyir: “Mən Peyğəmbərin ﷺ öyüd-nəsihət verərkən o günkü qədər bərk qəzəbləndiyini görməmişdim. Sonra o dedi: “Həqiqətən, aranızda (dinə qarşı) nifrət oyadanlar var. Qoy aranızdan camaata namaz qıldıran (bunu) yüngül etsin, çünki onların arasında zəiflər, yaşlılar və (təcili) işi çıxmış kimsələr ola bilər”.”

Əbu Məsud
SəhihBuxari, 702 (Azan, 100)

Fəsil 62

Adam tək namaz qıldıqda namazı istədiyi qədər uzada bilər

باب إِذَا صَلَّى لِنَفْسِهِ فَلْيُطَوِّلْ مَا شَاءَ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا صَلَّى أَحَدُكُمْ لِلنَّاسِ فَلْيُخَفِّفْ ، فَإِنَّ مِنْهُمُ الضَّعِيفَ وَالسَّقِيمَ وَالْكَبِيرَ ، وَإِذَا صَلَّى أَحَدُكُمْ لِنَفْسِهِ فَلْيُطَوِّلْ مَا شَاءَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri camaata namaz qıldırdıqda namazı yüngül etsin, çünki onların arasında zəiflər, xəstələr və yaşlılar ola bilər. Namazı tək qıldıqda isə istədiyi qədər uzada bilər”.”

Əbu Hureyra
SəhihBuxari, 703 (Azan, 101)

Fəsil 63

Namazı uzun qıldırdığına görə imamdan şikayət etmək

باب مَنْ شَكَا إِمَامَهُ إِذَا طَوَّلَ

وَقَالَ أَبُو أُسَيْدٍ طَوَّلْتَ بِنَا يَا بُنَىَّ .

Əbu Useyd ﵀ demişdir: “Namazı bizə uzun qıldırdın, ey oğul!”

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ حَدَّثَنَا سُفْيَانُ عَنْ إِسْمَاعِيلَ بْنِ أَبِى خَالِدٍ عَنْ قَيْسِ بْنِ أَبِى حَازِمٍ عَنْ أَبِى مَسْعُودٍ قَالَ قَالَ رَجُلٌ يَا رَسُولَ اللَّهِ إِنِّى لأَتَأَخَّرُ عَنِ الصَّلاَةِ فِى الْفَجْرِ مِمَّا يُطِيلُ بِنَا فُلاَنٌ فِيهَا . فَغَضِبَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا رَأَيْتُهُ غَضِبَ فِى مَوْضِعٍ كَانَ أَشَدَّ غَضَبًا مِنْهُ يَوْمَئِذٍ ثُمَّ قَالَ « يَا أَيُّهَا النَّاسُ إِنَّ مِنْكُمْ مُنَفِّرِينَ ، فَمَنْ أَمَّ النَّاسَ فَلْيَتَجَوَّزْ ، فَإِنَّ خَلْفَهُ الضَّعِيفَ وَالْكَبِيرَ وَذَا الْحَاجَةِ » .

“Rəvayət edilir ki, Əbu Məsud ﵁ rəvayət edir ki, bir nəfər Peyğəmbərə ﷺ dedi: “Ey Allahın Elçisi! Mənim Sübh namazına gəlməməyimin səbəbi filankəsin bizə onu uzun-uzadı qıldırmasıdır”. Allah Elçisi ﷺ elə qəzəbləndi ki, mən onun öyüd-nəsihət verərkən o günkü qədər bərk qəzəbləndiyini görməmişdim. Sonra o dedi: “Ey insanlar! Həqiqətən, aranızda (dinə qarşı) nifrət oyadanlar var. Camaata namaz qıldıran kimsə (bunu) yüngül etsin, çünki onun arxasında zəiflər, yaşlılar və (təcili) işi çıxmış kimsələr ola bilər”.”

Əbu Məsud
SəhihBuxari, 704 (Azan, 102)

حَدَّثَنَا آدَمُ بْنُ أَبِى إِيَاسٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا مُحَارِبُ بْنُ دِثَارٍ قَالَ سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ الأَنْصَارِىَّ قَالَ أَقْبَلَ رَجُلٌ بِنَاضِحَيْنِ وَقَدْ جَنَحَ اللَّيْلُ ، فَوَافَقَ مُعَاذًا يُصَلِّى ، فَتَرَكَ نَاضِحَهُ وَأَقْبَلَ إِلَى مُعَاذٍ ، فَقَرَأَ بِسُورَةِ الْبَقَرَةِ أَوِ النِّسَاءِ ، فَانْطَلَقَ الرَّجُلُ ، وَبَلَغَهُ أَنَّ مُعَاذًا نَالَ مِنْهُ ، فَأَتَى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَشَكَا إِلَيْهِ مُعَاذًا ، فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَا مُعَاذُ أَفَتَّانٌ أَنْتَ - أَوْ فَاتِنٌ ثَلاَثَ مِرَارٍ - فَلَوْلاَ صَلَّيْتَ بِسَبِّحِ اسْمَ رَبِّكَ ، وَالشَّمْسِ وَضُحَاهَا ، وَاللَّيْلِ إِذَا يَغْشَى ، فَإِنَّهُ يُصَلِّى وَرَاءَكَ الْكَبِيرُ وَالضَّعِيفُ وَذُو الْحَاجَةِ » . أَحْسِبُ هَذَا فِى الْحَدِيثِ . قَالَ أَبُو عَبْدِ اللَّهِ وَتَابَعَهُ سَعِيدُ بْنُ مَسْرُوقٍ وَمِسْعَرٌ وَالشَّيْبَانِىُّ . قَالَ عَمْرٌو وَعُبَيْدُ اللَّهِ بْنُ مِقْسَمٍ وَأَبُو الزُّبَيْرِ عَنْ جَابِرٍ قَرَأَ مُعَاذٌ فِى الْعِشَاءِ بِالْبَقَرَةِ . وَتَابَعَهُ الأَعْمَشُ عَنْ مُحَارِبٍ .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah əl-Ənsari ﵄ demişdir: “Bir kişi Muazın İşa namazını qıldırması vaxtı gecə iki dəvəsi ilə gəldi və dəvələrini buraxıb Muaza qoşuldu. Muaz “əl-Bəqərə” və ya “ən-Nisa” surəsini oxuyurdu. Bu kişi namazdan çıxıb getdi. Muazın bu kişi haqqında pis söz deməsi ona çatdıqda o, Peyğəmbərin ﷺ yanına gəlib ona Muaz haqqında şikayət etdi. Peyğəmbər ﷺ də üç dəfə: “Ey Muaz, sən fitnəkarsan?” dedi və davam edib belə buyurdu: “Yaxşı olardı ki, namazda: “...Rəbbinin adına təriflər de!” (“əl-Ə'lə”), “And olsun günəşə və onun saçdığı şəfəqə!” (“əş-Şəms”) və “And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə!” (“əl-Leyl”) surələrini oxuyaydın. Çünki sənin arxanda yaşlılar, zəiflər və (təcili) işi çıxmış kimsələr ola bilər”. Cabir rəvayət edir ki, Muaz İşa namazında “əl-Bəqərə” surəsini oxuyurdu”.”

Cabir ibn Abdullah əl-Ənsari
SəhihBuxari, 705 (Azan, 103)

Fəsil 64

Namazı uzatmadan tam yerinə yetirmək

باب الإِيجَازِ فِى الصَّلاَةِ وَإِكْمَالِهَا

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ عَنْ أَنَسٍ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُوجِزُ الصَّلاَةَ وَيُكْمِلُهَا .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ (qıldırdığı) namazı uzatmazdı, lakin onu tam yerinə yetirərdi”.”

Ənəs
SəhihBuxari, 706 (Azan, 104)

Fəsil 65

Körpənin ağlamasını eşitdikdə namazı yüngül şəkildə qılan

باب مَنْ أَخَفَّ الصَّلاَةَ عِنْدَ بُكَاءِ الصَّبِىِّ

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُوسَى قَالَ أَخْبَرَنَا الْوَلِيدُ قَالَ حَدَّثَنَا الأَوْزَاعِىُّ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ عَنْ أَبِيهِ أَبِى قَتَادَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنِّى لأَقُومُ فِى الصَّلاَةِ أُرِيدُ أَنْ أُطَوِّلَ فِيهَا ، فَأَسْمَعُ بُكَاءَ الصَّبِىِّ ، فَأَتَجَوَّزُ فِى صَلاَتِى كَرَاهِيَةَ أَنْ أَشُقَّ عَلَى أُمِّهِ » . تَابَعَهُ بِشْرُ بْنُ بَكْرٍ وَابْنُ الْمُبَارَكِ وَبَقِيَّةُ عَنِ الأَوْزَاعِىِّ .

“Əbu Qətadə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mən namaza duranda onu uzun-uzadı qılmaq istəyirəm, lakin körpənin ağlamasını eşidəndə onun anasına əziyyət verməyim deyə, namazımı qısaldıram”.”

Əbu Qətadə
SəhihBuxari, 707 (Azan, 105)

حَدَّثَنَا خَالِدُ بْنُ مَخْلَدٍ قَالَ حَدَّثَنَا سُلَيْمَانُ بْنُ بِلاَلٍ قَالَ حَدَّثَنَا شَرِيكُ بْنُ عَبْدِ اللَّهِ قَالَ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ مَا صَلَّيْتُ وَرَاءَ إِمَامٍ قَطُّ أَخَفَّ صَلاَةً وَلاَ أَتَمَّ مِنَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَإِنْ كَانَ لَيَسْمَعُ بُكَاءَ الصَّبِىِّ فَيُخَفِّفُ مَخَافَةَ أَنْ تُفْتَنَ أُمُّهُ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən heç vaxt Peyğəmbər ﷺ kimi tam və yüngül namaz qıldıran adamın arxasında namaz qılmadım. Əgər o, uşaq ağlamasının səsini eşidərdisə, uşağın anasının narahat olmasından qorxduğu üçün namazı yüngülləşdirərdi”.”

Ənəs ibn Malik
SəhihBuxari, 708 (Azan, 106)

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ قَالَ حَدَّثَنَا سَعِيدٌ قَالَ حَدَّثَنَا قَتَادَةُ أَنَّ أَنَسَ بْنَ مَالِكٍ حَدَّثَهُ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنِّى لأَدْخُلُ فِى الصَّلاَةِ وَأَنَا أُرِيدُ إِطَالَتَهَا ، فَأَسْمَعُ بُكَاءَ الصَّبِىِّ ، فَأَتَجَوَّزُ فِى صَلاَتِى مِمَّا أَعْلَمُ مِنْ شِدَّةِ وَجْدِ أُمِّهِ مِنْ بُكَائِهِ » .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mən namaza başlayanda onu uzun qıldırmaq istəyirəm, lakin uşaq ağlamasının səsini eşidib anasının uşağın ağlamasına görə narahatlıq hissi keçirdiyini bilib namazı qısa qıldırıram”.”

Ənəs ibn Malik
SəhihBuxari, 709 (Azan, 107)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى عَدِىٍّ عَنْ سَعِيدٍ عَنْ قَتَادَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِنِّى لأَدْخُلُ فِى الصَّلاَةِ فَأُرِيدُ إِطَالَتَهَا ، فَأَسْمَعُ بُكَاءَ الصَّبِىِّ ، فَأَتَجَوَّزُ مِمَّا أَعْلَمُ مِنْ شِدَّةِ وَجْدِ أُمِّهِ مِنْ بُكَائِهِ » .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mən namaza başlayanda onu uzun qıldırmaq istəyirəm, lakin uşaq ağlamasının səsini eşidib anasının uşağın ağlamasına görə narahatlıq hissi keçirdiyini bilib namazı qısa qıldırıram”.”

Ənəs ibn Malik
SəhihBuxari, 710 (Azan, 108)

Fəsil 66

Namazı qıldıqdan sonra tayfasına namaz qıldırmaq

باب إِذَا صَلَّى ثُمَّ أَمَّ قَوْمًا

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ وَأَبُو النُّعْمَانِ قَالاَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ عَنْ عَمْرِو بْنِ دِينَارٍ عَنْ جَابِرٍ قَالَ كَانَ مُعَاذٌ يُصَلِّى مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ يَأْتِى قَوْمَهُ فَيُصَلِّى بِهِمْ .

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Muaz Peyğəmbərlə ﷺ namaz qılar, sonra gedib tayfasına namaz qıldırardi”.”

Cabir
SəhihBuxari, 711 (Azan, 109)

Fəsil 67

İmamın təkbirlərini camaata eşitdirən

باب مَنْ أَسْمَعَ النَّاسَ تَكْبِيرَ الإِمَامِ

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ دَاوُدَ قَالَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ لَمَّا مَرِضَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَضَهُ الَّذِى مَاتَ فِيهِ أَتَاهُ بِلاَلٌ يُؤْذِنُهُ بِالصَّلاَةِ فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ » . قُلْتُ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ ، إِنْ يَقُمْ مَقَامَكَ يَبْكِى فَلاَ يَقْدِرُ عَلَى الْقِرَاءَةِ . قَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ » . فَقُلْتُ مِثْلَهُ فَقَالَ فِى الثَّالِثَةِ أَوِ الرَّابِعَةِ « إِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ ، مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ » . فَصَلَّى وَخَرَجَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُهَادَى بَيْنَ رَجُلَيْنِ ، كَأَنِّى أَنْظُرُ إِلَيْهِ يَخُطُّ بِرِجْلَيْهِ الأَرْضَ ، فَلَمَّا رَآهُ أَبُو بَكْرٍ ذَهَبَ يَتَأَخَّرُ ، فَأَشَارَ إِلَيْهِ أَنْ صَلِّ ، فَتَأَخَّرَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ وَقَعَدَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى جَنْبِهِ ، وَأَبُو بَكْرٍ يُسْمِعُ النَّاسَ التَّكْبِيرَ . تَابَعَهُ مُحَاضِرٌ عَنِ الأَعْمَشِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ ölümü ilə nəticələnən xəstəliyə tutulduğu zaman Bilal gəlib namaza azan verdi. Peyğəmbər ﷺ buyurdu: “Əbu Bəkrə deyin, namaz qıldırsın!” Mən dedim: “Əbu Bəkr ürəyiyumşaq adamdır, əgər sənin yerinə imamlıq etsə, ağlayacaq və namazda Quran oxuya bilməyəcək”. Peyğəmbər ﷺ yenə buyurdu: “Əbu Bəkrə deyin, namaz qıldırsın!” Mən sözümü təkrar etdim, o ona üçüncü və ya dördüncü dəfə belə buyurdu: “Siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, namaz qıldırsın!” Beləliklə, Əbu Bəkr camaata namaz qıldırdı. Bu əsnada Peyğəmbər ﷺ iki nəfərin arasında otağından çıxdı. Mən onun xəstəliyi üzündən ayaqlarını yerlə sürüdüyünü, sanki, indi də görürəm. Əbu Bəkr onun gəldiyini hiss etdikdə geriyə çəkilmək istədi, lakin Peyğəmbər ﷺ əli ilə ona işarə etdi ki, yerində qal, lakin Əbu Bəkr ﵁ geri çəkildi. Peyğəmbər ﷺ Əbu Bəkrin yanında oturdu. Əbu Bəkr də təkbirləri camaata eşitdirirdi”.”

Aişə
SəhihBuxari, 712 (Azan, 110)

Fəsil 68

Kişinin imama, camaatın da imama tabe olana tabe olması

باب الرَّجُلُ يَأْتَمُّ بِالإِمَامِ وَيَأْتَمُّ النَّاسُ بِالْمَأْمُومِ

وَيُذْكَرُ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « ائْتَمُّوا بِى وَلْيَأْتَمَّ بِكُمْ مَنْ بَعْدَكُمْ » .

Peyğəmbər ﷺ belə buyurmuşdur: “Mənə tabe olun, aranızda olanlar da sizə tabe olsunlar”.

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنِ الأَعْمَشِ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ قَالَتْ لَمَّا ثَقُلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَ بِلاَلٌ يُؤْذِنُهُ بِالصَّلاَةِ فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ أَنْ يُصَلِّىَ بِالنَّاسِ » . فَقُلْتُ يَا رَسُولَ اللَّهِ ، إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ ، وَإِنَّهُ مَتَى مَا يَقُمْ مَقَامَكَ لاَ يُسْمِعُ النَّاسَ ، فَلَوْ أَمَرْتَ عُمَرَ . فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ يُصَلِّى بِالنَّاسِ » . فَقُلْتُ لِحَفْصَةَ قُولِى لَهُ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ ، وَإِنَّهُ مَتَى يَقُمْ مَقَامَكَ لاَ يُسْمِعِ النَّاسَ ، فَلَوْ أَمَرْتَ عُمَرَ . قَالَ « إِنَّكُنَّ لأَنْتُنَّ صَوَاحِبُ يُوسُفَ ، مُرُوا أَبَا بَكْرٍ أَنْ يُصَلِّىَ بِالنَّاسِ » . فَلَمَّا دَخَلَ فِى الصَّلاَةِ وَجَدَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى نَفْسِهِ خِفَّةً ، فَقَامَ يُهَادَى بَيْنَ رَجُلَيْنِ ، وَرِجْلاَهُ يَخُطَّانِ فِى الأَرْضِ حَتَّى دَخَلَ الْمَسْجِدَ ، فَلَمَّا سَمِعَ أَبُو بَكْرٍ حِسَّهُ ذَهَبَ أَبُو بَكْرٍ يَتَأَخَّرُ ، فَأَوْمَأَ إِلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَجَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى جَلَسَ عَنْ يَسَارِ أَبِى بَكْرٍ ، فَكَانَ أَبُو بَكْرٍ يُصَلِّى قَائِمًا ، وَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى قَاعِدًا ، يَقْتَدِى أَبُو بَكْرٍ بِصَلاَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسُ مُقْتَدُونَ بِصَلاَةِ أَبِى بَكْرٍ رضى الله عنه .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ xəstəliyi ağırlaşdıqda Bilal gəlib namaza izin istədi. Peyğəmbər ﷺ buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Mən dedim: “Ey Allahın Elçisi, Əbu Bəkr ürəyiyumşaq adamdır, əgər sənin yerinə imamlıq etsə, camaata namazı eşitdirə bilməyəcək. Bəlkə, Ömərə əmr edəsən?” Peyğəmbər ﷺ yenə buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın”. Mən Həfsaya dedim: “Ona de ki, Əbu Bəkr ürəyiyumşaq adamdır, əgər sənin yerinə imamlıq etsə, camaata namazı eşitdirə bilməyəcək. Bəlkə, Ömərə əmr edəsən?” Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Əbu Bəkr camaata namaz qıldıranda Peyğəmbər ﷺ özündə yüngüllük hiss etdi və qalxaraq iki nəfərdən tutub, xəstəliyi üzündən ayaqları yerlə sürünərək məscidə gəldi. Əbu Bəkr onun gəldiyini hiss etdikdə geriyə çəkilmək istədi, lakin Allah Elçisi ﷺ əli ilə ona işarə etdi. Allah Elçisi ﷺ gəlib Əbu Bəkrin sol tərəfində yerə oturdu. Əbu Bəkr isə ayaq üstə namaz qılırdı. Beləliklə, Əbu Bəkr Peyğəmbərin ﷺ namazına, camaat da Əbu Bəkrin ﵁ namazına tabe oldular”.”

Aişə
SəhihBuxari, 713 (Azan, 111)

Fəsil 69

İmam namazda şəkk etdikdə camaatın sözünə etimad edirmi?

باب هَلْ يَأْخُذُ الإِمَامُ إِذَا شَكَّ بِقَوْلِ النَّاسِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكِ بْنِ أَنَسٍ عَنْ أَيُّوبَ بْنِ أَبِى تَمِيمَةَ السَّخْتِيَانِىِّ عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ انْصَرَفَ مِنَ اثْنَتَيْنِ ، فَقَالَ لَهُ ذُو الْيَدَيْنِ أَقَصُرَتِ الصَّلاَةُ أَمْ نَسِيتَ يَا رَسُولَ اللَّهِ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَصَدَقَ ذُو الْيَدَيْنِ » . فَقَالَ النَّاسُ نَعَمْ . فَقَامَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى اثْنَتَيْنِ أُخْرَيَيْنِ ثُمَّ سَلَّمَ ، ثُمَّ كَبَّرَ فَسَجَدَ مِثْلَ سُجُودِهِ أَوْ أَطْوَلَ .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ iki rükət namaz qıldırıb bizə çevrildi. Zul-Yədeyn adlı biri ona dedi: “Namaz qısaldımı?” və ya “Unutdunmu, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ buyurdu: “Zul-Yədeyn doğru söyləyirmi?” Camaat: “Bəli!” dedi. Allah Elçisi ﷺ ayağa durub son iki rükəti qıldırdı, sonra salam verdi. Sonra təkbir edib əvvəlki səcdələr kimi və ya daha uzun iki səcdə etdi.”

Əbu Hureyra
SəhihBuxari, 714 (Azan, 112)

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ صَلَّى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ رَكْعَتَيْنِ ، فَقِيلَ صَلَّيْتَ رَكْعَتَيْنِ . فَصَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ سَلَّمَ ثُمَّ سَجَدَ سَجْدَتَيْنِ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ Zöhr namazını iki rükət qıldırdı. Ona: “Namazı iki rükət qıldırdın” deyildi. O da iki rükət namaz qıldırdı, sonra salam verdi və iki dəfə səcdə etdi”.”

Əbu Hureyra
SəhihBuxari, 715 (Azan, 113)

Fəsil 70

İmam namazda ağlayarsa (nə etməlidir)?

باب إِذَا بَكَى الإِمَامُ فِى الصَّلاَةِ

وَقَالَ عَبْدُ اللَّهِ بْنُ شَدَّادٍ سَمِعْتُ نَشِيجَ عُمَرَ وَأَنَا فِى آخِرِ الصُّفُوفِ يَقْرَأُ { إِنَّمَا أَشْكُو بَثِّى وَحُزْنِى إِلَى اللَّهِ } .

Abdullah ibn Şəddad ﵀ demişdir: “Mən sonuncu sıralarda olduğum vaxt Ömərin “Mən dərd-qəmimi yalnız Allaha ərz edirəm” (Yusuf, 86) ayəsini oxuyaraq içində ağladığını eşitdim”.

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فِى مَرَضِهِ « مُرُوا أَبَا بَكْرٍ يُصَلِّى بِالنَّاسِ » . قَالَتْ عَائِشَةُ قُلْتُ إِنَّ أَبَا بَكْرٍ إِذَا قَامَ فِى مَقَامِكَ لَمْ يُسْمِعِ النَّاسَ مِنَ الْبُكَاءِ ، فَمُرْ عُمَرَ فَلْيُصَلِّ . فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ لِلنَّاسِ » . قَالَتْ عَائِشَةُ لِحَفْصَةَ قُولِى لَهُ إِنَّ أَبَا بَكْرٍ إِذَا قَامَ فِى مَقَامِكَ لَمْ يُسْمِعِ النَّاسَ مِنَ الْبُكَاءِ ، فَمُرْ عُمَرَ فَلْيُصَلِّ لِلنَّاسِ . فَفَعَلَتْ حَفْصَةُ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَهْ ، إِنَّكُنَّ لأَنْتُنَّ صَوَاحِبُ يُوسُفَ ، مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ لِلنَّاسِ » . قَالَتْ حَفْصَةُ لِعَائِشَةَ مَا كُنْتُ لأُصِيبَ مِنْكِ خَيْرًا .

“Möminlərin anası Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ xəstələndikdə buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Aişə dedi: “Mən dedim: “Əbu Bəkr ürəyiyumşaq adamdır, sənin yerində durduqda ağladığına görə camaata namazı eşitdirə bilməyəcək. Namaz qıldırmaq üçün Ömərə tapşır”. Peyğəmbər ﷺ yenə buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın”. Aişə Həfsaya dedi: “Ona de ki, Əbu Bəkr sənin yerində durduqda ğaladığına görə camaata namazı eşitdirə bilməyəcək. Sən camaata namazı qıldırmasını Ömərə tapşır”. Həfsa deyiləni etdikdə Allah Elçisi ﷺ buyurdu: “Yetər! Həqiqətən, siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Bundan sonra Həfsa Aişəyə dedi: “Mən heç vaxt səndən xeyir görmədim”.”

Aişə
SəhihBuxari, 716 (Azan, 114)

Fəsil 71

İqamə oxunduğu zaman və ondan sonra cərgələrin düzəldilməsi

باب تَسْوِيَةِ الصُّفُوفِ عِنْدَ الإِقَامَةِ وَبَعْدَهَا

حَدَّثَنَا أَبُو الْوَلِيدِ هِشَامُ بْنُ عَبْدِ الْمَلِكِ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ أَخْبَرَنِى عَمْرُو بْنُ مُرَّةَ قَالَ سَمِعْتُ سَالِمَ بْنَ أَبِى الْجَعْدِ قَالَ سَمِعْتُ النُّعْمَانَ بْنَ بَشِيرٍ يَقُولُ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لَتُسَوُّنَّ صُفُوفَكُمْ أَوْ لَيُخَالِفَنَّ اللَّهُ بَيْنَ وُجُوهِكُمْ » .

“Rəvayət edilir ki, Numan ibn Bəşir ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “(Namaza duranda) cərgələrinizi düzəldin (və arada qalan boşluqları doldurun). Yoxsa Allah sizin üzünüzü dəyişdirər (aranıza ədavət salar)”.”

Numan ibn Bəşir
SəhihBuxari, 717 (Azan, 115)

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ عَنْ عَبْدِ الْعَزِيزِ عَنْ أَنَسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَقِيمُوا الصُّفُوفَ فَإِنِّى أَرَاكُمْ خَلْفَ ظَهْرِى » .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Cərgələrinizi düzəldin! Həqiqətən, mən sizi arxamda da görürəm”.”

Ənəs
SəhihBuxari, 718 (Azan, 116)

Fəsil 72

Cərgələr düzəldiyi vaxt imamın camaata üz tutması

باب إِقْبَالِ الإِمَامِ عَلَى النَّاسِ عِنْدَ تَسْوِيَةِ الصُّفُوفِ

حَدَّثَنَا أَحْمَدُ بْنُ أَبِى رَجَاءٍ قَالَ حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ عَمْرٍو قَالَ حَدَّثَنَا زَائِدَةُ بْنُ قُدَامَةَ قَالَ حَدَّثَنَا حُمَيْدٌ الطَّوِيلُ حَدَّثَنَا أَنَسٌ قَالَ أُقِيمَتِ الصَّلاَةُ فَأَقْبَلَ عَلَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِوَجْهِهِ فَقَالَ « أَقِيمُوا صُفُوفَكُمْ وَتَرَاصُّوا ، فَإِنِّى أَرَاكُمْ مِنْ وَرَاءِ ظَهْرِى » .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Namaza iqamə verildikdə Allah Elçisi ﷺ bizə tərəf dönüb buyurdu: “Cərgələrinizi düzəldin, özünüz də sıx durun. Həqiqətən, mən sizin arxamda (nə etdiyinizi) görürəm”.”

Ənəs
SəhihBuxari, 719 (Azan, 117)

Fəsil 73

Birinci cərgə

باب الصَّفِّ الأَوَّلِ

حَدَّثَنَا أَبُو عَاصِمٍ عَنْ مَالِكٍ عَنْ سُمَىٍّ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « الشُّهَدَاءُ الْغَرِقُ وَالْمَطْعُونُ وَالْمَبْطُونُ وَالْهَدْمُ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Suda boğulan, taundan ölən, qarın yatalağından və uçqun atında qalaraq ölən şəhidlərdir”.”

Əbu Hureyra
SəhihBuxari, 720 (Azan, 118)

وَقَالَ « وَلَوْ يَعْلَمُونَ مَا فِى التَّهْجِيرِ لاَسْتَبَقُوا { إِلَيْهِ } وَلَوْ يَعْلَمُونَ مَا فِى الْعَتَمَةِ وَالصُّبْحِ لأَتَوْهُمَا وَلَوْ حَبْوًا ، وَلَوْ يَعْلَمُونَ مَا فِى الصَّفِّ الْمُقَدَّمِ لاَسْتَهَمُوا » .

“”Əgər onlar namazın vaxtı yetişən kimi onu qılmağın (nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər, onu yerinə yetirmək üçün bir-birini ötməyə çalışardılar. Əgər onlar İşa və Sübh namazlarını (camaatla birlikdə) qılmağın (nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər, bu namazları qılmaq üçün iməkləyərək də olsa (məscidə) gələrdilər. Əgər onlar birinci cərgədə nəyin olduğunu bilsəydilər, (buna nail olmaq üçün) püşk atardılar”.”

Əbu Hureyra
SəhihBuxari, 721 (Azan, 119)

Fəsil 74

Cərgənin düz olması namazın tamamlanmasındandır

باب إِقَامَةِ الصَّفِّ مِنْ تَمَامِ الصَّلاَةِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ أَخْبَرَنَا مَعْمَرٌ عَنْ هَمَّامٍ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ « إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ فَلاَ تَخْتَلِفُوا عَلَيْهِ ، فَإِذَا رَكَعَ فَارْكَعُوا ، وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . فَقُولُوا رَبَّنَا لَكَ الْحَمْدُ . وَإِذَا سَجَدَ فَاسْجُدُوا ، وَإِذَا صَلَّى جَالِسًا فَصَلُّوا جُلُوسًا أَجْمَعُونَ ، وَأَقِيمُوا الصَّفَّ فِى الصَّلاَةِ ، فَإِنَّ إِقَامَةَ الصَّفِّ مِنْ حُسْنِ الصَّلاَةِ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həqiqətən, imam ona tabe olunması üçün təyin edilir, ona görə imama müxalif olmayın. O, ruku etdikdə siz də ruku edin. O, “Səmi Allahu limən həmidəh” dedikdə siz “Rəbbənə ləkəl-həmd” deyin. O, səcdə etdikdə, siz də səcdə edin. O, oturaraq namaz qılsa, siz də hamılıqla oturaraq namaz qılın. Namazda olan cərgələri düz tutun, çünki cərgələrin düz olması namazın gözəlliyindəndir”.”

Əbu Hureyra
SəhihBuxari, 722 (Azan, 120)

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ قَتَادَةَ عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « سَوُّوا صُفُوفَكُمْ فَإِنَّ تَسْوِيَةَ الصُّفُوفِ مِنْ إِقَامَةِ الصَّلاَةِ » .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Cərgələrinizi düz tutun, çünki cərgələrin düzlüyü namazın tam olmasındandır”.”

Ənəs
SəhihBuxari, 723 (Azan, 121)

Fəsil 75

Cərgəni tamamlamayanın günahı

باب إِثْمِ مَنْ لَمْ يُتِمَّ الصُّفُوفَ

حَدَّثَنَا مُعَاذُ بْنُ أَسَدٍ قَالَ أَخْبَرَنَا الْفَضْلُ بْنُ مُوسَى قَالَ أَخْبَرَنَا سَعِيدُ بْنُ عُبَيْدٍ الطَّائِىُّ عَنْ بُشَيْرِ بْنِ يَسَارٍ الأَنْصَارِىِّ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّهُ قَدِمَ الْمَدِينَةَ فَقِيلَ لَهُ مَا أَنْكَرْتَ مِنَّا مُنْذُ يَوْمِ عَهِدْتَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ مَا أَنْكَرْتُ شَيْئًا إِلاَّ أَنَّكُمْ لاَ تُقِيمُونَ الصُّفُوفَ . وَقَالَ عُقْبَةُ بْنُ عُبَيْدٍ عَنْ بُشَيْرِ بْنِ يَسَارٍ قَدِمَ عَلَيْنَا أَنَسُ بْنُ مَالِكٍ الْمَدِينَةَ بِهَذَا .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ (Bəsrədən) Mədinəyə gəldikdə ona deyildi: “Allah Elçisinin ﷺ dövründən bəri bizdə bəyənmədiyin şey nədir?” Ənəs dedi: “Sizdə bəyənmədiyim bir şey yoxdur, yalnız siz cərgələri düzəltmirsiniz”. Ravi Buşeyr ibn Yəsar: “Ənəs ibn Malik Mədinəyə bizim yanımıza gəldi”- dedi və hədisi danışdı”.”

Ənəs ibn Malik
SəhihBuxari, 724 (Azan, 122)

Fəsil 76

Cərgədə çiyinin çiyinə və topuğun topuğa sıx olması

باب إِلْزَاقِ الْمَنْكِبِ بِالْمَنْكِبِ وَالْقَدَمِ بِالْقَدَمِ فِى الصَّفِّ

وَقَالَ النُّعْمَانُ بْنُ بَشِيرٍ رَأَيْتُ الرَّجُلَ مِنَّا يُلْزِقُ كَعْبَهُ بِكَعْبِ صَاحِبِهِ

Numan ibn Bəşir ﵁ demişdir: “Mən bizdən olan kişinin topuğunun yoldaşının topuğuna sıx olduğunu gördüm”.

حَدَّثَنَا عَمْرُو بْنُ خَالِدٍ قَالَ حَدَّثَنَا زُهَيْرٌ عَنْ حُمَيْدٍ عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَقِيمُوا صُفُوفَكُمْ فَإِنِّى أَرَاكُمْ مِنْ وَرَاءِ ظَهْرِى » . وَكَانَ أَحَدُنَا يُلْزِقُ مَنْكِبَهُ بِمَنْكِبِ صَاحِبِهِ وَقَدَمَهُ بِقَدَمِهِ .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Cərgələrinizi düzəldin, özünüz də sıx durun. Həqiqətən, mən sizin arxamda (nə etdiyinizi) görürəm”. Bizdən birinin çiyni o birinin çiyninə, topuğunun da o birinin topuğuna sıx durardı”.”

Ənəs
SəhihBuxari, 725 (Azan, 123)

Fəsil 77

İmama tabe olan imamın solunda durduqda və imam da onu arxadan tutub sağ tərəfə keçirəndə namazın tam olması

باب إِذَا قَامَ الرَّجُلُ عَنْ يَسَارِ الإِمَامِ ، وَحَوَّلَهُ الإِمَامُ خَلْفَهُ إِلَى يَمِينِهِ ، تَمَّتْ صَلاَتُهُ

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا دَاوُدُ عَنْ عَمْرِو بْنِ دِينَارٍ عَنْ كُرَيْبٍ مَوْلَى ابْنِ عَبَّاسٍ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ صَلَّيْتُ مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ فَقُمْتُ عَنْ يَسَارِهِ ، فَأَخَذَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِرَأْسِى مِنْ وَرَائِى ، فَجَعَلَنِى عَنْ يَمِينِهِ ، فَصَلَّى وَرَقَدَ فَجَاءَهُ الْمُؤَذِّنُ ، فَقَامَ وَصَلَّى وَلَمْ يَتَوَضَّأْ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə mən gecə Peyğəmbərlə ﷺ namaz qılırdım və onun sol tərəfində dayandım, lakin o məni başımın arxasından tutub sağ tərəfinə keçirtdi. Beləcə, namazı qıldı və yatdı. Onun yanına müəzzin gəldikdə qalxıb dəstəmaz almadan namaz qıldı”.”

İbn Abbas
SəhihBuxari, 726 (Azan, 124)

Fəsil 78

Bir qadın tək olsa da cərgə sayılır

باب الْمَرْأَةُ وَحْدَهَا تَكُونُ صَفًّا

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ إِسْحَاقَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ صَلَّيْتُ أَنَا وَيَتِيمٌ فِى بَيْتِنَا خَلْفَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأُمِّى أُمُّ سُلَيْمٍ خَلْفَنَا .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən və yetim bir oğlan Peyğəmbərin ﷺ arxasında, anam Ummu Suleym isə bizim arxamızda camaat namazı qıldıq”.”

Ənəs ibn Malik
SəhihBuxari, 727 (Azan, 125)

Fəsil 79

Məscidin və imamın sağ tərəfində olmaq

باب مَيْمَنَةِ الْمَسْجِدِ وَالإِمَامِ

حَدَّثَنَا مُوسَى حَدَّثَنَا ثَابِتُ بْنُ يَزِيدَ حَدَّثَنَا عَاصِمٌ عَنِ الشَّعْبِىِّ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ قُمْتُ لَيْلَةً أُصَلِّى عَنْ يَسَارِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخَذَ بِيَدِى أَوْ بِعَضُدِى حَتَّى أَقَامَنِى عَنْ يَمِينِهِ ، وَقَالَ بِيَدِهِ مِنْ وَرَائِى .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə mən Peyğəmbərin ﷺ sol tərəfində durub namaz qılırdım. O mənim əlimdən və ya qolumdan tutub əli ilə arxa tərəfimdən öz sağ tərəfinə keçirtdi”.”

İbn Abbas
SəhihBuxari, 728 (Azan, 126)

Fəsil 80

İmamla camaatın arasında divarın və ya başqa bir maneənin olması

باب إِذَا كَانَ بَيْنَ الإِمَامِ وَبَيْنَ الْقَوْمِ حَائِطٌ أَوْ سُتْرَةٌ

وَقَالَ الْحَسَنُ لاَ بَأْسَ أَنْ تُصَلِّىَ وَبَيْنَكَ وَبَيْنَهُ نَهْرٌ . وَقَالَ أَبُو مِجْلَزٍ يَأْتَمُّ بِالإِمَامِ وَإِنْ كَانَ بَيْنَهُمَا طَرِيقٌ أَوْ جِدَارٌ إِذَا سَمِعَ تَكْبِيرَ الإِمَامِ

Həsən əl-Bəsri ﵀ demişdir: “Səninlə imam arasında bir çay olduqda imama tabe olub namaz qılmağında bir müşkül yoxdur”. Əbu Micləz ﵀ demişdir: “Aralarında yolun və ya divarın olması, imamın təkbirlərini eşitdiyi vaxt insan imama tabe ola bilər”.

حَدَّثَنَا مُحَمَّدٌ قَالَ أَخْبَرَنَا عَبْدَةُ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ الأَنْصَارِىِّ عَنْ عَمْرَةَ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى مِنَ اللَّيْلِ فِى حُجْرَتِهِ ، وَجِدَارُ الْحُجْرَةِ قَصِيرٌ ، فَرَأَى النَّاسُ شَخْصَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَامَ أُنَاسٌ يُصَلُّونَ بِصَلاَتِهِ ، فَأَصْبَحُوا فَتَحَدَّثُوا بِذَلِكَ ، فَقَامَ لَيْلَةَ الثَّانِيَةِ ، فَقَامَ مَعَهُ أُنَاسٌ يُصَلُّونَ بِصَلاَتِهِ ، صَنَعُوا ذَلِكَ لَيْلَتَيْنِ أَوْ ثَلاَثَةً ، حَتَّى إِذَا كَانَ بَعْدَ ذَلِكَ جَلَسَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمْ يَخْرُجْ ، فَلَمَّا أَصْبَحَ ذَكَرَ ذَلِكَ النَّاسُ فَقَالَ « إِنِّى خَشِيتُ أَنْ تُكْتَبَ عَلَيْكُمْ صَلاَةُ اللَّيْلِ » .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ (Ramazan ayında) gecələr öz hücrəsində (otağında) namaz qılardı. Hücrəsinin divarı alçaq olduğundan bəzi adamlar onun namaz qıldığını gördülər və ona qoşulub namaz qıldılar. Səhər açılanda isə bu haqda camaata danışmağa başladılar. Növbəti gecə o yenə namaza durdu və camaat da ona qoşulub namaz qılmağa başladı. Bu hal iki və ya üç gecə təkrar olundu. Yenə vaxt yetişdikdə o, evdə oturub namaza çıxmadı. Səhər camaat ondan bunun səbəbini soruşduqda isə belə dedi: “Mən gecə namazının sizə vacib buyrulacağından qorxdum”.”

Aişə
SəhihBuxari, 729 (Azan, 127)

Fəsil 81

Gecə namazı

باب صَلاَةِ اللَّيْلِ

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى فُدَيْكٍ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ عَنِ الْمَقْبُرِىِّ عَنْ أَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ لَهُ حَصِيرٌ يَبْسُطُهُ بِالنَّهَارِ ، وَيَحْتَجِرُهُ بِاللَّيْلِ ، فَثَابَ إِلَيْهِ نَاسٌ ، فَصَلَّوْا وَرَاءَهُ .

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbərin ﷺ bir həsiri var idi. Gündüzlər onu açar, gecələr isə (məsciddə düzəltdiyi) otağına qoyub orada namaz qılardı. Camaat ora gəlib onun arxasında namaza qoşuldular.”

Aişə
SəhihBuxari, 730 (Azan, 128)

حَدَّثَنَا عَبْدُ الأَعْلَى بْنُ حَمَّادٍ قَالَ حَدَّثَنَا وُهَيْبٌ قَالَ حَدَّثَنَا مُوسَى بْنُ عُقْبَةَ عَنْ سَالِمٍ أَبِى النَّضْرِ عَنْ بُسْرِ بْنِ سَعِيدٍ عَنْ زَيْدِ بْنِ ثَابِتٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ اتَّخَذَ حُجْرَةً - قَالَ حَسِبْتُ أَنَّهُ قَالَ - مِنْ حَصِيرٍ فِى رَمَضَانَ فَصَلَّى فِيهَا لَيَالِىَ ، فَصَلَّى بِصَلاَتِهِ نَاسٌ مِنْ أَصْحَابِهِ ، فَلَمَّا عَلِمَ بِهِمْ جَعَلَ يَقْعُدُ ، فَخَرَجَ إِلَيْهِمْ فَقَالَ « قَدْ عَرَفْتُ الَّذِى رَأَيْتُ مِنْ صَنِيعِكُمْ ، فَصَلُّوا أَيُّهَا النَّاسُ فِى بُيُوتِكُمْ ، فَإِنَّ أَفْضَلَ الصَّلاَةِ صَلاَةُ الْمَرْءِ فِى بَيْتِهِ إِلاَّ الْمَكْتُوبَةَ » .

“Zeyd ibn Sabit ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Ramazan ayında özü üçün (həsirdən) hücrə düzəltdi və bir neçə gecə orada namaz qıldı. Səhabələrindən bir qismi ona qoşulub bu namazı qılmağa başladı. O bunu biləndə evində oturub namaza çıxmadı. Sonra onların yanına gəlib dedi: “Mən sizin nə etdiyinizi başa düşürəm. Ancaq ey insanlar, öz evlərinizdə namaz qılın, çünki fərz namazlarından başqa ən fəzilətli namaz insanın öz evində qıldığı namazdır”.”

Zeyd ibn Sabit
SəhihBuxari, 731 (Azan, 129)

Fəsil 82

Namaza başlayarkən təkbir etməyin vacibliyi

باب إِيجَابِ التَّكْبِيرِ وَافْتِتَاحِ الصَّلاَةِ

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى أَنَسُ بْنُ مَالِكٍ الأَنْصَارِىُّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكِبَ فَرَسًا ، فَجُحِشَ شِقُّهُ الأَيْمَنُ ، قَالَ أَنَسٌ رَضِيَ اللَّهُ عَنْهُ فَصَلَّى لَنَا يَوْمَئِذٍ صَلاَةً مِنَ الصَّلَوَاتِ وَهْوَ قَاعِدٌ ، فَصَلَّيْنَا وَرَاءَهُ قُعُودًا ، ثُمَّ قَالَ لَمَّا سَلَّمَ « إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا صَلَّى قَائِمًا فَصَلُّوا قِيَامًا ، وَإِذَا رَكَعَ فَارْكَعُوا ، وَإِذَا رَفَعَ فَارْفَعُوا ، وَإِذَا سَجَدَ فَاسْجُدُوا وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . فَقُولُوا رَبَّنَا وَلَكَ الْحَمْدُ » .

“Ənəs ibn Malik əl-Ənsari ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bir ata minmişdi və ondan yıxılıb sağ tərəfini əzmişdi. Ənəs deyir: “O, namazlardan birini oturaraq qıldırdı, biz də onun arxasında namazı oturaraq qıldıq. O, namazda salam verdikdən sonra buyurdu: “İmam ona tabe olunmaq üçün təyin edilmişdir. O, ayaq üstə namaz qılsa, siz də ayaq üstə namaz qılın. O, rukuya getdikdə siz də ruku edin. O, dikəldikdə siz də dikəlin. O, səcdə etdikdə siz də səcdə edin. O “Səmi Allahu limən həmidəh” dedikdə siz “Rabbənə və ləkəl-həmd” deyin”.”

Ənəs ibn Malik əl-Ənsari
SəhihBuxari, 732 (Azan, 130)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا لَيْثٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّهُ قَالَ خَرَّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ فَرَسٍ فَجُحِشَ فَصَلَّى لَنَا قَاعِدًا فَصَلَّيْنَا مَعَهُ قُعُودًا ، ثُمَّ انْصَرَفَ فَقَالَ « إِنَّمَا الإِمَامُ - أَوْ إِنَّمَا جُعِلَ الإِمَامُ - لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا كَبَّرَ فَكَبِّرُوا ، وَإِذَا رَكَعَ فَارْكَعُوا ، وَإِذَا رَفَعَ فَارْفَعُوا ، وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . فَقُولُوا رَبَّنَا لَكَ الْحَمْدُ . وَإِذَا سَجَدَ فَاسْجُدُوا » .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ atdan yıxılıb əzilmişdi. O, namazı oturaraq qıldıqda, biz də onun arxasında namazı oturaraq qıldıq. Allah Elçisi namazı bitirdikdən sonra buyurdu: “İmam ona tabe olmaq üçün təyin edilmişdir. O, təkbir etdikdə siz də təkbir edin. O, rukuya getdikdə siz də ruku edin. O “Səmi Allahu limən həmidəh” dedikdə siz “Rabbənə ləkəl-həmd” deyin”. O, səcdə etdikdə siz də səcdə edin”.”

Ənəs ibn Malik
SəhihBuxari, 733 (Azan, 131)

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ قَالَ حَدَّثَنِى أَبُو الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا كَبَّرَ فَكَبِّرُوا ، وَإِذَا رَكَعَ فَارْكَعُوا ، وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . فَقُولُوا رَبَّنَا وَلَكَ الْحَمْدُ . وَإِذَا سَجَدَ فَاسْجُدُوا ، وَإِذَا صَلَّى جَالِسًا فَصَلُّوا جُلُوسًا أَجْمَعُونَ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İmam ona tabe olmaq üçündür təyin edilmişdir. O, təkbir etdikdə siz də təkbir edin. O, rukuya getdikdə siz də ruku edin. O “Səmi Allahu limən həmidəh” dedikdə siz “Rabbənə və ləkəl-həmd” deyin”. O, səcdə etdikdə siz də səcdə edin. O, oturaraq namaz qılsa, siz də oturaraq namaz qılın”.”

Əbu Hureyra
SəhihBuxari, 734 (Azan, 132)

Fəsil 83

Namaza başlayanda təkbir deyərkən əlləri qaldırmaq

باب رَفْعِ الْيَدَيْنِ فِى التَّكْبِيرَةِ الأُولَى مَعَ الاِفْتِتَاحِ سَوَاءً

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ سَالِمِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَبِيهِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَرْفَعُ يَدَيْهِ حَذْوَ مَنْكِبَيْهِ إِذَا افْتَتَحَ الصَّلاَةَ ، وَإِذَا كَبَّرَ لِلرُّكُوعِ ، وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ رَفَعَهُمَا كَذَلِكَ أَيْضًا وَقَالَ « سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، رَبَّنَا وَلَكَ الْحَمْدُ » . وَكَانَ لاَ يَفْعَلُ ذَلِكَ فِى السُّجُودِ .

“Səlim ibn Abdullah atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ namaza başlayanda əllərini çiyinləri bərabərinə qaldırardı. Həmçinin təkbir edib rukuya gedəndə və rukudan başını qaldıranda da əllərini qaldırardı. Rukudan qalxarkən “Səmi Allahu limən həmidəh, Rabbənə və ləkəl-həmd!” deyər, səcdəyə gedəndə isə əllərini qaldırmazdı.”

Səlim ibn Abdullah atasından
SəhihBuxari, 735 (Azan, 133)

Fəsil 84

Namaza başlayaraq təkbir etdikdə, rukuya getdikdə və rukudan dikəldikdə əlləri qaldırmaq

باب رَفْعِ الْيَدَيْنِ إِذَا كَبَّرَ وَإِذَا رَكَعَ وَإِذَا رَفَعَ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُقَاتِلٍ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا يُونُسُ عَنِ الزُّهْرِىِّ أَخْبَرَنِى سَالِمُ بْنُ عَبْدِ اللَّهِ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رضى الله عنهما قَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ فِى الصَّلاَةِ رَفَعَ يَدَيْهِ حَتَّى يَكُونَا حَذْوَ مَنْكِبَيْهِ ، وَكَانَ يَفْعَلُ ذَلِكَ حِينَ يُكَبِّرُ لِلرُّكُوعِ ، وَيَفْعَلُ ذَلِكَ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ وَيَقُولُ « سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ » . وَلاَ يَفْعَلُ ذَلِكَ فِى السُّجُودِ .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Mən Allah Elçisi ﷺ namaza başladıqda əllərini çiyinləri bərabərində qaldırdığını gördüm. Rukuya getmək üçün təkbir etdikdə və rukudan dikəlib “Səmi Allahu limən həmidəh” dedikdə də eyni şeyi edərdi. Səcdələrdə isə belə etməzdi”.”

Abdullah ibn Ömər
SəhihBuxari, 736 (Azan, 134)

حَدَّثَنَا إِسْحَاقُ الْوَاسِطِىُّ قَالَ حَدَّثَنَا خَالِدُ بْنُ عَبْدِ اللَّهِ عَنْ خَالِدٍ عَنْ أَبِى قِلاَبَةَ أَنَّهُ رَأَى مَالِكَ بْنَ الْحُوَيْرِثِ إِذَا صَلَّى كَبَّرَ وَرَفَعَ يَدَيْهِ ، وَإِذَا أَرَادَ أَنْ يَرْكَعَ رَفَعَ يَدَيْهِ ، وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ رَفَعَ يَدَيْهِ ، وَحَدَّثَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَنَعَ هَكَذَا

“Rəvayət edilir ki, Əbu Qilabə ﵀ Malik ibn əl-Huveyrisin namaz qıldığını görmüşdür. O, namaza durduqda təkbir edərək əllərini qaldırdı. Rukuya getmək istədikdə əllərini qaldırdı. Başını rukudan dikəltdikdə yenə əllərini qaldırdı. Sonra da Allah Elçisinin ﷺ belə etdiyini söylədi.”

Əbu Qilabə
SəhihBuxari, 737 (Azan, 135)

Fəsil 85

Namaz qılanda əllər haralarda qaldırılır?

باب إِلَى أَيْنَ يَرْفَعُ يَدَيْهِ

وَقَالَ أَبُو حُمَيْدٍ فِى أَصْحَابِهِ رَفَعَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَذْوَ مَنْكِبَيْهِ .

Əbu Humeyd ﵁ dostlarının yanında demişdir: “Peyğəmbər ﷺ əllərini çiyni səviyyəsində qaldırardı”.

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنَا سَالِمُ بْنُ عَبْدِ اللَّهِ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ افْتَتَحَ التَّكْبِيرَ فِى الصَّلاَةِ ، فَرَفَعَ يَدَيْهِ حِينَ يُكَبِّرُ حَتَّى يَجْعَلَهُمَا حَذْوَ مَنْكِبَيْهِ ، وَإِذَا كَبَّرَ لِلرُّكُوعِ فَعَلَ مِثْلَهُ ، وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . فَعَلَ مِثْلَهُ وَقَالَ « رَبَّنَا وَلَكَ الْحَمْدُ » . وَلاَ يَفْعَلُ ذَلِكَ حِينَ يَسْجُدُ وَلاَ حِينَ يَرْفَعُ رَأْسَهُ مِنَ السُّجُودِ .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Mən Peyğəmbəri ﷺ namaza başladıqda təkbir etdiyini və bu təkbirdə əllərini çiyni bərabərində qaldırdığını gördüm. O, ruku üçün təkbir etdikdə də eyni şeyi etdi. “Səmi Allahu limən həmidəh” dedikdə də eyni şeyi etdi və “Rabbənə və ləkəl-həmd” dedi. Səcdəyə getdikdə və səcdədən başını qaldırdıqda belə etmədi”.”

Abdullah ibn Ömər
SəhihBuxari, 738 (Azan, 136)

Fəsil 86

İkinci rükətdən qalxdıqda əlləri qaldırmaq

باب رَفْعِ الْيَدَيْنِ إِذَا قَامَ مِنَ الرَّكْعَتَيْنِ

حَدَّثَنَا عَيَّاشٌ قَالَ حَدَّثَنَا عَبْدُ الأَعْلَى قَالَ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ عَنْ نَافِعٍ أَنَّ ابْنَ عُمَرَ كَانَ إِذَا دَخَلَ فِى الصَّلاَةِ كَبَّرَ وَرَفَعَ يَدَيْهِ ، وَإِذَا رَكَعَ رَفَعَ يَدَيْهِ ، وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . رَفَعَ يَدَيْهِ ، وَإِذَا قَامَ مِنَ الرَّكْعَتَيْنِ رَفَعَ يَدَيْهِ . وَرَفَعَ ذَلِكَ ابْنُ عُمَرَ إِلَى نَبِىِّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . رَوَاهُ حَمَّادُ بْنُ سَلَمَةَ عَنْ أَيُّوبَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . وَرَوَاهُ ابْنُ طَهْمَانَ عَنْ أَيُّوبَ وَمُوسَى بْنِ عُقْبَةَ مُخْتَصَرًا .

“Nafi ﵀ rəvayət edir ki, İbn Ömər namaza başladıqda təkbir edərək əllərini qaldırardı. Ruku etdikdə əllərini qaldırardı. “Səmi Allahu limən həmidəh” dedikdə əllərini qaldırardı. İkinci rükətdən qalxdıqda da əllərini qaldırardı. İbn Ömər bunu Allahın Peyğəmbərinə ﷺ nisbət edərdi.”

Nafi
SəhihBuxari, 739 (Azan, 137)

Fəsil 87

Sağ əli sol əlin üstünə qoymaq

باب وَضْعِ الْيُمْنَى عَلَى الْيُسْرَى

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ كَانَ النَّاسُ يُؤْمَرُونَ أَنْ يَضَعَ الرَّجُلُ الْيَدَ الْيُمْنَى عَلَى ذِرَاعِهِ الْيُسْرَى فِى الصَّلاَةِ . قَالَ أَبُو حَازِمٍ لاَ أَعْلَمُهُ إِلاَّ يَنْمِى ذَلِكَ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . قَالَ إِسْمَاعِيلُ يُنْمَى ذَلِكَ . وَلَمْ يَقُلْ يَنْمِى .

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Camaata namaz qıldıqda sağ əli sol qolun üstünə qoymaq əmr olunardı”.”

Səhl ibn Səd
SəhihBuxari, 740 (Azan, 138)

Fəsil 88

Namazda müti olmaq

باب الْخُشُوعِ فِى الصَّلاَةِ

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « هَلْ تَرَوْنَ قِبْلَتِى هَا هُنَا وَاللَّهِ مَا يَخْفَى عَلَىَّ رُكُوعُكُمْ وَلاَ خُشُوعُكُمْ ، وَإِنِّى لأَرَاكُمْ وَرَاءَ ظَهْرِى » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Yoxsa siz elə güman edirsiniz ki, mən ancaq bu qibləmi (görürəm)? Allaha and olsun ki, sizin (namazdakı) rukuya getməyiniz və müti olmamağınız məndən gizli qalmır. Çünki mən sizin arxamda nə etdiyinizi görürəm”.”

Əbu Hureyra
SəhihBuxari, 741 (Azan, 139)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا غُنْدَرٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ سَمِعْتُ قَتَادَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَقِيمُوا الرُّكُوعَ وَالسُّجُودَ ، فَوَاللَّهِ إِنِّى لأَرَاكُمْ مِنْ بَعْدِى - وَرُبَّمَا قَالَ مِنْ بَعْدِ ظَهْرِى - إِذَا رَكَعْتُمْ وَسَجَدْتُمْ » .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Rukunuzu və səcdələrinizi düz tutun. Allaha and olsun ki, sizin məndən arxada nə etdiyinizi görürəm”. Ravi deyir: “Bəlkə də belə dedi: “Arxamda ruku və səcdə etdiyinizi görürəm”.”

Ənəs ibn Malik
SəhihBuxari, 742 (Azan, 140)

Fəsil 89

Təkbirdən sonra nə deyilir?

باب مَا يَقُولُ بَعْدَ التَّكْبِيرِ

حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ قَتَادَةَ عَنْ أَنَسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبَا بَكْرٍ وَعُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا كَانُوا يَفْتَتِحُونَ الصَّلاَةَ بِپ { الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ } .

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ, Əbu Bəkr və Ömər ﵄ namazı “Həmd olsun aləmlərin Rəbbi Allaha!” (əl-Fatihə) kəlməsi ilə başlayardılar.”

Ənəs
SəhihBuxari, 743 (Azan, 141)

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ زِيَادٍ قَالَ حَدَّثَنَا عُمَارَةُ بْنُ الْقَعْقَاعِ قَالَ حَدَّثَنَا أَبُو زُرْعَةَ قَالَ حَدَّثَنَا أَبُو هُرَيْرَةَ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْكُتُ بَيْنَ التَّكْبِيرِ وَبَيْنَ الْقِرَاءَةِ إِسْكَاتَةً - قَالَ أَحْسِبُهُ قَالَ هُنَيَّةً - فَقُلْتُ بِأَبِى وَأُمِّى يَا رَسُولَ اللَّهِ ، إِسْكَاتُكَ بَيْنَ التَّكْبِيرِ وَالْقِرَاءَةِ مَا تَقُولُ قَالَ « أَقُولُ اللَّهُمَّ بَاعِدْ بَيْنِى وَبَيْنَ خَطَايَاىَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ ، اللَّهُمَّ نَقِّنِى مِنَ الْخَطَايَا كَمَا يُنَقَّى الثَّوْبُ الأَبْيَضُ مِنَ الدَّنَسِ ، اللَّهُمَّ اغْسِلْ خَطَايَاىَ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ təkbir edib (namaza başladıqdan sonra “əl-Fatihə” surəsini) oxuyanadək bir qədər susardı. Mən dedim: “Ata-anam sənə fəda olsun, ey Allahın Elçisi! Sən təkbir etdikdən sonra (surəni) oxuyanadək susduğun vaxt nə deyirsən?“ O dedi: “Mən (sakit duranda bu duanı) oxuyuram: “Allahım, məğriblə məşriqin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaqlaşdır! Allahım, ağ paltar kirdən təmizləndiyi kimi məni də günahlardan təmizlə! Allahım, mənim günahlarımı su, qar və dolu ilə yu!!””

Əbu Hureyra
SəhihBuxari, 744 (Azan, 142)

Fəsil 90

Fəsil

باب

حَدَّثَنَا ابْنُ أَبِى مَرْيَمَ قَالَ أَخْبَرَنَا نَافِعُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنِى ابْنُ أَبِى مُلَيْكَةَ عَنْ أَسْمَاءَ بِنْتِ أَبِى بَكْرٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى صَلاَةَ الْكُسُوفِ ، فَقَامَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ، ثُمَّ قَامَ فَأَطَالَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ثُمَّ رَفَعَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ رَفَعَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ قَامَ فَأَطَالَ الْقِيَامَ ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ثُمَّ رَفَعَ فَأَطَالَ الْقِيَامَ ثُمَّ رَكَعَ فَأَطَالَ الرُّكُوعَ ثُمَّ رَفَعَ فَسَجَدَ فَأَطَالَ السُّجُودَ ، ثُمَّ رَفَعَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ ثُمَّ انْصَرَفَ فَقَالَ « قَدْ دَنَتْ مِنِّى الْجَنَّةُ حَتَّى لَوِ اجْتَرَأْتُ عَلَيْهَا لَجِئْتُكُمْ بِقِطَافٍ مِنْ قِطَافِهَا ، وَدَنَتْ مِنِّى النَّارُ حَتَّى قُلْتُ أَىْ رَبِّ وَأَنَا مَعَهُمْ فَإِذَا امْرَأَةٌ - حَسِبْتُ أَنَّهُ قَالَ - تَخْدِشُهَا هِرَّةٌ قُلْتُ مَا شَأْنُ هَذِهِ قَالُوا حَبَسَتْهَا حَتَّى مَاتَتْ جُوعًا ، لاَ أَطْعَمَتْهَا ، وَلاَ أَرْسَلَتْهَا تَأْكُلُ » . قَالَ نَافِعٌ حَسِبْتُ أَنَّهُ قَالَ « مِنْ خَشِيشِ أَوْ خُشَاشِ الأَرْضِ » .

“Əsma bint Əbu Bəkr ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ (günəş tutulduğu zaman) kusuf namazına durdu və qiyamı uzatdı, sonra rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı və yenə qiyamı uzatdı, sonra bir də rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı, sonra səcdəyə getdi və səcdəni uzatdı, sonra qalxıb oturdu, sonra səcdəyə getdi və səcdəni uzatdı, sonra namaza durdu və qiyamı uzatdı, sonra rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı və yenə qiyamı uzatdı, sonra bir də rukuya getdi və rukunu uzatdı, sonra rukudan qalxdı, sonra səcdəyə getdi və səcdəni uzatdı, sonra qalxıb oturdu, sonra yenə səcdəyə getdi və səcdəni uzatdı, sonra namazı bitirdi və dedi: “Cənnət mənə o qədər yaxınlaşdı ki, əgər ona (əl uzatmağa) cəsarətim olsaydı, oradakı salxımlardan birini sizə gətirərdim. Həmçinin, Cəhənnəm də mənə o qədər yaxınlaşdı ki, axırda mən dedim: “Ey Rəbbim, yoxsa məni də onlarla bir yerə salacaqsan?” Birdən mən bir qadın gördüm və soruşdum ki: “Bu qadının günahı nədir?” Mənə dedilər: “Bu qadın (pişiyi) acından ölənədək (evdə) saxlamış, nə ona yemək vermiş, nə də onu sərbəst buraxmışdır ki, gedib özünə yem tapsın”.”

Əsma bint Əbu Bəkr
SəhihBuxari, 745 (Azan, 143)

Fəsil 91

Namaz əsnasında imama nəzər salmaq

باب رَفْعِ الْبَصَرِ إِلَى الإِمَامِ فِى الصَّلاَةِ

وَقَالَتْ عَائِشَةُ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى صَلاَةِ الْكُسُوفِ « فَرَأَيْتُ جَهَنَّمَ يَحْطِمُ بَعْضُهَا بَعْضًا حِينَ رَأَيْتُمُونِى تَأَخَّرْتُ » .

Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ kusuf namazında belə buyurdu: “Arxaya doğru çəkildikdə Cəhənnəmi gördüm, içi-içinə keçirdi”.

حَدَّثَنَا مُوسَى قَالَ حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ قَالَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ عُمَارَةَ بْنِ عُمَيْرٍ عَنْ أَبِى مَعْمَرٍ قَالَ قُلْنَا لِخَبَّابٍ أَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِى الظُّهْرِ وَالْعَصْرِ قَالَ نَعَمْ . قُلْنَا بِمَ كُنْتُمْ تَعْرِفُونَ ذَاكَ قَالَ بِاضْطِرَابِ لِحْيَتِهِ .

“Rəvayət edilir ki, Əbu Məmər ﵀ demişdir: “Biz Xabbaba dedik: “Allah Elçisi ﷺ Zöhr və Əsr namazlarında (Quran) oxuyardımı?” O: “Bəli!”– deyə cavab verdi. Biz soruşduq: “Siz bunu nədən bilirdiniz?” O dedi: “Saqqalının tərpənməsindən”.”

Əbu Məmər
SəhihBuxari, 746 (Azan, 144)

حَدَّثَنَا حَجَّاجٌ حَدَّثَنَا شُعْبَةُ قَالَ أَنْبَأَنَا أَبُو إِسْحَاقَ قَالَ سَمِعْتُ عَبْدَ اللَّهِ بْنَ يَزِيدَ يَخْطُبُ قَالَ حَدَّثَنَا الْبَرَاءُ وَكَانَ غَيْرَ كَذُوبٍ أَنَّهُمْ كَانُوا إِذَا صَلَّوْا مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ قَامُوا قِيَامًا حَتَّى يَرَوْنَهُ قَدْ سَجَدَ .

“Rəvayət edilir ki, yalan danışmayan əl-Bəra ﵁ rəvayət edir ki, onlar Peyğəmbərlə ﷺ birlikdə namaz qıldıqda Peyğəmbər ﷺ başını rukudan qaldırar, səhabələr onun səcdəyə getməsinə qədər ayaq üstə qalardılar.”

əl-Bəra
SəhihBuxari, 747 (Azan, 145)

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ رضى الله عنهما قَالَ خَسَفَتِ الشَّمْسُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى ، قَالُوا يَا رَسُولَ اللَّهِ ، رَأَيْنَاكَ تَنَاوَلُ شَيْئًا فِى مَقَامِكَ ، ثُمَّ رَأَيْنَاكَ تَكَعْكَعْتَ . قَالَ « إِنِّى أُرِيتُ الْجَنَّةَ ، فَتَنَاوَلْتُ مِنْهَا عُنْقُودًا ، وَلَوْ أَخَذْتُهُ لأَكَلْتُمْ مِنْهُ مَا بَقِيَتِ الدُّنْيَا » .

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ demişdir: “Allah Elçisinin ﷺ dövründə günəş tutuldu və bu səbəbdən də Peyğəmbər ﷺ (camaata) namaz qıldırdı. Səhabələr dedilər: “Ey Allahın Elçisi, biz sənin dayandığın yerdə əlini uzadıb nə isə götürdüyünü, sonra da arxaya çəkildiyini gördük”. Peyğəmbər ﷺ buyurdu: “Mən Cənnəti gördüm və (oradakı meyvələrdən) bir salxım dərmək istədim. Mən onu dərə bilsəydim, dünya durduqca siz ondan yeyə bilərdiniz”.”

Abdullah ibn Abbas
SəhihBuxari, 748 (Azan, 146)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ سِنَانٍ قَالَ حَدَّثَنَا فُلَيْحٌ قَالَ حَدَّثَنَا هِلاَلُ بْنُ عَلِىٍّ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ صَلَّى لَنَا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ رَقَا الْمِنْبَرَ ، فَأَشَارَ بِيَدَيْهِ قِبَلَ قِبْلَةِ الْمَسْجِدِ ثُمَّ قَالَ « لَقَدْ رَأَيْتُ الآنَ مُنْذُ صَلَّيْتُ لَكُمُ الصَّلاَةَ الْجَنَّةَ وَالنَّارَ مُمَثَّلَتَيْنِ فِى قِبْلَةِ هَذَا الْجِدَارِ ، فَلَمْ أَرَ كَالْيَوْمِ فِى الْخَيْرِ وَالشَّرِّ » ثَلاَثًا .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ bizə namaz qıldırdı, sonra minbərə çıxaraq əli ilə məscidin qiblə tərəfinə işarə etdi. Sonra da buyurdu: “And olsun ki, indi sizə namaz qıldırdıqda Cənnəti və Cəhənnəmi bu divarın qiblə tərəfində gördüm. Mən xeyir və şəri bugünkü bir mənzərə şəklində heç görmədim”. Peyğəmbər ﷺ bunu üç dəfə təkrar etdi”.”

Ənəs ibn Malik
SəhihBuxari, 749 (Azan, 147)

Fəsil 92

Namaz əsnasında göyə baxmaq

باب رَفْعِ الْبَصَرِ إِلَى السَّمَاءِ فِى الصَّلاَةِ

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ أَخْبَرَنَا يَحْيَى بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى عَرُوبَةَ قَالَ حَدَّثَنَا قَتَادَةُ أَنَّ أَنَسَ بْنَ مَالِكٍ حَدَّثَهُمْ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَا بَالُ أَقْوَامٍ يَرْفَعُونَ أَبْصَارَهُمْ إِلَى السَّمَاءِ فِى صَلاَتِهِمْ » . فَاشْتَدَّ قَوْلُهُ فِى ذَلِكَ حَتَّى قَالَ « لَيَنْتَهُنَّ عَنْ ذَلِكَ أَوْ لَتُخْطَفَنَّ أَبْصَارُهُمْ » .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbər ﷺ buyurdu: “Namaz əsnasında göyə baxan adamlara nə olub ki, (belə edirlər)?” O buna çox sərt münasibət bildirdikdən sonra dedi: “Ya buna son qoyacaqlar, ya da ki gözləri kor olacaq”.”

Ənəs ibn Malik
SəhihBuxari, 750 (Azan, 148)

Fəsil 93

Namaz əsnasında o yana-bu yana baxmaq

باب الاِلْتِفَاتِ فِى الصَّلاَةِ

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا أَبُو الأَحْوَصِ قَالَ حَدَّثَنَا أَشْعَثُ بْنُ سُلَيْمٍ عَنْ أَبِيهِ عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ قَالَتْ سَأَلْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ الاِلْتِفَاتِ فِى الصَّلاَةِ فَقَالَ « هُوَ اخْتِلاَسٌ يَخْتَلِسُهُ الشَّيْطَانُ مِنْ صَلاَةِ الْعَبْدِ » .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisindən ﷺ namazda o yana-bu yana baxmaq barədə soruşdum. O dedi: “Bu, bəndənin namazından şeytanın xəlvətcə götürüb apardığı oğurluq bir şeydir”.”

Aişə
SəhihBuxari, 751 (Azan, 149)

حَدَّثَنَا قُتَيْبَةُ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنِ الزُّهْرِىِّ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى فِى خَمِيصَةٍ لَهَا أَعْلاَمٌ فَقَالَ « شَغَلَتْنِى أَعْلاَمُ هَذِهِ ، اذْهَبُوا بِهَا إِلَى أَبِى جَهْمٍ وَأْتُونِى بِأَنْبِجَانِيَّةٍ » .

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ üzərində bəzək olan paltarda namaz qıldı, sonra dedi: “Bu bəzək namazda mənim fikrimi yayındırdı. Bunu Əbu Cəhmin yanına aparın və onun sadə (naxışsız) paltarını mənə gətirin”.”

Aişə
SəhihBuxari, 752 (Azan, 150)

Fəsil 94

Namaz qılan bir iş olduqda və ya bir şey görməsindən və ya qiblə tərəfdə bir tüpürcək görməsinə görə sağa-sola dönə bilərmi?

باب هَلْ يَلْتَفِتُ لأَمْرٍ يَنْزِلُ بِهِ أَوْ يَرَى شَيْئًا أَوْ بُصَاقًا فِى الْقِبْلَةِ

وَقَالَ سَهْلٌ الْتَفَتَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ فَرَأَى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

Səhl ﵁ demişdir: “Əbu Bəkr ﵁ (camaata namaz qıldırda) dönərək Peyğəmbəri ﷺ gördü”.

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا لَيْثٌ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ أَنَّهُ قَالَ رَأَى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نُخَامَةً فِى قِبْلَةِ الْمَسْجِدِ ، وَهْوَ يُصَلِّى بَيْنَ يَدَىِ النَّاسِ ، فَحَتَّهَا ثُمَّ قَالَ حِينَ انْصَرَفَ « إِنَّ أَحَدَكُمْ إِذَا كَانَ فِى الصَّلاَةِ فَإِنَّ اللَّهَ قِبَلَ وَجْهِهِ ، فَلاَ يَتَنَخَّمَنَّ أَحَدٌ قِبَلَ وَجْهِهِ فِى الصَّلاَةِ » . رَوَاهُ مُوسَى بْنُ عُقْبَةَ وَابْنُ أَبِى رَوَّادٍ عَنْ نَافِعٍ .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ insanların qabağında namaz qılarkən məscidin qiblə tərəfində bəlğəm gördü və onu sildi. Sonra insanlara doğru dönüb buyurdu: “Biriniz namaz qıldıqda Allah onun üzü tərəfdə olur. Ona görə namaz qılarkən üzü tərəfə tüpürməsin”.”

İbn Ömər
SəhihBuxari, 753 (Azan, 151)

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا لَيْثُ بْنُ سَعْدٍ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى أَنَسٌ قَالَ بَيْنَمَا الْمُسْلِمُونَ فِى صَلاَةِ الْفَجْرِ لَمْ يَفْجَأْهُمْ إِلاَّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَشَفَ سِتْرَ حُجْرَةِ عَائِشَةَ فَنَظَرَ إِلَيْهِمْ وَهُمْ صُفُوفٌ ، فَتَبَسَّمَ يَضْحَكُ ، وَنَكَصَ أَبُو بَكْرٍ رضى الله عنه عَلَى عَقِبَيْهِ لِيَصِلَ لَهُ الصَّفَّ فَظَنَّ أَنَّهُ يُرِيدُ الْخُرُوجَ ، وَهَمَّ الْمُسْلِمُونَ أَنْ يَفْتَتِنُوا فِى صَلاَتِهِمْ ، فَأَشَارَ إِلَيْهِمْ أَتِمُّوا صَلاَتَكُمْ ، فَأَرْخَى السِّتْرَ ، وَتُوُفِّىَ مِنْ آخِرِ ذَلِكَ الْيَوْمِ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Müsəlmanlar Sübh namazını qıldıqları vaxt Allah Elçisinin ﷺ Aişənin hücrəsində (otağında) olan pərdəni qaldırdığını gördülər. Allah Elçisi ﷺ onlara baxdı, onlar cərgələrdə namaza durmuşdular. Peyğəmbər ﷺ təbəssüm edərək gülümsədi. Əbu Bəkr ﵁ Peyğəmbərin ﷺ namaz qılacağını zənn etdi və dala çəkilərək arxasındakı cərgəyə çəkilməyə başladı. Müsəlmanlar (Peyğəmbəri ﷺ görməyin sevinci ilə) namazı pozmaq istədilər. Peyğəmbər ﷺ onlara “Namazınızı tamamlayın” deyə işarə etdi. Sonra pərdəni aşağı saldı və həmin gün də vəfat etdi”.”

Ənəs
SəhihBuxari, 754 (Azan, 152)

Fəsil 95

Bütün namazlarda – daimi qalınan yerdə və səfərdə, səsli və səssiz namazlarda imamın və onun arxasında duranların Qurandan oxumasının vacib olması

باب وُجُوبِ الْقِرَاءَةِ لِلإِمَامِ وَالْمَأْمُومِ فِى الصَّلَوَاتِ كُلِّهَا فِى الْحَضَرِ وَالسَّفَرِ وَمَا يُجْهَرُ فِيهَا وَمَا يُخَافَتُ

حَدَّثَنَا مُوسَى قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ قَالَ حَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ عُمَيْرٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ شَكَا أَهْلُ الْكُوفَةِ سَعْدًا إِلَى عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ فَعَزَلَهُ وَاسْتَعْمَلَ عَلَيْهِمْ عَمَّارًا ، فَشَكَوْا حَتَّى ذَكَرُوا أَنَّهُ لاَ يُحْسِنُ يُصَلِّى ، فَأَرْسَلَ إِلَيْهِ فَقَالَ يَا أَبَا إِسْحَاقَ إِنَّ هَؤُلاَءِ يَزْعُمُونَ أَنَّكَ لاَ تُحْسِنُ تُصَلِّى قَالَ أَبُو إِسْحَاقَ أَمَّا أَنَا وَاللَّهِ فَإِنِّى كُنْتُ أُصَلِّى بِهِمْ صَلاَةَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا أَخْرِمُ عَنْهَا ، أُصَلِّى صَلاَةَ الْعِشَاءِ فَأَرْكُدُ فِى الأُولَيَيْنِ وَأُخِفُّ فِى الأُخْرَيَيْنِ . قَالَ ذَاكَ الظَّنُّ بِكَ يَا أَبَا إِسْحَاقَ . فَأَرْسَلَ مَعَهُ رَجُلاً أَوْ رِجَالاً إِلَى الْكُوفَةِ ، فَسَأَلَ عَنْهُ أَهْلَ الْكُوفَةِ ، وَلَمْ يَدَعْ مَسْجِدًا إِلاَّ سَأَلَ عَنْهُ ، وَيُثْنُونَ مَعْرُوفًا ، حَتَّى دَخَلَ مَسْجِدًا لِبَنِى عَبْسٍ ، فَقَامَ رَجُلٌ مِنْهُمْ يُقَالُ لَهُ أُسَامَةُ بْنُ قَتَادَةَ يُكْنَى أَبَا سَعْدَةَ قَالَ أَمَّا إِذْ نَشَدْتَنَا فَإِنَّ سَعْدًا كَانَ لاَ يَسِيرُ بِالسَّرِيَّةِ ، وَلاَ يَقْسِمُ بِالسَّوِيَّةِ ، وَلاَ يَعْدِلُ فِى الْقَضِيَّةِ . قَالَ سَعْدٌ أَمَا وَاللَّهِ لأَدْعُوَنَّ بِثَلاَثٍ ، اللَّهُمَّ إِنْ كَانَ عَبْدُكَ هَذَا كَاذِبًا ، قَامَ رِيَاءً وَسُمْعَةً فَأَطِلْ عُمْرَهُ ، وَأَطِلْ فَقْرَهُ ، وَعَرِّضْهُ بِالْفِتَنِ ، وَكَانَ بَعْدُ إِذَا سُئِلَ يَقُولُ شَيْخٌ كَبِيرٌ مَفْتُونٌ ، أَصَابَتْنِى دَعْوَةُ سَعْدٍ . قَالَ عَبْدُ الْمَلِكِ فَأَنَا رَأَيْتُهُ بَعْدُ قَدْ سَقَطَ حَاجِبَاهُ عَلَى عَيْنَيْهِ مِنَ الْكِبَرِ ، وَإِنَّهُ لَيَتَعَرَّضُ لِلْجَوَارِى فِى الطُّرُقِ يَغْمِزُهُنَّ .

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Kufəlilər Ömərə ﵁ Səd (ibn Əbu Vəqqasdan) şikayət etdilər. Buna görə də Ömər onu bu vəzifədən kənarlaşdırdı və yerinə Əmmar ibn Yasiri hakim təyin etdi. Kufəlilər çox şikayət edərək Sədin namazı lazımı qaydada qılmadığını belə iddia etdilər. Belə olduqda, Ömər adam göndərib onu yanına çağırtdırdı və dedi: “Ey Əbu İshaq! Bunlar iddia edirlər ki, sən namazı lazımı qaydada qılmırsan”. Əbu İshaq dedi: “Mənə gəlincə, Allaha and olsun ki, mən onlara Allah Elçisinin ﷺ namazını qıldırmışam və bundan heç bir şey əskiltməmişəm. İşa namazını qıldıranda ilk iki rükəti uzun, son iki rükəti isə qısa qıldırmışam”. Ömər: “Mən elə belə də bilirdim, ey Əbu İshaq!”– dedi, sonra da onunla birlikdə Kufəyə bir və ya iki adam göndərdi ki, gedib kufəlilərdən onun barəsində soruşsunlar. Kufədə elə bir məscid qalmadı ki, göndərilən adam onun barəsində soruşmasın. Hamı onu təriflədi. Axırda həmin adam Bəni Abs tayfasının məscidinə gəldi. Oradakılardan Əbu Sədə ləqəbi ilə tanınan Usamə ibn Qatədə adlı biri ayağa durub dedi: “Madam ki, and verib bizdən soruşdun, onda bil ki, Səd heç vaxt döyüşə gedən dəstəyə qoşulmayıb, qənimətləri düzgün bölüşdürməyib və şəriət məsələlərində ədalətlə hökm çıxarmayıb”. Səd dedi: “İndi ki belə oldu, onda Allaha and olsun ki, mən də üç şeylə bağlı Allaha dua edəcəyəm: “Allahım! Əgər sənin bu qulun yalançıdırsa, üstəlik bunu özünü göstərmək və ad qazanmaq məqsədi ilə edirsə, onda onun ömrünü uzat, kasıblığını artır və onu bəlalara düçar et!” Sonralar həmin adamdan onun halı barədə soruşanda deyərdi: “Mən fitnəyə düşən bir qocayam, məni Sədin bədduası tutub”. Ravi Abdul-Malik deyir: “Sonralar mən o adamı gördüm, qocalığından qaşları gözlərinin üstünə düşmüşdü, özü də küçələrdə cariyələrə əl atırdı”.”

Cabir ibn Səmura
SəhihBuxari, 755 (Azan, 153)

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَدَّثَنَا الزُّهْرِىُّ عَنْ مَحْمُودِ بْنِ الرَّبِيعِ عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ صَلاَةَ لِمَنْ لَمْ يَقْرَأْ بِفَاتِحَةِ الْكِتَابِ » .

“Ubadə ibn əs-Samit ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kitabı Açanı” (“əl-Fatihə” surəsini) oxumayanın namazı qəbul deyil!””

Ubadə ibn əs-Samit
SəhihBuxari, 756 (Azan, 154)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ قَالَ حَدَّثَنِى سَعِيدُ بْنُ أَبِى سَعِيدٍ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ الْمَسْجِدَ ، فَدَخَلَ رَجُلٌ فَصَلَّى فَسَلَّمَ عَلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَدَّ وَقَالَ « ارْجِعْ فَصَلِّ ، فَإِنَّكَ لَمْ تُصَلِّ » . فَرَجَعَ يُصَلِّى كَمَا صَلَّى ثُمَّ جَاءَ فَسَلَّمَ عَلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « ارْجِعْ فَصَلِّ فَإِنَّكَ لَمْ تُصَلِّ » ثَلاَثًا . فَقَالَ وَالَّذِى بَعَثَكَ بِالْحَقِّ مَا أُحْسِنُ غَيْرَهُ فَعَلِّمْنِى . فَقَالَ « إِذَا قُمْتَ إِلَى الصَّلاَةِ فَكَبِّرْ ، ثُمَّ اقْرَأْ مَا تَيَسَّرَ مَعَكَ مِنَ الْقُرْآنِ ، ثُمَّ ارْكَعْ حَتَّى تَطْمَئِنَّ رَاكِعًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَعْتَدِلَ قَائِمًا ، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَطْمَئِنَّ جَالِسًا ، وَافْعَلْ ذَلِكَ فِى صَلاَتِكَ كُلِّهَا » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ məscidə daxil oldu, arxasınca da bir kişi ora daxil olub namaz qıldı və namazı bitirdikdən sonra Peyğəmbərə ﷺ salam verdi. Peyğəmbər ﷺ onun salamını alıb buyurdu: “Qayıt namazını qıl, çünki sən namaz qılmadın”. O, əvvəlki kimi namaz qıldı, sonra da Peyğəmbərin ﷺ yanına gəlib ona salam verdi. Peyğəmbər ﷺ yenə ona buyurdu: “Qayıt namazını qıl, çünki sən namaz qılmadın”. Bu hal üç dəfə təkrar oldu. Sonra həmin kişi dedi: “Səni haqq ilə Göndərənə and olsun ki, mən bundan daha düzgün olanını qıla bilmirəm. Mənə nə edəcəyimi öyrət!” O buyurdu: “Namaza duranda təkbir et, sonra Qurandan sənə asan gələni oxu, sonra rukuya get və bunu rahat şəkildə yerinə yetir, sonra dikəlib qamətini dümdüz tut, sonra səcdəyə get və bunu rahat şəkildə yerinə yetir, sonra qalx otur, tam rahat ol və namazının qalan rükətlərində də belə et”.”

Əbu Hureyra
SəhihBuxari, 757 (Azan, 155)

حَدَّثَنَا أَبُو النُّعْمَانِ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ قَالَ سَعْدٌ كُنْتُ أُصَلِّى بِهِمْ صَلاَةَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَتَىِ الْعَشِىِّ لاَ أَخْرِمُ عَنْهَا ، أَرْكُدُ فِى الأُولَيَيْنِ وَأَحْذِفُ فِى الأُخْرَيَيْنِ . فَقَالَ عُمَرُ رَضِيَ اللَّهُ عَنْهُ ذَلِكَ الظَّنُّ بِكَ .

“Rəvayət edilir ki, Səmura ibn Cundəb ﵁ demişdir: “Səd dedi: “Mən onlara Allah Elçisinin ﷺ namazını qıldırmışam və bundan heç bir şey əskiltməmişəm. İşa namazını qıldıranda ilk iki rükəti uzun, son iki rükəti isə qısa qıldırmışam”. Ömər ﵁ dedi: “Mən elə belə də bilirdim”.”

Cabir ibn Səmura
SəhihBuxari, 758 (Azan, 156)

Fəsil 96

Zöhr namazında olan qiraət

باب الْقِرَاءَةِ فِى الظُّهْرِ

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا شَيْبَانُ عَنْ يَحْيَى عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ عَنْ أَبِيهِ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِى الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ مِنْ صَلاَةِ الظُّهْرِ بِفَاتِحَةِ الْكِتَابِ وَسُورَتَيْنِ ، يُطَوِّلُ فِى الأُولَى ، وَيُقَصِّرُ فِى الثَّانِيَةِ ، وَيُسْمِعُ الآيَةَ أَحْيَانًا ، وَكَانَ يَقْرَأُ فِى الْعَصْرِ بِفَاتِحَةِ الْكِتَابِ وَسُورَتَيْنِ ، وَكَانَ يُطَوِّلُ فِى الأُولَى ، وَكَانَ يُطَوِّلُ فِى الرَّكْعَةِ الأُولَى مِنْ صَلاَةِ الصُّبْحِ ، وَيُقَصِّرُ فِى الثَّانِيَةِ .

“Abdullah ibn Əbu Qatədə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ Zöhr namazının ilk iki rükətində “Kitabı Açan” (“əl-Fatihə”) surəsini və hər rükətdə bir surə oxuyar, birinci rükəti uzadar, ikincisini isə qısa qılardı, hərdən ayələri bizə eşitdirərdi. Əsr namazında da “Kitabı Açan” (“əl-Fatihə”) surəsini və iki surə oxuyar, birinci rükəti uzadar, ikincisini isə qısa edərdi. Həmçinin Sübh namazının birinci rükətini uzadar, ikincisini isə qısa edərdi”.”

Abdullah ibn Əbu Qatədə atasından
SəhihBuxari, 759 (Azan, 157)

حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصٍ قَالَ حَدَّثَنَا أَبِى قَالَ حَدَّثَنَا الأَعْمَشُ حَدَّثَنِى عُمَارَةُ عَنْ أَبِى مَعْمَرٍ قَالَ سَأَلْنَا خَبَّابًا أَكَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِى الظُّهْرِ وَالْعَصْرِ قَالَ نَعَمْ . قُلْنَا بِأَىِّ شَىْءٍ كُنْتُمْ تَعْرِفُونَ قَالَ بِاضْطِرَابِ لِحْيَتِهِ .

“Rəvayət edilir ki, Əbu Məmər ﵀ demişdir: “Biz Xabbabdan soruşduq: “Peyğəmbər ﷺ Zöhr və Əsr namazlarında Quran oxuyardımı?” O: “Bəli!”– deyə cavab verdi. Biz soruşduq: “Siz bunu nədən bilirdiniz?” O dedi: “Saqqalının tərpənməsindən”.”

Əbu Məmər
SəhihBuxari, 760 (Azan, 158)

Fəsil 97

Əsr namazında olan qiraət

باب الْقِرَاءَةِ فِى الْعَصْرِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنِ الأَعْمَشِ عَنْ عُمَارَةَ بْنِ عُمَيْرٍ عَنْ أَبِى مَعْمَرٍ قَالَ قُلْتُ لِخَبَّابِ بْنِ الأَرَتِّ أَكَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِى الظُّهْرِ وَالْعَصْرِ قَالَ نَعَمْ . قَالَ قُلْتُ بِأَىِّ شَىْءٍ كُنْتُمْ تَعْلَمُونَ قِرَاءَتَهُ قَالَ بِاضْطِرَابِ لِحْيَتِهِ .

“Rəvayət edilir ki, Əbu Məmər ﵀ demişdir: “Mən Xabbab ibn əl-Ərata dedim: “Peyğəmbər ﷺ Zöhr və Əsr namazlarında Quran oxuyardımı?” O: “Bəli!”– deyə cavab verdi. Biz soruşduq: “Siz onun Quran oxuduğunu nədən bilirdiniz?” O dedi: “Saqqalının tərpənməsindən”.”

Əbu Məmər
SəhihBuxari, 761 (Azan, 159)

حَدَّثَنَا الْمَكِّىُّ بْنُ إِبْرَاهِيمَ عَنْ هِشَامٍ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ عَنْ أَبِيهِ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِى الرَّكْعَتَيْنِ مِنَ الظُّهْرِ وَالْعَصْرِ بِفَاتِحَةِ الْكِتَابِ ، وَسُورَةٍ سُورَةٍ ، وَيُسْمِعُنَا الآيَةَ أَحْيَانًا .

“Abdullah ibn Əbu Qatədə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ Zöhr və Əsr namazının ilk iki rükətində “Kitabı Açan” (“əl-Fatihə”) surəsini və başqa bir surə oxuyar, həmçinin bəzi ayələri bizə eşitdirərdi”.”

Abdullah ibn Əbu Qatədə atasından
SəhihBuxari, 762 (Azan, 160)

Fəsil 98

Məğrib namazında olan qiraət

باب الْقِرَاءَةِ فِى الْمَغْرِبِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّهُ قَالَ إِنَّ أُمَّ الْفَضْلِ سَمِعَتْهُ وَهُوَ يَقْرَأُ { وَالْمُرْسَلاَتِ عُرْفًا } فَقَالَتْ يَا بُنَىَّ وَاللَّهِ لَقَدْ ذَكَّرْتَنِى بِقِرَاءَتِكَ هَذِهِ السُّورَةَ ، إِنَّهَا لآخِرُ مَا سَمِعْتُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ بِهَا فِى الْمَغْرِبِ .

“Rəvayət edilir ki, bir dəfə Ummu Fədl İbn Abbasın ﵄ “And olsun xeyirlə göndərilənlərə” (əl-Mursələt) surəsini oxuduğunu eşidəndə ona demişdir: “Oğlum! Allaha and olsun, sən bu surəni oxumaqla mənə bir şeyi xatırlatdın. Mən bu surəni axırıncı dəfə Allah Elçisi ﷺ onu Məğrib namazında oxuyarkən eşitmişəm”.”

İbn Abbas
SəhihBuxari, 763 (Azan, 161)

حَدَّثَنَا أَبُو عَاصِمٍ عَنِ ابْنِ جُرَيْجٍ عَنِ ابْنِ أَبِى مُلَيْكَةَ عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ عَنْ مَرْوَانَ بْنِ الْحَكَمِ قَالَ قَالَ لِى زَيْدُ بْنُ ثَابِتٍ مَا لَكَ تَقْرَأُ فِى الْمَغْرِبِ بِقِصَارٍ ، وَقَدْ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ بِطُولِ الطُّولَيَيْنِ

“Rəvayət edilir ki, Mərvan ibn əl-Həkəm ﵀ demişdir: “Zeyd ibn Sabit mənə dedi: “Nəyə görə sən Məğrib namazında qısa surələr oxuyursan? Halbuki, mən Peyğəmbərin ﷺ Məğrib namazında iki uzun surədən ən uzununu oxuduğunu eşitmişəm”.”

Mərvan ibn əl-Həkəm
SəhihBuxari, 764 (Azan, 162)

Fəsil 99

Məğrib namazını səslə oxumaq

باب الْجَهْرِ فِى الْمَغْرِبِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ مُحَمَّدِ بْنِ جُبَيْرِ بْنِ مُطْعِمٍ عَنْ أَبِيهِ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَرَأَ فِى الْمَغْرِبِ بِالطُّورِ .

“Rəvayət edilir ki, Cubeyr ibn Mutim ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ Məğrib namazında “ət-Tur” surəsini oxuduğunu eşitmişəm”.”

Cubeyr ibn Mutim
SəhihBuxari, 765 (Azan, 163)

Fəsil 100

İşa namazında olan qiraət

باب الْجَهْرِ فِى الْعِشَاءِ

حَدَّثَنَا أَبُو النُّعْمَانِ قَالَ حَدَّثَنَا مُعْتَمِرٌ عَنْ أَبِيهِ عَنْ بَكْرٍ عَنْ أَبِى رَافِعٍ قَالَ صَلَّيْتُ مَعَ أَبِى هُرَيْرَةَ الْعَتَمَةَ فَقَرَأَ { إِذَا السَّمَاءُ انْشَقَّتْ } فَسَجَدَ فَقُلْتُ لَهُ قَالَ سَجَدْتُ خَلْفَ أَبِى الْقَاسِمِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلاَ أَزَالُ أَسْجُدُ بِهَا حَتَّى أَلْقَاهُ .

“Rəvayət edilir ki, Əbu Rafi ﵁ demişdir: “Mən Əbu Hureyra ilə İşa namazını qıldım. O, “Göy yarılacağı zaman” (əl-İnşiqaq” surəsini) oxuyub səcdə etdi. Mən ondan bunu soruşduqda o dedi: “Mən Əbul-Qasimin ﷺ arxasında (namaz qılanda) bu səcdəni etmişdim. Onu yenidən görüb ona qovuşana qədər də bu səcdəni edəcəm”.”

Əbu Rafi
SəhihBuxari, 766 (Azan, 164)

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَدِىٍّ قَالَ سَمِعْتُ الْبَرَاءَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ فِى سَفَرٍ فَقَرَأَ فِى الْعِشَاءِ فِى إِحْدَى الرَّكْعَتَيْنِ بِالتِّينِ وَالزَّيْتُونِ .

“əl-Bəra ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ səfərdə ikən (qıldığı) İşa namazının rükətlərindən birində: “And olsun əncirə və zeytuna!” (“ət-Tin” surəsini) oxudu.”

əl-Bəra
SəhihBuxari, 767 (Azan, 165)

Fəsil 101

İşa namazının qiraətində səcdə ayəsi olan surə oxumaq

باب الْقِرَاءَةِ فِى الْعِشَاءِ بِالسَّجْدَةِ

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ قَالَ حَدَّثَنِى التَّيْمِىُّ عَنْ بَكْرٍ عَنْ أَبِى رَافِعٍ قَالَ صَلَّيْتُ مَعَ أَبِى هُرَيْرَةَ الْعَتَمَةَ فَقَرَأَ { إِذَا السَّمَاءُ انْشَقَّتْ } فَسَجَدَ فَقُلْتُ مَا هَذِهِ قَالَ سَجَدْتُ بِهَا خَلْفَ أَبِى الْقَاسِمِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلاَ أَزَالُ أَسْجُدُ بِهَا حَتَّى أَلْقَاهُ .

“Rəvayət edilir ki, Əbu Rafi ﵁ demişdir: “Mən Əbu Hureyra ilə İşa namazını qıldım. O, “Göy yarılacağı zaman” (əl-İnşiqaq” surəsini) oxuyub səcdə etdi. Mən dedim: “Bu nədir?” Əbu Hureyra dedi: “Mən Əbul-Qasimin arxasında (namaz qılanda) bu səcdəni etmişdi. Mən də ona qovuşanadək hər dəfə bu surəni oxuduqda səcdə edəcəyəm”.”

Əbu Rafi
SəhihBuxari, 768 (Azan, 166)

Fəsil 102

İşa namazındakı qiraət

باب الْقِرَاءَةِ فِى الْعِشَاءِ

حَدَّثَنَا خَلاَّدُ بْنُ يَحْيَى قَالَ حَدَّثَنَا مِسْعَرٌ قَالَ حَدَّثَنَا عَدِىُّ بْنُ ثَابِتٍ سَمِعَ الْبَرَاءَ رضى الله عنه قَالَ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ { وَالتِّينِ وَالزَّيْتُونِ } فِى الْعِشَاءِ ، وَمَا سَمِعْتُ أَحَدًا أَحْسَنَ صَوْتًا مِنْهُ أَوْ قِرَاءَةً .

“Rəvayət edilir ki, əl-Bəra ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ İşa namazında: “And olsun əncirə və zeytuna!” (ət-Tin” surəsini) oxuduğunu eşitdim. Mən onun səsindən və ya qiraətindən daha gözəlini eşitməmişdim”.”

əl-Bəra
SəhihBuxari, 769 (Azan, 167)

Fəsil 103

İlk iki rükəti uzun, sonrakı iki rükəti qısa etmək

باب يُطَوِّلُ فِى الأُولَيَيْنِ وَيَحْذِفُ فِى الأُخْرَيَيْنِ

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى عَوْنٍ قَالَ سَمِعْتُ جَابِرَ بْنَ سَمُرَةَ قَالَ قَالَ عُمَرُ لِسَعْدٍ لَقَدْ شَكَوْكَ فِى كُلِّ شَىْءٍ حَتَّى الصَّلاَةِ . قَالَ أَمَّا أَنَا فَأَمُدُّ فِى الأُولَيَيْنِ ، وَأَحْذِفُ فِى الأُخْرَيَيْنِ ، وَلاَ آلُو مَا اقْتَدَيْتُ بِهِ مِنْ صَلاَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . قَالَ صَدَقْتَ ، ذَاكَ الظَّنُّ بِكَ ، أَوْ ظَنِّى بِكَ .

“Rəvayət edilir ki, Səmura ibn Cundəb ﵁ demişdir: “Ömər Sədə dedi: “And olsun, sənin hər şeyin, namazın haqda belə şikayət ediblər”. Səd dedi: Mənə gəlincə, mən onlara Allah Elçisinin ﷺ namazını qıldırmışam və bundan heç bir şey əskiltməmişəm. İşa namazını qıldıranda ilk iki rükəti uzun, son iki rükəti isə qısa qıldırmışam”. Ömər dedi: “Mən elə belə də bilirdim”.”

Cabir ibn Səmura
SəhihBuxari, 770 (Azan, 168)

Fəsil 104

Sübh namazındakı qiraət

باب الْقِرَاءَةِ فِى الْفَجْرِ

وَقَالَتْ أُمُّ سَلَمَةَ قَرَأَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالطُّورِ .

Ummu Sələmə ﵂ demişdir: “Peyğəmbər ﷺ “ət-Tur” surəsini oxudu”.

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا سَيَّارُ بْنُ سَلاَمَةَ قَالَ دَخَلْتُ أَنَا وَأَبِى عَلَى أَبِى بَرْزَةَ الأَسْلَمِىِّ فَسَأَلْنَاهُ عَنْ وَقْتِ الصَّلَوَاتِ فَقَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الظُّهْرَ حِينَ تَزُولُ الشَّمْسُ ، وَالْعَصْرَ وَيَرْجِعُ الرَّجُلُ إِلَى أَقْصَى الْمَدِينَةِ وَالشَّمْسُ حَيَّةٌ ، وَنَسِيتُ مَا قَالَ فِى الْمَغْرِبِ ، وَلاَ يُبَالِى بِتَأْخِيرِ الْعِشَاءِ إِلَى ثُلُثِ اللَّيْلِ وَلاَ يُحِبُّ النَّوْمَ قَبْلَهَا ، وَلاَ الْحَدِيثَ بَعْدَهَا ، وَيُصَلِّى الصُّبْحَ فَيَنْصَرِفُ الرَّجُلُ فَيَعْرِفُ جَلِيسَهُ ، وَكَانَ يَقْرَأُ فِى الرَّكْعَتَيْنِ أَوْ إِحْدَاهُمَا مَا بَيْنَ السِّتِّينَ إِلَى الْمِائَةِ .

“Rəvayət edilir ki, Səyyar ibn Sələmə ﵀ demişdir: “Mən və atam Əbu Bərzə əl-Əsləminin yanına gəldik və ondan namazların vaxtları haqda soruşduq. O dedi: “Peyğəmbər ﷺ Zöhr namazını günəş batmağa meyl etdiyi vaxt qılardı. Əsr namazını qıldırdıqdan sonra, bir kişi Mədinənin lap kənarına gedib-qayıdar, günəş isə hələ də adamı yandırırdı”. Onun Məğrib namazı haqda dediyini unutmuşam. İşa namazını gecənin (ilk) üçdə birinə qədər uzatmağın fərqinə varmazdı. Peyğəmbər ﷺ Məğribdən sonra yatmağı, İşadan sonra isə danışmağı xoşlamazdı. Sübh namazını bitirdikdə bir kişi yanında oturanı tanıya bilirdi. Bu namazın iki və ya bir rükətində altmışdan yüzə qədər ayə oxuyardı”.”

Səyyar ibn Sələmə
SəhihBuxari, 771 (Azan, 169)

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ قَالَ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ قَالَ أَخْبَرَنِى عَطَاءٌ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ يَقُولُ فِى كُلِّ صَلاَةٍ يُقْرَأُ ، فَمَا أَسْمَعَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَسْمَعْنَاكُمْ ، وَمَا أَخْفَى عَنَّا أَخْفَيْنَا عَنْكُمْ ، وَإِنْ لَمْ تَزِدْ عَلَى أُمِّ الْقُرْآنِ أَجْزَأَتْ ، وَإِنْ زِدْتَ فَهُوَ خَيْرٌ .

“Rəvayət edir ki, Əbu Hureyra ﵁ demişdir: “Hər namazda Quran oxumaq lazımdır. Allah Elçisi ﷺ (namazın qiraətində) nəyi bizə səslə oxumuşdursa, biz də onu sizə səslə oxuyuruq və nəyi bizə səssiz oxumuşdursa, biz də onu sizə səssiz oxuyuruq. Namazda ancaq “əl-Fatihə” surəsini oxusan, bu kifayət edər, əgər əlavə etsən, bu daha yaxşı olar”.”

Əbu Hureyra
SəhihBuxari, 772 (Azan, 170)

Fəsil 105

Sübh namazını səslə oxumaq

باب الْجَهْرِ بِقِرَاءَةِ صَلاَةِ الْفَجْرِ

وَقَالَتْ أُمُّ سَلَمَةَ طُفْتُ وَرَاءَ النَّاسِ وَالنَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى وَيَقْرَأُ بِالطُّورِ .

Ummu Sələmə ﵂ demişdir: “Mən camaatın arxasında get-gəl edirdim. Peyğəmbər ﷺ “ət-Tur” surəsini oxuyurdu”.

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ أَبِى بِشْرٍ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ انْطَلَقَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى طَائِفَةٍ مِنْ أَصْحَابِهِ عَامِدِينَ إِلَى سُوقِ عُكَاظٍ ، وَقَدْ حِيلَ بَيْنَ الشَّيَاطِينِ وَبَيْنَ خَبَرِ السَّمَاءِ ، وَأُرْسِلَتْ عَلَيْهِمُ الشُّهُبُ ، فَرَجَعَتِ الشَّيَاطِينُ إِلَى قَوْمِهِمْ . فَقَالُوا مَا لَكُمْ فَقَالُوا حِيلَ بَيْنَنَا وَبَيْنَ خَبَرِ السَّمَاءِ ، وَأُرْسِلَتْ عَلَيْنَا الشُّهُبُ . قَالُوا مَا حَالَ بَيْنَكُمْ وَبَيْنَ خَبَرِ السَّمَاءِ إِلاَّ شَىْءٌ حَدَثَ ، فَاضْرِبُوا مَشَارِقَ الأَرْضِ وَمَغَارِبَهَا ، فَانْظُرُوا مَا هَذَا الَّذِى حَالَ بَيْنَكُمْ وَبَيْنَ خَبَرِ السَّمَاءِ فَانْصَرَفَ أُولَئِكَ الَّذِينَ تَوَجَّهُوا نَحْوَ تِهَامَةَ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهْوَ بِنَخْلَةَ ، عَامِدِينَ إِلَى سُوقِ عُكَاظٍ وَهْوَ يُصَلِّى بِأَصْحَابِهِ صَلاَةَ الْفَجْرِ ، فَلَمَّا سَمِعُوا الْقُرْآنَ اسْتَمَعُوا لَهُ فَقَالُوا هَذَا وَاللَّهِ الَّذِى حَالَ بَيْنَكُمْ وَبَيْنَ خَبَرِ السَّمَاءِ . فَهُنَالِكَ حِينَ رَجَعُوا إِلَى قَوْمِهِمْ وَقَالُوا يَا قَوْمَنَا { إِنَّا سَمِعْنَا قُرْآنًا عَجَبًا * يَهْدِى إِلَى الرُّشْدِ فَآمَنَّا بِهِ وَلَنْ نُشْرِكَ بِرَبِّنَا أَحَدًا } فَأَنْزَلَ اللَّهُ عَلَى نَبِيِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ { قُلْ أُوحِىَ إِلَىَّ } وَإِنَّمَا أُوحِىَ إِلَيْهِ قَوْلُ الْجِنِّ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ bir dəstə səhabəsi ilə Ukaz bazarına getdi. Artıq şeytanlar səmavi xəbəri (Allahın mələklərə nazil etdiyi vəhyi) gizlincə öyrənməkdən məhrum olmuş və onları yandırıb yaxan ulduzlar təqib etmişdir. Onlar öz qövmünün yanına qayıtdıqda onlardan: “Sizə nə olub?”– deyə soruşdular. Onlar dedilər: “Biz səmavi xəbəri öyrənməkdən məhrum olduq və üstümüzə yanar ulduzlar endirildi!” Onlara dedilər: “Sizi səmavi xəbəri öyrənməkdən məhrum edən şey, baş vermiş yeni hadisədir! Gedin, yer üzünü şərqdən qərbə kimi gəzin və baxın görün sizi səmavi xəbəri öyrənməkdən məhrum edən nədir!” Onlardan bir dəstə Tihaməyə tərəf getdi və Nəxlədə Ukaz bazarına gedən Peyğəmbərə ﷺ rast gəldi. O, səhabələri ilə birlikdə Sübh namazını qılırdı. Cinlər Quranı eşitdikdə dayanıb qulaq asdılar və dedilər: “Allaha and olsun, bizi səmavi xəbərdən məhrum edən budur”. Sonra onlar öz qövmünün yanına qayıdıb dedilər: “Ey qövmümüz! Biz çox qəribə bir Quran eşitdik. O, haqq yolu göstərir. Biz ona iman gətirdik və bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq”. Uca Allah da Peyğəmbərinə ﷺ: “De: “Mənə vəhy olundu ki,..” (əl-Cinn surəsini) nazil etdi. Beləliklə də, cinlərin dedikləri vəhy vasitəsilə Peyğəmbərə ﷺ bildirildi”.”

İbn Abbas
SəhihBuxari, 773 (Azan, 171)

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنَا أَيُّوبُ عَنْ عِكْرِمَةَ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ قَرَأَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيمَا أُمِرَ ، وَسَكَتَ فِيمَا أُمِرَ { وَمَا كَانَ رَبُّكَ نَسِيًّا } { لَقَدْ كَانَ لَكُمْ فِى رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ }

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbərə ﷺ (oxumaq) əmr edildikdə oxuyar, (susmaq) əmr olunduqda isə susardı”. (Uca Allah buyurur:) “Sənin Rəbbin unudan deyildir” (Məryəm, 64), “Allahın elçisi sizə gözəl nümunədir” (əl-Əhzab, 21)”.”

İbn Abbas
SəhihBuxari, 774 (Azan, 172)

Fəsil 106

İki surəni bir rükətdə cəm etmək

باب الْجَمْعِ بَيْنَ السُّورَتَيْنِ فِى الرَّكْعَةِ

وَالْقِرَاءَةِ بِالْخَوَاتِيمِ ، وَبِسُورَةٍ قَبْلَ سُورَةٍ ، وَبِأَوَّلِ سُورَةٍ . وَيُذْكَرُ عَنْ عَبْدِ اللَّهِ بْنِ السَّائِبِ قَرَأَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمُؤْمِنُونَ فِى الصُّبْحِ حَتَّى إِذَا جَاءَ ذِكْرُ مُوسَى وَهَارُونَ أَوْ ذِكْرُ عِيسَى ، أَخَذَتْهُ سَعْلَةٌ فَرَكَعَ . وَقَرَأَ عُمَرُ فِى الرَّكْعَةِ الأُولَى بِمِائَةٍ وَعِشْرِينَ آيَةً مِنَ الْبَقَرَةِ ، وَفِى الثَّانِيَةِ بِسُورَةٍ مِنَ الْمَثَانِى . وَقَرَأَ الأَحْنَفُ بِالْكَهْفِ فِى الأُولَى ، وَفِى الثَّانِيَةِ بِيُوسُفَ أَوْ يُونُسَ ، وَذَكَرَ أَنَّهُ صَلَّى مَعَ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ الصُّبْحَ بِهِمَا . وَقَرَأَ ابْنُ مَسْعُودٍ بِأَرْبَعِينَ آيَةً مِنَ الأَنْفَالِ ، وَفِى الثَّانِيَةِ بِسُورَةٍ مِنَ الْمُفَصَّلِ . وَقَالَ قَتَادَةُ فِيمَنْ يَقْرَأُ سُورَةً وَاحِدَةً فِى رَكْعَتَيْنِ أَوْ يُرَدِّدُ سُورَةً وَاحِدَةً فِى رَكْعَتَيْنِ كُلٌّ كِتَابُ اللَّهِ .

Bir rükətdə iki surənin oxunması, surələrin sonuncu ayələrinin oxunması, əvvəlkindən qabaq gələn surənin oxunması, surənin əvvəlindən (bir neçə ayənin) oxunması. Abdullah ibn əs-Səib ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ Məkkədə Sübh namazında “əl-Muminun” surəsini oxuyarkən Musa və Harun, və ya İsa qeyd edilən yerə gəldikdə onu öskürək tutdu və buna görə rukuya getdi. Ömər ﵁ birinci rükətdə “əl-Bəqərə” surəsindən yüz iyirmi ayə, ikinci rükətdə “əl-Məsani”dən bir surə oxumuşdur. əl-Əhnəf ﵀ Sübh namazının ilk rükətində “əl-Kəhf” surəsini, ikinci rükətində “Yusuf” və ya “Yunus” surəsini oxumuş, Sübh namazını Ömərin arxasında bu surələr ilə qıldığını demişdir. İbn Məsud ﵁ birinci rükətdə “əl-Ənfal” surəsindən qırx ayə, ikinci rükətdə Müfəssəl surələrdən birini oxumuşdur. Qatədədən ﵀ bir surəni iki rükətdə bölüb oxuyan və ya bir surəni hər rükətdə təkrar edən haqqında soruşulduqda demişdir: “Hamısı Allahın Kitabıdır”.

وَقَالَ عُبَيْدُ اللَّهِ عَنْ ثَابِتٍ عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ كَانَ رَجُلٌ مِنَ الأَنْصَارِ يَؤُمُّهُمْ فِى مَسْجِدِ قُبَاءٍ ، وَكَانَ كُلَّمَا افْتَتَحَ سُورَةً يَقْرَأُ بِهَا لَهُمْ فِى الصَّلاَةِ مِمَّا يَقْرَأُ بِهِ افْتَتَحَ بِپ { قُلْ هُوَ اللَّهُ أَحَدٌ } حَتَّى يَفْرُغَ مِنْهَا ، ثُمَّ يَقْرَأُ سُورَةً أُخْرَى مَعَهَا ، وَكَانَ يَصْنَعُ ذَلِكَ فِى كُلِّ رَكْعَةٍ ، فَكَلَّمَهُ أَصْحَابُهُ فَقَالُوا إِنَّكَ تَفْتَتِحُ بِهَذِهِ السُّورَةِ ، ثُمَّ لاَ تَرَى أَنَّهَا تُجْزِئُكَ حَتَّى تَقْرَأَ بِأُخْرَى ، فَإِمَّا أَنْ تَقْرَأَ بِهَا وَإِمَّا أَنْ تَدَعَهَا وَتَقْرَأَ بِأُخْرَى . فَقَالَ مَا أَنَا بِتَارِكِهَا ، إِنْ أَحْبَبْتُمْ أَنْ أَؤُمَّكُمْ بِذَلِكَ فَعَلْتُ ، وَإِنْ كَرِهْتُمْ تَرَكْتُكُمْ . وَكَانُوا يَرَوْنَ أَنَّهُ مِنْ أَفْضَلِهِمْ ، وَكَرِهُوا أَنْ يَؤُمَّهُمْ غَيْرُهُ ، فَلَمَّا أَتَاهُمُ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخْبَرُوهُ الْخَبَرَ فَقَالَ « يَا فُلاَنُ مَا يَمْنَعُكَ أَنْ تَفْعَلَ مَا يَأْمُرُكَ بِهِ أَصْحَابُكَ وَمَا يَحْمِلُكَ عَلَى لُزُومِ هَذِهِ السُّورَةِ فِى كُلِّ رَكْعَةٍ » . فَقَالَ إِنِّى أُحِبُّهَا . فَقَالَ « حُبُّكَ إِيَّاهَا أَدْخَلَكَ الْجَنَّةَ » .

“Ənəs ﵁ rəvayət edir ki, Ənsardan bir kişi Quba' məscidində onlara imamlıq edirdi. O, bütün namazlarda oxuyacaq surədən qabaq “De: “O Allah Təkdir!” (“əl-İxlas”) surəsini oxuyar, sonra digər surəni oxuyardı. Bunu hər rükətdə edərdi. Yoldaşları ona etiraz edərək dedilər: “Bu surə ilə başlayırsan, sonra başqa surə də oxuyursan. Ya əvvəlki surə ilə, ya da sonrakı surə ilə kifayətlən. Mən bunu tərk etməyəcəm. Bu şəkildə imamlıq etməyimi istəyirsinizsə, edim, istəmirsinizsə sizi tərk edim”. Onlar həmin şəxsi aralarından ən fəzilətli olanı sayardılar, ona görə də başqasının imam olmasını istəmirdilər. Peyğəmbər ﷺ onların yanına gəldikdə vəziyyəti ona xəbər verdilər. Peyğəmbər ﷺ dedi: “Ey filankəs, sənə yoldaşlarının məsləhət bildiyi şeyi etməyə maneçilik törədən nədir? Hər rükətdə bu surəni oxumağın səbəbi nədir?” O dedi: “Mən bu surəni oxumağı sevirəm”. Peyğəmbər ﷺ buyurdu: “Onu sevməyin səni Cənnətə salacaq”.”

Ənəs
SəhihBuxari, 774m (Azan, 172m)

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَمْرِو بْنِ مُرَّةَ قَالَ سَمِعْتُ أَبَا وَائِلٍ قَالَ جَاءَ رَجُلٌ إِلَى ابْنِ مَسْعُودٍ فَقَالَ قَرَأْتُ الْمُفَصَّلَ اللَّيْلَةَ فِى رَكْعَةٍ . فَقَالَ هَذًّا كَهَذِّ الشِّعْرِ لَقَدْ عَرَفْتُ النَّظَائِرَ الَّتِى كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرِنُ بَيْنَهُنَّ فَذَكَرَ عِشْرِينَ سُورَةً مِنَ الْمُفَصَّلِ سُورَتَيْنِ فِى كُلِّ رَكْعَةٍ .

“Rəvayət edilir ki, Əbu Vail ﵀ demişdir: “Bir nəfər İbn Məsudun yanına gəlib dedi: “Bu gecə mən bir rükətdə Müfəssəl surələrin hamısını oxudum”. İbn Məsud dedi: “Yəqin sən surələri şeir oxunulan kimi tələm-tələsik oxumusan. Mən Peyğəmbərin ﷺ hər rükətdə birləşdirərək oxuduğu, mənaca bir-birinə oxşar olan surələri bilirəm”. Sonra da hər rükətdə iki surəni qeyd edərək Müfəssəl surələrdən olan iyirmi surəni sadaladı”.”

Əbu Vail
SəhihBuxari, 775 (Azan, 173)

Fəsil 107

Dörd rükətli namazlarda son iki rükəti qılarkən “Kitabı Açanı” (“əl-Fatihə” surəsini) oxumaq

باب يَقْرَأُ فِى الأُخْرَيَيْنِ بِفَاتِحَةِ الْكِتَابِ

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا هَمَّامٌ عَنْ يَحْيَى عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ عَنْ أَبِيهِ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ فِى الظُّهْرِ فِى الأُولَيَيْنِ بِأُمِّ الْكِتَابِ وَسُورَتَيْنِ ، وَفِى الرَّكْعَتَيْنِ الأُخْرَيَيْنِ بِأُمِّ الْكِتَابِ ، وَيُسْمِعُنَا الآيَةَ ، وَيُطَوِّلُ فِى الرَّكْعَةِ الأُولَى مَا لاَ يُطَوِّلُ فِى الرَّكْعَةِ الثَّانِيَةِ ، وَهَكَذَا فِى الْعَصْرِ وَهَكَذَا فِى الصُّبْحِ .

“Abdullah ibn Əbu Qatədə atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Zöhr namazının ilk iki rükətində “Kitabın Anasını” (“əl-Fatihə” surəsini) və əlavə bir surə oxuyardı, son iki rükətdə isə ancaq “Kitabın Anasını” (“əl-Fatihə” surəsini) surəsini oxuyardı. Hərdən ayələri bizə eşitdirər, birinci rükəti uzadar, ikincisini isə qısa edərdi. Həmçinin Əsr və Sübh namazlarında da belə edərdi.”

Abdullah ibn Əbu Qatədə atasından
SəhihBuxari, 776 (Azan, 174)

Fəsil 108

Zöhr və Əsr namazlarında qiraəti səssiz oxuyan

باب مَنْ خَافَتَ الْقِرَاءَةَ فِى الظُّهْرِ وَالْعَصْرِ

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا جَرِيرٌ عَنِ الأَعْمَشِ عَنْ عُمَارَةَ بْنِ عُمَيْرٍ عَنْ أَبِى مَعْمَرٍ قُلْتُ لِخَبَّابٍ أَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِى الظُّهْرِ وَالْعَصْرِ قَالَ نَعَمْ . قُلْنَا مِنْ أَيْنَ عَلِمْتَ قَالَ بِاضْطِرَابِ لِحْيَتِهِ .

“Rəvayət edilir ki, Əbu Məmər ﵀ demişdir: “Mən Xabbaba dedim: “Allah Elçisi ﷺ Zöhr və Əsr namazlarında (Quran) oxuyardımı?” O: “Bəli!”– deyə cavab verdi. Biz soruşduq: “Siz bunu nədən bilirdiniz?” O dedi: “Saqqalının tərpənməsindən”.”

Əbu Məmər
SəhihBuxari, 777 (Azan, 175)

Fəsil 109

İmamın səssiz namazda ayələri eşitdirməsi

باب إِذَا أَسْمَعَ الإِمَامُ الآيَةَ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ حَدَّثَنَا الأَوْزَاعِىُّ حَدَّثَنِى يَحْيَى بْنُ أَبِى كَثِيرٍ حَدَّثَنِى عَبْدُ اللَّهِ بْنُ أَبِى قَتَادَةَ عَنْ أَبِيهِ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقْرَأُ بِأُمِّ الْكِتَابِ وَسُورَةٍ مَعَهَا فِى الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ مِنْ صَلاَةِ الظُّهْرِ وَصَلاَةِ الْعَصْرِ ، وَيُسْمِعُنَا الآيَةَ أَحْيَانًا ، وَكَانَ يُطِيلُ فِى الرَّكْعَةِ الأُولَى .

“Abdullah ibn Əbu Qatədə atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Zöhr və Əsr namazlarının ilk iki rükətində “Kitabın Anasını” (“əl-Fatihə”) və başqa surə oxuyar, hərdən ayələri bizə eşitdirər, birinci rükəti də uzadardı.”

Abdullah ibn Əbu Qatədə atasından
SəhihBuxari, 778 (Azan, 176)

Fəsil 110

İlk rükəti uzatmaq

باب يُطَوِّلُ فِى الرَّكْعَةِ الأُولَى

حَدَّثَنَا أَبُو نُعَيْمٍ حَدَّثَنَا هِشَامٌ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ عَنْ أَبِيهِ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُطَوِّلُ فِى الرَّكْعَةِ الأُولَى مِنْ صَلاَةِ الظُّهْرِ ، وَيُقَصِّرُ فِى الثَّانِيَةِ ، وَيَفْعَلُ ذَلِكَ فِى صَلاَةِ الصُّبْحِ .

“Abdullah ibn Əbu Qatədə atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Zöhr namazının birinci rükətini uzadar, ikinci rükətini isə qısa edərdi. Sübh namazında da bunun kimi edərdi.”

Abdullah ibn Əbu Qatədə atasından
SəhihBuxari, 779 (Azan, 177)

Fəsil 111

İmamın “Amin” sözünü səslə deməsi

باب جَهْرِ الإِمَامِ بِالتَّأْمِينِ

وَقَالَ عَطَاءٌ آمِينَ دُعَاءٌ . أَمَّنَ ابْنُ الزُّبَيْرِ وَمَنْ وَرَاءَهُ حَتَّى إِنَّ لِلْمَسْجِدِ لَلَجَّةً . وَكَانَ أَبُو هُرَيْرَةَ يُنَادِى الإِمَامَ لاَ تَفُتْنِى بِآمِينَ . وَقَالَ نَافِعٌ كَانَ ابْنُ عُمَرَ لاَ يَدَعُهُ وَيَحُضُّهُمْ ، وَسَمِعْتُ مِنْهُ فِى ذَلِكَ خَيْرًا .

Əta ﵀ demişdir: “Amin” duadır”. İbn əz-Zubeyr ﵄ namaz qıldırdıqda “Amin” dedi və arxasında olanlar “Amin” sözünü elə möhkəm dedilər ki, məscidin içi cingildədi. Əbu Hureyra ﵁ imam azan verdikdə: “Mənə “Amin” deməyi” buraxma” deyərdi. Nafi ﵀ demişdir: “İbn Ömər “Amin” deməyi heç vaxt tərk etməz, hamıya: “Amin” deyin” deyə təşviq edərdi. “Amin” demək haqda mən ondan xeyirli xəbər eşitmişəm”.

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ وَأَبِى سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ أَنَّهُمَا أَخْبَرَاهُ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا أَمَّنَ الإِمَامُ فَأَمِّنُوا فَإِنَّهُ مَنْ وَافَقَ تَأْمِينُهُ تَأْمِينَ الْمَلاَئِكَةِ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ » . وَقَالَ ابْنُ شِهَابٍ وَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « آمِينَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “İmam “Amin” dedikdə siz də “Amin” deyin. Kimin “Amin” deməsi mələklərin “Amin” deməsi ilə üst-üstə düşərsə, onun etdiyi keçmiş günahları bağışlanar”. Ravi İbn Şihab deyir: “Allah Elçisi ﷺ “Amin” deyərdi”.”

Əbu Hureyra
SəhihBuxari, 780 (Azan, 178)

Fəsil 112

“Amin” deməyin fəziləti

باب فَضْلِ التَّأْمِينِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ أَخْبَرَنَا مَالِكٌ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا قَالَ أَحَدُكُمْ آمِينَ . وَقَالَتِ الْمَلاَئِكَةُ فِى السَّمَاءِ آمِينَ . فَوَافَقَتْ إِحْدَاهُمَا الأُخْرَى ، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz “Amin” deyəndə göydə olan mələklər də ”Amin” deyirlər, əgər bu sözlər eyni vaxtda deyilərsə, (“Amin”) deyən adamın etdiyi keçmiş günahları bağışlanar”.”

Əbu Hureyra
SəhihBuxari, 781 (Azan, 179)

Fəsil 113

Namazda imama tabe olanın “Amin” sözünü səslə deməsi

باب جَهْرِ الْمَأْمُومِ بِالتَّأْمِينِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ سُمَىٍّ مَوْلَى أَبِى بَكْرٍ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا قَالَ الإِمَامُ { غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ } فَقُولُوا آمِينَ . فَإِنَّهُ مَنْ وَافَقَ قَوْلُهُ قَوْلَ الْمَلاَئِكَةِ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ » . تَابَعَهُ مُحَمَّدُ بْنُ عَمْرٍو عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَنُعَيْمٌ الْمُجْمِرُ عَنْ أَبِى هُرَيْرَةَ رضى الله عنه .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “İmam “Ğayril-məğdu:bi aleyhim valəd-da:lli:n!”- dedikdə siz də “Amin!” deyin. Kimin “Amin” deməsi mələklərin “Amin” deməsi ilə üst-üstə düşərsə, onun keçmiş günahlarını bağışlanar”.”

Əbu Hureyra
SəhihBuxari, 782 (Azan, 180)

Fəsil 114

Sıralara daxil olmamış ruku etdikdə nə edilməlidir?

باب إِذَا رَكَعَ دُونَ الصَّفِّ

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا هَمَّامٌ عَنِ الأَعْلَمِ - وَهْوَ زِيَادٌ - عَنِ الْحَسَنِ عَنْ أَبِى بَكْرَةَ أَنَّهُ انْتَهَى إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهْوَ رَاكِعٌ ، فَرَكَعَ قَبْلَ أَنْ يَصِلَ إِلَى الصَّفِّ ، فَذَكَرَ ذَلِكَ لِلنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « زَادَكَ اللَّهُ حِرْصًا وَلاَ تَعُدْ » .

“Rəvayət edilir ki, bir dəfə Peyğəmbər ﷺ rukuda olanda Əbu Bəkratə onun yanına gəldi və sıralara daxil olmamış rukuya getdi. Sonra Əbu Bəkratə bu haqda Peyğəmbərə ﷺ xəbər verdikdə o buyurdu: “Allah sənin çalışqanlığını artırsın, ancaq bir də belə etmə!””

Əbu Bəkratə
SəhihBuxari, 783 (Azan, 181)

Fəsil 115

Rukuya getdikdə “Allahu Əkbər” sözünü tam tələffüz etmək

باب إِتْمَامِ التَّكْبِيرِ فِى الرُّكُوعِ

قَالَهُ ابْنُ عَبَّاسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . فِيهِ مَالِكُ بْنُ الْحُوَيْرِثِ .

İbn Abbas ﵄ bunu Peyğəmbərdən ﷺ rəvayət etmişdir. Orada Malik ibn əl-Huveyris ﷺ də var idi.

حَدَّثَنَا إِسْحَاقُ الْوَاسِطِىُّ قَالَ حَدَّثَنَا خَالِدٌ عَنِ الْجُرَيْرِىِّ عَنْ أَبِى الْعَلاَءِ عَنْ مُطَرِّفٍ عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ قَالَ صَلَّى مَعَ عَلِىٍّ رَضِيَ اللَّهُ عَنْهُ بِالْبَصْرَةِ فَقَالَ ذَكَّرَنَا هَذَا الرَّجُلُ صَلاَةً كُنَّا نُصَلِّيهَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . فَذَكَرَ أَنَّهُ كَانَ يُكَبِّرُ كُلَّمَا رَفَعَ وَكُلَّمَا وَضَعَ .

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Bəsrədə Əli ﵁ ilə birlikdə namaz qıldıqdan sonra dedi: “Bu adam bizə Allah Elçisi ﷺ ilə birlikdə qıldığımız namazı xatırlatdı”. İmran onun hər dəfə qalxanda və hər dəfə əyiləndə təkbir etdiyini də xəbər verdi.”

İmran ibn Husayn
SəhihBuxari, 784 (Azan, 182)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّهُ كَانَ يُصَلِّى بِهِمْ ، فَيُكَبِّرُ كُلَّمَا خَفَضَ وَرَفَعَ ، فَإِذَا انْصَرَفَ قَالَ إِنِّى لأَشْبَهُكُمْ صَلاَةً بِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Əbu Sələmə ﵀ rəvayət edir ki, bir dəfə Əbu Hureyra onlara namaz qıldırdı. O, hər dəfə əyilib-qalxanda təkbir etdi və namazdan sonra belə dedi: “Aranızda Allah Elçisinin ﷺ namazına ən çox oxşayan namaz mənim namazımdır”.”

Əbu Sələmə
SəhihBuxari, 785 (Azan, 183)

Fəsil 116

Təkbirin səcdədə tamamlanması

باب إِتْمَامِ التَّكْبِيرِ فِى السُّجُودِ

حَدَّثَنَا أَبُو النُّعْمَانِ قَالَ حَدَّثَنَا حَمَّادٌ عَنْ غَيْلاَنَ بْنِ جَرِيرٍ عَنْ مُطَرِّفِ بْنِ عَبْدِ اللَّهِ قَالَ صَلَّيْتُ خَلْفَ عَلِىِّ بْنِ أَبِى طَالِبٍ رَضِيَ اللَّهُ عَنْهُ أَنَا وَعِمْرَانُ بْنُ حُصَيْنٍ ، فَكَانَ إِذَا سَجَدَ كَبَّرَ ، وَإِذَا رَفَعَ رَأْسَهُ كَبَّرَ ، وَإِذَا نَهَضَ مِنَ الرَّكْعَتَيْنِ كَبَّرَ ، فَلَمَّا قَضَى الصَّلاَةَ أَخَذَ بِيَدِى عِمْرَانُ بْنُ حُصَيْنٍ فَقَالَ قَدْ ذَكَّرَنِى هَذَا صَلاَةَ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . أَوْ قَالَ لَقَدْ صَلَّى بِنَا صَلاَةَ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Mutarrif ibn Abdulah ﵀ demişdir: “Mən və İmran ibn Husayn Əli ibn Əbu Talibin ﵁ arxasında namaz qıldıq. Əli səcdəyə getdikdə, başını səcdədən qaldırdıqda, ikinci rükətdən qalxdıqda təkbir edirdi. Namazı bitirdikdən sonra isə İmran ibn Husayn mənim əlimdən tutub dedi: “Bu, mənə Muhəmmədin ﷺ namaz qılmasını xatırlatdı” və ya “And olsun, Muhəmmədin ﷺ qıldırdığı namazı qıldırdı”.”

Mutarrif ibn Abdullah
SəhihBuxari, 786 (Azan, 184)

حَدَّثَنَا عَمْرُو بْنُ عَوْنٍ قَالَ حَدَّثَنَا هُشَيْمٌ عَنْ أَبِى بِشْرٍ عَنْ عِكْرِمَةَ قَالَ رَأَيْتُ رَجُلاً عِنْدَ الْمَقَامِ يُكَبِّرُ فِى كُلِّ خَفْضٍ وَرَفْعٍ وَإِذَا قَامَ وَإِذَا وَضَعَ ، فَأَخْبَرْتُ ابْنَ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ أَوَلَيْسَ تِلْكَ صَلاَةَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لاَ أُمَّ لَكَ .

“Rəvayət edilir ki, İkrimə ﵀ demişdir: “Mən “İbrahim Məqamında” bir nəfəri gördüm. O, hər dəfə əyilib-qalxanda, dikəlib-oturanda təkbir edirdi. Mən bunu İbn Abbasa ﵁ xəbər verdikdə o dedi: “Bu şəkildə namaz qılmaq Peyğəmbərin ﷺ namazı deyilmi, ay anasız qalan!””

İkrimə
SəhihBuxari, 787 (Azan, 185)

Fəsil 117

Səcdədən qalxarkən təkbir etmək

باب التَّكْبِيرِ إِذَا قَامَ مِنَ السُّجُودِ

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ أَخْبَرَنَا هَمَّامٌ عَنْ قَتَادَةَ عَنْ عِكْرِمَةَ قَالَ صَلَّيْتُ خَلْفَ شَيْخٍ بِمَكَّةَ فَكَبَّرَ ثِنْتَيْنِ وَعِشْرِينَ تَكْبِيرَةً ، فَقُلْتُ لاِبْنِ عَبَّاسٍ إِنَّهُ أَحْمَقُ . فَقَالَ ثَكِلَتْكَ أُمُّكَ ، سُنَّةُ أَبِى الْقَاسِمِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . وَقَالَ مُوسَى حَدَّثَنَا أَبَانُ حَدَّثَنَا قَتَادَةُ حَدَّثَنَا عِكْرِمَةُ .

“Rəvayət edilir ki, İkrimə ﵀ demişdir: “Məkkədə bir yaşlı adamın arxasında namaz qıldım. O, namazda iyirmi iki dəfə təkbir etdi. Mən İbn Abbasa bu adam haqqında: “O, səfehdir”- dedim. İbn Abbas dedi: “ Anan səni itirsin! Bu, Əbul-Qasimin ﷺ sünnəsidir”.”

İkrimə
SəhihBuxari, 788 (Azan, 186)

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى أَبُو بَكْرِ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَارِثِ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ إِلَى الصَّلاَةِ يُكَبِّرُ حِينَ يَقُومُ ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْكَعُ ، ثُمَّ يَقُولُ سَمِعَ اللَّهُ لَمِنْ حَمِدَهُ . حِينَ يَرْفَعُ صُلْبَهُ مِنَ الرَّكْعَةِ ، ثُمَّ يَقُولُ وَهُوَ قَائِمٌ رَبَّنَا لَكَ الْحَمْدُ - (قَالَ عَبْدُ اللهِ بْنُ صَالِحٍ ، عَنِ اللَّيْثِ : وَلَكَ الْحَمْدُ) - ثُمَّ يُكَبِّرُ حِينَ يَهْوِى ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْفَعُ رَأْسَهُ ، ثُمَّ يُكَبِّرُ حِينَ يَسْجُدُ ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْفَعُ رَأْسَهُ ، ثُمَّ يَفْعَلُ ذَلِكَ فِى الصَّلاَةِ كُلِّهَا حَتَّى يَقْضِيَهَا ، وَيُكَبِّرُ حِينَ يَقُومُ مِنَ الثِّنْتَيْنِ بَعْدَ الْجُلُوسِ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ namaza durarkən təkbir edərdi. Həmçinin rukuya gedəndə də təkbir edərdi. Rukudan qalxıb belini dikəldərkən “Səmi Allahu limən həmidəh” deyər, qalxıb dikəldikdən sonra isə “Rabbənə ləkəl həmd” deyərdi. Sonra təkbir edərək səcdəyə gedər, sonra təkbir edərək başını səcdədən qaldırardı. Sonra təkbir edərək ikinci səcdəyə gedər, sonra təkbir edərək başını səcdədən qaldırardı. Sonra bütün namaz əsnasında belə edərdi. İkinci rükətdən sonra ayağa qalxdıqda da təkbir edərdi.”

Əbu Hureyra
SəhihBuxari, 789 (Azan, 187)

Fəsil 118

Rukuda əlləri dizlərə qoymaq

باب وَضْعِ الأَكُفِّ عَلَى الرُّكَبِ فِى الرُّكُوعِ

وَقَالَ أَبُو حُمَيْدٍ فِى أَصْحَابِهِ أَمْكَنَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدَيْهِ مِنْ رُكْبَتَيْهِ .

Əbu Humeyd ﵁ dostlarının yanında dedi: “Peyğəmbər ﷺ rukuda əlləri ilə dizlərini tutardı”.

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى يَعْفُورٍ قَالَ سَمِعْتُ مُصْعَبَ بْنَ سَعْدٍ يَقُولُ صَلَّيْتُ إِلَى جَنْبِ أَبِى فَطَبَّقْتُ بَيْنَ كَفَّىَّ ثُمَّ وَضَعْتُهُمَا بَيْنَ فَخِذَىَّ ، فَنَهَانِى أَبِى وَقَالَ كُنَّا نَفْعَلُهُ فَنُهِينَا عَنْهُ ، وَأُمِرْنَا أَنْ نَضَعَ أَيْدِيَنَا عَلَى الرُّكَبِ .

“Rəvayət edilir ki, Musab ibn Səd ﵀ demişdir: “Bir dəfə mən atamın (Səd ibn Əbu Vaqqasın) yanında namaz qıldım və rukuda əllərimi birləşdirib ayaqlarımın arasında tutdum. Atam bunu mənə qadağan etdi və dedi: “Biz də belə edirdik, lakin bu bizə qadağan edildi və bizə əllərimizi dizlərimizin üstünə qoymaq əmr edildi”.”

Musab ibn Səd
SəhihBuxari, 790 (Azan, 188)

Fəsil 119

Ruku tam edilmədikdə nə olur?

باب إِذَا لَمْ يُتِمَّ الرُّكُوعَ

حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ سُلَيْمَانَ قَالَ سَمِعْتُ زَيْدَ بْنَ وَهْبٍ قَالَ رَأَى حُذَيْفَةُ رَجُلاً لاَ يُتِمُّ الرُّكُوعَ وَالسُّجُودَ قَالَ مَا صَلَّيْتَ ، وَلَوْ مُتَّ مُتَّ عَلَى غَيْرِ الْفِطْرَةِ الَّتِى فَطَرَ اللَّهُ مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Zeyd ibn Vəhb ﵀ demişdir: “Huzeyfə rukunu və səcdəni tam etməyən bir kişini görüb dedi: “Sən namaz qılmadın. Bu hal üzrə ölsən Allahın Muhəmmədi ﷺ göndərmiş olduğu yoldan kənar çıxmış halda ölmüş olarsan”.”

Zeyd ibn Vəhb
SəhihBuxari, 791 (Azan, 189)

Fəsil 120

Rukuda kürəyi düz tutmaq

باب اسْتِوَاءِ الظَّهْرِ فِى الرُّكُوعِ

وَقَالَ أَبُو حُمَيْدٍ فِى أَصْحَابِهِ رَكَعَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ هَصَرَ ظَهْرَهُ .

Əbu Humeyd ﵁ dostlarının yanında dedi: “Peyğəmbər ﷺ ruku etdi və kürəyini düz tutdu”.

Fəsil 121

Rukunun tam və düz edilməsi, rukuda rahat olmaq

باب حَدِّ إِتْمَامِ الرُّكُوعِ وَالاِعْتِدَالِ فِيهِ وَالاِطْمَأْنِينَةِ

حَدَّثَنَا بَدَلُ بْنُ الْمُحَبَّرِ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ أَخْبَرَنِى الْحَكَمُ عَنِ ابْنِ أَبِى لَيْلَى عَنِ الْبَرَاءِ قَالَ كَانَ رُكُوعُ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَسُجُودُهُ وَبَيْنَ السَّجْدَتَيْنِ وَإِذَا رَفَعَ مِنَ الرُّكُوعِ ، مَا خَلاَ الْقِيَامَ وَالْقُعُودَ ، قَرِيبًا مِنَ السَّوَاءِ .

“Rəvayət edilir ki, əl-Bəra ﵁ demişdir: “Peyğəmbərin ﷺ qiyamı və (təşəhhüd üçün) oturuşu istisna olmaqla rukuda, səcdədə, iki səcdə arasında (olan oturuşda) və rukudan qalxıb dikəldikdə (sərf etdiyi vaxt) təxminən bərabər idi”.”

əl-Bəra
SəhihBuxari, 792 (Azan, 190)

Fəsil 122

Peyğəmbərin ﷺ rukunu və səcdəni tam etməyənə namazı yenidən qılmağı əmr etməsi

باب أَمْرِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الَّذِى لاَ يُتِمُّ رُكُوعَهُ بِالإِعَادَةِ

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ أَخْبَرَنِى يَحْيَى بْنُ سَعِيدٍ عَنْ عُبَيْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سَعِيدٌ الْمَقْبُرِىُّ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ الْمَسْجِدَ فَدَخَلَ رَجُلٌ فَصَلَّى ثُمَّ جَاءَ فَسَلَّمَ عَلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَدَّ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَيْهِ السَّلاَمَ فَقَالَ « ارْجِعْ فَصَلِّ فَإِنَّكَ لَمْ تُصَلِّ » فَصَلَّى ، ثُمَّ جَاءَ فَسَلَّمَ عَلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « ارْجِعْ فَصَلِّ فَإِنَّكَ لَمْ تُصَلِّ » . ثَلاَثًا . فَقَالَ وَالَّذِى بَعَثَكَ بِالْحَقِّ فَمَا أُحْسِنُ غَيْرَهُ فَعَلِّمْنِى . قَالَ « إِذَا قُمْتَ إِلَى الصَّلاَةِ فَكَبِّرْ ، ثُمَّ اقْرَأْ مَا تَيَسَّرَ مَعَكَ مِنَ الْقُرْآنِ ، ثُمَّ ارْكَعْ حَتَّى تَطْمَئِنَّ رَاكِعًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَعْتَدِلَ قَائِمًا ، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَطْمَئِنَّ جَالِسًا ، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ، ثُمَّ افْعَلْ ذَلِكَ فِى صَلاَتِكَ كُلِّهَا » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ məscidə daxil oldu, arxasınca da bir nəfər ora daxil olub namaz qıldı və namazı bitirdikdən sonra Peyğəmbərə ﷺ salam verdi. Peyğəmbər ﷺ onun salamını aldı və buyurdu: “Qayıt namazını qıl, çünki sən namaz qılmadın”. O, namaz qıldı, sonra da Peyğəmbərin ﷺ yanına gəlib ona salam verdi. Peyğəmbər ﷺ yenə ona buyurdu: “Qayıt namazını qıl, çünki sən namaz qılmadın”. Bu hal üç dəfə təkrar oldu. Sonra o adam dedi: “Səni haqq ilə Göndərənə and olsun ki, mən bundan daha düzgün olanını qıla bilmirəm. Mənə nə edəcəyimi öyrət!” O buyurdu: “Namaza duranda təkbir et, sonra Qurandan sənə asan gələni oxu, sonra rukuya get (və bunu) rahat şəkildə yerinə yetir, sonra dikəlib qamətini düz tut, sonra səcdəyə get (və bunu) rahat şəkildə yerinə yetir, sonra qalx otur, tam rahat ol, sonra yenə səcdəyə get (və bunu) rahat şəkildə yerinə yetir və namazının qalan rükətlərində də belə et”.”

Əbu Hureyra
SəhihBuxari, 793 (Azan, 191)

Fəsil 123

Rukuda dua etmək

باب الدُّعَاءِ فِى الرُّكُوعِ

حَدَّثَنَا حَفْصُ بْنُ عُمَرَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ مَنْصُورٍ عَنْ أَبِى الضُّحَى عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ فِى رُكُوعِهِ وَسُجُودِهِ « سُبْحَانَكَ اللَّهُمَّ رَبَّنَا وَبِحَمْدِكَ ، اللَّهُمَّ اغْفِرْ لِى »

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ rukuda və səcdədə: “Allahım! Sən pak və müqəddəssən. Ey Rəbbimiz! Sənə həmd olsun. Allahım, məni bağışla!” - deyərdi”.”

Aişə
SəhihBuxari, 794 (Azan, 192)

Fəsil 124

Rukudan dikələrək başı qaldırdıqda imamın və arxasındakıların deyəcəyi söz

باب مَا يَقُولُ الإِمَامُ وَمَنْ خَلْفَهُ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ عَنْ سَعِيدٍ الْمَقْبُرِىِّ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَالَ « سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ » . قَالَ « اللَّهُمَّ رَبَّنَا وَلَكَ الْحَمْدُ » . وَكَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا رَكَعَ وَإِذَا رَفَعَ رَأْسَهُ يُكَبِّرُ ، وَإِذَا قَامَ مِنَ السَّجْدَتَيْنِ قَالَ « اللَّهُ أَكْبَرُ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ “Səmi Allahu limən həmidəh” dedikdə “Allahummə Rabbənə və ləkəl-həmd” deyərdi. Ruku etdikdə, rukudan dikəldikdə təkbir edərdi. Səcdələrdən qalxdıqda “Allahu Əkbər” deyərdi”.”

Əbu Hureyra
SəhihBuxari, 795 (Azan, 193)

Fəsil 125

“Allahummə Rabbənə ləkəl həmd” sözünün fəziləti

باب فَضْلِ اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ سُمَىٍّ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا قَالَ الإِمَامُ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . فَقُولُوا اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ . فَإِنَّهُ مَنْ وَافَقَ قَوْلُهُ قَوْلَ الْمَلاَئِكَةِ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə demişdir: “İmam: “Səmi Allahu limən həmidəh” deyəndə siz: “Allahummə, Rabbənə ləkəl həmd” deyin. Bilin ki, kimin sözü mələklərin sözü ilə üst-üstə düşsə, onun keçmiş günahları bağışlanar”.”

Əbu Hureyra
SəhihBuxari, 796 (Azan, 194)

Fəsil 126

Fəsil

باب

حَدَّثَنَا مُعَاذُ بْنُ فَضَالَةَ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ لأُقَرِّبَنَّ صَلاَةَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . فَكَانَ أَبُو هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ يَقْنُتُ فِى الرَّكْعَةِ الآخِرَةِ مِنْ صَلاَةِ الظُّهْرِ وَصَلاَةِ الْعِشَاءِ ، وَصَلاَةِ الصُّبْحِ ، بَعْدَ مَا يَقُولُ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . فَيَدْعُو لِلْمُؤْمِنِينَ وَيَلْعَنُ الْكُفَّارَ .

“Əbu Sələmə ﵀ rəvayət edir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ namazına bənzər namaz qılacağam”. Ravi deyir: “Əbu Hureyra Zöhr, İşa və Sübh namazlarının axırıncı rükətində: “Səmi Allahu limən həmidəh” deyəndən sonra (Allaha) üz tutub möminlər üçün qunut tutaraq dua edər, kafirlərə isə lənət oxuyardı”.”

Əbu Sələmə
SəhihBuxari, 797 (Azan, 195)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ أَبِى الأَسْوَدِ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ عَنْ خَالِدٍ الْحَذَّاءِ عَنْ أَبِى قِلاَبَةَ عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كَانَ الْقُنُوتُ فِى الْمَغْرِبِ وَالْفَجْرِ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Səhabələr Məğrib və Sübh namazlarında qunut tutaraq (dua) edərdilər”.”

Ənəs
SəhihBuxari, 798 (Azan, 196)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ نُعَيْمِ بْنِ عَبْدِ اللَّهِ الْمُجْمِرِ عَنْ عَلِىِّ بْنِ يَحْيَى بْنِ خَلاَّدٍ الزُّرَقِىِّ عَنْ أَبِيهِ عَنْ رِفَاعَةَ بْنِ رَافِعٍ الزُّرَقِىِّ قَالَ كُنَّا يَوْمًا نُصَلِّى وَرَاءَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا رَفَعَ رَأْسَهُ مِنَ الرَّكْعَةِ قَالَ « سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ » . قَالَ رَجُلٌ وَرَاءَهُ رَبَّنَا وَلَكَ الْحَمْدُ ، حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ ، فَلَمَّا انْصَرَفَ قَالَ « مَنِ الْمُتَكَلِّمُ » . قَالَ أَنَا . قَالَ « رَأَيْتُ بِضْعَةً وَثَلاَثِينَ مَلَكًا يَبْتَدِرُونَهَا ، أَيُّهُمْ يَكْتُبُهَا أَوَّلُ » .

“Rəvayət edilir ki, Rifaa ibn Rafi əz-Zuraqi ﵁ demişdir: “Bir dəfə biz Peyğəmbərin ﷺ arxasında namaz qılırdıq. O, başını rukudan qaldırıb: “Səmi Allahu limən həmidəh”– dedi. Arxasında duran bir nəfər isə: “Rabbənə və ləkəl-həmd, həmdən, kəsi:ran, tayyibən, mubə:rakən fih”– deyə dua etdi. Peyğəmbər ﷺ namazı bitirdikdən sonra soruşdu: “Bunu deyən kim idi?” Kişi: “Mən”– dedi. Onda Peyğəmbər ﷺ buyurdu: “Mən otuzdan çox mələk gördüm ki, bu sözü hansı biri daha tez yazacaq deyə, bir-birini ötməyə çalışırdılar”.”

Rifaa ibn Rafi əz-Zuraqi
SəhihBuxari, 799 (Azan, 197)

Fəsil 127

Rukudan başını qaldırandan sonra rahat durmaq

باب الاِطْمَأْنِينَةِ حِينَ يَرْفَعُ رَأْسَهُ مِنَ الرُّكُوعِ

قَالَ أَبُو حُمَيْدٍ رَفَعَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَاسْتَوَى جَالِسًا حَتَّى يَعُودَ كُلُّ فَقَارٍ مَكَانَهُ .

Əbu Humeyd ﵁ dedi: “Peyğəmbər ﷺ rukudan dikəldikdə onurğa fəqərələri düz olana qədər şax dururdu”.

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ ثَابِتٍ قَالَ كَانَ أَنَسٌ يَنْعَتُ لَنَا صَلاَةَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَكَانَ يُصَلِّى وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ قَامَ حَتَّى نَقُولَ قَدْ نَسِىَ .

“Rəvayət edilir ki, Sabit ﵀ demişdir: “Ənəs bizə Peyğəmbərin ﷺ necə namaz qıldğını göstərdi. O, namaz qılarkən başını rukudan qaldırdıqda ayaq üstə o qədər çox durardı ki, biz deyərdik: “Yəqin səcdə etməyi unudub”.”

Sabit
SəhihBuxari, 800 (Azan, 198)

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنِ الْحَكَمِ عَنِ ابْنِ أَبِى لَيْلَى عَنِ الْبَرَاءِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كَانَ رُكُوعُ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَسُجُودُهُ وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ وَبَيْنَ السَّجْدَتَيْنِ قَرِيبًا مِنَ السَّوَاءِ .

“Rəvayət edilir ki, əl-Bəra ﵁ demişdir: “Peyğəmbərin ﷺ rukusu, səcdələri, başını rukudan qaldırıb durması və iki səcdə arası olan oturuşuna (sərf etdiyi vaxt) təxminən bərabər idi”.”

əl-Bəra
SəhihBuxari, 801 (Azan, 199)

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ أَيُّوبَ عَنْ أَبِى قِلاَبَةَ قَالَ كَانَ مَالِكُ بْنُ الْحُوَيْرِثِ يُرِينَا كَيْفَ كَانَ صَلاَةُ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَذَاكَ فِى غَيْرِ وَقْتِ صَلاَةٍ ، فَقَامَ فَأَمْكَنَ الْقِيَامَ ، ثُمَّ رَكَعَ فَأَمْكَنَ الرُّكُوعَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ فَأَنْصَتَ هُنَيَّةً ، قَالَ فَصَلَّى بِنَا صَلاَةَ شَيْخِنَا هَذَا أَبِى بُرَيْدٍ . وَكَانَ أَبُو بُرَيْدٍ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ السَّجْدَةِ الآخِرَةِ اسْتَوَى قَاعِدًا ثُمَّ نَهَضَ .

“Rəvayət edilir ki, Əbu Qilabə ﵀ demişdir: “Bir dəfə Malik ibn əl-Huveyris bizə Peyğəmbərin ﷺ namazını göstərdi. Bu, namaz vaxtı deyildi. O, ayağa qalxıb qiyamda durdu, sonra rukuya getdi və rukuda rahat şəkildə qaldı. Sonra başını qaldırıb dikələrək bir az durdu”. Ravi deyir: “Bu şeyx bizə Əbu Bureydənin qıldığı kimi namaz qıldırdı. Əbu Bureydə də ikinci səcdədən başını qaldırdıqdan sonra ayağa qalxmazdan əvvəl bir qədər oturar, sonra ayağa durardı”.”

Əbu Qilabə
SəhihBuxari, 802 (Azan, 200)

Fəsil 128

Səcdəyə gedərkən təkbir etmək

باب يَهْوِى بِالتَّكْبِيرِ حِينَ يَسْجُدُ

وَقَالَ نَافِعٌ كَانَ ابْنُ عُمَرَ يَضَعُ يَدَيْهِ قَبْلَ رُكْبَتَيْهِ .

Nafi ﵀ demişdir: “İbn Ömər səcdəyə getdikdə dizlərindən öncə əllərini yerə qoyardı”.

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ حَدَّثَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى أَبُو بَكْرِ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَارِثِ بْنِ هِشَامٍ وَأَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّ أَبَا هُرَيْرَةَ كَانَ يُكَبِّرُ فِى كُلِّ صَلاَةٍ مِنَ الْمَكْتُوبَةِ وَغَيْرِهَا فِى رَمَضَانَ وَغَيْرِهِ ، فَيُكَبِّرُ حِينَ يَقُومُ ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْكَعُ ، ثُمَّ يَقُولُ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . ثُمَّ يَقُولُ رَبَّنَا وَلَكَ الْحَمْدُ . قَبْلَ أَنْ يَسْجُدَ ، ثُمَّ يَقُولُ اللَّهُ أَكْبَرُ . حِينَ يَهْوِى سَاجِدًا ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْفَعُ رَأْسَهُ مِنَ السُّجُودِ ، ثُمَّ يُكَبِّرُ حِينَ يَسْجُدُ ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْفَعُ رَأْسَهُ مِنَ السُّجُودِ ، ثُمَّ يُكَبِّرُ حِينَ يَقُومُ مِنَ الْجُلُوسِ فِى الاِثْنَتَيْنِ ، وَيَفْعَلُ ذَلِكَ فِى كُلِّ رَكْعَةٍ حَتَّى يَفْرُغَ مِنَ الصَّلاَةِ ، ثُمَّ يَقُولُ حِينَ يَنْصَرِفُ وَالَّذِى نَفْسِى بِيَدِهِ إِنِّى لأَقْرَبُكُمْ شَبَهًا بِصَلاَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنْ كَانَتْ هَذِهِ لَصَلاَتَهُ حَتَّى فَارَقَ الدُّنْيَا .

“Əbu Bəkr ibn Abdur-Rahmən ibn əl-Haris ibn Hişam və Əbu Sələmə ibn Abdur-Rahmən ﵀ rəvayət edirlər ki, Əbu Hureyra bütün vacib və digər namazlarda, Ramazan və digər aylarda təkbir edərdi. O, namaza durarkən təkbir edərdi. Habelə, rukuya gedərkən də təkbir edərdi. Sonra “Səmi Allahu limən həmidəh”, sonra səcdəyə getməzdən qabaq “Rabbənə və ləkəl-həmd” deyərdi. Sonra “Allahu Əkbər” deyərək səcdəyə gedər, sonra təkbir edərək başını səcdədən qaldırardı. Sonra təkbir edərək ikinci səcdəyə gedər, sonra təkbir edərək başını səcdədən qaldırar, səcdələrdən sonra oturduğu yerdən ayağa duranda təkbir edərdi. Namazı bitirənə kimi hər rükətdə belə edərdi. Namazı bitirdikdən sonra isə belə deyərdi: “Canım Əlində Olana and olsun! Aranızda Allah Elçisinin ﷺ namazına ən çox oxşayan mənim namazımdır. Allah Elçisi ﷺ dünyadan köçənə qədər onun namazı belə idi”.”

Əbu Bəkr ibn Abdur-Rahmən ibn əl-Haris ibn Hişam və Əbu Sələmə ibn Abdur-Rahmən
SəhihBuxari, 803 (Azan, 201)

قَالاَ وَقَالَ أَبُو هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ وَكَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ يَرْفَعُ رَأْسَهُ يَقُولُ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، رَبَّنَا وَلَكَ الْحَمْدُ . يَدْعُو لِرِجَالٍ فَيُسَمِّيهِمْ بِأَسْمَائِهِمْ فَيَقُولُ « اللَّهُمَّ أَنْجِ الْوَلِيدَ بْنَ الْوَلِيدِ وَسَلَمَةَ بْنَ هِشَامٍ وَعَيَّاشَ بْنَ أَبِى رَبِيعَةَ ، وَالْمُسْتَضْعَفِينَ مِنَ الْمُؤْمِنِينَ ، اللَّهُمَّ اشْدُدْ وَطْأَتَكَ عَلَى مُضَرَ ، وَاجْعَلْهَا عَلَيْهِمْ سِنِينَ كَسِنِى يُوسُفَ » . وَأَهْلُ الْمَشْرِقِ يَوْمَئِذٍ مِنْ مُضَرَ مُخَالِفُونَ لَهُ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ rukudan başını dikəltdikdə: “Səmi Allahu limən həmidəh, Rabbənə və ləkəl-həmd”– deyər, hərdən də bəzi adamlar üçün Allaha dua edər və onların adlarını çəkib deyərdi: “Allahım, Vəlid ibn əl-Vəlidi, Sələmə ibn Hişamı, Ayyaş ibn Əbu Rabianı və möminlərdən zəif olanları xilas et! Allahım, Mudar qəbiləsinə olan əzabını şiddətləndir və onlara Yusufun zamanında göndərdiyin (yeddi qıtlıq və quraqlıq) illəri kimi illər göndər!” O vaxt şərq tərəfdə olanlardan Mudar qəbiləsi ona müxalif idi”.”

Əbu Hureyra
SəhihBuxari, 804 (Azan, 202)

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ غَيْرَ مَرَّةٍ عَنِ الزُّهْرِىِّ قَالَ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ سَقَطَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ فَرَسٍ - وَرُبَّمَا قَالَ سُفْيَانُ مِنْ فَرَسٍ - فَجُحِشَ شِقُّهُ الأَيْمَنُ ، فَدَخَلْنَا عَلَيْهِ نَعُودُهُ ، فَحَضَرَتِ الصَّلاَةُ ، فَصَلَّى بِنَا قَاعِدًا وَقَعَدْنَا - وَقَالَ سُفْيَانُ مَرَّةً صَلَّيْنَا قُعُودًا - فَلَمَّا قَضَى الصَّلاَةَ قَالَ « إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا كَبَّرَ فَكَبِّرُوا وَإِذَا رَكَعَ فَارْكَعُوا ، وَإِذَا رَفَعَ فَارْفَعُوا ، وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . فَقُولُوا رَبَّنَا وَلَكَ الْحَمْدُ . وَإِذَا سَجَدَ فَاسْجُدُوا » . قَالَ سُفْيَانُ كَذَا جَاءَ بِهِ مَعْمَرٌ قُلْتُ نَعَمْ . قَالَ لَقَدْ حَفِظَ ، كَذَا قَالَ الزُّهْرِىُّ وَلَكَ الْحَمْدُ . حَفِظْتُ مِنْ شِقِّهِ الأَيْمَنِ . فَلَمَّا خَرَجْنَا مِنْ عِنْدِ الزُّهْرِىِّ قَالَ ابْنُ جُرَيْجٍ - وَأَنَا عِنْدَهُ - فَجُحِشَ سَاقُهُ الأَيْمَنُ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ atdan yıxılıb sağ tərəfini əzmişdi. Biz onun yanına gələndə namazın vaxtı daxil oldu. O, bizə oturaraq namaz qıldırdı, biz də onun arxasında namazı oturaraq qıldıq. Namazı bitirdikdən sonra Allah Elçisi ﷺ belə buyurdu: “İmam ona tabe olmaq üçün təyin edilmişdir. O, təkbir etdikdə siz də təkbir edin. O, rukuya getdikdə siz də rukuya gedin. O “Səmi Allahu limən həmidəh” dedikdə siz “Rabbənə və ləkəl-həmd” deyin. O, səcdə etdikdə siz də səcdə edin”.”

Ənəs ibn Malik
SəhihBuxari, 805 (Azan, 203)

Fəsil 129

Səcdə etməyin fəziləti

باب فَضْلِ السُّجُودِ

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى سَعِيدُ بْنُ الْمُسَيَّبِ وَعَطَاءُ بْنُ يَزِيدَ اللَّيْثِىُّ أَنَّ أَبَا هُرَيْرَةَ أَخْبَرَهُمَا أَنَّ النَّاسَ قَالُوا يَا رَسُولَ اللَّهِ ، هَلْ نَرَى رَبَّنَا يَوْمَ الْقِيَامَةِ قَالَ « هَلْ تُمَارُونَ فِى الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ لَيْسَ دُونَهُ سَحَابٌ » . قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ . قَالَ « فَهَلْ تُمَارُونَ فِى الشَّمْسِ لَيْسَ دُونَهَا سَحَابٌ » . قَالُوا لاَ . قَالَ « فَإِنَّكُمْ تَرَوْنَهُ كَذَلِكَ ، يُحْشَرُ النَّاسُ يَوْمَ الْقِيَامَةِ ، فَيَقُولُ مَنْ كَانَ يَعْبُدُ شَيْئًا فَلْيَتَّبِعْ . فَمِنْهُمْ مَنْ يَتَّبِعُ الشَّمْسَ ، وَمِنْهُمْ مَنْ يَتَّبِعُ الْقَمَرَ وَمِنْهُمْ مَنْ يَتَّبِعُ الطَّوَاغِيتَ ، وَتَبْقَى هَذِهِ الأُمَّةُ فِيهَا مُنَافِقُوهَا ، فَيَأْتِيهِمُ اللَّهُ فَيَقُولُ أَنَا رَبُّكُمْ فَيَقُولُونَ هَذَا مَكَانُنَا حَتَّى يَأْتِيَنَا رَبُّنَا ، فَإِذَا جَاءَ رَبُّنَا عَرَفْنَاهُ . فَيَأْتِيهِمُ اللَّهُ فَيَقُولُ أَنَا رَبُّكُمْ . فَيَقُولُونَ أَنْتَ رَبُّنَا . فَيَدْعُوهُمْ فَيُضْرَبُ الصِّرَاطُ بَيْنَ ظَهْرَانَىْ جَهَنَّمَ ، فَأَكُونُ أَوَّلَ مَنْ يَجُوزُ مِنَ الرُّسُلِ بِأُمَّتِهِ ، وَلاَ يَتَكَلَّمُ يَوْمَئِذٍ أَحَدٌ إِلاَّ الرُّسُلُ ، وَكَلاَمُ الرُّسُلِ يَوْمَئِذٍ اللَّهُمَّ سَلِّمْ سَلِّمْ . وَفِى جَهَنَّمَ كَلاَلِيبُ مِثْلُ شَوْكِ السَّعْدَانِ ، هَلْ رَأَيْتُمْ شَوْكَ السَّعْدَانِ » . قَالُوا نَعَمْ . قَالَ « فَإِنَّهَا مِثْلُ شَوْكِ السَّعْدَانِ ، غَيْرَ أَنَّهُ لاَ يَعْلَمُ قَدْرَ عِظَمِهَا إِلاَّ اللَّهُ ، تَخْطَفُ النَّاسَ بِأَعْمَالِهِمْ ، فَمِنْهُمْ مَنْ يُوبَقُ بِعَمَلِهِ ، وَمِنْهُمْ مَنْ يُخَرْدَلُ ثُمَّ يَنْجُو ، حَتَّى إِذَا أَرَادَ اللَّهُ رَحْمَةَ مَنْ أَرَادَ مِنْ أَهْلِ النَّارِ ، أَمَرَ اللَّهُ الْمَلاَئِكَةَ أَنْ يُخْرِجُوا مَنْ كَانَ يَعْبُدُ اللَّهَ ، فَيُخْرِجُونَهُمْ وَيَعْرِفُونَهُمْ بِآثَارِ السُّجُودِ ، وَحَرَّمَ اللَّهُ عَلَى النَّارِ أَنْ تَأْكُلَ أَثَرَ السُّجُودِ فَيَخْرُجُونَ مِنَ النَّارِ ، فَكُلُّ ابْنِ آدَمَ تَأْكُلُهُ النَّارُ إِلاَّ أَثَرَ السُّجُودِ ، فَيَخْرُجُونَ مِنَ النَّارِ قَدِ امْتَحَشُوا ، فَيُصَبُّ عَلَيْهِمْ مَاءُ الْحَيَاةِ ، فَيَنْبُتُونَ كَمَا تَنْبُتُ الْحِبَّةُ فِى حَمِيلِ السَّيْلِ ، ثُمَّ يَفْرُغُ اللَّهُ مِنَ الْقَضَاءِ بَيْنَ الْعِبَادِ ، وَيَبْقَى رَجُلٌ بَيْنَ الْجَنَّةِ وَالنَّارِ ، وَهْوَ آخِرُ أَهْلِ النَّارِ دُخُولاً الْجَنَّةَ ، مُقْبِلٌ بِوَجْهِهِ قِبَلَ النَّارِ فَيَقُولُ يَا رَبِّ اصْرِفْ وَجْهِى عَنِ النَّارِ ، قَدْ قَشَبَنِى رِيحُهَا ، وَأَحْرَقَنِى ذَكَاؤُهَا . فَيَقُولُ هَلْ عَسَيْتَ إِنْ فُعِلَ ذَلِكَ بِكَ أَنْ تَسْأَلَ غَيْرَ ذَلِكَ فَيَقُولُ لاَ وَعِزَّتِكَ . فَيُعْطِى اللَّهَ مَا يَشَاءُ مِنْ عَهْدٍ وَمِيثَاقٍ ، فَيَصْرِفُ اللَّهُ وَجْهَهُ عَنِ النَّارِ ، فَإِذَا أَقْبَلَ بِهِ عَلَى الْجَنَّةِ رَأَى بَهْجَتَهَا سَكَتَ مَا شَاءَ اللَّهُ أَنْ يَسْكُتَ ، ثُمَّ قَالَ يَا رَبِّ قَدِّمْنِى عِنْدَ بَابِ الْجَنَّةِ . فَيَقُولُ اللَّهُ لَهُ أَلَيْسَ قَدْ أَعْطَيْتَ الْعُهُودَ وَالْمَوَاثِيقَ أَنْ لاَ تَسْأَلَ غَيْرَ الَّذِى كُنْتَ سَأَلْتَ فَيَقُولُ يَا رَبِّ لاَ أَكُونُ أَشْقَى خَلْقِكَ . فَيَقُولُ فَمَا عَسَيْتَ إِنْ أُعْطِيتَ ذَلِكَ أَنْ لاَ تَسْأَلَ غَيْرَهُ فَيَقُولُ لاَ وَعِزَّتِكَ لاَ أَسْأَلُ غَيْرَ ذَلِكَ . فَيُعْطِى رَبَّهُ مَا شَاءَ مِنْ عَهْدٍ وَمِيثَاقٍ ، فَيُقَدِّمُهُ إِلَى بَابِ الْجَنَّةِ ، فَإِذَا بَلَغَ بَابَهَا ، فَرَأَى زَهْرَتَهَا وَمَا فِيهَا مِنَ النَّضْرَةِ وَالسُّرُورِ ، فَيَسْكُتُ مَا شَاءَ اللَّهُ أَنْ يَسْكُتَ ، فَيَقُولُ يَا رَبِّ أَدْخِلْنِى الْجَنَّةَ . فَيَقُولُ اللَّهُ وَيْحَكَ يَا ابْنَ آدَمَ مَا أَغْدَرَكَ ، أَلَيْسَ قَدْ أَعْطَيْتَ الْعَهْدَ وَالْمِيثَاقَ أَنْ لاَ تَسْأَلَ غَيْرَ الَّذِى أُعْطِيتَ فَيَقُولُ يَا رَبِّ لاَ تَجْعَلْنِى أَشْقَى خَلْقِكَ . فَيَضْحَكُ اللَّهُ - عَزَّ وَجَلَّ - مِنْهُ ، ثُمَّ يَأْذَنُ لَهُ فِى دُخُولِ الْجَنَّةِ فَيَقُولُ تَمَنَّ . فَيَتَمَنَّى حَتَّى إِذَا انْقَطَعَتْ أُمْنِيَّتُهُ قَالَ اللَّهُ عَزَّ وَجَلَّ تَمَنَّ كَذَا وَكَذَا . أَقْبَلَ يُذَكِّرُهُ رَبُّهُ ، حَتَّى إِذَا انْتَهَتْ بِهِ الأَمَانِىُّ قَالَ اللَّهُ تَعَالَى لَكَ ذَلِكَ وَمِثْلُهُ مَعَهُ » . قَالَ أَبُو سَعِيدٍ الْخُدْرِىُّ لأَبِى هُرَيْرَةَ رَضِىَ اللهُ عَنْهُمَا إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « قَالَ اللَّهُ لَكَ ذَلِكَ وَعَشَرَةُ أَمْثَالِهِ » . قَالَ أَبُو هُرَيْرَةَ لَمْ أَحْفَظْ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلاَّ قَوْلَهُ « لَكَ ذَلِكَ وَمِثْلُهُ مَعَهُ » . قَالَ أَبُو سَعِيدٍ إِنِّى سَمِعْتُهُ يَقُولُ « ذَلِكَ لَكَ وَعَشَرَةُ أَمْثَالِهِ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə camaat soruşdu: “Ey Allahın Elçisi! Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?” Allah Elçisi ﷺ də buyurdu: “Məgər siz buludla örtülməmiş on dörd gecəlik ayı (görəcəyinizə) şübhə edirsiniz?” Onlar dedilər: “Xeyr, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Məgər siz buludla örtülməmiş günəşi (görəcəyinizə) şübhə edirsiniz?” Onlar: “Xeyr!”– dedilər. Peyğəmbər ﷺ buyurdu: “Rəbbinizi də beləcə görəcəksiniz. Qiyamət günü insanlar məhşərə toplanacaq və Allah buyuracaq: “Kim nəyə ibadət edirdisə, onun ardınca da getsin!” Beləliklə, onlardan kimisi günəşin, kimisi ayın, kimisi də tağutların ardınca gedəcək. Axırda bu ümmət, içində olan münafiqlərlə birlikdə qalacaqlar. Allah onların yanına gəlib buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar (Onu tanımadıqlarına görə) deyəcəklər: “Rəbbimiz gələnədək bura bizim yerimiz (olacaq), Rəbbimiz gələndə biz Onu tanıyacağıq”. Sonra Allah onların yanına gəlib buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar (Onu tanıyacaq və): “Sən bizim Rəbbimizsən!”– deyəcəklər. (Sonra) Allah onları çağıracaq, Cəhənnəmin üzərində körpü qurulacaq və ümməti ilə birlikdə bu körpüdən keçən elçilərin ən birincisi mən olacağam. O gün elçilərdən başqa heç kəs danışa bilməyəcək, elçilər isə deyəcəklər: “Allahım, xilas et, xilas et!” Cəhənnəmdə sadan tikanlarına bənzər qarmaqlar var. Siz sadan tikanlarını görmüsünüzmü?” Səhabələr: “Bəli”– dedilər. Peyğəmbər ﷺ buyurdu: “Bu qarmaqlar sadan tikanlarına bənzəyirlər, lakin Allahdan başqa heç kəs onların nə qədər böyük olduğunu bilmir. Onlar insanları əməllərinə görə tutacaqlar, kimisi əməlinə görə məhv olacaq, kimisi də didik-didik ediləcək, lakin axırda xilas olacaq. Nəhayət Allah Cəhənnəmə düşənlərdən dilədiyinə mərhəmət göstərmək istədikdə mələklərə Allaha ibadət etmiş kəsləri ordan çıxarmağı əmr edəcək. Mələklər onları (üzlərindəki) səcdə izindən tanıyıb çıxaracaqlar. Belə ki, Allah Cəhənnəm oduna səcdə izlərini yandırıb-yaxmağı haram etmişdir. Beləliklə, onlar Cəhənnəmdən çıxacaqlar. Od Adəm övladının vücudunu – səcdə yerləri istisna olmaqla, başdan-ayağa yandırıb-yaxacaq və onlar sümüklərinə qədər yanmış halda oddan çıxacaqlar. Bundan sonra onların üstünə “Həyat” (dirilik) suyu töküləcək və onlar selin gətirdiyi toxumun cücərib yetişdiyi kimi diriləcəklər. Allah Öz qulları üzərində mühakiməsini bitirdikdə Cənnətlə Cəhənnəm arasında bir nəfər qalacaq. Bu adam Cəhənnəmdən çıxıb Cənnətə girən adamların axırıncısı olacaq. Onun üzü Cəhənnəmə tərəf olacaq və o deyəcək: “Ey Rəbbim, mənim üzümü oddan döndər, çünki onun tüstüsü məni zəhərləmişdir, alovu da məni yandırıb-yaxmışdır!” Allah deyəcək: “Bu istədiyin yerinə yetirilsə, başqa bir şey istəyəcəksənmi?” Bu adam: “Sənin İzzətinə and olsun ki, yox”– deyəcək və Allaha dilədiyi qədər and içib söz verəcək. Allah da onun üzünü oddan döndərəcək. Allah onun üzünü Cənnətə tərəf çevirdikdə o, Cənnətin gözəlliyini görüb Allahın istədiyi qədər susacaq, sonra isə deyəcək: “Ey Rəbbim, məni Cənnətin qapısına yaxınlaşdır”. Allah ona deyəcək: “Məgər sən and içib söz verməmişdin ki, bu istədiyindən başqa heç nə istəməyəcəksən?” O deyəcək: “Ey Rəbbim, qoy Sənin yaratdıqlarının ən bədbəxti mən olmayım!” Allah deyəcək: “Bu istədiyin yerinə yetirilsə, başqa bir şey istəyəcəksənmi?” O yenə: “Sənin İzzətinə and olsun ki, mən başqa heç nə istəməyəcəyəm”- deyəcək və Allaha dilədiyi qədər and içib söz verəcək. Allah da onu Cənnətin qapısına yaxınlaşdıracaq. Cənnətin qapısına çatdıqda onun gözəlliyini görüb Allahın istədiyi qədər susacaq, sonra da deyəcək: “Ey Rəbbim, məni Cənnətə daxil et!” Allah deyəcək: “Vay sənin halına, ey Adəm övladı, sən nə qədər vədinə xilaf çıxırsan! Məgər sən and içib söz verməmişdin ki, sənə verilənlərdən başqa heç nə istəməyəcəksən?” O deyəcək: “Ey Rəbbim, qoy Sənin yaratdıqlarının ən bədbəxti mən olmayım!” Belə olduqda Allah ﷿ güləcək, sonra ona Cənnətə daxil olmağa izin verəcək və deyəcək: “(Nə istəyirsən,) dilə!” O adam o qədər diləyəcək ki, axırda (heç bir) istəyi qalmayacaq və Allah ﷿ deyəcək: “Filan və filan şeyləri də dilə!” Beləcə, Rəbbi ona (onun istəklərini) xatırladacaq. Artıq onun heç bir istəyi qalmadıqda Uca Allah buyuracaq: “Sənə bu istədiklərin və bir o qədəri də verilmişdir”. Ravi deyir: “Əbu Səid əl-Xudri Əbu Hureyraya dedi: “Allah Elçisi ﷺ demişdir ki, Allah buyuracaq: “Sənə bu istədiklərin, üstəlik onun on misli verilmişdir”. Əbu Hureyra da ona belə cavab verdi: “Mən Allah Elçisinin ﷺ: “Sənə bu istədiklərin və bir o qədəri də verilmişdir”– dediyini yadda saxlamışam. Əbu Səid əl-Xudri dedi: “Mən isə onun: “Sənə bu istədiklərin, üstəlik onun on misli verilmişdir”– dediyini eşitmişəm”.”

Əbu Hureyra
SəhihBuxari, 806 (Azan, 204)

Fəsil 130

Səcdə etdikdə əlləri bir-birindən aralı qoymaq

باب يُبْدِى ضَبْعَيْهِ وَيُجَافِى فِى السُّجُودِ

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنِى بَكْرُ بْنُ مُضَرَ عَنْ جَعْفَرٍ عَنِ ابْنِ هُرْمُزَ عَنْ عَبْدِ اللَّهِ بْنِ مَالِكٍ ابْنِ بُحَيْنَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا صَلَّى فَرَّجَ بَيْنَ يَدَيْهِ حَتَّى يَبْدُوَ بَيَاضُ إِبْطَيْهِ . وَقَالَ اللَّيْثُ حَدَّثَنِى جَعْفَرُ بْنُ رَبِيعَةَ نَحْوَهُ .

“Abdullah ibn Malik ibn Buheynə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ namaz qıldığı zaman əllərini bir-birindən o qədər aralı qoyardı ki, qoltuğunun ağlığı görünərdi.”

Abdullah ibn Malik ibn Buheynə
SəhihBuxari, 807 (Azan, 205)

Fəsil 131

Namazda ayaq barmaqlarının qibləyə doğru yönəlməsi

باب يَسْتَقْبِلُ بِأَطْرَافِ رِجْلَيْهِ الْقِبْلَةَ

قَالَهُ أَبُو حُمَيْدٍ السَّاعِدِىُّ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

Əbu Humeyd əs-Səidi ﵁ bunu Peyğəmbərdən ﷺ rəvayət edərək demişdir.

Fəsil 132

Namazda səcdələri tam etməmək

باب إِذَا لَمْ يُتِمَّ السُّجُودَ

حَدَّثَنَا الصَّلْتُ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا مَهْدِىٌّ عَنْ وَاصِلٍ عَنْ أَبِى وَائِلٍ عَنْ حُذَيْفَةَ رَأَى رَجُلاً لاَ يُتِمُّ رُكُوعَهُ وَلاَ سُجُودَهُ ، فَلَمَّا قَضَى صَلاَتَهُ قَالَ لَهُ حُذَيْفَةُ مَا صَلَّيْتَ - قَالَ وَأَحْسِبُهُ قَالَ - وَلَوْ مُتَّ مُتَّ عَلَى غَيْرِ سُنَّةِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . قَالَ مَا صَلَّيْتَ ، وَلَوْ مُتَّ مُتَّ عَلَى غَيْرِ الْفِطْرَةِ الَّتِى فَطَرَ اللَّهُ مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Əbu Vail ﵀ rəvayət edir ki, Huzeyfə rukunu və səcdəni tam etməyən bir kişini gördü. Həmin kişi namazı bitirdikdən sonra ona dedi: “Sən namaz qılmadın. Bu hal üzrə ölsən Muhəmmədin ﷺ sünnəsi üzrə ölmüş sayılmazsan”.”

Əbu Vail
SəhihBuxari, 808 (Azan, 206)

Fəsil 133

Yeddi əza üzərinə səcdə etmək

باب السُّجُودِ عَلَى سَبْعَةِ أَعْظُمٍ

حَدَّثَنَا قَبِيصَةُ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَمْرِو بْنِ دِينَارٍ عَنْ طَاوُسٍ عَنِ ابْنِ عَبَّاسٍ أُمِرَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يَسْجُدَ عَلَى سَبْعَةِ أَعْضَاءٍ ، وَلاَ يَكُفَّ شَعَرًا وَلاَ ثَوْبًا الْجَبْهَةِ وَالْيَدَيْنِ وَالرُّكْبَتَيْنِ وَالرِّجْلَيْنِ .

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbərə ﷺ paltarın (ətəyini) və saçı yığmadan yeddi əza – alın, əllər, dizlər və ayaqlar üzərinə səcdə etmək əmr edildi.”

İbn Abbas
SəhihBuxari, 809 (Azan, 207)

حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَمْرٍو عَنْ طَاوُسٍ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أُمِرْنَا أَنْ نَسْجُدَ عَلَى سَبْعَةِ أَعْظُمٍ وَلاَ نَكُفَّ ثَوْبًا وَلاَ شَعَرًا » .

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bizə paltarın (ətəyini) və saçı yığmadan yeddi əza üzərinə səcdə etmək əmr edildi”.”

İbn Abbas
SəhihBuxari, 810 (Azan, 208)

حَدَّثَنَا آدَمُ حَدَّثَنَا إِسْرَائِيلُ عَنْ أَبِى إِسْحَاقَ عَنْ عَبْدِ اللَّهِ بْنِ يَزِيدَ الْخَطْمِىِّ حَدَّثَنَا الْبَرَاءُ بْنُ عَازِبٍ - وَهْوَ غَيْرُ كَذُوبٍ - قَالَ كُنَّا نُصَلِّى خَلْفَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . لَمْ يَحْنِ أَحَدٌ مِنَّا ظَهْرَهُ حَتَّى يَضَعَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَبْهَتَهُ عَلَى الأَرْضِ .

“Sözündə yalan olmayan əl-Bəra ibn Azib ﵁ demişdir: “Biz Peyğəmbərin ﷺ arxasında namaz qılanda o, “Səmi Allahu limən həmidəh”– deyəndə, bizdən heç birimiz Peyğəmbər ﷺ alnını yerə qoymayanadək belimizi əyməzdik”.”

əl-Bəra ibn Azib
SəhihBuxari, 811 (Azan, 209)

Fəsil 134

Burun üzərinə səcdə etmək

باب السُّجُودِ عَلَى الأَنْفِ

حَدَّثَنَا مُعَلَّى بْنُ أَسَدٍ قَالَ حَدَّثَنَا وُهَيْبٌ عَنْ عَبْدِ اللَّهِ بْنِ طَاوُسٍ عَنْ أَبِيهِ عَنِ ابْنِ عَبَّاسٍ رضى الله عنهما قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أُمِرْتُ أَنْ أَسْجُدَ عَلَى سَبْعَةِ أَعْظُمٍ عَلَى الْجَبْهَةِ - وَأَشَارَ بِيَدِهِ عَلَى أَنْفِهِ - وَالْيَدَيْنِ ، وَالرُّكْبَتَيْنِ وَأَطْرَافِ الْقَدَمَيْنِ ، وَلاَ نَكْفِتَ الثِّيَابَ وَالشَّعَرَ » .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Mənə paltarın (ətəyini) və saçı yığmadan yeddi əza – alın, əllər, dizlər və ayaq barmaqlarının ucları üzərinə səcdə etmək əmr edilmişdir”. Peyğəmbər ﷺ alın deyəndə burnuna da işarə etdi”.”

İbn Abbas
SəhihBuxari, 812 (Azan, 210)

Fəsil 135

Palçığın içində burun üzərinə səcdə etmək

باب السُّجُودِ عَلَى الأَنْفِ وَالسُّجُودِ عَلَى الطِّينِ

حَدَّثَنَا مُوسَى قَالَ حَدَّثَنَا هَمَّامٌ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ قَالَ انْطَلَقْتُ إِلَى أَبِى سَعِيدٍ الْخُدْرِىِّ فَقُلْتُ أَلاَ تَخْرُجُ بِنَا إِلَى النَّخْلِ نَتَحَدَّثْ فَخَرَجَ . فَقَالَ قُلْتُ حَدِّثْنِى مَا سَمِعْتَ مِنَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى لَيْلَةِ الْقَدْرِ . قَالَ اعْتَكَفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَشْرَ الأُوَلِ مِنْ رَمَضَانَ ، وَاعْتَكَفْنَا مَعَهُ ، فَأَتَاهُ جِبْرِيلُ فَقَالَ إِنَّ الَّذِى تَطْلُبُ أَمَامَكَ . فَاعْتَكَفَ الْعَشْرَ الأَوْسَطَ ، فَاعْتَكَفْنَا مَعَهُ ، فَأَتَاهُ جِبْرِيلُ فَقَالَ إِنَّ الَّذِى تَطْلُبُ أَمَامَكَ . فَقَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَطِيبًا صَبِيحَةَ عِشْرِينَ مِنْ رَمَضَانَ فَقَالَ « مَنْ كَانَ اعْتَكَفَ مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلْيَرْجِعْ ، فَإِنِّى أُرِيتُ لَيْلَةَ الْقَدْرِ ، وَإِنِّى نُسِّيتُهَا ، وَإِنَّهَا فِى الْعَشْرِ الأَوَاخِرِ فِى وِتْرٍ ، وَإِنِّى رَأَيْتُ كَأَنِّى أَسْجُدُ فِى طِينٍ وَمَاءٍ » . وَكَانَ سَقْفُ الْمَسْجِدِ جَرِيدَ النَّخْلِ وَمَا نَرَى فِى السَّمَاءِ شَيْئًا ، فَجَاءَتْ قَزْعَةٌ فَأُمْطِرْنَا ، فَصَلَّى بِنَا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى رَأَيْتُ أَثَرَ الطِّينِ وَالْمَاءِ عَلَى جَبْهَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَرْنَبَتِهِ تَصْدِيقَ رُؤْيَاهُ .

“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ demişdir: “Mən Əbu Səid əl-Xudrinin yanına getdim və dedim: “Bizimlə birlikdə xurmalığa tərəf gəlib söhbət edə bilərik?” O, bizimlə gəldi və mən ona dedim: “Qədr gecəsi haqda Peyğəmbərdən ﷺ eşitdiyini mənə danış”. O dedi: “Allah Elçisi ﷺ Ramazan ayının ilk on günündə etikaf etdi. Biz də onunla birlikdə etikaf etdik. Sonra onun yanına Cəbrail gəlib dedi: “Axtardığın şey qarşındadır”. Allah Elçisi ﷺ Ramazan ayının orta on gününü etikaf etdi. Sonra onun yanına Cəbrail gəlib dedi: “Axtardığın şey qarşındadır”. Peyğəmbər ﷺ Ramazan ayının iyirminci gününün səhəri minbərə qalxıb xütbə verdi və dedi: “Kim Peyğəmbər ﷺ ilə etikaf etmişdirsə, (etikafını davam etməyə) qayıtsın. Çünki Qədr gecəsinin nə zaman olacağı mənə göstərildi, sonra isə bu mənə unutduruldu. O, son on günün tək gecələrindədir. Mən yuxuda palçıq və su üzərinə səcdə etdiyimi gördüm”. Ravi deyir: “Məscidin tavanı xurma ağacından idi. Biz göydə bir şey görmürdük. Birdən bir bulud parçası gəldi və biz yağışa düşdük. Peyğəmbər ﷺ bizə namaz qıldırdı və mən Peyğəmbərin ﷺ alnındakı palçığın və suyun izini gördüm. Bu da onun yuxusunun təsdiqi idi”.”

Əbu Sələmə
SəhihBuxari, 813 (Azan, 211)

Fəsil 136

Paltarın düymələnərək bağlanması

باب عَقْدِ الثِّيَابِ وَشَدِّهَا

وَمَنْ ضَمَّ إِلَيْهِ ثَوْبَهُ إِذَا خَافَ أَنْ تَنْكَشِفَ عَوْرَتُهُ .

Namazda paltarının açılacağından qorxanın paltarı özünə tərəf yığan.

حَدَّثَنَا مُحَمَّدُ بْنُ كَثِيرٍ قَالَ أَخْبَرَنَا سُفْيَانُ عَنْ أَبِى حَازِمٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ كَانَ النَّاسُ يُصَلُّونَ مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُمْ عَاقِدُو أُزْرِهِمْ مِنَ الصِّغَرِ عَلَى رِقَابِهِمْ فَقِيلَ لِلنِّسَاءِ لاَ تَرْفَعْنَ رُءُوسَكُنَّ حَتَّى يَسْتَوِىَ الرِّجَالُ جُلُوسًا .

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Bəzilərinin paltarları dar və kiçik olduğundan fitələrinin ətəklərini boyunlarına bağlayıb Peyğəmbərlə ﷺ birlikdə namaz qılardılar. Buna görə də Peyğəmbər ﷺ camaat namazına gələn qadınlara deyərdi: “Kişilər qalxıb oturanadək siz başınızı (səcdədən) qaldırmayın”.”

Səhl ibn Səd
SəhihBuxari, 814 (Azan, 212)

Fəsil 137

Namaz qılanda saçı bağlamamaq

باب لاَ يَكُفُّ شَعَرًا

حَدَّثَنَا أَبُو النُّعْمَانِ قَالَ حَدَّثَنَا حَمَّادٌ - وَهْوَ ابْنُ زَيْدٍ - عَنْ عَمْرِو بْنِ دِينَارٍ عَنْ طَاوُسٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ أُمِرَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يَسْجُدَ عَلَى سَبْعَةِ أَعْظُمٍ ، وَلاَ يَكُفَّ ثَوْبَهُ وَلاَ شَعَرَهُ .

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbərə ﷺ saçı və paltarın (ətəyini) yığmadan yeddi əza üzərinə səcdə etmək əmr edildi.”

İbn Abbas
SəhihBuxari, 815 (Azan, 213)

Fəsil 138

Namaz qılanda paltarı yığmamaq

باب لاَ يَكُفُّ ثَوْبَهُ فِى الصَّلاَةِ

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ عَمْرٍو عَنْ طَاوُسٍ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أُمِرْتُ أَنْ أَسْجُدَ عَلَى سَبْعَةٍ ، لاَ أَكُفُّ شَعَرًا وَلاَ ثَوْبًا » .

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mənə paltarın (ətəyini) və saçı yığmadan yeddi əza üzərinə səcdə etmək əmr edilmişdi”.”

İbn Abbas
SəhihBuxari, 816 (Azan, 214)

Fəsil 139

Səcdə etdikdə təsbih və dua demək

باب التَّسْبِيحِ وَالدُّعَاءِ فِى السُّجُودِ

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ سُفْيَانَ قَالَ حَدَّثَنِى مَنْصُورٌ عَنْ مُسْلِمٍ عَنْ مَسْرُوقٍ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّهَا قَالَتْ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُكْثِرُ أَنْ يَقُولَ فِى رُكُوعِهِ وَسُجُودِهِ « سُبْحَانَكَ اللَّهُمَّ رَبَّنَا وَبِحَمْدِكَ ، اللَّهُمَّ اغْفِرْ لِى » يَتَأَوَّلُ الْقُرْآنَ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ rukuda və səcdədə belə deyərdi: “Allahım! Sən pak və müqəddəssən. Ey Rəbbimiz! Sənə həmd olsun. Allahım, məni bağışla!” O, Quranda (buyurulanı) yerinə yetirərdi”.”

Aişə
SəhihBuxari, 817 (Azan, 215)

Fəsil 140

İki səcdə arasında oturmaq

باب الْمُكْثِ بَيْنَ السَّجْدَتَيْنِ

حَدَّثَنَا أَبُو النُّعْمَانِ قَالَ حَدَّثَنَا حَمَّادٌ عَنْ أَيُّوبَ عَنْ أَبِى قِلاَبَةَ أَنَّ مَالِكَ بْنَ الْحُوَيْرِثِ قَالَ لأَصْحَابِهِ أَلاَ أُنَبِّئُكُمْ صَلاَةَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ وَذَاكَ فِى غَيْرِ حِينِ صَلاَةٍ ، فَقَامَ ، ثُمَّ رَكَعَ فَكَبَّرَ ثُمَّ رَفَعَ رَأْسَهُ ، فَقَامَ هُنَيَّةً ، ثُمَّ سَجَدَ ثُمَّ رَفَعَ رَأْسَهُ هُنَيَّةً ، فَصَلَّى صَلاَةَ عَمْرِو بْنِ سَلِمَةَ شَيْخِنَا هَذَا . قَالَ أَيُّوبُ كَانَ يَفْعَلُ شَيْئًا لَمْ أَرَهُمْ يَفْعَلُونَهُ ، كَانَ يَقْعُدُ فِى الثَّالِثَةِ وَالرَّابِعَةِ .

“Əbu Qilabə ﵀ rəvayət edir ki, Malik ibn əl-Huveyris yoldaşlarına dedi: “Sizə Peyğəmbərin ﷺ namazını göstərimmi?” Bunu dedikdə namaz vaxtı deyildi. O ayağa durdu, rukuya gedərək təkbir etdi. Sonra başını qaldırdı. Bir az durduqdan sonra səcdəyə getdi. Sonra başını qaldırıb bir az durdu. O, şeyximiz Amr ibn Sələmənin namazı kimi qıldırdı”. Ravi Əyyub dedi: “O, başqalarının etmədikləri şeyi edirdi. O, üçüncü ilə dördüncü rükətlər arasında otururdu”.”

Əbu Qilabə
SəhihBuxari, 818 (Azan, 216)

قَالَ فَأَتَيْنَا النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَقَمْنَا عِنْدَهُ فَقَالَ « لَوْ رَجَعْتُمْ إِلَى أَهْلِيكُمْ صَلُّوا صَلاَةَ كَذَا فِى حِينِ كَذَا ، صَلُّوا صَلاَةَ كَذَا فِى حِينِ كَذَا ، فَإِذَا حَضَرَتِ الصَّلاَةُ فَلْيُؤَذِّنْ أَحَدُكُمْ وَلْيَؤُمَّكُمْ أَكْبَرُكُمْ »

“(Əbu Qilabə davam edərək dedi:) “Malik dedi: “Biz Peyğəmbərin ﷺ yanına gəldik və bir müddət onun yanında qaldıq. O buyurdu: “Ailənizin yanına qayıtsanız, filan namazı filan vaxtda, filan namazı da filan vaxtda qılın. Namazın vaxtı gəldikdə biriniz azan versin, ən yaşlı olanınız sizə imamlıq etsin”.”

Əbu Qilabə
SəhihBuxari, 819 (Azan, 217)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الرَّحِيمِ قَالَ حَدَّثَنَا أَبُو أَحْمَدَ مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ الزُّبَيْرِىُّ قَالَ حَدَّثَنَا مِسْعَرٌ عَنِ الْحَكَمِ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِى لَيْلَى عَنِ الْبَرَاءِ قَالَ كَانَ سُجُودُ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَرُكُوعُهُ ، وَقُعُودُهُ بَيْنَ السَّجْدَتَيْنِ قَرِيبًا مِنَ السَّوَاءِ .

“Rəvayət edilir ki, əl-Bəra ﵂ demişdir: “Peyğəmbərin ﷺ səcdəsi, rukusu və iki səcdə arasında oturuşu (sərf etdiyi vaxt) təxminən bərabər idi”.”

əl-Bəra
SəhihBuxari, 820 (Azan, 218)

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ ثَابِتٍ عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ إِنِّى لاَ آلُو أَنْ أُصَلِّىَ بِكُمْ كَمَا رَأَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى بِنَا . قَالَ ثَابِتٌ كَانَ أَنَسٌ يَصْنَعُ شَيْئًا لَمْ أَرَكُمْ تَصْنَعُونَهُ ، كَانَ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ قَامَ حَتَّى يَقُولَ الْقَائِلُ قَدْ نَسِىَ . وَبَيْنَ السَّجْدَتَيْنِ حَتَّى يَقُولَ الْقَائِلُ قَدْ نَسِىَ .

“Sabit rəvayət edir ki, Ənəs ﵁ demişdir: “Mən çalışıram ki, namazı sizə Peyğəmbərin ﷺ bizə namaz qıldırdığını gördüyüm kimi qıldırım”. Ravi Sabit deyir: “Ənəs elə şeylər edirdi ki, indi mən sizin o şeyləri etdiyinizi görmürəm. O, başını rukudan dikəltdikdə ayaq üstə o qədər çox durardı ki, bəziləri deyərdilər: “Yəqin səcdə etməyi unudub”, həmçinin iki səcdə arasında o qədər çox durardı ki, bəziləri deyərdilər: “Yəqin o (ikinci səcdəni) unudub”.”

Ənəs
SəhihBuxari, 821 (Azan, 219)

Fəsil 141

Səcdədə dirsəkləri yerə qoymamaq

باب لاَ يَفْتَرِشُ ذِرَاعَيْهِ فِى السُّجُودِ

وَقَالَ أَبُو حُمَيْدٍ سَجَدَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَوَضَعَ يَدَيْهِ غَيْرَ مُفْتَرِشٍ وَلاَ قَابِضِهِمَا .

Əbu Humeyd ﵁ demişdir: “Peyğəmbər ﷺ səcdə etdi, dirsəklərini yerə qoymadan və əllərini bir-birinə sıxmadan əllərini yerə qoydu”.

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ سَمِعْتُ قَتَادَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « اعْتَدِلُوا فِى السُّجُودِ ، وَلاَ يَبْسُطْ أَحَدُكُمْ ذِرَاعَيْهِ انْبِسَاطَ الْكَلْبِ » .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Səcdələrinizi düzgün şəkildə yerinə yetirin və sizdən heç kim (səcdə etdikdə) dirsəklərini it kimi yerə qoymasın”.”

Ənəs ibn Malik
SəhihBuxari, 822 (Azan, 220)

Fəsil 142

Namazın tək rükətlərini tamamladıqda bir qədər oturduqdan sonra ayağa qalxmaq

باب مَنِ اسْتَوَى قَاعِدًا فِى وِتْرٍ مِنْ صَلاَتِهِ ثُمَّ نَهَضَ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ قَالَ أَخْبَرَنَا هُشَيْمٌ قَالَ أَخْبَرَنَا خَالِدٌ الْحَذَّاءُ عَنْ أَبِى قِلاَبَةَ قَالَ أَخْبَرَنَا مَالِكُ بْنُ الْحُوَيْرِثِ اللَّيْثِىُّ أَنَّهُ رَأَى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى ، فَإِذَا كَانَ فِى وِتْرٍ مِنْ صَلاَتِهِ لَمْ يَنْهَضْ حَتَّى يَسْتَوِىَ قَاعِدًا .

“Rəvayət edilir ki, Əbu Qilabə ﵀ demişdir: “Malik ibn Huveyris əl-Leysi Peyğəmbərin ﷺ necə namaz qıldığını görmüşdür. Peyğəmbər ﷺ namazının tək rükətlərində (ikinci səcdədən sonra) oturub qamətini düzəltməyinə qədər ayağa qalxmazdı”.”

Əbu Qilabə
SəhihBuxari, 823 (Azan, 221)

Fəsil 143

Namaz qılanda rükətdən dikələn yerə necə gedir?

باب كَيْفَ يَعْتَمِدُ عَلَى الأَرْضِ إِذَا قَامَ مِنَ الرَّكْعَةِ

حَدَّثَنَا مُعَلَّى بْنُ أَسَدٍ قَالَ حَدَّثَنَا وُهَيْبٌ عَنْ أَيُّوبَ عَنْ أَبِى قِلاَبَةَ قَالَ جَاءَنَا مَالِكُ بْنُ الْحُوَيْرِثِ فَصَلَّى بِنَا فِى مَسْجِدِنَا هَذَا فَقَالَ إِنِّى لأُصَلِّى بِكُمْ ، وَمَا أُرِيدُ الصَّلاَةَ ، وَلَكِنْ أُرِيدُ أَنْ أُرِيَكُمْ كَيْفَ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى . قَالَ أَيُّوبُ فَقُلْتُ لأَبِى قِلاَبَةَ وَكَيْفَ كَانَتْ صَلاَتُهُ قَالَ مِثْلَ صَلاَةِ شَيْخِنَا هَذَا - يَعْنِى عَمْرَو بْنَ سَلِمَةَ - قَالَ أَيُّوبُ وَكَانَ ذَلِكَ الشَّيْخُ يُتِمُّ التَّكْبِيرَ ، وَإِذَا رَفَعَ رَأْسَهُ عَنِ السَّجْدَةِ الثَّانِيَةِ جَلَسَ وَاعْتَمَدَ عَلَى الأَرْضِ ، ثُمَّ قَامَ .

“Rəvayət edilir ki, Əbu Qilabə ﵀ demişdir: “Malik ibn Huveyris gəlib bizim məsciddə bizə namaz qıldırdı. O dedi: “Namaz (vaxtı olmadığı üçün) namaz qılmaq istəmirəm, lakin sizə Peyğəmbərin ﷺ necə namaz qıldığını göstərmək üçün sizə namaz qıldıracam”. Ravi Əyyub deyir: “Mən Əbu Qilabəyə dedim: “Malikin namazı necə oldu?” O dedi: “Bu bizim şeyximiz – Amr ibn Sələmənin namazı kimi idi”. Əyyub dedi: “Bu şeyx təkbir etdikdən sonra, ikinci səcdədən başını qaldırdıqdan sonra bir az oturar və yerə dirənərək qalxardı”.”

Əbu Qilabə
SəhihBuxari, 824 (Azan, 222)

Fəsil 144

İki səcdə etdikdən sonra ayağa duranın təkbir etməsi

باب يُكَبِّرُ وَهْوَ يَنْهَضُ مِنَ السَّجْدَتَيْنِ

وَكَانَ ابْنُ الزُّبَيْرِ يُكَبِّرُ فِى نَهْضَتِهِ .

İbn əz-Zubeyr ﵄ (namazda səcdələrdən sonra) ayağa qalxdıqda təkbir edərdi.

حَدَّثَنَا يَحْيَى بْنُ صَالِحٍ قَالَ حَدَّثَنَا فُلَيْحُ بْنُ سُلَيْمَانَ عَنْ سَعِيدِ بْنِ الْحَارِثِ قَالَ صَلَّى لَنَا أَبُو سَعِيدٍ فَجَهَرَ بِالتَّكْبِيرِ حِينَ رَفَعَ رَأْسَهُ مِنَ السُّجُودِ ، وَحِينَ سَجَدَ ، وَحِينَ رَفَعَ ، وَحِينَ قَامَ مِنَ الرَّكْعَتَيْنِ وَقَالَ هَكَذَا رَأَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Səid ibn əl-Haris ﵀ demişdir: “Əbu Səid əl-Xudri bizə namaz qıldırdıqda səcdədən başını dikəldərkən, səcdəyə gedərkən, bir daha səcdədən başını dikəldərkən və ikinci rükəti bitirdikdən sonra ayağa durarkən təkbiri səsli şəkildə edərdi. Əbu Səid dedi: “Mən Peyğəmbərin ﷺ belə etdiyini görmüşəm”.”

Səid ibn əl-Haris
SəhihBuxari, 825 (Azan, 223)

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ قَالَ حَدَّثَنَا غَيْلاَنُ بْنُ جَرِيرٍ عَنْ مُطَرِّفٍ قَالَ صَلَّيْتُ أَنَا وَعِمْرَانُ صَلاَةً خَلْفَ عَلِىِّ بْنِ أَبِى طَالِبٍ رَضِيَ اللَّهُ عَنْهُ فَكَانَ إِذَا سَجَدَ كَبَّرَ ، وَإِذَا رَفَعَ كَبَّرَ ، وَإِذَا نَهَضَ مِنَ الرَّكْعَتَيْنِ كَبَّرَ ، فَلَمَّا سَلَّمَ أَخَذَ عِمْرَانُ بِيَدِى فَقَالَ لَقَدْ صَلَّى بِنَا هَذَا صَلاَةَ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . أَوْ قَالَ لَقَدْ ذَكَّرَنِى هَذَا صَلاَةَ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Mutarrif ﵀ demişdir: “Mən və İmran Əli ibn Əbu Talibin ﵁ arxasında namaz qıldıq. Əli səcdəyə getdikdə, (başını səcdədən) qaldırdıqda, ikinci rükətdən qalxdıqda təkbir edirdi. Namazı bitirib salam verdikdən sonra isə İmran ibn Husayn mənim əlimdən tutub dedi: “And olsun, Muhəmmədin ﷺ qıldırdığı namazı qıldırdı” və ya “Bu mənə Muhəmmədin ﷺ namaz qılmasını xatırlatdı”.”

Mutarrif
SəhihBuxari, 826 (Azan, 224)

Fəsil 145

Təşəhhüdü oxuyanda Sünnəyə müvafiq şəkildə oturmaq

باب سُنَّةِ الْجُلُوسِ فِى التَّشَهُّدِ

وَكَانَتْ أُمُّ الدَّرْدَاءِ تَجْلِسُ فِى صَلاَتِهَا جِلْسَةَ الرَّجُلِ ، وَكَانَتْ فَقِيهَةً .

Ummu əd-Dərdə ﵂ namazın oturuşunda kişilərin oturuşu kimi otururdu, özü də dindən anlayışlı qadın idi.

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ أَنَّهُ أَخْبَرَهُ أَنَّهُ كَانَ يَرَى عَبْدَ اللَّهِ بْنَ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا يَتَرَبَّعُ فِى الصَّلاَةِ إِذَا جَلَسَ ، فَفَعَلْتُهُ وَأَنَا يَوْمَئِذٍ حَدِيثُ السِّنِّ ، فَنَهَانِى عَبْدُ اللَّهِ بْنُ عُمَرَ وَقَالَ إِنَّمَا سُنَّةُ الصَّلاَةِ أَنْ تَنْصِبَ رِجْلَكَ الْيُمْنَى وَتَثْنِىَ الْيُسْرَى . فَقُلْتُ إِنَّكَ تَفْعَلُ ذَلِكَ . فَقَالَ إِنَّ رِجْلَىَّ لاَ تَحْمِلاَنِى .

“Rəvayət edilir ki, Abdullah ibn Abdullah ﵀ Abdullah ibn Ömərin ﵄ namazda oturanda ayaqlarını çarpaz qoyduğunu görərdi. Abdullah deyir: “O vaxt cavan idim deyə mən də belə etdim, lakin Abdullah ibn Ömər bunu mənə qadağan edib, dedi: “Namazda (Sünnəyə müvafiq şəkildə) oturmaq üçün sağ ayağının pəncəsini şaquli vəziyyətdə qoyub sol ayağını da büküb üstündə oturmalısan”. Mən dedim: “Axı sən belə edirsən”. O dedi: “Ayaqlarım məni saxlamır deyə belə edirəm”.”

Abdullah ibn Abdullah
SəhihBuxari, 827 (Azan, 225)

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ خَالِدٍ عَنْ سَعِيدٍ عَنْ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ حَلْحَلَةَ عَنْ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ عَطَاءٍ . وَحَدَّثَنَا اللَّيْثُ عَنْ يَزِيدَ بْنِ أَبِى حَبِيبٍ وَيَزِيدَ بْنِ مُحَمَّدٍ عَنْ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ حَلْحَلَةَ عَنْ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ عَطَاءٍ أَنَّهُ كَانَ جَالِسًا مَعَ نَفَرٍ مِنْ أَصْحَابِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرْنَا صَلاَةَ النَّبِىِّ - صلى الله عليه وسلم – فَقَالَ أَبُو حُمَيْدٍ السَّاعِدِىُّ أَنَا كُنْتُ أَحْفَظَكُمْ لِصَلاَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَأَيْتُهُ إِذَا كَبَّرَ جَعَلَ يَدَيْهِ حِذَاءَ مَنْكِبَيْهِ ، وَإِذَا رَكَعَ أَمْكَنَ يَدَيْهِ مِنْ رُكْبَتَيْهِ ، ثُمَّ هَصَرَ ظَهْرَهُ ، فَإِذَا رَفَعَ رَأْسَهُ اسْتَوَى حَتَّى يَعُودَ كُلُّ فَقَارٍ مَكَانَهُ ، فَإِذَا سَجَدَ وَضَعَ يَدَيْهِ غَيْرَ مُفْتَرِشٍ وَلاَ قَابِضِهِمَا ، وَاسْتَقْبَلَ بِأَطْرَافِ أَصَابِعِ رِجْلَيْهِ الْقِبْلَةَ ، فَإِذَا جَلَسَ فِى الرَّكْعَتَيْنِ جَلَسَ عَلَى رِجْلِهِ الْيُسْرَى وَنَصَبَ الْيُمْنَى ، وَإِذَا جَلَسَ فِى الرَّكْعَةِ الآخِرَةِ قَدَّمَ رِجْلَهُ الْيُسْرَى وَنَصَبَ الأُخْرَى وَقَعَدَ عَلَى مَقْعَدَتِهِ . وَسَمِعَ اللَّيْثُ يَزِيدَ بْنَ أَبِى حَبِيبٍ وَيَزِيدُ مِنْ مُحَمَّدِ بْنِ حَلْحَلَةَ وَابْنُ حَلْحَلَةَ مِنَ ابْنِ عَطَاءٍ . قَالَ أَبُو صَالِحٍ عَنِ اللَّيْثِ كُلُّ فَقَارٍ . وَقَالَ ابْنُ الْمُبَارَكِ عَنْ يَحْيَى بْنِ أَيُّوبَ قَالَ حَدَّثَنِى يَزِيدُ بْنُ أَبِى حَبِيبٍ أَنَّ مُحَمَّدَ بْنَ عَمْرٍو حَدَّثَهُ كُلُّ فَقَارٍ .

“Muhəmməd ibn Amr ibn Əta ﵀ rəvayət edir ki, bir dəfə o, Peyğəmbərin ﷺ səhabələrinin yanında oturmuşdu. Peyğəmbərin ﷺ namazı xatırlandıqda Əbu Humeyd əs-Səidi dedi: “Mən Allah Elçisinin ﷺ necə namaz qıldığını hamınızdan yaxşı yadda saxlamışam. Mən görmüşəm ki, o təkbir etdikdə əllərini çiyinləri səviyyəsində qaldırar, rukuya gedəndə əllərini dizlərinə qoyar və belini dümdüz saxlayardı, başını rukudan dikəltdikdə bütün fəqərələri öz yerinə düşənə qədər qamətini düzəldərdi, səcdəyə gedəndə əllərini yerə elə qoyardı ki, nə dirsəkləri yerə dəyər, nə də böyrünə toxunardı, ayaq barmaqlarının uclarını isə qibləyə tərəf yönəldərdi, ikinci rükətdə təşəhhüdü oxumaq üçün oturanda sol ayağının üstündə oturar və sağ ayağının pəncəsini şaquli vəziyyətdə tutardı, axırıncı rükətdə oturanda isə sol ayağını sağ tərəfə çəkər, sağ ayağının pəncəsini şaquli vəziyyətdə tutar və sol yanı üstə oturardı”.”

Muhəmməd ibn Amr ibn Əta
SəhihBuxari, 828 (Azan, 226)

Fəsil 146

Peyğəmbərin ﷺ ikinci rükətdən qalxdığına və geri dönüb oturmadığına görə birinci təşəhhüdün deyilməsini vacib saymayanlar

باب مَنْ لَمْ يَرَ التَّشَهُّدَ الأَوَّلَ وَاجِبًا لأَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَامَ مِنَ الرَّكْعَتَيْنِ وَلَمْ يَرْجِعْ .

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ حَدَّثَنِى عَبْدُ الرَّحْمَنِ بْنُ هُرْمُزَ مَوْلَى بَنِى عَبْدِ الْمُطَّلِبِ - وَقَالَ مَرَّةً مَوْلَى رَبِيعَةَ بْنِ الْحَارِثِ - أَنَّ عَبْدَ اللَّهِ ابْنَ بُحَيْنَةَ - وَهْوَ مِنْ أَزْدِ شَنُوءَةَ وَهْوَ حَلِيفٌ لِبَنِى عَبْدِ مَنَافٍ ، وَكَانَ مِنْ أَصْحَابِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى بِهِمُ الظُّهْرَ فَقَامَ فِى الرَّكْعَتَيْنِ الأُولَيَيْنِ لَمْ يَجْلِسْ ، فَقَامَ النَّاسُ مَعَهُ حَتَّى إِذَا قَضَى الصَّلاَةَ ، وَانْتَظَرَ النَّاسُ تَسْلِيمَهُ ، كَبَّرَ وَهْوَ جَالِسٌ ، فَسَجَدَ سَجْدَتَيْنِ قَبْلَ أَنْ يُسَلِّمَ ثُمَّ سَلَّمَ .

“Əzd Şənuə qəbiləsindən olan – Bəni Abdu-Mənaf tayfasınının müttəfiqi və Peyğəmbərin ﷺ səhabəsi Abdullah ibn Buheynə ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ onlara Zöhr namazını qıldırdı və ilk iki rükətdən sonra oturmadan ayağa qalxdı, camaat da onunla birlikdə ayağa qalxdı. Namazı bitirib camaat onun salam verməsini gözlədikdə, oturduğu yerdə təkbir edib salamdan əvvəl iki dəfə səcdə etdi, sonra da salamları verdi.”

Abdullah ibn Buheynə
SəhihBuxari, 829 (Azan, 227)

Fəsil 147

İlk rükətdə oxunan təşəhhüd

باب التَّشَهُّدِ فِى الأُولَى

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا بَكْرٌ عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ عَنِ الأَعْرَجِ عَنْ عَبْدِ اللَّهِ بْنِ مَالِكٍ ابْنِ بُحَيْنَةَ قَالَ صَلَّى بِنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ فَقَامَ وَعَلَيْهِ جُلُوسٌ ، فَلَمَّا كَانَ فِى آخِرِ صَلاَتِهِ سَجَدَ سَجْدَتَيْنِ وَهْوَ جَالِسٌ .

“Rəvayət edilir ki, Abdullah ibn Malik ibn Buheynə ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə Zöhr namazını qıldırdı və oturmalı olan yerdə ayağa durdu. Namazının sonunda isə oturduğu halda iki dəfə səcdə etdi”.”

Abdullah ibn Malik ibn Buheynə
SəhihBuxari, 830 (Azan, 228)

Fəsil 148

Axırıncı rükətdə oxunan təşəhhüd

باب التَّشَهُّدِ فِى الآخِرَةِ

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ شَقِيقِ بْنِ سَلَمَةَ قَالَ قَالَ عَبْدُ اللَّهِ كُنَّا إِذَا صَلَّيْنَا خَلْفَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قُلْنَا السَّلاَمُ عَلَى جِبْرِيلَ وَمِيكَائِيلَ ، السَّلاَمُ عَلَى فُلاَنٍ وَفُلاَنٍ . فَالْتَفَتَ إِلَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « إِنَّ اللَّهَ هُوَ السَّلاَمُ ، فَإِذَا صَلَّى أَحَدُكُمْ فَلْيَقُلِ التَّحِيَّاتُ لِلَّهِ ، وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِىُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ . فَإِنَّكُمْ إِذَا قُلْتُمُوهَا أَصَابَتْ كُلَّ عَبْدٍ لِلَّهِ صَالِحٍ فِى السَّمَاءِ وَالأَرْضِ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ » .

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Biz Peyğəmbərin ﷺ arxasında namaz qılanda deyərdik: “Allaha salam olsun, Cəbrailə və Mikailə salam olsun, filankəsə və filankəsə salam olsun”. Bir dəfə də Allah Elçisi ﷺ bizə tərəf çevrilib buyurdu: “Əslində, Salam Allahın Özüdür. Biriniz namaz qılanda belə desin: “Salamlar, dualar və gözəl şeylər Allaha məxsusdur. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (yetişsin)! Bizə və Allahın əməlisaleh qullarına salam olsun!” Əgər siz bu sözləri desəniz, bunlar Allahın göylərdə və yerdə olan hər bir əməlisaleh bəndəsinə yetişər. (Sonra desin:) “Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir”.”

Abdullah
SəhihBuxari, 831 (Azan, 229)

Fəsil 149

Salamdan qabaq dua etmək

باب الدُّعَاءِ قَبْلَ السَّلاَمِ

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنَا عُرْوَةُ بْنُ الزُّبَيْرِ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخْبَرَتْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَدْعُو فِى الصَّلاَةِ « اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَحْيَا وَفِتْنَةِ الْمَمَاتِ ، اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنَ الْمَأْثَمِ وَالْمَغْرَمِ » . فَقَالَ لَهُ قَائِلٌ مَا أَكْثَرَ مَا تَسْتَعِيذُ مِنَ الْمَغْرَمِ فَقَالَ « إِنَّ الرَّجُلَ إِذَا غَرِمَ حَدَّثَ فَكَذَبَ ، وَوَعَدَ فَأَخْلَفَ » .

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ namaz qılanda dua edib deyərdi: “Allahım, qəbir əzabından Sənə sığınıram. Məsih Dəccalın fitnəsindən Sənə sığınıram. Həyatın və ölümün fitnəsindən Sənə sığınıram. Allahım, günahdan və borcdan Sənə sığınıram”. Bir nəfər ondan soruşdu: “Sən nə üçün tez-tez borcdan ötrü Allaha sığınırsan?” Peyğəmbər ﷺ buyurdu: “Borca girən adam danışanda yalan danışır, söz verəndə sözünün üstündə durmur”.”

Aişə
SəhihBuxari, 832 (Azan, 230)

وَعَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُرْوَةُ أَنَّ عَائِشَةَ قَالَتْ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَعِيذُ فِى صَلاَتِهِ مِنْ فِتْنَةِ الدَّجَّالِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ namazda Dəccalın fitnəsindən Allaha sığındığını eşitmişəm”.”

Aişə
SəhihBuxari, 833 (Azan, 231)

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ يَزِيدَ بْنِ أَبِى حَبِيبٍ عَنْ أَبِى الْخَيْرِ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو عَنْ أَبِى بَكْرٍ الصِّدِّيقِ رَضِيَ اللَّهُ عَنْهُ . أَنَّهُ قَالَ لِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلِّمْنِى دُعَاءً أَدْعُو بِهِ فِى صَلاَتِى . قَالَ « قُلِ اللَّهُمَّ إِنِّى ظَلَمْتُ نَفْسِى ظُلْمًا كَثِيرًا وَلاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ ، فَاغْفِرْ لِى مَغْفِرَةً مِنْ عِنْدِكَ ، وَارْحَمْنِى إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ » .

“Rəvayət edilir ki, bir dəfə Əbu Bəkr ﵁ Allah Elçisinə ﷺ dedi: “Mənə namazda edəcəyim bir duanı öyrət”. Peyğəmbər ﷺ də buyurdu: “De: “Allahım! Mən özümə çoxlu zülm etmişəm. Günahları yalnız Sən bağışlayırsan. Özün günahımdan keçməklə məni bağışla və mənə rəhm et. Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!””

Əbu Bəkr
SəhihBuxari, 834 (Azan, 232)

Fəsil 150

Axırıncı təşəhhüddən sonra istənilən duanı etməyin icazəli olması və bunun vacib olmaması

باب مَا يُتَخَيَّرُ مِنَ الدُّعَاءِ بَعْدَ التَّشَهُّدِ وَلَيْسَ بِوَاجِبٍ

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنِ الأَعْمَشِ حَدَّثَنِى شَقِيقٌ عَنْ عَبْدِ اللَّهِ قَالَ كُنَّا إِذَا كُنَّا مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الصَّلاَةِ قُلْنَا السَّلاَمُ عَلَى اللَّهِ مِنْ عِبَادِهِ ، السَّلاَمُ عَلَى فُلاَنٍ وَفُلاَنٍ . فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَقُولُوا السَّلاَمُ عَلَى اللَّهِ . فَإِنَّ اللَّهَ هُوَ السَّلاَمُ ، وَلَكِنْ قُولُوا التَّحِيَّاتُ لِلَّهِ ، وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِىُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ . فَإِنَّكُمْ إِذَا قُلْتُمْ أَصَابَ كُلَّ عَبْدٍ فِى السَّمَاءِ أَوْ بَيْنَ السَّمَاءِ وَالأَرْضِ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، ثُمَّ يَتَخَيَّرُ مِنَ الدُّعَاءِ أَعْجَبَهُ إِلَيْهِ فَيَدْعُو » .

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə namaz qılanda: “Allaha qullarından salam olsun, filankəsə və filankəsə salam olsun”– deyərdik. Peyğəmbər ﷺ buyurdu: “Allaha Salam olsun” deməyin, çünki Salam Allahın Özüdür. Deyin: “Salamlar, dualar və gözəl şeylər Allaha məxsusdur. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (yetişsin)! Bizə və Allahın əməlisaleh qullarına salam olsun!” Əgər siz bu sözləri desəniz, bunlar göylərdə və ya göylə yer arasında olan hər bir (mömin) bəndəyə çatar. (Sonra deyin:) “Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir”. Bundan sonra (hər kəs) özünə xoş gələn duanı seçib oxuya bilər”.”

Abdullah
SəhihBuxari, 835 (Azan, 233)

Fəsil 151

Namazı qılıb tamamlayana qədər alnını və burnunu əli ilə silməyən

باب مَنْ لَمْ يَمْسَحْ جَبْهَتَهُ وَأَنْفَهُ حَتَّى صَلَّى

حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ قَالَ سَأَلْتُ أَبَا سَعِيدٍ الْخُدْرِىَّ فَقَالَ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْجُدُ فِى الْمَاءِ وَالطِّينِ حَتَّى رَأَيْتُ أَثَرَ الطِّينِ فِى جَبْهَتِهِ .

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Mən Allah Elçisini ﷺ yaş və palçıqlı yerdə səcdə etdiyini və onun alnında palçığını izinin olduğunu gördüm”.”

Əbu Səid əl-Xudri
SəhihBuxari, 836 (Azan, 234)

Fəsil 152

Namazın sonunda olan salam

باب التَّسْلِيمِ

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ حَدَّثَنَا الزُّهْرِىُّ عَنْ هِنْدٍ بِنْتِ الْحَارِثِ أَنَّ أُمَّ سَلَمَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا سَلَّمَ قَامَ النِّسَاءُ حِينَ يَقْضِى تَسْلِيمَهُ ، وَمَكَثَ يَسِيرًا قَبْلَ أَنْ يَقُومَ . قَالَ ابْنُ شِهَابٍ فَأُرَى - وَاللَّهُ أَعْلَمُ - أَنَّ مُكْثَهُ لِكَىْ يَنْفُذَ النِّسَاءُ قَبْلَ أَنْ يُدْرِكَهُنَّ مَنِ انْصَرَفَ مِنَ الْقَوْمِ .

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Allah Elçisi ﷺ namazı qurtardıqdan sonra qadınlar ayağa qalxardılar, o isə ayağa qalxmamışdan qabaq bir qədər oturardı”. Ravi İbn Şihab deyir: “Zənnimcə – doğrusunu Allah bilir – Peyğəmbərin bir qədər oturub gözləməsi, qadınların camaat namazından çıxanlarının camaata yetişmələri üçündür”.”

Ummu Sələmə
SəhihBuxari, 837 (Azan, 235)

Fəsil 153

Namazın sonunda olan salamlar imam salam verdikdən sonra verilməlidir

باب يُسَلِّمُ حِينَ يُسَلِّمُ الإِمَامُ

وَكَانَ ابْنُ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا يَسْتَحِبُّ إِذَا سَلَّمَ الإِمَامُ أَنْ يُسَلِّمَ مَنْ خَلْفَهُ .

İbn Ömər ﵄ imam salam verdikdə onun arxasında olanların tez salam verməsini müstəhəb görərdi.

حَدَّثَنَا حِبَّانُ بْنُ مُوسَى قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ عَنْ مَحْمُودِ بْنِ الرَّبِيعِ عَنْ عِتْبَانَ قَالَ صَلَّيْنَا مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَلَّمْنَا حِينَ سَلَّمَ .

“Rəvayət edilir ki, İtban ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə namaz qıldıq və o, salam verdikdən sonra biz də salam verdik”.”

İtban
SəhihBuxari, 838 (Azan, 236)

Fəsil 154

İmamın salam verməsinə salam əlavə etməyən və iki salam ilə kifayətlənən

باب مَنْ لَمْ يَرَ رَدَّ السَّلاَمِ عَلَى الإِمَامِ وَاكْتَفَى بِتَسْلِيمِ الصَّلاَةِ

حَدَّثَنَا عَبْدَانُ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى مَحْمُودُ بْنُ الرَّبِيعِ ، وَزَعَمَ أَنَّهُ عَقَلَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَعَقَلَ مَجَّةً مَجَّهَا مِنْ دَلْوٍ كَانَ فِى دَارِهِمْ .

“Rəvayət edilir ki, Mahmud ibn Rabi ﵁ Allah Elçisinin ﷺ onların evlərində olan bir su qabından ağzına su alıb yaxaladığını xatırlamışdır.”

Mahmud ibn Rabi
SəhihBuxari, 839 (Azan, 237)

قَالَ سَمِعْتُ عِتْبَانَ بْنَ مَالِكٍ الأَنْصَارِىَّ ثُمَّ أَحَدَ بَنِى سَالِمٍ قَالَ كُنْتُ أُصَلِّى لِقَوْمِى بَنِى سَالِمٍ ، فَأَتَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ إِنِّى أَنْكَرْتُ بَصَرِى ، وَإِنَّ السُّيُولَ تَحُولُ بَيْنِى وَبَيْنَ مَسْجِدِ قَوْمِى ، فَلَوَدِدْتُ أَنَّكَ جِئْتَ فَصَلَّيْتَ فِى بَيْتِى مَكَانًا ، حَتَّى أَتَّخِذَهُ مَسْجِدًا فَقَالَ « أَفْعَلُ إِنْ شَاءَ اللَّهُ » . فَغَدَا عَلَىَّ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبُو بَكْرٍ مَعَهُ بَعْدَ مَا اشْتَدَّ النَّهَارُ ، فَاسْتَأْذَنَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَذِنْتُ لَهُ ، فَلَمْ يَجْلِسْ حَتَّى قَالَ « أَيْنَ تُحِبُّ أَنْ أُصَلِّىَ مِنْ بَيْتِكَ » . فَأَشَارَ إِلَيْهِ مِنَ الْمَكَانِ الَّذِى أَحَبَّ أَنْ يُصَلِّىَ فِيهِ ، فَقَامَ فَصَفَفْنَا خَلْفَهُ ثُمَّ سَلَّمَ ، وَسَلَّمْنَا حِينَ سَلَّمَ .

“Rəvayət edilir ki, İtban ibn Malik əl-Ənsari ﵁, sonra da Bəni Əsəd tayfasından olan bir nəfər belə demişdir: “Mən öz tayfam olan Bəni Səlimə namaz qıldırırdım. Peyğəmbərin ﷺ yanına gedib dedi: “Mənim gözlərim çox zəifləyib. Sellər də mənimlə tayfamın məscidi arasında maneədir. İstəyirəm ki, bizə gəlib evimin bir tərəfində namaz qılasan, mən də o yeri məscid edim”. Peyğəmbər ﷺ dedi: “Gələrəm, Allahın izni ilə!” Ertəsi gün səhər Allah Elçisi ﷺ və Əbu Bəkr günortanın istisi artdığı vaxt gəldilər. Peyğəmbər ﷺ evimə girmək üçün izin istədi. Mən də izin verdim. Evə girdikdə oturmadı və: “Evinin harasında namaz qıldırmağımı istəyirsən?” İtban da Peyğəmbərə ﷺ namaz qıldırmasını istədiyi yeri göstərdi. Peyğəmbər ﷺ orada namaza durdu, biz də onun arxasında cərgələrə düzüldük. Namazı bitirərək salam verdikdə biz də salam verdik”.”

İtban ibn Malik əl-Ənsari
SəhihBuxari, 840 (Azan, 238)

Fəsil 155

Namazdan sonra zikr etmək

باب الذِّكْرِ بَعْدَ الصَّلاَةِ

حَدَّثَنَا إِسْحَاقُ بْنُ نَصْرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ قَالَ أَخْبَرَنِى عَمْرٌو أَنَّ أَبَا مَعْبَدٍ مَوْلَى ابْنِ عَبَّاسٍ أَخْبَرَهُ أَنَّ ابْنَ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا أَخْبَرَهُ أَنَّ رَفْعَ الصَّوْتِ بِالذِّكْرِ حِينَ يَنْصَرِفُ النَّاسُ مِنَ الْمَكْتُوبَةِ كَانَ عَلَى عَهْدِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . وَقَالَ ابْنُ عَبَّاسٍ كُنْتُ أَعْلَمُ إِذَا انْصَرَفُوا بِذَلِكَ إِذَا سَمِعْتُهُ .

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbərin ﷺ dövründə camaat fərz namazını qılıb qurtardıqdan sonra (hamı ayrı-ayrılıqda) yüksək səslə Allahı zikr edərdi. Mən bu zikrləri eşitdikdə namazın başa çatdığını bilirdim.”

İbn Abbas
SəhihBuxari, 841 (Azan, 239)

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ حَدَّثَنَا عَمْرٌو قَالَ أَخْبَرَنِى أَبُو مَعْبَدٍ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ كُنْتُ أَعْرِفُ انْقِضَاءَ صَلاَةِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالتَّكْبِيرِ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Peyğəmbərin ﷺ namazı bitirdiyini təkbirdən anlayardım”.”

İbn Abbas
SəhihBuxari, 842 (Azan, 240)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِى بَكْرٍ قَالَ حَدَّثَنَا مُعْتَمِرٌ عَنْ عُبَيْدِ اللَّهِ عَنْ سُمَىٍّ عَنْ أَبِى صَالِحٍ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ جَاءَ الْفُقَرَاءُ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالُوا ذَهَبَ أَهْلُ الدُّثُورِ مِنَ الأَمْوَالِ بِالدَّرَجَاتِ الْعُلاَ وَالنَّعِيمِ الْمُقِيمِ ، يُصَلُّونَ كَمَا نُصَلِّى ، وَيَصُومُونَ كَمَا نَصُومُ ، وَلَهُمْ فَضْلٌ مِنْ أَمْوَالٍ يَحُجُّونَ بِهَا ، وَيَعْتَمِرُونَ ، وَيُجَاهِدُونَ ، وَيَتَصَدَّقُونَ قَالَ « أَلاَ أُحَدِّثُكُمْ بِأَمْرٍ إِنْ أَخَذْتُمْ بِهِ أَدْرَكْتُمْ مَنْ سَبَقَكُمْ وَلَمْ يُدْرِكْكُمْ أَحَدٌ بَعْدَكُمْ ، وَكُنْتُمْ خَيْرَ مَنْ أَنْتُمْ بَيْنَ ظَهْرَانَيْهِ ، إِلاَّ مَنْ عَمِلَ مِثْلَهُ تُسَبِّحُونَ وَتَحْمَدُونَ ، وَتُكَبِّرُونَ خَلْفَ كُلِّ صَلاَةٍ ثَلاَثًا وَثَلاَثِينَ » . فَاخْتَلَفْنَا بَيْنَنَا فَقَالَ بَعْضُنَا نُسَبِّحُ ثَلاَثًا وَثَلاَثِينَ ، وَنَحْمَدُ ثَلاَثًا وَثَلاَثِينَ ، وَنُكَبِّرُ أَرْبَعًا وَثَلاَثِينَ . فَرَجَعْتُ إِلَيْهِ فَقَالَ « تَقُولُ سُبْحَانَ اللَّهِ ، وَالْحَمْدُ لِلَّهِ ، وَاللَّهُ أَكْبَرُ ، حَتَّى يَكُونَ مِنْهُنَّ كُلِّهِنَّ ثَلاَثًا وَثَلاَثِينَ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Kasıblar Peyğəmbərin ﷺ yanına gəlib dedilər: “Varlılar ən yüksək məqamlara və tükənməz nemətlərə nail olacaqlar. Onlar bizim kimi namaz qılır və bizim kimi oruc tuturlar, üstəlik onların çoxlu var-dövləti var ki, bunun sayəsində Həcc və Ümrə ziyarətinə gedirlər, cihad edir və sədəqə verirlər”. Peyğəmbər ﷺ buyurdu: “Sizə elə bir şey öyrədimmi ki, onu yerinə yetirməklə sizi ötüb keçənlərə çatasınız, sizdən sonra yaşayanlardan heç kəs sizə çata bilməsin və sizin etdiyinizi edənlər istisna olmaqla, aranızda olan kəslərin ən xeyirlisi siz olasınız? Hər (vacib) namazdan sonra otuz üç dəfə “Subhən-Allah”, “Əlhəmdulilləh” və “Allahu Əkbər” deyin!” Ravi deyir: “Bu səbəbdən bizim aramızda fikir ayrılığı düşdü. Bəzilərimiz dedilər: “Biz otuz üç dəfə “Subhən-Allah”, otuz üç dəfə “Əlhəmdulilləh” və otuz dörd dəfə “Allahu Əkbər” deməliyik”. Mən bu haqda Əbu Salehə sual verdim. O dedi: “Otuz üç dəfə “Subhən-Allah”, otuz üç dəfə “Əlhəmdulilləh” və otuz üç dəfə “Allahu Əkbər” de!””

Əbu Hureyra
SəhihBuxari, 843 (Azan, 241)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ عَنْ وَرَّادٍ كَاتِبِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ قَالَ أَمْلَى عَلَىَّ الْمُغِيرَةُ بْنُ شُعْبَةَ فِى كِتَابٍ إِلَى مُعَاوِيَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ فِى دُبُرِ كُلِّ صَلاَةٍ مَكْتُوبَةٍ « لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ ، وَلَهُ الْحَمْدُ ، وَهْوَ عَلَى كُلِّ شَىْءٍ قَدِيرٌ ، اللَّهُمَّ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ ، وَلاَ مُعْطِىَ لِمَا مَنَعْتَ ، وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ » . وَقَالَ شُعْبَةُ عَنْ عَبْدِ الْمَلِكِ بِهَذَا ، وَعَنِ الْحَكَمِ عَنِ الْقَاسِمِ بْنِ مُخَيْمِرَةَ عَنْ وَرَّادٍ بِهَذَا . وَقَالَ الْحَسَنُ الْجَدُّ غِنًى .

“Rəvayət edilir ki, Vərrad ﵀ demişdir: “Muğira ibn Şubə Müaviyəyə belə bir məktub yazdırdı: “Peyğəmbər ﷺ hər bir vacib namazdan sonra deyərdi: “Allahdan başqa ibadətə layiq məbud yoxdur. O, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir! Allahım, Sənin (nemət) verdiyinə mane olacaq, mane olduğuna da verəcək (bir kəs) yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz!””

Vərrad
SəhihBuxari, 844 (Azan, 242)

Fəsil 156

İmam salamları verdikdən sonra camaata tərəf çevirməlidir

باب يَسْتَقْبِلُ الإِمَامُ النَّاسَ إِذَا سَلَّمَ

حَدَّثَنَا مُوسَى بْنُ إِسْمَاعِيلَ قَالَ حَدَّثَنَا جَرِيرُ بْنُ حَازِمٍ قَالَ حَدَّثَنَا أَبُو رَجَاءٍ عَنْ سَمُرَةَ بْنِ جُنْدُبٍ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا صَلَّى صَلاَةً أَقْبَلَ عَلَيْنَا بِوَجْهِهِ .

“Rəvayət edilir ki, Səmura ibn Cundəb ﵁ demişdir: “Peyğəmbər ﷺ namazı qılıb qurtardıqdan sonra üzünü bizə tərəf çevirərdi”.”

Səmura ibn Cundəb
SəhihBuxari, 845 (Azan, 243)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ صَالِحِ بْنِ كَيْسَانَ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ بْنِ مَسْعُودٍ عَنْ زَيْدِ بْنِ خَالِدٍ الْجُهَنِىِّ أَنَّهُ قَالَ صَلَّى لَنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الصُّبْحِ بِالْحُدَيْبِيَةِ عَلَى إِثْرِ سَمَاءٍ كَانَتْ مِنَ اللَّيْلَةِ ، فَلَمَّا انْصَرَفَ أَقْبَلَ عَلَى النَّاسِ فَقَالَ « هَلْ تَدْرُونَ مَاذَا قَالَ رَبُّكُمْ » . قَالُوا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ . قَالَ « أَصْبَحَ مِنْ عِبَادِى مُؤْمِنٌ بِى وَكَافِرٌ ، فَأَمَّا مَنْ قَالَ مُطِرْنَا بِفَضْلِ اللَّهِ وَرَحْمَتِهِ فَذَلِكَ مُؤْمِنٌ بِى وَكَافِرٌ بِالْكَوْكَبِ ، وَأَمَّا مَنْ قَالَ بِنَوْءِ كَذَا وَكَذَا فَذَلِكَ كَافِرٌ بِى وَمُؤْمِنٌ بِالْكَوْكَبِ » .

“Rəvayət edilir ki, Zeyd ibn Xalid əl-Cuhəni ﵁ demişdir: “Allah Elçisi ﷺ Hudeybiyədə gecə vaxtı yağmış yağışdan sonra bizə Sübh namazını qıldırdı və namazı bitirdikdən sonra insanlara tərəf çevrilib soruşdu: “Bilirsinizmi, Rəbbiniz nə buyurdu?” Səhabələr: “Allah və Onun elçisi daha yaxşı bilir”– dedilər. Peyğəmbər ﷺ dedi: “(Allah buyurdu): “Qullarımdan bir qismi mömin, digər qismi isə kafir oldu. “Bizə Allahın lütfü və mərhəməti sayəsində yağış göndərilmişdir”– deyənlərə gəlincə, onlar Mənə iman gətirmiş və ulduzları inkar etmişlər. “Yağış bizə filan və filan ulduza görə nazil olmuşdur”– deyənlərə gəlincə isə, onlar Məni (inkar edərək) küfr etmiş və ulduzlara iman gətirmişlər”.”

Zeyd ibn Xalid əl-Cuhəni
SəhihBuxari, 846 (Azan, 244)

حَدَّثَنَا عَبْدُ اللَّهِ سَمِعَ يَزِيدَ قَالَ أَخْبَرَنَا حُمَيْدٌ عَنْ أَنَسٍ قَالَ أَخَّرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصَّلاَةَ ذَاتَ لَيْلَةٍ إِلَى شَطْرِ اللَّيْلِ ثُمَّ خَرَجَ عَلَيْنَا ، فَلَمَّا صَلَّى أَقْبَلَ عَلَيْنَا بِوَجْهِهِ فَقَالَ « إِنَّ النَّاسَ قَدْ صَلَّوْا وَرَقَدُوا ، وَإِنَّكُمْ لَنْ تَزَالُوا فِى صَلاَةٍ مَا انْتَظَرْتُمُ الصَّلاَةَ »

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ İşa namazını gecənin yarısına qədər təxirə saldı, sonra bizim qarşımıza çıxdı və namazı qıldırdı. Sonra bizə tərəf dönərək buyurdu: “İnsanlar namazı qılıb yatıblar. Siz isə namazı gözlədiyiniz müddətdə namazda olmuş sayılırsınız”.”

Ənəs
SəhihBuxari, 847 (Azan, 245)

Fəsil 157

İmamın salam verdikdən sonra bir az öz yerində qalması

باب مُكْثِ الإِمَامِ فِى مُصَلاَّهُ بَعْدَ السَّلاَمِ

وَقَالَ لَنَا آدَمُ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَيُّوبَ عَنْ نَافِعٍ قَالَ كَانَ ابْنُ عُمَرَ يُصَلِّى فِى مَكَانِهِ الَّذِى صَلَّى فِيهِ الْفَرِيضَةَ . وَفَعَلَهُ الْقَاسِمُ . وَيُذْكَرُ عَنْ أَبِى هُرَيْرَةَ رَفَعَهُ لاَ يَتَطَوَّعُ الإِمَامُ فِى مَكَانِهِ . وَلَمْ يَصِحَّ .

“Rəvayət edilir ki, Nafi ﵀ demişdir: “İbn Ömər fərz namazını qıldığı yerdə sünnələri də qılardı”. Qasim ibn Muhəmməd ﵀ də belə edərdi. Əbu Hureyranın ﵁ Peyğəmbərə ﷺ nisbət edilən: “İmam vacib namazı qıldığı yerdə nafilə namazı qılmaz” sözü səhih deyil.”

Nafi
SəhihBuxari, 848 (Azan, 246)

حَدَّثَنَا أَبُو الْوَلِيدِ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ حَدَّثَنَا الزُّهْرِىُّ عَنْ هِنْدٍ بِنْتِ الْحَارِثِ عَنْ أُمِّ سَلَمَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا سَلَّمَ يَمْكُثُ فِى مَكَانِهِ يَسِيرًا . قَالَ ابْنُ شِهَابٍ فَنُرَى - وَاللَّهُ أَعْلَمُ - لِكَىْ يَنْفُذَ مَنْ يَنْصَرِفُ مِنَ النِّسَاءِ .

“Ummu Sələmə ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ namazda salam verdikdən sonra yerində bir az qalardı. Ravi İbn Şihab deyir: “Zənnimcə Peyğəmbərin ﷺ bu gözləməsi – doğrusunu Allah bilir – namaz qılıb gedən qadınların çıxıb getmələri üçündür”.”

Ummu Sələmə
SəhihBuxari, 849 (Azan, 247)

وَقَالَ ابْنُ أَبِى مَرْيَمَ أَخْبَرَنَا نَافِعُ بْنُ يَزِيدَ قَالَ أَخْبَرَنِى جَعْفَرُ بْنُ رَبِيعَةَ أَنَّ ابْنَ شِهَابٍ كَتَبَ إِلَيْهِ قَالَ حَدَّثَتْنِى هِنْدُ بِنْتُ الْحَارِثِ الْفِرَاسِيَّةُ عَنْ أُمِّ سَلَمَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَكَانَتْ مِنْ صَوَاحِبَاتِهَا قَالَتْ كَانَ يُسَلِّمُ فَيَنْصَرِفُ النِّسَاءُ ، فَيَدْخُلْنَ بُيُوتَهُنَّ مِنْ قَبْلِ أَنْ يَنْصَرِفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . وَقَالَ ابْنُ وَهْبٍ عَنْ يُونُسَ عَنِ ابْنِ شِهَابٍ أَخْبَرَتْنِى هِنْدُ الْفِرَاسِيَّةُ . وَقَالَ عُثْمَانُ بْنُ عُمَرَ أَخْبَرَنَا يُونُسُ عَنِ الزُّهْرِىِّ حَدَّثَتْنِى هِنْدُ الْفِرَاسِيَّةُ . وَقَالَ الزُّبَيْدِىُّ أَخْبَرَنِى الزُّهْرِىُّ أَنَّ هِنْدَ بِنْتَ الْحَارِثِ الْقُرَشِيَّةَ أَخْبَرَتْهُ ، وَكَانَتْ تَحْتَ مَعْبَدِ بْنِ الْمِقْدَادِ - وَهْوَ حَلِيفُ بَنِى زُهْرَةَ - وَكَانَتْ تَدْخُلُ عَلَى أَزْوَاجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . وَقَالَ شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ حَدَّثَتْنِى هِنْدُ الْقُرَشِيَّةُ . وَقَالَ ابْنُ أَبِى عَتِيقٍ عَنِ الزُّهْرِىِّ عَنْ هِنْدٍ الْفِرَاسِيَّةِ . وَقَالَ اللَّيْثُ حَدَّثَنِى يَحْيَى بْنُ سَعِيدٍ حَدَّثَهُ عَنِ ابْنِ شِهَابٍ عَنِ امْرَأَةٍ مِنْ قُرَيْشٍ حَدَّثَتْهُ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Ummu Sələmə ﵂ demişdir: “Qadınlar namazda salam verib evlərinə gedəndən sonra Allah Elçisi ﷺ camaata doğru çevrilərdi”.”

Ummu Sələmə
SəhihBuxari, 850 (Azan, 248)

Fəsil 158

Camaata namaz qıldırdıqdan sonra vacib bir işi yadına salaraq sıraların arasından keçib gedən kəs

باب مَنْ صَلَّى بِالنَّاسِ فَذَكَرَ حَاجَةً فَتَخَطَّاهُمْ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ قَالَ حَدَّثَنَا عِيسَى بْنُ يُونُسَ عَنْ عُمَرَ بْنِ سَعِيدٍ قَالَ أَخْبَرَنِى ابْنُ أَبِى مُلَيْكَةَ عَنْ عُقْبَةَ قَالَ صَلَّيْتُ وَرَاءَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْمَدِينَةِ الْعَصْرَ فَسَلَّمَ ثُمَّ قَامَ مُسْرِعًا ، فَتَخَطَّى رِقَابَ النَّاسِ إِلَى بَعْضِ حُجَرِ نِسَائِهِ ، فَفَزِعَ النَّاسُ مِنْ سُرْعَتِهِ فَخَرَجَ عَلَيْهِمْ ، فَرَأَى أَنَّهُمْ عَجِبُوا مِنْ سُرْعَتِهِ فَقَالَ « ذَكَرْتُ شَيْئًا مِنْ تِبْرٍ عِنْدَنَا فَكَرِهْتُ أَنْ يَحْبِسَنِى ، فَأَمَرْتُ بِقِسْمَتِهِ » .

“Rəvayət edilir ki, Uqbə ﵁ demişdir: “Mən Mədinədə Peyğəmbərin ﷺ arxasında durub Əsr namazını qıldım. O, salamları verdikdən sonra dərhal ayağa qalxıb camaatın başı üstündən keçib zövcələrindən birinin otağına getdi. Camaat onun belə tələsik çıxıb getməsindən təşvişə düşdü. Peyğəmbər ﷺ bayıra çıxdıqda onların təəccübləndiyini görüb dedi: “Evimizdə olan qızılı xatırladım və onun mənim diqqətimi yayındırmasını istəmədim. Buna görə də onun bölüşdürülüb paylanmasını əmr etdim”.”

Uqbə
SəhihBuxari, 851 (Azan, 249)

Fəsil 159

Namazı qılıb qurtardıqdan sonra sağ və ya sol tərəfə dönüb getmək

باب الاِنْفِتَالِ وَالاِنْصِرَافِ عَنِ الْيَمِينِ وَالشِّمَالِ

وَكَانَ أَنَسٌ يَنْفَتِلُ عَنْ يَمِينِهِ وَعَنْ يَسَارِهِ ، وَيَعِيبُ عَلَى مَنْ يَتَوَخَّى ، أَوْ مَنْ يَعْمِدُ الاِنْفِتَالَ عَنْ يَمِينِهِ .

Ənəs ﵁ namazı bitirdikdən sonra gah sağ, gah da sol tərəfə dönüb gedər və sırf sağa və ya sola dönməyi tətbiq edənlərə bunu eyib tutardı.

حَدَّثَنَا أَبُو الْوَلِيدِ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ سُلَيْمَانَ عَنْ عُمَارَةَ بْنِ عُمَيْرٍ عَنِ الأَسْوَدِ قَالَ قَالَ عَبْدُ اللَّهِ لاَ يَجْعَلْ أَحَدُكُمْ لِلشَّيْطَانِ شَيْئًا مِنْ صَلاَتِهِ ، يَرَى أَنَّ حَقًّا عَلَيْهِ أَنْ لاَ يَنْصَرِفَ إِلاَّ عَنْ يَمِينِهِ ، لَقَدْ رَأَيْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَثِيرًا يَنْصَرِفُ عَنْ يَسَارِهِ .

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Sizdən biri “namaz qıldığı yerdən qalxıb ancaq sağ tərəfə getmək lazımdır” deyə etiqad edib namazından şeytana bir pay ayırmasın. Mən çox vaxt Peyğəmbərin ﷺ qalxıb sol tərəfə getdiyini görmüşəm”.”

Abdullah
SəhihBuxari, 852 (Azan, 250)

Fəsil 160

Sarımsaq, soğan və kəvər haqqında deyilənlər

باب مَا جَاءَ فِى الثُّومِ النَّىِّ وَالْبَصَلِ وَالْكُرَّاثِ

وَقَوْلِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ أَكَلَ الثُّومَ أَوِ الْبَصَلَ مِنَ الْجُوعِ أَوْ غَيْرِهِ فَلاَ يَقْرَبَنَّ مَسْجِدَنَا » .

Həmçinin Peyğəmbərin ﷺ bu kəlamı: “Kim ac olduğuna və ya başqa səbəbə görə sarımsaq yeyərsə, bizim məscidimizə yaxınlaşmasın”.

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ قَالَ حَدَّثَنِى نَافِعٌ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فِى غَزْوَةِ خَيْبَرَ « مَنْ أَكَلَ مِنْ هَذِهِ الشَّجَرَةِ - يَعْنِى الثُّومَ - فَلاَ يَقْرَبَنَّ مَسْجِدَنَا » .

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ sarımsağı qəsd edərək belə buyurdu: “Bu bitkini– yəni sarımsaq yeyənlər məscidimizə yaxınlaşmasınlar”.”

İbn Ömər
SəhihBuxari, 853 (Azan, 251)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ قَالَ حَدَّثَنَا أَبُو عَاصِمٍ قَالَ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ قَالَ أَخْبَرَنِى عَطَاءٌ قَالَ سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ أَكَلَ مِنْ هَذِهِ الشَّجَرَةِ - يُرِيدُ الثُّومَ - فَلاَ يَغْشَانَا فِى مَسَاجِدِنَا » . قُلْتُ مَا يَعْنِى بِهِ قَالَ مَا أُرَاهُ يَعْنِى إِلاَّ نِيئَهُ . وَقَالَ مَخْلَدُ بْنُ يَزِيدَ عَنِ ابْنِ جُرَيْجٍ إِلاَّ نَتْنَهُ . وَقَالَ أَحْمَدُ بْنُ صَالِحٍ عَنِ ابْنِ وَهْبٍ أُتِىَ بِبَدْرٍ . قَالَ ابْنُ وَهْبٍ يَعْنِى طَبَقًا فِيهِ خُضَرَاتٌ . وَلَمْ يَذْكُرِ اللَّيْثُ وَأَبُو صَفْوَانَ عَنْ يُونُسَ قِصَّةَ الْقِدْرِ ، فَلاَ أَدْرِى هُوَ مِنْ قَوْلِ الزُّهْرِىِّ أَوْ فِى الْحَدِيثِ .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Peyğəmbər ﷺ sarımsağı qəsd edərək buyurdu: “Bu bitkini yeyənlər məscidimizə gəlməsinlər”. Ravi deyir: “Mən Cabirdən soruşdum: “Bunu deməklə o, nəyi qəsd edirdi?” O dedi: “Düşünürəm ki, o, çiy (bişməmiş) sarımsağı qəsd edirdi”. Ravi İbn Cureyc deyir: “... onun üfunətli qoxusunu qəsd edirdi”.”

Cabir ibn Abdullah
SəhihBuxari, 854 (Azan, 252)

حَدَّثَنَا سَعِيدُ بْنُ عُفَيْرٍ قَالَ حَدَّثَنَا ابْنُ وَهْبٍ عَنْ يُونُسَ عَنِ ابْنِ شِهَابٍ زَعَمَ عَطَاءٌ أَنَّ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ زَعَمَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ أَكَلَ ثُومًا أَوْ بَصَلاً فَلْيَعْتَزِلْنَا - أَوْ قَالَ - فَلْيَعْتَزِلْ مَسْجِدَنَا ، وَلْيَقْعُدْ فِى بَيْتِهِ » . وَأَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أُتِىَ بِقِدْرٍ فِيهِ خَضِرَاتٌ مِنْ بُقُولٍ ، فَوَجَدَ لَهَا رِيحًا فَسَأَلَ فَأُخْبِرَ بِمَا فِيهَا مِنَ الْبُقُولِ فَقَالَ « قَرِّبُوهَا » إِلَى بَعْضِ أَصْحَابِهِ كَانَ مَعَهُ ، فَلَمَّا رَآهُ كَرِهَ أَكْلَهَا قَالَ « كُلْ فَإِنِّى أُنَاجِى مَنْ لاَ تُنَاجِى » . وَقَالَ أَحْمَدُ بْنُ صَالِحٍ بَعْدَ حَدِيثِ يُونُسَ عَنِ ابْنِ شِهَابٍ ، وَهْوَ يُثْبِتُ قَوْلَ يُونُسَ .

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sarımsaq və ya soğan yeyən adam bizdən uzaq dursun və ya məscidimizdən uzaqlaşsın və evində otursun!” Cabir deyir: “Bir dəfə Peyğəmbərə ﷺ bir qab təzə tərəvəz gətirdilər. Peyğəmbər ﷺ tərəvəzin xoşagəlməz qoxusunu duyub, onun nə olduğunu soruşdu. Qabda olan tərəvəzlərin adlarını ona dedilər. O da yanında duran səhabələrdən birini göstərib: “Bunu ona verin”– deyə buyurdu. Səhabə onun yemədiyini görəndə bu tərəvəzdən yemək istəmədi. Onda o buyurdu: “Ye, (mənə baxma), çünki mən sənin söhbət edə bilmədiyin (mələklərlə) gizli söhbət aparıram”.”

Cabir ibn Abdullah
SəhihBuxari, 855 (Azan, 253)

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ عَنْ عَبْدِ الْعَزِيزِ قَالَ سَأَلَ رَجُلٌ أَنَسًا مَا سَمِعْتَ نَبِىَّ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الثُّومِ فَقَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ أَكَلَ مِنْ هَذِهِ الشَّجَرَةِ فَلاَ يَقْرَبْنَا ، أَوْ لاَ يُصَلِّيَنَّ مَعَنَا » .

“Rəvayət edilir ki, Abdul-Əziz ﵀ demişdir: “Bir kişi Ənəsdən soruşdu: “Sən Allahın Peyğəmbərinin sarımsaq haqda nə dediyini eşitmisən?” Ənəs dedi: “Peyğəmbər ﷺ belə buyurmuşdur: “Bu bitkini yeyənlər (məscidimizə) yaxınlaşmasınlar və ya bizimlə birlikdə namaz qılmasınlar”.”

Abdul-Əziz
SəhihBuxari, 856 (Azan, 254)

Fəsil 161

Uşaqların dəstəmaz alması

باب وُضُوءِ الصِّبْيَانِ

وَمَتَى يَجِبُ عَلَيْهِمُ الْغَسْلُ وَالطُّهُورُ وَحُضُورِهِمِ الْجَمَاعَةَ وَالْعِيدَيْنِ وَالْجَنَائِزَ وَصُفُوفِهِمْ

Onlara qüsl və təmizlənmənin nə zaman vacib olması, camaat namazı ilə bayram və cənazə namazlarında iştirak edərək cərgələrə qoşulmaları

حَدَّثَنَا ابْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنِى غُنْدَرٌ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ سَمِعْتُ سُلَيْمَانَ الشَّيْبَانِىَّ قَالَ سَمِعْتُ الشَّعْبِىَّ قَالَ أَخْبَرَنِى مَنْ مَرَّ مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى قَبْرٍ مَنْبُوذٍ ، فَأَمَّهُمْ وَصَفُّوا عَلَيْهِ . فَقُلْتُ يَا أَبَا عَمْرٍو مَنْ حَدَّثَكَ فَقَالَ ابْنُ عَبَّاسٍ .

“Rəvayət edilir ki, əş-Şabi ﵀ demişdir: “Mənə Peyğəmbər ﷺ ilə bilrlikdə olan adam xəbər verdi ki, bir dəfə Peyğəmbər ﷺ (qəbiristanlıqda) kənarda qalmış bir qəbrin yanında dayanıb səhabələrinə namaz qıldırdı və onlar da onun arxasında cərgələrə düzülərək namaza durdular”. Ravi Süleyman əş-Şeybani deyir: “Mən Şabiyə dedim: “Ey Əbu Amr, bunu sənə danışan kim idi?” O dedi: “İbn Abbas”.”

əş-Şabi
SəhihBuxari, 857 (Azan, 255)

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ قَالَ حَدَّثَنِى صَفْوَانُ بْنُ سُلَيْمٍ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « الْغُسْلُ يَوْمَ الْجُمُعَةِ وَاجِبٌ عَلَى كُلِّ مُحْتَلِمٍ » .

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Cümə qüslunu etmək həddi-buluğa çatmış hər bir kəsə vacibdir”.”

Əbu Səid əl-Xudri
SəhihBuxari, 858 (Azan, 256)

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ أَخْبَرَنَا سُفْيَانُ عَنْ عَمْرٍو قَالَ أَخْبَرَنِى كُرَيْبٌ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ بِتُّ عِنْدَ خَالَتِى مَيْمُونَةَ لَيْلَةً ، فَنَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا كَانَ فِى بَعْضِ اللَّيْلِ قَامَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَتَوَضَّأَ مِنْ شَنٍّ مُعَلَّقٍ وُضُوءًا خَفِيفًا - يُخَفِّفُهُ عَمْرٌو وَيُقَلِّلُهُ جِدًّا - ثُمَّ قَامَ يُصَلِّى ، فَقُمْتُ فَتَوَضَّأْتُ نَحْوًا مِمَّا تَوَضَّأَ ، ثُمَّ جِئْتُ فَقُمْتُ عَنْ يَسَارِهِ ، فَحَوَّلَنِى فَجَعَلَنِى عَنْ يَمِينِهِ ، ثُمَّ صَلَّى مَا شَاءَ اللَّهُ ، ثُمَّ اضْطَجَعَ فَنَامَ حَتَّى نَفَخَ ، فَأَتَاهُ الْمُنَادِى يُؤْذِنُهُ بِالصَّلاَةِ فَقَامَ مَعَهُ إِلَى الصَّلاَةِ ، فَصَلَّى وَلَمْ يَتَوَضَّأْ . قُلْنَا لِعَمْرٍو إِنَّ نَاسًا يَقُولُونَ إِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَنَامُ عَيْنُهُ وَلاَ يَنَامُ قَلْبُهُ . قَالَ عَمْرٌو سَمِعْتُ عُبَيْدَ بْنَ عُمَيْرٍ يَقُولُ إِنَّ رُؤْيَا الأَنْبِيَاءِ وَحْىٌ ثُمَّ قَرَأَ { إِنِّى أَرَى فِى الْمَنَامِ أَنِّى أَذْبَحُكَ } .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə mən gecəni xalam Məymunənin yanında gecələdim. Peyğəmbər ﷺ uzanıb, yatdı. Gecənin bir qismi olduqda Peyğəmbər ayağa duraraq asılmış tuluqdan yüngül bir dəstəmaz aldı (ravi Amr dedi: “Yüngül, yəni az su ilə”) və namaza durdu. Mən qalxıb onun kimi dəstəmaz aldıqdan sonra gəlib, onun sol tərəfində dayandım. Peyğəmbər ﷺ mənim yerimi dəyişdirdi və məni sağ tərəfinə keçirtdi. Sonra Allahın istədiyi qədər namaz qıldı. Ondan sonra uzanıb elə yatdı ki, hətta xoruldamağa başladı. Sonra müəzzin gəlib ona namazın vaxtının girdiyini xəbər verdi. Sonra müəzzin Peyğəmbərlə ﷺ birlikdə namaza getdilər. Peyğəmbər ﷺ dəstəmaz almadan Sübh namazını qıldırdı”. Biz Amra dedik: “İnsanlar “Peyğəmbərin ﷺ gözləri yatsa da, qəlbi yatmır” deyirlər”. Amr dedi: “Mən Ubeyd ibn Umeyrin belə dediyini eşitmişəm: “Peyğəmbərlərin yuxuları vəhydir”. Sonra Ubeyd bu ayələri oxudu: “Yuxuda gördüm ki, səni qurban kəsirəm”. (əs-Saffət, 102)”.”

İbn Abbas
SəhihBuxari, 859 (Azan, 257)

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى مَالِكٌ عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى طَلْحَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ جَدَّتَهُ مُلَيْكَةَ دَعَتْ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِطَعَامٍ صَنَعَتْهُ ، فَأَكَلَ مِنْهُ فَقَالَ « قُومُوا فَلأُصَلِّىَ بِكُمْ » . فَقُمْتُ إِلَى حَصِيرٍ لَنَا قَدِ اسْوَدَّ مِنْ طُولِ مَا لُبِسَ ، فَنَضَحْتُهُ بِمَاءٍ فَقَامَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالْيَتِيمُ مَعِى ، وَالْعَجُوزُ مِنْ وَرَائِنَا ، فَصَلَّى بِنَا رَكْعَتَيْنِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malikin ﵁ nənəsi Muleykə Allah Elçisini ﷺ onun üçün hazırladığı yeməyə dəvət etmişdi. Allah Elçisi ﷺ yeməyi yedikdən sonra dedi: “Durun, sizə namaz qıldırım!” Ənəs deyir: “Mən çox istifadə olunduğundan qaralmış həsirimizə yaxınlaşıb, üstünə bir az su səpdim. Sonra Allah Elçisi ﷺ onun üstündə namaza durdu. Mən yetim oğlan ilə birlikdə onun arxasında dayandım, nənəm də bizim arxamızda dayandı. Peyğəmbər ﷺ bizə iki rükət namaz qıldırdıqdan sonra çıxıb getdi”.”

Ənəs ibn Malik
SəhihBuxari, 860 (Azan, 258)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّهُ قَالَ أَقْبَلْتُ رَاكِبًا عَلَى حِمَارٍ أَتَانٍ وَأَنَا يَوْمَئِذٍ قَدْ نَاهَزْتُ الاِحْتِلاَمَ وَرَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى بِالنَّاسِ بِمِنًى إِلَى غَيْرِ جِدَارٍ ، فَمَرَرْتُ بَيْنَ يَدَىْ بَعْضِ الصَّفِّ ، فَنَزَلْتُ وَأَرْسَلْتُ الأَتَانَ تَرْتَعُ وَدَخَلْتُ فِى الصَّفِّ ، فَلَمْ يُنْكِرْ ذَلِكَ عَلَىَّ أَحَدٌ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Minada divarsız olan yerdə insanlara namaz qıldırarkən mən dişi uzunqulağa minərək qarşıdan gəldim. O vaxtlar mən həddi-büluğa çatmışdım. Cərgələrin birinin önündən keçdim və uzunqulaqdan düşüb otlamaq üçün onu sərbəst buraxdım. Sonra da cərgəyə qoşuldum. Məni buna görə heç kim məzəmmət etmədi”.”

İbn Abbas
SəhihBuxari, 861 (Azan, 259)

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُرْوَةُ بْنُ الزُّبَيْرِ أَنَّ عَائِشَةَ قَالَتْ أَعْتَمَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . وَقَالَ عَيَّاشٌ حَدَّثَنَا عَبْدُ الأَعْلَى حَدَّثَنَا مَعْمَرٌ عَنِ الزُّهْرِىِّ عَنْ عُرْوَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ أَعْتَمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْعِشَاءِ حَتَّى نَادَاهُ عُمَرُ قَدْ نَامَ النِّسَاءُ وَالصِّبْيَانُ . فَخَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « إِنَّهُ لَيْسَ أَحَدٌ مِنْ أَهْلِ الأَرْضِ يُصَلِّى هَذِهِ الصَّلاَةَ غَيْرُكُمْ » . وَلَمْ يَكُنْ أَحَدٌ يَوْمَئِذٍ يُصَلِّى غَيْرَ أَهْلِ الْمَدِينَةِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ İşa namazını (gecənin ilk üçdə birinədək) gecikdirdi və Ömər: “Qadınlar və uşaqlar artıq yatıblar”– deyə onu çağırdı. Bundan sonra Allah Elçisi ﷺ bayıra çıxıb dedi: “Sizdən başqa yer üzündə yaşayanlardan heç bir kimsə (bu saatda) İşa namazını qılmır”. O zamanlar Mədinədən başqa heç bir yerdə açıq şəkildə namaz qılınmırdı”.”

Aişə
SəhihBuxari, 862 (Azan, 260)

حَدَّثَنَا عَمْرُو بْنُ عَلِىٍّ قَالَ حَدَّثَنَا يَحْيَى قَالَ حَدَّثَنَا سُفْيَانُ حَدَّثَنِى عَبْدُ الرَّحْمَنِ بْنُ عَابِسٍ سَمِعْتُ ابْنَ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ لَهُ رَجُلٌ شَهِدْتَ الْخُرُوجَ مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ نَعَمْ ، وَلَوْلاَ مَكَانِى مِنْهُ مَا شَهِدْتُهُ - يَعْنِى مِنْ صِغَرِهِ - أَتَى الْعَلَمَ الَّذِى عِنْدَ دَارِ كَثِيرِ بْنِ الصَّلْتِ ، ثُمَّ خَطَبَ ثُمَّ أَتَى النِّسَاءَ فَوَعَظَهُنَّ وَذَكَّرَهُنَّ وَأَمَرَهُنَّ أَنْ يَتَصَدَّقْنَ فَجَعَلَتِ الْمَرْأَةُ تُهْوِى بِيَدِهَا إِلَى حَلْقِهَا تُلْقِى فِى ثَوْبِ بِلاَلٍ ، ثُمَّ أَتَى هُوَ وَبِلاَلٌ الْبَيْتَ .

“Rəvayət edilir ki, bir nəfər İbn Abbasdan ﵄ soruşdu: “Sən Allah Elçisi ﷺ ilə birlikdə bayram namazında iştirak etmisənmi?” O dedi: “Bəli! Əgər mən ona qohum olmasaydım, uşaq vaxtımdan onun yanında ola bilməzdim. Peyğəmbər ﷺ Kəsir ibn Səltin evinin yanındakı namazgaha yaxınlaşıb xütbə dedi, sonra qadınların yanına gəlib onlara öyüd-nəsihət verdi, onlara bəzi şeyləri xatırlatdı və onlara sədəqə verməyi əmr etdi. Bundan sonra qadınlar əllərini boyunlarına apararaq boyunbağılarını çıxardıb onları Bilalın paltarının ətəyinə atmağa başladılar. Sonra Peyğəmbər ﷺ Bilal ilə birgə evinə qayıtdı”.”

İbn Abbas
SəhihBuxari, 863 (Azan, 261)

Fəsil 162

Gecə və ala-qaranlıqda qadınların məscidə getməsi

باب خُرُوجِ النِّسَاءِ إِلَى الْمَسَاجِدِ بِاللَّيْلِ وَالْغَلَسِ

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُرْوَةُ بْنُ الزُّبَيْرِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ أَعْتَمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْعَتَمَةِ حَتَّى نَادَاهُ عُمَرُ نَامَ النِّسَاءُ وَالصِّبْيَانُ . فَخَرَجَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « مَا يَنْتَظِرُهَا أَحَدٌ غَيْرُكُمْ مِنْ أَهْلِ الأَرْضِ » . وَلاَ يُصَلَّى يَوْمَئِذٍ إِلاَّ بِالْمَدِينَةِ ، وَكَانُوا يُصَلُّونَ الْعَتَمَةَ فِيمَا بَيْنَ أَنْ يَغِيبَ الشَّفَقُ إِلَى ثُلُثِ اللَّيْلِ الأَوَّلِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ İşa namazını (gecənin ilk üçdə birinədək) gecikdirdi və Ömər: “Qadınlar və uşaqlar artıq yatıblar”– deyə onu çağırdı. Bundan sonra Peyğəmbər ﷺ bayıra çıxıb dedi: “Sizdən başqa yer üzündə yaşayanlardan heç bir kəs (bu saatda) İşa namazını gözləmir”. O vaxtlar Mədinədən başqa heç bir yerdə açıq şəkildə İşa namazı qılınmırdı. Onlar bu namazı günəşin şəfəqi yox olduğu andan gecənin ilk üçdə birinə qədər olan vaxt ərzində qılardılar”.”

Aişə
SəhihBuxari, 864 (Azan, 262)

حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ مُوسَى عَنْ حَنْظَلَةَ عَنْ سَالِمِ بْنِ عَبْدِ اللَّهِ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا اسْتَأْذَنَكُمْ نِسَاؤُكُمْ بِاللَّيْلِ إِلَى الْمَسْجِدِ فَأْذَنُوا لَهُنَّ » . تَابَعَهُ شُعْبَةُ عَنِ الأَعْمَشِ عَنْ مُجَاهِدٍ عَنِ ابْنِ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qadınlarınız sizdən gecə vaxtı məscidə getməyə izin istəsələr, onlara izin verin”.”

İbn Ömər
SəhihBuxari, 865 (Azan, 263)

Fəsil 163

İnsanların elmli imamın ayaga durmasınl gözləmələri

باب انْتِظَارِ النَّاسِ قِيَامَ الإِمَامِ الْعَالِمِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ حَدَّثَنَا عُثْمَانُ بْنُ عُمَرَ أَخْبَرَنَا يُونُسُ عَنِ الزُّهْرِىِّ قَالَ حَدَّثَتْنِى هِنْدُ بِنْتُ الْحَارِثِ أَنَّ أُمَّ سَلَمَةَ زَوْجَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخْبَرَتْهَا أَنَّ النِّسَاءَ فِى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كُنَّ إِذَا سَلَّمْنَ مِنَ الْمَكْتُوبَةِ قُمْنَ ، وَثَبَتَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَمَنْ صَلَّى مِنَ الرِّجَالِ مَا شَاءَ اللَّهُ ، فَإِذَا قَامَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَامَ الرِّجَالُ .

“Peyğəmbərin ﷺ zövcəsi Ummu Sələmə ﵂ rəvayət edir ki, Allah Elçisinin ﷺ dövründə qadınlar namazda salamı verdikləri an dərhal ayağa qalxıb gedərdilər. Allah Elçisi ﷺ oturduğu yerdə qalar və onunla bərabər kişilərdən kim bacarsaydı Allahın istədiyi qədər namaz qılardı. Allah Elçisi ﷺ ayağa durduqda kişilər də ayağa durardılar”.”

Ummu Sələmə
SəhihBuxari, 866 (Azan, 264)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ ح وَحَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ عَمْرَةَ بِنْتِ عَبْدِ الرَّحْمَنِ عَنْ عَائِشَةَ قَالَتْ إِنْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيُصَلِّى الصُّبْحَ ، فَيَنْصَرِفُ النِّسَاءُ مُتَلَفِّعَاتٍ بِمُرُوطِهِنَّ ، مَا يُعْرَفْنَ مِنَ الْغَلَسِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ məsciddə Sübh namazını qılarkən onunla bərabər qadınlar da (ipəkdən və ya yundan olan) örtüklərinə bürünərək namaz qılardılar və ala-qaranlıqda evlərinə qayıdanda onları tanımazdılar”.”

Aişə
SəhihBuxari, 867 (Azan, 265)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مِسْكِينٍ قَالَ حَدَّثَنَا بِشْرٌ أَخْبَرَنَا الأَوْزَاعِىُّ حَدَّثَنِى يَحْيَى بْنُ أَبِى كَثِيرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ الأَنْصَارِىِّ عَنْ أَبِيهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنِّى لأَقُومُ إِلَى الصَّلاَةِ وَأَنَا أُرِيدُ أَنْ أُطَوِّلَ فِيهَا ، فَأَسْمَعُ بُكَاءَ الصَّبِىِّ ، فَأَتَجَوَّزُ فِى صَلاَتِى كَرَاهِيَةَ أَنْ أَشُقَّ عَلَى أُمِّهِ » .

“Abdullah ibn Əbu Qətadə əl-Ənsari atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən namaza başlayanda onu uzun qılmaq istəyirəm, lakin uşağın ağlamasını eşidəndə onun anasına əziyyət verməyim deyə, namazımı qısaldıram”.”

Abdullah ibn Əbu Qətadə əl-Ənsari atasından
SəhihBuxari, 868 (Azan, 266)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ عَنْ عَمْرَةَ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ لَوْ أَدْرَكَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا أَحْدَثَ النِّسَاءُ لَمَنَعَهُنَّ كَمَا مُنِعَتْ نِسَاءُ بَنِى إِسْرَائِيلَ . قُلْتُ لِعَمْرَةَ أَوَ مُنِعْنَ قَالَتْ نَعَمْ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Əgər Allah Elçisi ﷺ qadınların nələr etdiyini görsəydi, İsrail övladlarının qadınlarına mane olduqları kimi onlara mane olardı”. Ravi deyir: “Mən Amraya dedim: “İsrail övladlarının qadınlarına qadağa var idi?” Amra dedi: “Bəli”.”

Aişə
SəhihBuxari, 869 (Azan, 267)

Fəsil 164

Kişilərin arxasında qadınların namaz qılmaları

باب صَلاَةِ النِّسَاءِ خَلْفَ الرِّجَالِ

حَدَّثَنَا يَحْيَى بْنُ قَزَعَةَ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ عَنِ الزُّهْرِىِّ عَنْ هِنْدٍ بِنْتِ الْحَارِثِ عَنْ أُمِّ سَلَمَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا سَلَّمَ قَامَ النِّسَاءُ حِينَ يَقْضِى تَسْلِيمَهُ ، وَيَمْكُثُ هُوَ فِى مَقَامِهِ يَسِيرًا قَبْلَ أَنْ يَقُومَ . قَالَ نَرَى - وَاللَّهُ أَعْلَمُ - أَنَّ ذَلِكَ كَانَ لِكَىْ يَنْصَرِفَ النِّسَاءُ قَبْلَ أَنْ يُدْرِكَهُنَّ أَحَدٌ مِنَ الرِّجَالِ .

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Allah Elçisi ﷺ namazda salam verdikdə qadınlar o durmadan qalxardılar. Sonra o əyaga qalxmazdan əvvəl oldugu yerdə biraz gözləyərdi Biz onun belə etməsini qadınların kişilər durmamış gedmələri üçün etdiyini düşünürdük”.”

Ummu Sələmə
SəhihBuxari, 870 (Azan, 268)

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا ابْنُ عُيَيْنَةَ عَنْ إِسْحَاقَ عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ صَلَّى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى بَيْتِ أُمِّ سُلَيْمٍ ، فَقُمْتُ وَيَتِيمٌ خَلْفَهُ ، وَأُمُّ سُلَيْمٍ خَلْفَنَا .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ Ummu Sələmənin evində namaz qıldı. Mən və bir yetim oğlan onun arxasında namaza qoşulduq. Ummu Sələmə də bizim arxamızda namaza qoşuldu”.”

Ənəs
SəhihBuxari, 871 (Azan, 269)

Fəsil 165

Qadınların Sübh namazından tələsik qayıtması və az bir vaxt məsciddə qalması

باب سُرْعَةِ انْصِرَافِ النِّسَاءِ مِنَ الصُّبْحِ ، وَقِلَّةِ مَقَامِهِنَّ فِى الْمَسْجِدِ

حَدَّثَنَا يَحْيَى بْنُ مُوسَى حَدَّثَنَا سَعِيدُ بْنُ مَنْصُورٍ حَدَّثَنَا فُلَيْحٌ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى الصُّبْحَ بِغَلَسٍ فَيَنْصَرِفْنَ نِسَاءُ الْمُؤْمِنِينَ ، لاَ يُعْرَفْنَ مِنَ الْغَلَسِ ، أَوْ لاَ يَعْرِفُ بَعْضُهُنَّ بَعْضًا .

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ Sübh namazını ala-qaranlıqda qılar, möminə qadınlar namazdan qayıtdıqda onları heç kim tanımazdı və ya onlar bir-birini tanımazdılar.”

Aişə
SəhihBuxari, 872 (Azan, 270)

Fəsil 166

Qadının ərindən məscidə getməsi üçün icazə alması

باب اسْتِئْذَانِ الْمَرْأَةِ زَوْجَهَا بِالْخُرُوجِ إِلَى الْمَسْجِدِ

حَدَّثَنَا مُسَدَّدٌ حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ عَنْ مَعْمَرٍ عَنِ الزُّهْرِىِّ عَنْ سَالِمِ بْنِ عَبْدِ اللَّهِ عَنْ أَبِيهِ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . « إِذَا اسْتَأْذَنَتِ امْرَأَةُ أَحَدِكُمْ فَلاَ يَمْنَعْهَا » .

“Səlim ibn Abdullah atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən birinizin qadını (məscidə getməyə) izin istəsə, ona mane olmasın”.”

Səlim ibn Abdullah atasından
SəhihBuxari, 873 (Azan, 271)

Fəsil 166m

Qadınların kişilərin arxasında namaz qılması

باب صَلاَةِ النِّسَاءِ خَلْفَ الرِّجَالِ

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا ابْنُ عُيَيْنَةَ عَنْ إِسْحَاقَ عَنْ أَنَسٍ قَالَ صَلَّى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى بَيْتِ أُمِّ سُلَيْمٍ ، فَقُمْتُ وَيَتِيمٌ خَلْفَهُ ، وَأُمُّ سُلَيْمٍ خَلْفَنَا .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ Ummu Sələmənin evində namaz qıldı. Mən və bir yetim oğlan onun arxasında namaza durduq. Ummu Sələmə də bizim arxamızda namaza durdu”.”

Ənəs
SəhihBuxari, 874 (Azan, 272)

حَدَّثَنَا يَحْيَى بْنُ قَزَعَةَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ عَنِ الزُّهْرِىِّ عَنْ هِنْدَ بِنْتِ الْحَارِثِ عَنْ أُمِّ سَلَمَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا سَلَّمَ قَامَ النِّسَاءُ حِينَ يَقْضِى تَسْلِيمَهُ ، وَهُوَ يَمْكُثُ فِى مَقَامِهِ يَسِيرًا قَبْلَ أَنْ يَقُومَ . قَالَتْ نُرَى - وَاللَّهُ أَعْلَمُ - أَنَّ ذَلِكَ كَانَ لِكَىْ يَنْصَرِفَ النِّسَاءُ قَبْلَ أَنْ يُدْرِكَهُنَّ الرِّجَالُ .

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Allah Elçisi ﷺ namazda salam verdikdə qadınlar oturmadan qalxardılar. Sonra o ayağa qalxmazdan əvvəl olduğu yerdə biraz gözləyərdi. Biz onun belə etməsini qadınların kişilər durmamış getmələri üçün etdiyini düşünürdük”.”

Ummu Sələmə
SəhihBuxari, 875 (Azan, 273)