İmam namazı ancaq xütbədə iştirak edənlərə qıldırmalıdır? Yağış yağarkən imam cümə xütbəsi deməlidirmi?
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ عَبْدِ الْوَهَّابِ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْحَمِيدِ صَاحِبُ الزِّيَادِىِّ قَالَ سَمِعْتُ عَبْدَ اللَّهِ بْنَ الْحَارِثِ قَالَ خَطَبَنَا ابْنُ عَبَّاسٍ فِى يَوْمٍ ذِى رَدْغٍ ، فَأَمَرَ الْمُؤَذِّنَ لَمَّا بَلَغَ حَىَّ عَلَى الصَّلاَةِ . قَالَ قُلِ الصَّلاَةُ فِى الرِّحَالِ ، فَنَظَرَ بَعْضُهُمْ إِلَى بَعْضٍ ، فَكَأَنَّهُمْ أَنْكَرُوا فَقَالَ كَأَنَّكُمْ أَنْكَرْتُمْ هَذَا إِنَّ هَذَا فَعَلَهُ مَنْ هُوَ خَيْرٌ مِنِّى - يَعْنِى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ - إِنَّهَا عَزْمَةٌ ، وَإِنِّى كَرِهْتُ أَنْ أُحْرِجَكُمْ . وَعَنْ حَمَّادٍ عَنْ عَاصِمٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ الْحَارِثِ عَنِ ابْنِ عَبَّاسٍ نَحْوَهُ ، غَيْرَ أَنَّهُ قَالَ كَرِهْتُ أَنْ أُؤَثِّمَكُمْ ، فَتَجِيئُونَ تَدُوسُونَ الطِّينَ إِلَى رُكَبِكُمْ .
“Abdullah ibn əl-Haris ﵀ rəvayət edir ki, yağışlı bir gündə, hər yan palçıq içində olarkən İbn Abbas xütbə deyirdi. Müəzzin (azan verərkən): “Həyyə aləs-saləh” sözünə çatdıqda İbn Abbas ona belə dedi: “(Camaata) bildir ki, namazı evlərində qılsınlar”. (Xütbədə iştirak edənlər bunu eşitdikdə) bir-birlərinə baxdılar, sanki bu onların xoşuna gəlmədi. Odur ki, İbn Abbas dedi: “Deyəsən, bu sizin xoşunuza gəlmədi, amma məndən də xeyirli olan birisi, yəni Peyğəmbər ﷺ belə etmişdir. Düzdür, cümə (namazında iştirak etmək) vacibdir, ancaq mən sizi əziyyətə salmaq istəmirdim”. Digər hədisdə deyilir: “Mən sizi əziyyətə salmaq istəmədim. Gəlib dizlərinizə qədər palçığa batacaqdınız”.”
İstinad
Buxari, 668 (Azan, 66)
Səhih əl-Buxari — Azan kitabı