Səcdəyə gedərkən təkbir etmək
حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ حَدَّثَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى أَبُو بَكْرِ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَارِثِ بْنِ هِشَامٍ وَأَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّ أَبَا هُرَيْرَةَ كَانَ يُكَبِّرُ فِى كُلِّ صَلاَةٍ مِنَ الْمَكْتُوبَةِ وَغَيْرِهَا فِى رَمَضَانَ وَغَيْرِهِ ، فَيُكَبِّرُ حِينَ يَقُومُ ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْكَعُ ، ثُمَّ يَقُولُ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . ثُمَّ يَقُولُ رَبَّنَا وَلَكَ الْحَمْدُ . قَبْلَ أَنْ يَسْجُدَ ، ثُمَّ يَقُولُ اللَّهُ أَكْبَرُ . حِينَ يَهْوِى سَاجِدًا ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْفَعُ رَأْسَهُ مِنَ السُّجُودِ ، ثُمَّ يُكَبِّرُ حِينَ يَسْجُدُ ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْفَعُ رَأْسَهُ مِنَ السُّجُودِ ، ثُمَّ يُكَبِّرُ حِينَ يَقُومُ مِنَ الْجُلُوسِ فِى الاِثْنَتَيْنِ ، وَيَفْعَلُ ذَلِكَ فِى كُلِّ رَكْعَةٍ حَتَّى يَفْرُغَ مِنَ الصَّلاَةِ ، ثُمَّ يَقُولُ حِينَ يَنْصَرِفُ وَالَّذِى نَفْسِى بِيَدِهِ إِنِّى لأَقْرَبُكُمْ شَبَهًا بِصَلاَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنْ كَانَتْ هَذِهِ لَصَلاَتَهُ حَتَّى فَارَقَ الدُّنْيَا .
“Əbu Bəkr ibn Abdur-Rahmən ibn əl-Haris ibn Hişam və Əbu Sələmə ibn Abdur-Rahmən ﵀ rəvayət edirlər ki, Əbu Hureyra bütün vacib və digər namazlarda, Ramazan və digər aylarda təkbir edərdi. O, namaza durarkən təkbir edərdi. Habelə, rukuya gedərkən də təkbir edərdi. Sonra “Səmi Allahu limən həmidəh”, sonra səcdəyə getməzdən qabaq “Rabbənə və ləkəl-həmd” deyərdi. Sonra “Allahu Əkbər” deyərək səcdəyə gedər, sonra təkbir edərək başını səcdədən qaldırardı. Sonra təkbir edərək ikinci səcdəyə gedər, sonra təkbir edərək başını səcdədən qaldırar, səcdələrdən sonra oturduğu yerdən ayağa duranda təkbir edərdi. Namazı bitirənə kimi hər rükətdə belə edərdi. Namazı bitirdikdən sonra isə belə deyərdi: “Canım Əlində Olana and olsun! Aranızda Allah Elçisinin ﷺ namazına ən çox oxşayan mənim namazımdır. Allah Elçisi ﷺ dünyadan köçənə qədər onun namazı belə idi”.”
İstinad
Buxari, 803 (Azan, 201)
Səhih əl-Buxari — Azan kitabı