Axırıncı rükətdə oxunan təşəhhüd
حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ شَقِيقِ بْنِ سَلَمَةَ قَالَ قَالَ عَبْدُ اللَّهِ كُنَّا إِذَا صَلَّيْنَا خَلْفَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قُلْنَا السَّلاَمُ عَلَى جِبْرِيلَ وَمِيكَائِيلَ ، السَّلاَمُ عَلَى فُلاَنٍ وَفُلاَنٍ . فَالْتَفَتَ إِلَيْنَا رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « إِنَّ اللَّهَ هُوَ السَّلاَمُ ، فَإِذَا صَلَّى أَحَدُكُمْ فَلْيَقُلِ التَّحِيَّاتُ لِلَّهِ ، وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِىُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ . فَإِنَّكُمْ إِذَا قُلْتُمُوهَا أَصَابَتْ كُلَّ عَبْدٍ لِلَّهِ صَالِحٍ فِى السَّمَاءِ وَالأَرْضِ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ » .
“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Biz Peyğəmbərin ﷺ arxasında namaz qılanda deyərdik: “Allaha salam olsun, Cəbrailə və Mikailə salam olsun, filankəsə və filankəsə salam olsun”. Bir dəfə də Allah Elçisi ﷺ bizə tərəf çevrilib buyurdu: “Əslində, Salam Allahın Özüdür. Biriniz namaz qılanda belə desin: “Salamlar, dualar və gözəl şeylər Allaha məxsusdur. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (yetişsin)! Bizə və Allahın əməlisaleh qullarına salam olsun!” Əgər siz bu sözləri desəniz, bunlar Allahın göylərdə və yerdə olan hər bir əməlisaleh bəndəsinə yetişər. (Sonra desin:) “Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir”.”
İstinad
Buxari, 831 (Azan, 229)
Səhih əl-Buxari — Azan kitabı