Azan kitabı

İmamın təkbirlərini camaata eşitdirən

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ دَاوُدَ قَالَ حَدَّثَنَا الأَعْمَشُ عَنْ إِبْرَاهِيمَ عَنِ الأَسْوَدِ عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ لَمَّا مَرِضَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَضَهُ الَّذِى مَاتَ فِيهِ أَتَاهُ بِلاَلٌ يُؤْذِنُهُ بِالصَّلاَةِ فَقَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ » . قُلْتُ إِنَّ أَبَا بَكْرٍ رَجُلٌ أَسِيفٌ ، إِنْ يَقُمْ مَقَامَكَ يَبْكِى فَلاَ يَقْدِرُ عَلَى الْقِرَاءَةِ . قَالَ « مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ » . فَقُلْتُ مِثْلَهُ فَقَالَ فِى الثَّالِثَةِ أَوِ الرَّابِعَةِ « إِنَّكُنَّ صَوَاحِبُ يُوسُفَ ، مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ » . فَصَلَّى وَخَرَجَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُهَادَى بَيْنَ رَجُلَيْنِ ، كَأَنِّى أَنْظُرُ إِلَيْهِ يَخُطُّ بِرِجْلَيْهِ الأَرْضَ ، فَلَمَّا رَآهُ أَبُو بَكْرٍ ذَهَبَ يَتَأَخَّرُ ، فَأَشَارَ إِلَيْهِ أَنْ صَلِّ ، فَتَأَخَّرَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ وَقَعَدَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى جَنْبِهِ ، وَأَبُو بَكْرٍ يُسْمِعُ النَّاسَ التَّكْبِيرَ . تَابَعَهُ مُحَاضِرٌ عَنِ الأَعْمَشِ .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ ölümü ilə nəticələnən xəstəliyə tutulduğu zaman Bilal gəlib namaza azan verdi. Peyğəmbər ﷺ buyurdu: “Əbu Bəkrə deyin, namaz qıldırsın!” Mən dedim: “Əbu Bəkr ürəyiyumşaq adamdır, əgər sənin yerinə imamlıq etsə, ağlayacaq və namazda Quran oxuya bilməyəcək”. Peyğəmbər ﷺ yenə buyurdu: “Əbu Bəkrə deyin, namaz qıldırsın!” Mən sözümü təkrar etdim, o ona üçüncü və ya dördüncü dəfə belə buyurdu: “Siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, namaz qıldırsın!” Beləliklə, Əbu Bəkr camaata namaz qıldırdı. Bu əsnada Peyğəmbər ﷺ iki nəfərin arasında otağından çıxdı. Mən onun xəstəliyi üzündən ayaqlarını yerlə sürüdüyünü, sanki, indi də görürəm. Əbu Bəkr onun gəldiyini hiss etdikdə geriyə çəkilmək istədi, lakin Peyğəmbər ﷺ əli ilə ona işarə etdi ki, yerində qal, lakin Əbu Bəkr ﵁ geri çəkildi. Peyğəmbər ﷺ Əbu Bəkrin yanında oturdu. Əbu Bəkr də təkbirləri camaata eşitdirirdi”.”

Aişə
Səhih

İstinad

Buxari, 712 (Azan, 110)

Səhih əl-Buxari — Azan kitabı