Uşaqların dəstəmaz alması
حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ أَخْبَرَنَا سُفْيَانُ عَنْ عَمْرٍو قَالَ أَخْبَرَنِى كُرَيْبٌ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ بِتُّ عِنْدَ خَالَتِى مَيْمُونَةَ لَيْلَةً ، فَنَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا كَانَ فِى بَعْضِ اللَّيْلِ قَامَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَتَوَضَّأَ مِنْ شَنٍّ مُعَلَّقٍ وُضُوءًا خَفِيفًا - يُخَفِّفُهُ عَمْرٌو وَيُقَلِّلُهُ جِدًّا - ثُمَّ قَامَ يُصَلِّى ، فَقُمْتُ فَتَوَضَّأْتُ نَحْوًا مِمَّا تَوَضَّأَ ، ثُمَّ جِئْتُ فَقُمْتُ عَنْ يَسَارِهِ ، فَحَوَّلَنِى فَجَعَلَنِى عَنْ يَمِينِهِ ، ثُمَّ صَلَّى مَا شَاءَ اللَّهُ ، ثُمَّ اضْطَجَعَ فَنَامَ حَتَّى نَفَخَ ، فَأَتَاهُ الْمُنَادِى يُؤْذِنُهُ بِالصَّلاَةِ فَقَامَ مَعَهُ إِلَى الصَّلاَةِ ، فَصَلَّى وَلَمْ يَتَوَضَّأْ . قُلْنَا لِعَمْرٍو إِنَّ نَاسًا يَقُولُونَ إِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَنَامُ عَيْنُهُ وَلاَ يَنَامُ قَلْبُهُ . قَالَ عَمْرٌو سَمِعْتُ عُبَيْدَ بْنَ عُمَيْرٍ يَقُولُ إِنَّ رُؤْيَا الأَنْبِيَاءِ وَحْىٌ ثُمَّ قَرَأَ { إِنِّى أَرَى فِى الْمَنَامِ أَنِّى أَذْبَحُكَ } .
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə mən gecəni xalam Məymunənin yanında gecələdim. Peyğəmbər ﷺ uzanıb, yatdı. Gecənin bir qismi olduqda Peyğəmbər ayağa duraraq asılmış tuluqdan yüngül bir dəstəmaz aldı (ravi Amr dedi: “Yüngül, yəni az su ilə”) və namaza durdu. Mən qalxıb onun kimi dəstəmaz aldıqdan sonra gəlib, onun sol tərəfində dayandım. Peyğəmbər ﷺ mənim yerimi dəyişdirdi və məni sağ tərəfinə keçirtdi. Sonra Allahın istədiyi qədər namaz qıldı. Ondan sonra uzanıb elə yatdı ki, hətta xoruldamağa başladı. Sonra müəzzin gəlib ona namazın vaxtının girdiyini xəbər verdi. Sonra müəzzin Peyğəmbərlə ﷺ birlikdə namaza getdilər. Peyğəmbər ﷺ dəstəmaz almadan Sübh namazını qıldırdı”. Biz Amra dedik: “İnsanlar “Peyğəmbərin ﷺ gözləri yatsa da, qəlbi yatmır” deyirlər”. Amr dedi: “Mən Ubeyd ibn Umeyrin belə dediyini eşitmişəm: “Peyğəmbərlərin yuxuları vəhydir”. Sonra Ubeyd bu ayələri oxudu: “Yuxuda gördüm ki, səni qurban kəsirəm”. (əs-Saffət, 102)”.”
İstinad
Buxari, 859 (Azan, 257)
Səhih əl-Buxari — Azan kitabı