Azan kitabı

Məğrib namazında olan qiraət

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنِ ابْنِ شِهَابٍ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّهُ قَالَ إِنَّ أُمَّ الْفَضْلِ سَمِعَتْهُ وَهُوَ يَقْرَأُ { وَالْمُرْسَلاَتِ عُرْفًا } فَقَالَتْ يَا بُنَىَّ وَاللَّهِ لَقَدْ ذَكَّرْتَنِى بِقِرَاءَتِكَ هَذِهِ السُّورَةَ ، إِنَّهَا لآخِرُ مَا سَمِعْتُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ بِهَا فِى الْمَغْرِبِ .

“Rəvayət edilir ki, bir dəfə Ummu Fədl İbn Abbasın ﵄ “And olsun xeyirlə göndərilənlərə” (əl-Mursələt) surəsini oxuduğunu eşidəndə ona demişdir: “Oğlum! Allaha and olsun, sən bu surəni oxumaqla mənə bir şeyi xatırlatdın. Mən bu surəni axırıncı dəfə Allah Elçisi ﷺ onu Məğrib namazında oxuyarkən eşitmişəm”.”

İbn Abbas
Səhih

İstinad

Buxari, 763 (Azan, 161)

Səhih əl-Buxari — Azan kitabı