İmamla camaatın arasında divarın və ya başqa bir maneənin olması
حَدَّثَنَا مُحَمَّدٌ قَالَ أَخْبَرَنَا عَبْدَةُ عَنْ يَحْيَى بْنِ سَعِيدٍ الأَنْصَارِىِّ عَنْ عَمْرَةَ عَنْ عَائِشَةَ قَالَتْ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى مِنَ اللَّيْلِ فِى حُجْرَتِهِ ، وَجِدَارُ الْحُجْرَةِ قَصِيرٌ ، فَرَأَى النَّاسُ شَخْصَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَامَ أُنَاسٌ يُصَلُّونَ بِصَلاَتِهِ ، فَأَصْبَحُوا فَتَحَدَّثُوا بِذَلِكَ ، فَقَامَ لَيْلَةَ الثَّانِيَةِ ، فَقَامَ مَعَهُ أُنَاسٌ يُصَلُّونَ بِصَلاَتِهِ ، صَنَعُوا ذَلِكَ لَيْلَتَيْنِ أَوْ ثَلاَثَةً ، حَتَّى إِذَا كَانَ بَعْدَ ذَلِكَ جَلَسَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمْ يَخْرُجْ ، فَلَمَّا أَصْبَحَ ذَكَرَ ذَلِكَ النَّاسُ فَقَالَ « إِنِّى خَشِيتُ أَنْ تُكْتَبَ عَلَيْكُمْ صَلاَةُ اللَّيْلِ » .
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ (Ramazan ayında) gecələr öz hücrəsində (otağında) namaz qılardı. Hücrəsinin divarı alçaq olduğundan bəzi adamlar onun namaz qıldığını gördülər və ona qoşulub namaz qıldılar. Səhər açılanda isə bu haqda camaata danışmağa başladılar. Növbəti gecə o yenə namaza durdu və camaat da ona qoşulub namaz qılmağa başladı. Bu hal iki və ya üç gecə təkrar olundu. Yenə vaxt yetişdikdə o, evdə oturub namaza çıxmadı. Səhər camaat ondan bunun səbəbini soruşduqda isə belə dedi: “Mən gecə namazının sizə vacib buyrulacağından qorxdum”.”
İstinad
Buxari, 729 (Azan, 127)
Səhih əl-Buxari — Azan kitabı