Peyğəmbərin ﷺ rukunu və səcdəni tam etməyənə namazı yenidən qılmağı əmr etməsi
حَدَّثَنَا مُسَدَّدٌ قَالَ أَخْبَرَنِى يَحْيَى بْنُ سَعِيدٍ عَنْ عُبَيْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سَعِيدٌ الْمَقْبُرِىُّ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ الْمَسْجِدَ فَدَخَلَ رَجُلٌ فَصَلَّى ثُمَّ جَاءَ فَسَلَّمَ عَلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَدَّ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَيْهِ السَّلاَمَ فَقَالَ « ارْجِعْ فَصَلِّ فَإِنَّكَ لَمْ تُصَلِّ » فَصَلَّى ، ثُمَّ جَاءَ فَسَلَّمَ عَلَى النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ « ارْجِعْ فَصَلِّ فَإِنَّكَ لَمْ تُصَلِّ » . ثَلاَثًا . فَقَالَ وَالَّذِى بَعَثَكَ بِالْحَقِّ فَمَا أُحْسِنُ غَيْرَهُ فَعَلِّمْنِى . قَالَ « إِذَا قُمْتَ إِلَى الصَّلاَةِ فَكَبِّرْ ، ثُمَّ اقْرَأْ مَا تَيَسَّرَ مَعَكَ مِنَ الْقُرْآنِ ، ثُمَّ ارْكَعْ حَتَّى تَطْمَئِنَّ رَاكِعًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَعْتَدِلَ قَائِمًا ، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَطْمَئِنَّ جَالِسًا ، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ، ثُمَّ افْعَلْ ذَلِكَ فِى صَلاَتِكَ كُلِّهَا » .
“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ məscidə daxil oldu, arxasınca da bir nəfər ora daxil olub namaz qıldı və namazı bitirdikdən sonra Peyğəmbərə ﷺ salam verdi. Peyğəmbər ﷺ onun salamını aldı və buyurdu: “Qayıt namazını qıl, çünki sən namaz qılmadın”. O, namaz qıldı, sonra da Peyğəmbərin ﷺ yanına gəlib ona salam verdi. Peyğəmbər ﷺ yenə ona buyurdu: “Qayıt namazını qıl, çünki sən namaz qılmadın”. Bu hal üç dəfə təkrar oldu. Sonra o adam dedi: “Səni haqq ilə Göndərənə and olsun ki, mən bundan daha düzgün olanını qıla bilmirəm. Mənə nə edəcəyimi öyrət!” O buyurdu: “Namaza duranda təkbir et, sonra Qurandan sənə asan gələni oxu, sonra rukuya get (və bunu) rahat şəkildə yerinə yetir, sonra dikəlib qamətini düz tut, sonra səcdəyə get (və bunu) rahat şəkildə yerinə yetir, sonra qalx otur, tam rahat ol, sonra yenə səcdəyə get (və bunu) rahat şəkildə yerinə yetir və namazının qalan rükətlərində də belə et”.”
İstinad
Buxari, 793 (Azan, 191)
Səhih əl-Buxari — Azan kitabı