İmam arxasında namaz qılanların ona tabe olunmaları üçün təyin olunmuşdur
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكِبَ فَرَسًا فَصُرِعَ عَنْهُ ، فَجُحِشَ شِقُّهُ الأَيْمَنُ ، فَصَلَّى صَلاَةً مِنَ الصَّلَوَاتِ وَهْوَ قَاعِدٌ ، فَصَلَّيْنَا وَرَاءَهُ قُعُودًا ، فَلَمَّا انْصَرَفَ قَالَ « إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا صَلَّى قَائِمًا فَصَلُّوا قِيَامًا ، فَإِذَا رَكَعَ فَارْكَعُوا ، وَإِذَا رَفَعَ فَارْفَعُوا ، وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ . فَقُولُوا رَبَّنَا وَلَكَ الْحَمْدُ . وَإِذَا صَلَّى قَائِمًا فَصَلُّوا قِيَامًا ، وَإِذَا صَلَّى جَالِسًا فَصَلُّوا جُلُوسًا أَجْمَعُونَ » . قَالَ أَبُو عَبْدِ اللَّهِ قَالَ الْحُمَيْدِىُّ قَوْلُهُ « إِذَا صَلَّى جَالِسًا فَصَلُّوا جُلُوسًا » . هُوَ فِى مَرَضِهِ الْقَدِيمِ ، ثُمَّ صَلَّى بَعْدَ ذَلِكَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَالِسًا وَالنَّاسُ خَلْفَهُ قِيَامًا ، لَمْ يَأْمُرْهُمْ بِالْقُعُودِ ، وَإِنَّمَا يُؤْخَذُ بِالآخِرِ فَالآخِرِ مِنْ فِعْلِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bir ata minmişdi və ondan yıxılıb sağ tərəfini əzmişdi. O, namazlardan birini oturaraq qıldırdı, biz də onun arxasında namazı oturaraq qıldıq. Namazı bitirdikdən sonra Allah Elçisi ﷺ belə buyurdu: “İmam ona tabe olmaq üçün təyin edilmişdir. O, ayaq üstə namaz qılsa, siz də ayaq üstə namaz qılın. O, rukuya getdikdə, siz də ruku edin. O, dikəldikdə siz də dikəlin. O “Səmi Allahu limən həmidəh” dedikdə siz “Rabbənə və ləkəl-həmd” deyin. O, ayaq üstə namaz qılsa, siz də ayaq üstə namaz qılın. O, oturaraq namaz qılsa, siz də hamılıqla oturaraq namaz qılın!” Ravi əl-Humeydi deyir: “O, oturaraq namaz qılsa, siz də hamılıqla oturaraq namaz qılın!” Bu hal onun əvvəlki xəstələnməsi halında olmuşdur. Bundan sonra Peyğəmbər ﷺ xəstə olduqda oturaraq namaz qıldırmışdı. Onun arxasındakılar isə ayaq üstə idilər və onlara oturmalarını əmr etməmişdir. Peyğəmbərin ﷺ etdiklərindən isə axırıncı etdiyi götürülür”.”
İstinad
Buxari, 689 (Azan, 87)
Səhih əl-Buxari — Azan kitabı