Azan kitabı

Bütün namazlarda – daimi qalınan yerdə və səfərdə, səsli və səssiz namazlarda imamın və onun arxasında duranların Qurandan oxumasının vacib olması

حَدَّثَنَا مُوسَى قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ قَالَ حَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ عُمَيْرٍ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ شَكَا أَهْلُ الْكُوفَةِ سَعْدًا إِلَى عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ فَعَزَلَهُ وَاسْتَعْمَلَ عَلَيْهِمْ عَمَّارًا ، فَشَكَوْا حَتَّى ذَكَرُوا أَنَّهُ لاَ يُحْسِنُ يُصَلِّى ، فَأَرْسَلَ إِلَيْهِ فَقَالَ يَا أَبَا إِسْحَاقَ إِنَّ هَؤُلاَءِ يَزْعُمُونَ أَنَّكَ لاَ تُحْسِنُ تُصَلِّى قَالَ أَبُو إِسْحَاقَ أَمَّا أَنَا وَاللَّهِ فَإِنِّى كُنْتُ أُصَلِّى بِهِمْ صَلاَةَ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا أَخْرِمُ عَنْهَا ، أُصَلِّى صَلاَةَ الْعِشَاءِ فَأَرْكُدُ فِى الأُولَيَيْنِ وَأُخِفُّ فِى الأُخْرَيَيْنِ . قَالَ ذَاكَ الظَّنُّ بِكَ يَا أَبَا إِسْحَاقَ . فَأَرْسَلَ مَعَهُ رَجُلاً أَوْ رِجَالاً إِلَى الْكُوفَةِ ، فَسَأَلَ عَنْهُ أَهْلَ الْكُوفَةِ ، وَلَمْ يَدَعْ مَسْجِدًا إِلاَّ سَأَلَ عَنْهُ ، وَيُثْنُونَ مَعْرُوفًا ، حَتَّى دَخَلَ مَسْجِدًا لِبَنِى عَبْسٍ ، فَقَامَ رَجُلٌ مِنْهُمْ يُقَالُ لَهُ أُسَامَةُ بْنُ قَتَادَةَ يُكْنَى أَبَا سَعْدَةَ قَالَ أَمَّا إِذْ نَشَدْتَنَا فَإِنَّ سَعْدًا كَانَ لاَ يَسِيرُ بِالسَّرِيَّةِ ، وَلاَ يَقْسِمُ بِالسَّوِيَّةِ ، وَلاَ يَعْدِلُ فِى الْقَضِيَّةِ . قَالَ سَعْدٌ أَمَا وَاللَّهِ لأَدْعُوَنَّ بِثَلاَثٍ ، اللَّهُمَّ إِنْ كَانَ عَبْدُكَ هَذَا كَاذِبًا ، قَامَ رِيَاءً وَسُمْعَةً فَأَطِلْ عُمْرَهُ ، وَأَطِلْ فَقْرَهُ ، وَعَرِّضْهُ بِالْفِتَنِ ، وَكَانَ بَعْدُ إِذَا سُئِلَ يَقُولُ شَيْخٌ كَبِيرٌ مَفْتُونٌ ، أَصَابَتْنِى دَعْوَةُ سَعْدٍ . قَالَ عَبْدُ الْمَلِكِ فَأَنَا رَأَيْتُهُ بَعْدُ قَدْ سَقَطَ حَاجِبَاهُ عَلَى عَيْنَيْهِ مِنَ الْكِبَرِ ، وَإِنَّهُ لَيَتَعَرَّضُ لِلْجَوَارِى فِى الطُّرُقِ يَغْمِزُهُنَّ .

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Kufəlilər Ömərə ﵁ Səd (ibn Əbu Vəqqasdan) şikayət etdilər. Buna görə də Ömər onu bu vəzifədən kənarlaşdırdı və yerinə Əmmar ibn Yasiri hakim təyin etdi. Kufəlilər çox şikayət edərək Sədin namazı lazımı qaydada qılmadığını belə iddia etdilər. Belə olduqda, Ömər adam göndərib onu yanına çağırtdırdı və dedi: “Ey Əbu İshaq! Bunlar iddia edirlər ki, sən namazı lazımı qaydada qılmırsan”. Əbu İshaq dedi: “Mənə gəlincə, Allaha and olsun ki, mən onlara Allah Elçisinin ﷺ namazını qıldırmışam və bundan heç bir şey əskiltməmişəm. İşa namazını qıldıranda ilk iki rükəti uzun, son iki rükəti isə qısa qıldırmışam”. Ömər: “Mən elə belə də bilirdim, ey Əbu İshaq!”– dedi, sonra da onunla birlikdə Kufəyə bir və ya iki adam göndərdi ki, gedib kufəlilərdən onun barəsində soruşsunlar. Kufədə elə bir məscid qalmadı ki, göndərilən adam onun barəsində soruşmasın. Hamı onu təriflədi. Axırda həmin adam Bəni Abs tayfasının məscidinə gəldi. Oradakılardan Əbu Sədə ləqəbi ilə tanınan Usamə ibn Qatədə adlı biri ayağa durub dedi: “Madam ki, and verib bizdən soruşdun, onda bil ki, Səd heç vaxt döyüşə gedən dəstəyə qoşulmayıb, qənimətləri düzgün bölüşdürməyib və şəriət məsələlərində ədalətlə hökm çıxarmayıb”. Səd dedi: “İndi ki belə oldu, onda Allaha and olsun ki, mən də üç şeylə bağlı Allaha dua edəcəyəm: “Allahım! Əgər sənin bu qulun yalançıdırsa, üstəlik bunu özünü göstərmək və ad qazanmaq məqsədi ilə edirsə, onda onun ömrünü uzat, kasıblığını artır və onu bəlalara düçar et!” Sonralar həmin adamdan onun halı barədə soruşanda deyərdi: “Mən fitnəyə düşən bir qocayam, məni Sədin bədduası tutub”. Ravi Abdul-Malik deyir: “Sonralar mən o adamı gördüm, qocalığından qaşları gözlərinin üstünə düşmüşdü, özü də küçələrdə cariyələrə əl atırdı”.”

Cabir ibn Səmura
Səhih

İstinad

Buxari, 755 (Azan, 153)

Səhih əl-Buxari — Azan kitabı