Təşəhhüdü oxuyanda Sünnəyə müvafiq şəkildə oturmaq
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ أَنَّهُ أَخْبَرَهُ أَنَّهُ كَانَ يَرَى عَبْدَ اللَّهِ بْنَ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا يَتَرَبَّعُ فِى الصَّلاَةِ إِذَا جَلَسَ ، فَفَعَلْتُهُ وَأَنَا يَوْمَئِذٍ حَدِيثُ السِّنِّ ، فَنَهَانِى عَبْدُ اللَّهِ بْنُ عُمَرَ وَقَالَ إِنَّمَا سُنَّةُ الصَّلاَةِ أَنْ تَنْصِبَ رِجْلَكَ الْيُمْنَى وَتَثْنِىَ الْيُسْرَى . فَقُلْتُ إِنَّكَ تَفْعَلُ ذَلِكَ . فَقَالَ إِنَّ رِجْلَىَّ لاَ تَحْمِلاَنِى .
“Rəvayət edilir ki, Abdullah ibn Abdullah ﵀ Abdullah ibn Ömərin ﵄ namazda oturanda ayaqlarını çarpaz qoyduğunu görərdi. Abdullah deyir: “O vaxt cavan idim deyə mən də belə etdim, lakin Abdullah ibn Ömər bunu mənə qadağan edib, dedi: “Namazda (Sünnəyə müvafiq şəkildə) oturmaq üçün sağ ayağının pəncəsini şaquli vəziyyətdə qoyub sol ayağını da büküb üstündə oturmalısan”. Mən dedim: “Axı sən belə edirsən”. O dedi: “Ayaqlarım məni saxlamır deyə belə edirəm”.”
İstinad
Buxari, 827 (Azan, 225)
Səhih əl-Buxari — Azan kitabı