Elmi və hörməti olan kəslər camaata namaz qıldırmağa daha haqlıdırlar
حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ هِشَامِ بْنِ عُرْوَةَ عَنْ أَبِيهِ عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّهَا قَالَتْ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فِى مَرَضِهِ « مُرُوا أَبَا بَكْرٍ يُصَلِّى بِالنَّاسِ » . قَالَتْ عَائِشَةُ قُلْتُ إِنَّ أَبَا بَكْرٍ إِذَا قَامَ فِى مَقَامِكَ لَمْ يُسْمِعِ النَّاسَ مِنَ الْبُكَاءِ ، فَمُرْ عُمَرَ فَلْيُصَلِّ لِلنَّاسِ . فَقَالَتْ عَائِشَةُ فَقُلْتُ لِحَفْصَةَ قُولِى لَهُ إِنَّ أَبَا بَكْرٍ إِذَا قَامَ فِى مَقَامِكَ لَمْ يُسْمِعِ النَّاسَ مِنَ الْبُكَاءِ ، فَمُرْ عُمَرَ فَلْيُصَلِّ لِلنَّاسِ . فَفَعَلَتْ حَفْصَةُ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَهْ ، إِنَّكُنَّ لأَنْتُنَّ صَوَاحِبُ يُوسُفَ ، مُرُوا أَبَا بَكْرٍ فَلْيُصَلِّ لِلنَّاسِ » . فَقَالَتْ حَفْصَةُ لِعَائِشَةَ مَا كُنْتُ لأُصِيبَ مِنْكِ خَيْرًا .
“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ xəstələndiyi zaman buyurdu: “Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Mən dedim: “Əbu Bəkr sənin yerinə imamlıq etsə, onun ağlamağı səbəbindən camaat heç nə eşidə bilməyəcək. Buna görə də camaata namaz qıldırmağı Ömərə həvalə et”. Aişə deyir: “Mən Həfsaya dedim: “Peyğəmbərə ﷺ de ki, Əbu Bəkr onun yerinə imamlıq etsə, onun ağlamağı səbəbindən camaat heç nə eşidə bilməyəcək. Ona görə camaata namaz qıldırmağı Ömərə həvalə etsin”. Həfsa belə də etdi, lakin Allah Elçisi ﷺ buyurdu: “Yetər! Həqiqətən, siz Yusufa gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə deyin, camaata namaz qıldırsın!” Bundan sonra Həfsa Aişəyə dedi: “Mən heç vaxt səndən xeyir görmədim”.”
İstinad
Buxari, 679 (Azan, 77)
Səhih əl-Buxari — Azan kitabı