Azan kitabı

Palçığın içində burun üzərinə səcdə etmək

حَدَّثَنَا مُوسَى قَالَ حَدَّثَنَا هَمَّامٌ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ قَالَ انْطَلَقْتُ إِلَى أَبِى سَعِيدٍ الْخُدْرِىِّ فَقُلْتُ أَلاَ تَخْرُجُ بِنَا إِلَى النَّخْلِ نَتَحَدَّثْ فَخَرَجَ . فَقَالَ قُلْتُ حَدِّثْنِى مَا سَمِعْتَ مِنَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى لَيْلَةِ الْقَدْرِ . قَالَ اعْتَكَفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَشْرَ الأُوَلِ مِنْ رَمَضَانَ ، وَاعْتَكَفْنَا مَعَهُ ، فَأَتَاهُ جِبْرِيلُ فَقَالَ إِنَّ الَّذِى تَطْلُبُ أَمَامَكَ . فَاعْتَكَفَ الْعَشْرَ الأَوْسَطَ ، فَاعْتَكَفْنَا مَعَهُ ، فَأَتَاهُ جِبْرِيلُ فَقَالَ إِنَّ الَّذِى تَطْلُبُ أَمَامَكَ . فَقَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَطِيبًا صَبِيحَةَ عِشْرِينَ مِنْ رَمَضَانَ فَقَالَ « مَنْ كَانَ اعْتَكَفَ مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلْيَرْجِعْ ، فَإِنِّى أُرِيتُ لَيْلَةَ الْقَدْرِ ، وَإِنِّى نُسِّيتُهَا ، وَإِنَّهَا فِى الْعَشْرِ الأَوَاخِرِ فِى وِتْرٍ ، وَإِنِّى رَأَيْتُ كَأَنِّى أَسْجُدُ فِى طِينٍ وَمَاءٍ » . وَكَانَ سَقْفُ الْمَسْجِدِ جَرِيدَ النَّخْلِ وَمَا نَرَى فِى السَّمَاءِ شَيْئًا ، فَجَاءَتْ قَزْعَةٌ فَأُمْطِرْنَا ، فَصَلَّى بِنَا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى رَأَيْتُ أَثَرَ الطِّينِ وَالْمَاءِ عَلَى جَبْهَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَرْنَبَتِهِ تَصْدِيقَ رُؤْيَاهُ .

“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ demişdir: “Mən Əbu Səid əl-Xudrinin yanına getdim və dedim: “Bizimlə birlikdə xurmalığa tərəf gəlib söhbət edə bilərik?” O, bizimlə gəldi və mən ona dedim: “Qədr gecəsi haqda Peyğəmbərdən ﷺ eşitdiyini mənə danış”. O dedi: “Allah Elçisi ﷺ Ramazan ayının ilk on günündə etikaf etdi. Biz də onunla birlikdə etikaf etdik. Sonra onun yanına Cəbrail gəlib dedi: “Axtardığın şey qarşındadır”. Allah Elçisi ﷺ Ramazan ayının orta on gününü etikaf etdi. Sonra onun yanına Cəbrail gəlib dedi: “Axtardığın şey qarşındadır”. Peyğəmbər ﷺ Ramazan ayının iyirminci gününün səhəri minbərə qalxıb xütbə verdi və dedi: “Kim Peyğəmbər ﷺ ilə etikaf etmişdirsə, (etikafını davam etməyə) qayıtsın. Çünki Qədr gecəsinin nə zaman olacağı mənə göstərildi, sonra isə bu mənə unutduruldu. O, son on günün tək gecələrindədir. Mən yuxuda palçıq və su üzərinə səcdə etdiyimi gördüm”. Ravi deyir: “Məscidin tavanı xurma ağacından idi. Biz göydə bir şey görmürdük. Birdən bir bulud parçası gəldi və biz yağışa düşdük. Peyğəmbər ﷺ bizə namaz qıldırdı və mən Peyğəmbərin ﷺ alnındakı palçığın və suyun izini gördüm. Bu da onun yuxusunun təsdiqi idi”.”

Əbu Sələmə
Səhih

İstinad

Buxari, 813 (Azan, 211)

Səhih əl-Buxari — Azan kitabı