Sübh namazını səslə oxumaq
حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا أَبُو عَوَانَةَ عَنْ أَبِى بِشْرٍ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ انْطَلَقَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى طَائِفَةٍ مِنْ أَصْحَابِهِ عَامِدِينَ إِلَى سُوقِ عُكَاظٍ ، وَقَدْ حِيلَ بَيْنَ الشَّيَاطِينِ وَبَيْنَ خَبَرِ السَّمَاءِ ، وَأُرْسِلَتْ عَلَيْهِمُ الشُّهُبُ ، فَرَجَعَتِ الشَّيَاطِينُ إِلَى قَوْمِهِمْ . فَقَالُوا مَا لَكُمْ فَقَالُوا حِيلَ بَيْنَنَا وَبَيْنَ خَبَرِ السَّمَاءِ ، وَأُرْسِلَتْ عَلَيْنَا الشُّهُبُ . قَالُوا مَا حَالَ بَيْنَكُمْ وَبَيْنَ خَبَرِ السَّمَاءِ إِلاَّ شَىْءٌ حَدَثَ ، فَاضْرِبُوا مَشَارِقَ الأَرْضِ وَمَغَارِبَهَا ، فَانْظُرُوا مَا هَذَا الَّذِى حَالَ بَيْنَكُمْ وَبَيْنَ خَبَرِ السَّمَاءِ فَانْصَرَفَ أُولَئِكَ الَّذِينَ تَوَجَّهُوا نَحْوَ تِهَامَةَ إِلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهْوَ بِنَخْلَةَ ، عَامِدِينَ إِلَى سُوقِ عُكَاظٍ وَهْوَ يُصَلِّى بِأَصْحَابِهِ صَلاَةَ الْفَجْرِ ، فَلَمَّا سَمِعُوا الْقُرْآنَ اسْتَمَعُوا لَهُ فَقَالُوا هَذَا وَاللَّهِ الَّذِى حَالَ بَيْنَكُمْ وَبَيْنَ خَبَرِ السَّمَاءِ . فَهُنَالِكَ حِينَ رَجَعُوا إِلَى قَوْمِهِمْ وَقَالُوا يَا قَوْمَنَا { إِنَّا سَمِعْنَا قُرْآنًا عَجَبًا * يَهْدِى إِلَى الرُّشْدِ فَآمَنَّا بِهِ وَلَنْ نُشْرِكَ بِرَبِّنَا أَحَدًا } فَأَنْزَلَ اللَّهُ عَلَى نَبِيِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ { قُلْ أُوحِىَ إِلَىَّ } وَإِنَّمَا أُوحِىَ إِلَيْهِ قَوْلُ الْجِنِّ .
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ bir dəstə səhabəsi ilə Ukaz bazarına getdi. Artıq şeytanlar səmavi xəbəri (Allahın mələklərə nazil etdiyi vəhyi) gizlincə öyrənməkdən məhrum olmuş və onları yandırıb yaxan ulduzlar təqib etmişdir. Onlar öz qövmünün yanına qayıtdıqda onlardan: “Sizə nə olub?”– deyə soruşdular. Onlar dedilər: “Biz səmavi xəbəri öyrənməkdən məhrum olduq və üstümüzə yanar ulduzlar endirildi!” Onlara dedilər: “Sizi səmavi xəbəri öyrənməkdən məhrum edən şey, baş vermiş yeni hadisədir! Gedin, yer üzünü şərqdən qərbə kimi gəzin və baxın görün sizi səmavi xəbəri öyrənməkdən məhrum edən nədir!” Onlardan bir dəstə Tihaməyə tərəf getdi və Nəxlədə Ukaz bazarına gedən Peyğəmbərə ﷺ rast gəldi. O, səhabələri ilə birlikdə Sübh namazını qılırdı. Cinlər Quranı eşitdikdə dayanıb qulaq asdılar və dedilər: “Allaha and olsun, bizi səmavi xəbərdən məhrum edən budur”. Sonra onlar öz qövmünün yanına qayıdıb dedilər: “Ey qövmümüz! Biz çox qəribə bir Quran eşitdik. O, haqq yolu göstərir. Biz ona iman gətirdik və bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq”. Uca Allah da Peyğəmbərinə ﷺ: “De: “Mənə vəhy olundu ki,..” (əl-Cinn surəsini) nazil etdi. Beləliklə də, cinlərin dedikləri vəhy vasitəsilə Peyğəmbərə ﷺ bildirildi”.”
İstinad
Buxari, 773 (Azan, 171)
Səhih əl-Buxari — Azan kitabı