Cümə kitabı

Cümə namazına gələndə hər kəs özünün ən gözəl geyimini geyinməlidir

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ نَافِعٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ رَأَى حُلَّةَ سِيَرَاءَ عِنْدَ بَابِ الْمَسْجِدِ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، لَوِ اشْتَرَيْتَ هَذِهِ فَلَبِسْتَهَا يَوْمَ الْجُمُعَةِ وَلِلْوَفْدِ إِذَا قَدِمُوا عَلَيْكَ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّمَا يَلْبَسُ هَذِهِ مَنْ لاَ خَلاَقَ لَهُ فِى الآخِرَةِ » . ثُمَّ جَاءَتْ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْهَا حُلَلٌ ، فَأَعْطَى عُمَرَ بْنَ الْخَطَّابِ مِنْهَا حُلَّةً فَقَالَ عُمَرُ يَا رَسُولَ اللَّهِ ، كَسَوْتَنِيهَا وَقَدْ قُلْتَ فِى حُلَّةِ عُطَارِدٍ مَا قُلْتَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنِّى لَمْ أَكْسُكَهَا لِتَلْبَسَهَا » . فَكَسَاهَا عُمَرُ بْنُ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ أَخًا لَهُ بِمَكَّةَ مُشْرِكًا .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, bir dəfə Ömər ibn əl-Xattab məscidin qapısının yanında satılan ipək paltarı görüb dedi: “Ey Allahın Elçisi! Yaxşı olar ki, bu paltarı alasan və onu həm cümə günləri, həm də yanına nümayəndələr gələndə geyinəsən”. Allah Elçisi ﷺ buyurdu: “Bu paltarı Axirətdə heç bir payı olmayan kəs geyinər!” Sonralar Allah Elçisinə ﷺ belə ipək paltarlar gətirdilər və o, bunlardan birini Ömər ibn əl-Xattaba verdi. Ömər dedi: “Ey Allahın Elçisi! Sən mənə bu paltarı verdin, halbuki özün Utaridin gətirdiyi paltarlar haqda dediyini demişdin!” Allah Elçisi ﷺ buyurdu: “Mən bunu sənə ona görə vermədim ki, sən onu geyinəsən”. Belə olduqda, Ömər ibn əl-Xattab ﵁ onu Məkkədə yaşayan müşrik qardaşına göndərdi.”

Abdullah ibn Ömər
Səhih

İstinad

Buxari, 886 (Cümə, 11)

Səhih əl-Buxari — Cümə kitabı