İmamı əvəz edən şəxs camaata namaz qıldırmağa başladıqdan sonra həmişə namazı qıldıran imamın gəlib çıxması, bu halda namazı ilk başlayanın geri çəkilməsi və ya çəkilməyib namazı qıldırmasının icazəli olması
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ أَبِى حَازِمِ بْنِ دِينَارٍ عَنْ سَهْلِ بْنِ سَعْدٍ السَّاعِدِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَهَبَ إِلَى بَنِى عَمْرِو بْنِ عَوْفٍ لِيُصْلِحَ بَيْنَهُمْ فَحَانَتِ الصَّلاَةُ فَجَاءَ الْمُؤَذِّنُ إِلَى أَبِى بَكْرٍ فَقَالَ أَتُصَلِّى لِلنَّاسِ فَأُقِيمَ قَالَ نَعَمْ . فَصَلَّى أَبُو بَكْرٍ ، فَجَاءَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّاسُ فِى الصَّلاَةِ ، فَتَخَلَّصَ حَتَّى وَقَفَ فِى الصَّفِّ ، فَصَفَّقَ النَّاسُ - وَكَانَ أَبُو بَكْرٍ لاَ يَلْتَفِتُ فِى صَلاَتِهِ - فَلَمَّا أَكْثَرَ النَّاسُ التَّصْفِيقَ الْتَفَتَ فَرَأَى رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَشَارَ إِلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنِ امْكُثْ مَكَانَكَ ، فَرَفَعَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ يَدَيْهِ ، فَحَمِدَ اللَّهَ عَلَى مَا أَمَرَهُ بِهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ ذَلِكَ ، ثُمَّ اسْتَأْخَرَ أَبُو بَكْرٍ حَتَّى اسْتَوَى فِى الصَّفِّ ، وَتَقَدَّمَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى ، فَلَمَّا انْصَرَفَ قَالَ « يَا أَبَا بَكْرٍ مَا مَنَعَكَ أَنْ تَثْبُتَ إِذْ أَمَرْتُكَ » . فَقَالَ أَبُو بَكْرٍ مَا كَانَ لاِبْنِ أَبِى قُحَافَةَ أَنْ يُصَلِّىَ بَيْنَ يَدَىْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَا لِى رَأَيْتُكُمْ أَكْثَرْتُمُ التَّصْفِيقَ مَنْ رَابَهُ شَىْءٌ فِى صَلاَتِهِ فَلْيُسَبِّحْ ، فَإِنَّهُ إِذَا سَبَّحَ الْتُفِتَ إِلَيْهِ ، وَإِنَّمَا التَّصْفِيقُ لِلنِّسَاءِ » .
“Səhl ibn Səd əs-Səidi ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Bəni Amr ibn Auf tayfasının arasını düzəltmək üçün onların yanına getmişdi. Bu əsnada namaz vaxtı yetişdi və müəzzin Əbu Bəkrin yanına gəlib dedi: “İnsanlara namaz qıldıracaqsansa, iqaməni verim?” Əbu Bəkr: “Bəli!”– deyə cavab verdi. Əbu Bəkr camaata namaz qıldırırdı ki, camaat namazda ikən Allah Elçisi ﷺ qayıdıb gəldi və cərgələrin arasından keçib birinci cərgədə durdu. Bu vaxt camaat əl çalmağa başladı, lakin Əbu Bəkr namaz qılarkən başını arxaya çevirməzdi. Camaat bərkdən əl çalmağa başladıqda o, arxaya çevrildi və Allah Elçisini ﷺ gördü. Allah Elçisi ﷺ əli ilə ona: “Yerində qal!” işarəsini etdi. Belə olduqda Əbu Bəkr ﵁ əllərini göyə qaldırıb Peyğəmbərin ﷺ ona verdiyi əmrə görə Allaha həmd-səna dedi. Sonra da arxaya çəkilib birinci sırada durdu. Allah Elçisi ﷺ isə önə keçib camaata namaz qıldırdı. Namazı bitirdikdən sonra dedi: “Ey Əbu Bəkr, sənə əmr etdiyim halda yerində qalmağına nə mane oldu?” Əbu Bəkr dedi: “Əbu Quhafənin oğluna Allah Elçisi ﷺ qarşısında namaz qılmaq yaraşmazdı”. Sonra Allah Elçisi ﷺ camaata buyurdu: “Niyə siz bu qədər çox əl çaldınız? Kim namaz əsnasında özündə şübhə doğuran bir şey (hiss etsə), “Subhən-Allah!” - desin. Əgər: “Subhən-Allah!”– desə, ona diqqət yetirilər. Əl çalmaq isə qadınlara aiddir”.”
İstinad
Buxari, 684 (Azan, 82)
Səhih əl-Buxari — Azan kitabı