Namazı uzun qıldırdığına görə imamdan şikayət etmək
حَدَّثَنَا آدَمُ بْنُ أَبِى إِيَاسٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا مُحَارِبُ بْنُ دِثَارٍ قَالَ سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ الأَنْصَارِىَّ قَالَ أَقْبَلَ رَجُلٌ بِنَاضِحَيْنِ وَقَدْ جَنَحَ اللَّيْلُ ، فَوَافَقَ مُعَاذًا يُصَلِّى ، فَتَرَكَ نَاضِحَهُ وَأَقْبَلَ إِلَى مُعَاذٍ ، فَقَرَأَ بِسُورَةِ الْبَقَرَةِ أَوِ النِّسَاءِ ، فَانْطَلَقَ الرَّجُلُ ، وَبَلَغَهُ أَنَّ مُعَاذًا نَالَ مِنْهُ ، فَأَتَى النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَشَكَا إِلَيْهِ مُعَاذًا ، فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « يَا مُعَاذُ أَفَتَّانٌ أَنْتَ - أَوْ فَاتِنٌ ثَلاَثَ مِرَارٍ - فَلَوْلاَ صَلَّيْتَ بِسَبِّحِ اسْمَ رَبِّكَ ، وَالشَّمْسِ وَضُحَاهَا ، وَاللَّيْلِ إِذَا يَغْشَى ، فَإِنَّهُ يُصَلِّى وَرَاءَكَ الْكَبِيرُ وَالضَّعِيفُ وَذُو الْحَاجَةِ » . أَحْسِبُ هَذَا فِى الْحَدِيثِ . قَالَ أَبُو عَبْدِ اللَّهِ وَتَابَعَهُ سَعِيدُ بْنُ مَسْرُوقٍ وَمِسْعَرٌ وَالشَّيْبَانِىُّ . قَالَ عَمْرٌو وَعُبَيْدُ اللَّهِ بْنُ مِقْسَمٍ وَأَبُو الزُّبَيْرِ عَنْ جَابِرٍ قَرَأَ مُعَاذٌ فِى الْعِشَاءِ بِالْبَقَرَةِ . وَتَابَعَهُ الأَعْمَشُ عَنْ مُحَارِبٍ .
“Rəvayət edilir ki, Cabir ibn Abdullah əl-Ənsari ﵄ demişdir: “Bir kişi Muazın İşa namazını qıldırması vaxtı gecə iki dəvəsi ilə gəldi və dəvələrini buraxıb Muaza qoşuldu. Muaz “əl-Bəqərə” və ya “ən-Nisa” surəsini oxuyurdu. Bu kişi namazdan çıxıb getdi. Muazın bu kişi haqqında pis söz deməsi ona çatdıqda o, Peyğəmbərin ﷺ yanına gəlib ona Muaz haqqında şikayət etdi. Peyğəmbər ﷺ də üç dəfə: “Ey Muaz, sən fitnəkarsan?” dedi və davam edib belə buyurdu: “Yaxşı olardı ki, namazda: “...Rəbbinin adına təriflər de!” (“əl-Ə'lə”), “And olsun günəşə və onun saçdığı şəfəqə!” (“əş-Şəms”) və “And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə!” (“əl-Leyl”) surələrini oxuyaydın. Çünki sənin arxanda yaşlılar, zəiflər və (təcili) işi çıxmış kimsələr ola bilər”. Cabir rəvayət edir ki, Muaz İşa namazında “əl-Bəqərə” surəsini oxuyurdu”.”
İstinad
Buxari, 705 (Azan, 103)
Səhih əl-Buxari — Azan kitabı