Azan kitabı

Bütün namazlarda – daimi qalınan yerdə və səfərdə, səsli və səssiz namazlarda imamın və onun arxasında duranların Qurandan oxumasının vacib olması

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ عُبَيْدِ اللَّهِ قَالَ حَدَّثَنِى سَعِيدُ بْنُ أَبِى سَعِيدٍ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ الْمَسْجِدَ ، فَدَخَلَ رَجُلٌ فَصَلَّى فَسَلَّمَ عَلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَدَّ وَقَالَ « ارْجِعْ فَصَلِّ ، فَإِنَّكَ لَمْ تُصَلِّ » . فَرَجَعَ يُصَلِّى كَمَا صَلَّى ثُمَّ جَاءَ فَسَلَّمَ عَلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « ارْجِعْ فَصَلِّ فَإِنَّكَ لَمْ تُصَلِّ » ثَلاَثًا . فَقَالَ وَالَّذِى بَعَثَكَ بِالْحَقِّ مَا أُحْسِنُ غَيْرَهُ فَعَلِّمْنِى . فَقَالَ « إِذَا قُمْتَ إِلَى الصَّلاَةِ فَكَبِّرْ ، ثُمَّ اقْرَأْ مَا تَيَسَّرَ مَعَكَ مِنَ الْقُرْآنِ ، ثُمَّ ارْكَعْ حَتَّى تَطْمَئِنَّ رَاكِعًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَعْتَدِلَ قَائِمًا ، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَطْمَئِنَّ جَالِسًا ، وَافْعَلْ ذَلِكَ فِى صَلاَتِكَ كُلِّهَا » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ məscidə daxil oldu, arxasınca da bir kişi ora daxil olub namaz qıldı və namazı bitirdikdən sonra Peyğəmbərə ﷺ salam verdi. Peyğəmbər ﷺ onun salamını alıb buyurdu: “Qayıt namazını qıl, çünki sən namaz qılmadın”. O, əvvəlki kimi namaz qıldı, sonra da Peyğəmbərin ﷺ yanına gəlib ona salam verdi. Peyğəmbər ﷺ yenə ona buyurdu: “Qayıt namazını qıl, çünki sən namaz qılmadın”. Bu hal üç dəfə təkrar oldu. Sonra həmin kişi dedi: “Səni haqq ilə Göndərənə and olsun ki, mən bundan daha düzgün olanını qıla bilmirəm. Mənə nə edəcəyimi öyrət!” O buyurdu: “Namaza duranda təkbir et, sonra Qurandan sənə asan gələni oxu, sonra rukuya get və bunu rahat şəkildə yerinə yetir, sonra dikəlib qamətini dümdüz tut, sonra səcdəyə get və bunu rahat şəkildə yerinə yetir, sonra qalx otur, tam rahat ol və namazının qalan rükətlərində də belə et”.”

Əbu Hureyra
Səhih

İstinad

Buxari, 757 (Azan, 155)

Səhih əl-Buxari — Azan kitabı