Səhih əl-BuxariCümə kitabı

Kitab 11

Cümə kitabı

كِتَابُ الجُمْعَةِ

66

hədis

Fəsil 1

Cümənin fərz olması

باب فَرْضِ الْجُمُعَةِ

لِقَوْلِ اللَّهِ تَعَالَى { إِذَا نُودِىَ لِلصَّلاَةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ذَلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ }

Uca Allahın bu kəlamına “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı yad etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” (əl-Cumuə, 9) görə.

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ قَالَ حَدَّثَنَا أَبُو الزِّنَادِ أَنَّ عَبْدَ الرَّحْمَنِ بْنَ هُرْمُزَ الأَعْرَجَ مَوْلَى رَبِيعَةَ بْنِ الْحَارِثِ حَدَّثَهُ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «نَحْنُ الآخِرُونَ السَّابِقُونَ يَوْمَ الْقِيَامَةِ ، بَيْدَ أَنَّهُمْ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِنَا ، ثُمَّ هَذَا يَوْمُهُمُ الَّذِى فُرِضَ عَلَيْهِمْ فَاخْتَلَفُوا فِيهِ ، فَهَدَانَا اللَّهُ ، فَالنَّاسُ لَنَا فِيهِ تَبَعٌ ، الْيَهُودُ غَدًا وَالنَّصَارَى بَعْدَ غَدٍ»

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Baxmayaraq onlara (Kitab əhlinə) bizdən əvvəl Kitab verilmişdir, lakin biz sonuncular (ümmətlərin sonuncusu) Qiyamət günü birinci olacağıq. Onlar özlərinə vacib buyrulmuş bu günlər barəsində ixtilafa düşdülər. Lakin Allah bizi (bu günü ehtiramla keçirməyə) müvəffəq etdi və bu xüsusda insanlar bizim ardımızca gəldilər, yəhudilər sabahkı günü (şənbəni), xristianlar isə ondan sonrakı günü (bazarı gününü təntənə ilə qeyd edirlər)”.”

Əbu Hureyra
SəhihBuxari, 876 (Cümə, 1)

Fəsil 2

Cümə günü qüsl almağın fəziləti, həmçinin uşaqlar və qadınlar Cümədə iştirak edə bilərlərmi?

باب فَضْلِ الْغُسْلِ يَوْمَ الْجُمُعَةِ ، وَهَلْ عَلَى الصَّبِىِّ شُهُودُ يَوْمِ الْجُمُعَةِ أَوْ عَلَى النِّسَاءِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ نَافِعٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا جَاءَ أَحَدُكُمُ الْجُمُعَةَ فَلْيَغْتَسِلْ » .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri Cüməyə gəldikdə qüsl alsın”.”

Abdullah ibn Ömər
SəhihBuxari, 877 (Cümə, 2)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدِ بْنِ أَسْمَاءَ قَالَ أَخْبَرَنَا جُوَيْرِيَةُ عَنْ مَالِكٍ عَنِ الزُّهْرِىِّ عَنْ سَالِمِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ بَيْنَمَا هُوَ قَائِمٌ فِى الْخُطْبَةِ يَوْمَ الْجُمُعَةِ إِذْ دَخَلَ رَجُلٌ مِنَ الْمُهَاجِرِينَ الأَوَّلِينَ مِنْ أَصْحَابِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَنَادَاهُ عُمَرُ أَيَّةُ سَاعَةٍ هَذِهِ قَالَ إِنِّى شُغِلْتُ فَلَمْ أَنْقَلِبْ إِلَى أَهْلِى حَتَّى سَمِعْتُ التَّأْذِينَ ، فَلَمْ أَزِدْ أَنْ تَوَضَّأْتُ . فَقَالَ وَالْوُضُوءُ أَيْضًا وَقَدْ عَلِمْتَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَأْمُرُ بِالْغُسْلِ .

“İbn Ömər ﵄ rəvayət edir ki, Ömər ibn əl-Xattab Cümə günü minbərdə ayaqüstə xütbə dediyi əsnada Peyğəmbərin ﷺ səhabələrindən və ilk mühacirlərdən bir kişi gəldi (onun Osman ibn Əffan olduğu deyilir). Ömər ona uca səslə: “Bu hansı saatdır?”- deyə nida etdi. O dedi: “Mən məşğul idim, evimə gələndə azanı eşitdim, ona görə (Cüməyə çatmaq üçün) ancaq dəstəmaz aldım”. Ömər dedi: “Allah Elçisinin ﷺ qüsl almağı əmr etdiyini bildiyin halda yalnız dəstəmaz aldın?!””

İbn Ömər
SəhihBuxari, 878 (Cümə, 3)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ صَفْوَانَ بْنِ سُلَيْمٍ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « غُسْلُ يَوْمِ الْجُمُعَةِ وَاجِبٌ عَلَى كُلِّ مُحْتَلِمٍ » .

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cümə günü qüsl almaq hər bir həddi-büluğa çatmış kəsə vacibdir”.”

Əbu Səid əl-Xudri
SəhihBuxari, 879 (Cümə, 4)

Fəsil 3

Cümə namazı üçün ətirlənmək

باب الطِّيبِ لِلْجُمُعَةِ

حَدَّثَنَا عَلِىٌّ قَالَ حَدَّثَنَا حَرَمِىُّ بْنُ عُمَارَةَ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ أَبِى بَكْرِ بْنِ الْمُنْكَدِرِ قَالَ حَدَّثَنِى عَمْرُو بْنُ سُلَيْمٍ الأَنْصَارِىُّ قَالَ أَشْهَدُ عَلَى أَبِى سَعِيدٍ قَالَ أَشْهَدُ عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « الْغُسْلُ يَوْمَ الْجُمُعَةِ وَاجِبٌ عَلَى كُلِّ مُحْتَلِمٍ ، وَأَنْ يَسْتَنَّ وَأَنْ يَمَسَّ طِيبًا إِنْ وَجَدَ » . قَالَ عَمْرٌو أَمَّا الْغُسْلُ فَأَشْهَدُ أَنَّهُ وَاجِبٌ ، وَأَمَّا الاِسْتِنَانُ وَالطِّيبُ فَاللَّهُ أَعْلَمُ أَوَاجِبٌ هُوَ أَمْ لاَ ، وَلَكِنْ هَكَذَا فِى الْحَدِيثِ . قَالَ أَبُو عَبْدِ اللَّهِ هُوَ أَخُو مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ وَلَمْ يُسَمَّ أَبُو بَكْرٍ هَذَا . رَوَاهُ عَنْهُ بُكَيْرُ بْنُ الأَشَجِّ وَسَعِيدُ بْنُ أَبِى هِلاَلٍ وَعِدَّةٌ . وَكَانَ مُحَمَّدُ بْنُ الْمُنْكَدِرِ يُكْنَى بِأَبِى بَكْرٍ وَأَبِى عَبْدِ اللَّهِ .

“Rəvayət edilir ki, Amr ibn Suleym əl-Ənsari ﵀ demişdir: “Mən Əbu Səidin belə dediyinə şahid oldum: “Mən şahidlik edirəm ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Cümə qüslünü almaq həddi-buluğa çatmış hər kəsə vacibdir. Həmçinin, imkan daxilində dişlərini misvakla təmizləməli və ətirdən istifadə etməlidir”. Ravi Amr dedi: “Qüsl almağa gəlincə, bunun vacib olduğuna mən də şəhadət edirəm, lakin misvaklanmağın və ətirlənməyin vacib olduğunu Allah bilir vacibdir və ya yox, bilmirəm. Bu hədisdə olan belədir”.”

Amr ibn Suleym əl-Ənsari
SəhihBuxari, 880 (Cümə, 5)

Fəsil 4

Cümə namazının fəziləti

باب فَضْلِ الْجُمُعَةِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ سُمَىٍّ مَوْلَى أَبِى بَكْرِ بْنِ عَبْدِ الرَّحْمَنِ عَنْ أَبِى صَالِحٍ السَّمَّانِ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنِ اغْتَسَلَ يَوْمَ الْجُمُعَةِ غُسْلَ الْجَنَابَةِ ثُمَّ رَاحَ فَكَأَنَّمَا قَرَّبَ بَدَنَةً ، وَمَنْ رَاحَ فِى السَّاعَةِ الثَّانِيَةِ فَكَأَنَّمَا قَرَّبَ بَقَرَةً ، وَمَنْ رَاحَ فِى السَّاعَةِ الثَّالِثَةِ فَكَأَنَّمَا قَرَّبَ كَبْشًا أَقْرَنَ ، وَمَنْ رَاحَ فِى السَّاعَةِ الرَّابِعَةِ فَكَأَنَّمَا قَرَّبَ دَجَاجَةً ، وَمَنْ رَاحَ فِى السَّاعَةِ الْخَامِسَةِ فَكَأَنَّمَا قَرَّبَ بَيْضَةً ، فَإِذَا خَرَجَ الإِمَامُ حَضَرَتِ الْمَلاَئِكَةُ يَسْتَمِعُونَ الذِّكْرَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cənabət qüslu kimi qüsl edib Cümə gününün ilk saatında məscidə gedən adam bir dəvə, ikinci saatında gedən adam bir inək, üçüncü saatında gedən adam buynuzlu bir qoç, dördüncü saatında gedən adam bir toyuq və beşinci saatında gedən adam bir yumurta qurban vermiş kimidir. İmam (minbərə) qalxdıqda isə mələklər gəlib zikri (xütbəni) dinləyir”.”

Əbu Hureyra
SəhihBuxari, 881 (Cümə, 6)

Fəsil 5

Fəsil

باب

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا شَيْبَانُ عَنْ يَحْيَى عَنْ أَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ بَيْنَمَا هُوَ يَخْطُبُ يَوْمَ الْجُمُعَةِ إِذْ دَخَلَ رَجُلٌ فَقَالَ عُمَرُ لِمَ تَحْتَبِسُونَ عَنِ الصَّلاَةِ فَقَالَ الرَّجُلُ مَا هُوَ إِلاَّ سَمِعْتُ النِّدَاءَ تَوَضَّأْتُ . فَقَالَ أَلَمْ تَسْمَعُوا النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا رَاحَ أَحَدُكُمْ إِلَى الْجُمُعَةِ فَلْيَغْتَسِلْ » .

“Əbu Hureyra ﵄ rəvayət edir ki, Ömər ﵁ Cümə günü minbərdə ayaqüstə xütbə dediyi əsnada bir kişi məscidə girdi. Ömər dedi: “Niyə namaza gecikirsiz?” Kişi dedi: “Mən azanı eşidən kimi (Cüməyə gecikməmək üçün) dəstəmaz alıb gəldim”. Ömər dedi: “Məgər Peyğəmbərin ﷺ: “Sizdən biri Cüməyə gəldiyi vaxt qüsl alsın”- dediyini eşitməmisiz?!””

Əbu Hureyra
SəhihBuxari, 882 (Cümə, 7)

Fəsil 6

Cümə günü saçların yağlanması

باب الدُّهْنِ لِلْجُمُعَةِ

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ عَنْ سَعِيدٍ الْمَقْبُرِىِّ قَالَ أَخْبَرَنِى أَبِى عَنِ ابْنِ وَدِيعَةَ عَنْ سَلْمَانَ الْفَارِسِىِّ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ يَغْتَسِلُ رَجُلٌ يَوْمَ الْجُمُعَةِ ، وَيَتَطَهَّرُ مَا اسْتَطَاعَ مِنْ طُهْرٍ ، وَيَدَّهِنُ مِنْ دُهْنِهِ ، أَوْ يَمَسُّ مِنْ طِيبِ بَيْتِهِ ثُمَّ يَخْرُجُ ، فَلاَ يُفَرِّقُ بَيْنَ اثْنَيْنِ ، ثُمَّ يُصَلِّى مَا كُتِبَ لَهُ ، ثُمَّ يُنْصِتُ إِذَا تَكَلَّمَ الإِمَامُ ، إِلاَّ غُفِرَ لَهُ مَا بَيْنَهُ وَبَيْنَ الْجُمُعَةِ الأُخْرَى » .

“Rəvayət edilir ki, Salman əl-Farisi ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Kim cümə günü qüsl alıb bacardığı qədər təmizlənər, (saçlarını) yağlayar və ya evində olan ətirdən özünə vurar, sonra (Cümə namazına) gedər və camaatın başının üstündən keçmədən (bir tərəfə çəkilib Allahın) ona buyurduğu namazı qılar və bundan sonra imam xütbə deyərkən susub dinləyərsə, onun həmin cümə ilə əvvəlki cümə arasında olan (kiçik günahları) bağışlanar”.”

Salman əl-Farisi
SəhihBuxari, 883 (Cümə, 8)

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ طَاوُسٌ قُلْتُ لاِبْنِ عَبَّاسٍ ذَكَرُوا أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « اغْتَسِلُوا يَوْمَ الْجُمُعَةِ وَاغْسِلُوا رُءُوسَكُمْ وَإِنْ لَمْ تَكُونُوا جُنُبًا ، وَأَصِيبُوا مِنَ الطِّيبِ » . قَالَ ابْنُ عَبَّاسٍ أَمَّا الْغُسْلُ فَنَعَمْ ، وَأَمَّا الطِّيبُ فَلاَ أَدْرِى .

“Rəvayət edilir ki, Tavus ﵀ demişdir: “Mən İbn Abbasa dedim: “Peyğəmbər ﷺ belə demişdir: “Cümə günü, cənabətli olmasanız belə qüsl edin, başınızı yuyun və ətirlənin”. İbn Abbas dedi: “O ki qaldı qüsl etməyə, bəli elədir, ətir barəsində isə bir şey bilmirəm”.”

Tavus
SəhihBuxari, 884 (Cümə, 9)

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُوسَى قَالَ أَخْبَرَنَا هِشَامٌ أَنَّ ابْنَ جُرَيْجٍ أَخْبَرَهُمْ قَالَ أَخْبَرَنِى إِبْرَاهِيمُ بْنُ مَيْسَرَةَ عَنْ طَاوُسٍ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّهُ ذَكَرَ قَوْلَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى الْغُسْلِ يَوْمَ الْجُمُعَةِ فَقُلْتُ لاِبْنِ عَبَّاسٍ أَيَمَسُّ طِيبًا أَوْ دُهْنًا إِنْ كَانَ عِنْدَ أَهْلِهِ فَقَالَ لاَ أَعْلَمُهُ .

“Tavus ﵀ rəvayət edir ki, İbn Abbas ﵄ Peyğəmbərin ﷺ cümə günü qüsl almaq kəlamını xatırlatdı. Tavus deyir: “Mən İbn Abbasa dedim: “Kişi ailəsinin yanında ətir və ya yağ sürtə bilər” İbn Abbas dedi: “Onu bilmirəm”.”

Tavus
SəhihBuxari, 885 (Cümə, 10)

Fəsil 7

Cümə namazına gələndə hər kəs özünün ən gözəl geyimini geyinməlidir

باب يَلْبَسُ أَحْسَنَ مَا يَجِدُ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ نَافِعٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ رَأَى حُلَّةَ سِيَرَاءَ عِنْدَ بَابِ الْمَسْجِدِ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، لَوِ اشْتَرَيْتَ هَذِهِ فَلَبِسْتَهَا يَوْمَ الْجُمُعَةِ وَلِلْوَفْدِ إِذَا قَدِمُوا عَلَيْكَ . فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّمَا يَلْبَسُ هَذِهِ مَنْ لاَ خَلاَقَ لَهُ فِى الآخِرَةِ » . ثُمَّ جَاءَتْ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْهَا حُلَلٌ ، فَأَعْطَى عُمَرَ بْنَ الْخَطَّابِ مِنْهَا حُلَّةً فَقَالَ عُمَرُ يَا رَسُولَ اللَّهِ ، كَسَوْتَنِيهَا وَقَدْ قُلْتَ فِى حُلَّةِ عُطَارِدٍ مَا قُلْتَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنِّى لَمْ أَكْسُكَهَا لِتَلْبَسَهَا » . فَكَسَاهَا عُمَرُ بْنُ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ أَخًا لَهُ بِمَكَّةَ مُشْرِكًا .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, bir dəfə Ömər ibn əl-Xattab məscidin qapısının yanında satılan ipək paltarı görüb dedi: “Ey Allahın Elçisi! Yaxşı olar ki, bu paltarı alasan və onu həm cümə günləri, həm də yanına nümayəndələr gələndə geyinəsən”. Allah Elçisi ﷺ buyurdu: “Bu paltarı Axirətdə heç bir payı olmayan kəs geyinər!” Sonralar Allah Elçisinə ﷺ belə ipək paltarlar gətirdilər və o, bunlardan birini Ömər ibn əl-Xattaba verdi. Ömər dedi: “Ey Allahın Elçisi! Sən mənə bu paltarı verdin, halbuki özün Utaridin gətirdiyi paltarlar haqda dediyini demişdin!” Allah Elçisi ﷺ buyurdu: “Mən bunu sənə ona görə vermədim ki, sən onu geyinəsən”. Belə olduqda, Ömər ibn əl-Xattab ﵁ onu Məkkədə yaşayan müşrik qardaşına göndərdi.”

Abdullah ibn Ömər
SəhihBuxari, 886 (Cümə, 11)

Fəsil 8

Cümə günü misvakdan istifadə etmək

باب السِّوَاكِ يَوْمَ الْجُمُعَةِ

وَقَالَ أَبُو سَعِيدٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَنُّ .

Əbu Səid ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ dişlərini misvakla təmizləyərdi.

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِى - أَوْ عَلَى النَّاسِ - لأَمَرْتُهُمْ بِالسِّوَاكِ مَعَ كُلِّ صَلاَةٍ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əgər ümmətimə (və ya insanlara) çətin olmasaydı, onlara hər namazdan əvvəl (dişlərini) misvakla təmizləməyi əmr edərdim”.”

Əbu Hureyra
SəhihBuxari, 887 (Cümə, 12)

حَدَّثَنَا أَبُو مَعْمَرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْوَارِثِ قَالَ حَدَّثَنَا شُعَيْبُ بْنُ الْحَبْحَابِ حَدَّثَنَا أَنَسٌ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « أَكْثَرْتُ عَلَيْكُمْ فِى السِّوَاكِ » .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən misvaka dair sizə dəfələrlə nəsihət etmişəm”.”

Ənəs
SəhihBuxari, 888 (Cümə, 13)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ كَثِيرٍ قَالَ أَخْبَرَنَا سُفْيَانُ عَنْ مَنْصُورٍ وَحُصَيْنٍ عَنْ أَبِى وَائِلٍ عَنْ حُذَيْفَةَ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ مِنَ اللَّيْلِ يَشُوصُ فَاهُ .

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Peyğəmbər ﷺ gecə yuxudan oyandıqda ağzını (misvakla) təmizləyərdi”.”

Huzeyfə
SəhihBuxari, 889 (Cümə, 14)

Fəsil 9

Başqasının misvakından istifadə etmək

باب مَنْ تَسَوَّكَ بِسِوَاكِ غَيْرِهِ

حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ حَدَّثَنِى سُلَيْمَانُ بْنُ بِلاَلٍ قَالَ قَالَ هِشَامُ بْنُ عُرْوَةَ أَخْبَرَنِى أَبِى عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ دَخَلَ عَبْدُ الرَّحْمَنِ بْنُ أَبِى بَكْرٍ ، وَمَعَهُ سِوَاكٌ يَسْتَنُّ بِهِ ، فَنَظَرَ إِلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ لَهُ أَعْطِنِى هَذَا السِّوَاكَ يَا عَبْدَ الرَّحْمَنِ . فَأَعْطَانِيهِ فَقَصَمْتُهُ ثُمَّ مَضَغْتُهُ ، فَأَعْطَيْتُهُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَاسْتَنَّ بِهِ وَهْوَ مُسْتَسْنِدٌ إِلَى صَدْرِى .

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Abdur-Rahmən ibn Əbu Bəkr misvakdan istifadə edərək içəri daxil oldu. Allah Elçisi ﷺ ona baxırdı. Mən ona dedim: “Bu misvakı mənə ver, ey Abdur-Rahmən!” O, misvakı mənə verdi, mən də Abdur-Rahmənin dişlərini sürtdüyü hissəni qırdım və misvakın təzələnmiş tərəfini çeynəyib Allah Elçisinə ﷺ verdim. Allah Elçisi ﷺ də mənim sinəmə söykənərək o misvakla dişlərini fırçaladı”.”

Aişə
SəhihBuxari, 890 (Cümə, 15)

Fəsil 10

Cümə günü Sübh namazında oxunan surələr haqda

باب مَا يُقْرَأُ فِى صَلاَةِ الْفَجْرِ يَوْمَ الْجُمُعَةِ

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ عَنْ عَبْدِ الرَّحْمَنِ - هُوَ ابْنُ هُرْمُزَ - عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِى الْجُمُعَةِ فِى صَلاَةِ الْفَجْرِ { الم * تَنْزِيلُ } السَّجْدَةَ وَ { هَلْ أَتَى عَلَى الإِنْسَانِ }

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ cümə günləri Sübh namazında “Əlif. Ləm. Mim. Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi olan Allah nazil etmişdir” (əs-Səcdə) və “Doğrudanmı, insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?” (əl-İnsan) surələrini oxuyardı”.”

Əbu Hureyra
SəhihBuxari, 891 (Cümə, 16)

Fəsil 11

Kənd və şəhərlərdə cümə namazının qılınması

باب الْجُمُعَةِ فِى الْقُرَى وَالْمُدْنِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى قَالَ حَدَّثَنَا أَبُو عَامِرٍ الْعَقَدِىُّ قَالَ حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ طَهْمَانَ عَنْ أَبِى جَمْرَةَ الضُّبَعِىِّ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّهُ قَالَ إِنَّ أَوَّلَ جُمُعَةٍ جُمِّعَتْ بَعْدَ جُمُعَةٍ فِى مَسْجِدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِى مَسْجِدِ عَبْدِ الْقَيْسِ بِجُوَاثَى مِنَ الْبَحْرَيْنِ .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisinin ﷺ Mədinədəki məscidində qılınan cümə namazından sonra Mədinədən kənarda ilk qılınan cümə namazı Bəhreyndə olan əl-Cuvasa adlı yerdə Abdul-Qeys məscidində qılınmışdır”.”

İbn Abbas
SəhihBuxari, 892 (Cümə, 17)

حَدَّثَنَا بِشْرُ بْنُ مُحَمَّدٍ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا يُونُسُ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنَا سَالِمُ بْنُ عَبْدِ اللَّهِ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « كُلُّكُمْ رَاعٍ » . وَزَادَ اللَّيْثُ قَالَ يُونُسُ كَتَبَ رُزَيْقُ بْنُ حُكَيْمٍ إِلَى ابْنِ شِهَابٍ - وَأَنَا مَعَهُ يَوْمَئِذٍ بِوَادِى الْقُرَى - هَلْ تَرَى أَنْ أُجَمِّعَ . وَرُزَيْقٌ عَامِلٌ عَلَى أَرْضٍ يَعْمَلُهَا ، وَفِيهَا جَمَاعَةٌ مِنَ السُّودَانِ وَغَيْرِهِمْ ، وَرُزَيْقٌ يَوْمَئِذٍ عَلَى أَيْلَةَ ، فَكَتَبَ ابْنُ شِهَابٍ - وَأَنَا أَسْمَعُ - يَأْمُرُهُ أَنْ يُجَمِّعَ ، يُخْبِرُهُ أَنَّ سَالِمًا حَدَّثَهُ أَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ يَقُولُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « كُلُّكُمْ رَاعٍ ، وَكُلُّكُمْ مَسْئُولٌ عَنْ رَعِيَّتِهِ ، الإِمَامُ رَاعٍ وَمَسْئُولٌ عَنْ رَعِيَّتِهِ ، وَالرَّجُلُ رَاعٍ فِى أَهْلِهِ وَهْوَ مَسْئُولٌ عَنْ رَعِيَّتِهِ ، وَالْمَرْأَةُ رَاعِيَةٌ فِى بَيْتِ زَوْجِهَا وَمَسْئُولَةٌ عَنْ رَعِيَّتِهَا ، وَالْخَادِمُ رَاعٍ فِى مَالِ سَيِّدِهِ وَمَسْئُولٌ عَنْ رَعِيَّتِهِ - قَالَ وَحَسِبْتُ أَنْ قَدْ قَالَ - وَالرَّجُلُ رَاعٍ فِى مَالِ أَبِيهِ وَمَسْئُولٌ عَنْ رَعِيَّتِهِ وَكُلُّكُمْ رَاعٍ وَمَسْئُولٌ عَنْ رَعِيَّتِهِ » .

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Hər biriniz himayəçisiniz”. Ravi Yunus deyir: “Ruzeyq ibn Hukeym İbn Şihaba bir məktub yazdı. Bu vaxt mən də Vadil-Qurada İbn Şihabın yanında idim. Ruzeyq məktubda “Burada cümə namazını qıldırmağım icazəlidirmi?” deyərək soruşurdu. Ruzeyq həm Əylənin valisi, həm də vilayət ərazisində tarla ilə məşğul olan adam idi və ətrafında Sudan və başqa yerlərdən adamlar var idi. İbn Şihab ona cavab yazdı və o, cavabı oxudu, ona görə də mən məktubda yazılanları eşitdim. Cavab məktubunda Ruzeyqə cümə namazını qıldırmasını əmr etdi və ona Səlimdən eşitdiyi bu hədisi xəbər verdi: “Abdullah ibn Ömər demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Hər biriniz himayəçisiniz və hər biriniz himayəsində olanlara cavabdehdir. Əmir himayədardır və o, öz rəiyyətinə cavabdehdir. Kişi öz ailəsinin hamisidir və o, öz himayəsində olanlara cavabdehdir. Qadın ərinin evinə nəzarət edəndir və o, öz nəzarətində olanlara cavabdehdir. Xidmətçi ağasının malına nəzarət edəndir və o, buna cavabdehdir”. Ravi deyir: “Deyəsən, İbn Ömər “...kişi atasının malına nəzarət edəndir və o, buna cavabdehdir. Hər biriniz himayəçisiniz və hər biriniz himayəsində olanlara cavabdehdir”.”

İbn Ömər
SəhihBuxari, 893 (Cümə, 18)

Fəsil 12

Cümə namazında iştirak etməyən qadın, uşaq və digərləri qüsl almalıdırlarmı?

باب هَلْ عَلَى مَنْ لَمْ يَشْهَدِ الْجُمُعَةَ غُسْلٌ مِنَ النِّسَاءِ وَالصِّبْيَانِ وَغَيْرِهِمْ

وَقَالَ ابْنُ عُمَرَ إِنَّمَا الْغُسْلُ عَلَى مَنْ تَجِبُ عَلَيْهِ الْجُمُعَةُ .

İbn Ömər ﵄ demişdir: “Cümə günü qüsl almaqla mükəlləf olanlar ancaq cümədə iştirakı vacib olanlardır”.

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ حَدَّثَنِى سَالِمُ بْنُ عَبْدِ اللَّهِ أَنَّهُ سَمِعَ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا يَقُولُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنْ جَاءَ مِنْكُمُ الْجُمُعَةَ فَلْيَغْتَسِلْ » .

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Sizdən kim cüməyə gəlirsə, qüsl alıb gəlsin”.”

Abdullah ibn Ömər
SəhihBuxari, 894 (Cümə, 19)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ صَفْوَانَ بْنِ سُلَيْمٍ عَنْ عَطَاءِ بْنِ يَسَارٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « غُسْلُ يَوْمِ الْجُمُعَةِ وَاجِبٌ عَلَى كُلِّ مُحْتَلِمٍ » .

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cümə günü qüsl almaq hər bir həddi-büluğa çatana vacibdir”.”

Əbu Səid əl-Xudri
SəhihBuxari, 895 (Cümə, 20)

حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ قَالَ حَدَّثَنَا وُهَيْبٌ قَالَ حَدَّثَنَا ابْنُ طَاوُسٍ عَنْ أَبِيهِ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « نَحْنُ الآخِرُونَ السَّابِقُونَ يَوْمَ الْقِيَامَةِ ، أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِنَا ، وَأُوتِينَاهُ مِنْ بَعْدِهِمْ ، فَهَذَا الْيَوْمُ الَّذِى اخْتَلَفُوا فِيهِ فَهَدَانَا اللَّهُ ، فَغَدًا لِلْيَهُودِ وَبَعْدَ غَدٍ لِلنَّصَارَى » . فَسَكَتَ .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Biz sonuncular Qiyamət günü birinci olacağıq. Halbuki kitab onlara bizdən əvvəl, bizə isə onlardan sonra verilmişdir. Bu, onların barəsində ixtilaf etdiyi gündür. Allah bizi (bu günü ehtiramla keçirməyə) müvəffəq etdi, yəhudilər sabahkı günü (şənbəni), xristianlar isə ondan sonrakı günü (bazar gününü təntənə ilə qeyd edirlər)”. O susdu...”

Əbu Hureyra
SəhihBuxari, 896 (Cümə, 21)

ثُمَّ قَالَ « حَقٌّ عَلَى كُلِّ مُسْلِمٍ أَنْ يَغْتَسِلَ فِى كُلِّ سَبْعَةِ أَيَّامٍ يَوْمًا يَغْسِلُ فِيهِ رَأْسَهُ وَجَسَدَهُ » .

“Sonra buyurdu: “Hər bir müsəlman həftədə bir dəfə qüsl etməli – başını və bədənini yumalıdır”.”

Əbu Hureyra
SəhihBuxari, 897 (Cümə, 22)

رَوَاهُ أَبَانُ بْنُ صَالِحٍ عَنْ مُجَاهِدٍ عَنْ طَاوُسٍ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لِلَّهِ تَعَالَى عَلَى كُلِّ مُسْلِمٍ حَقٌّ أَنْ يَغْتَسِلَ فِى كُلِّ سَبْعَةِ أَيَّامٍ يَوْمًا » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Yeddi gündə bir dəfə yuyunmaq Uca Allahın hər bir müsəlmanın üzərinə qoyduğu haqdır”.”

Əbu Hureyra
SəhihBuxari, 898 (Cümə, 23)

Fəsil 13

Fəsil

باب

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدٍ حَدَّثَنَا شَبَابَةُ حَدَّثَنَا وَرْقَاءُ عَنْ عَمْرِو بْنِ دِينَارٍ عَنْ مُجَاهِدٍ عَنِ ابْنِ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « ائْذَنُوا لِلنِّسَاءِ بِاللَّيْلِ إِلَى الْمَسَاجِدِ » .

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Gecə vaxtı qadınların məscidə getmələrinə izin verin”.”

İbn Ömər
SəhihBuxari, 899 (Cümə, 24)

حَدَّثَنَا يُوسُفُ بْنُ مُوسَى حَدَّثَنَا أَبُو أُسَامَةَ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ عُمَرَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ قَالَ كَانَتِ امْرَأَةٌ لِعُمَرَ تَشْهَدُ صَلاَةَ الصُّبْحِ وَالْعِشَاءِ فِى الْجَمَاعَةِ فِى الْمَسْجِدِ ، فَقِيلَ لَهَا لِمَ تَخْرُجِينَ وَقَدْ تَعْلَمِينَ أَنَّ عُمَرَ يَكْرَهُ ذَلِكَ وَيَغَارُ قَالَتْ وَمَا يَمْنَعُهُ أَنْ يَنْهَانِى قَالَ يَمْنَعُهُ قَوْلُ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لاَ تَمْنَعُوا إِمَاءَ اللَّهِ مَسَاجِدَ اللَّهِ » .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Ömərin bir zövcəsi var idi ki, Sübh və İşa namazlarını hər gün məsciddə qılardı. Ona dedilər: “Ömərin xoşuna gəlmədiyini və qısqanc olduğunu bildiyin halda nəyə görə məscidə gəlirsən?” Qadın dedi: “Bilirsiniz onun mənə mane olmasının qarşısını nə alır? Onun mane olmaması Allah Elçisinin ﷺ bu sözünə görədir: “Allahın qadın qullarını Allahın məscidlərinə gəlmələrinə mane olmayın”.”

İbn Ömər
SəhihBuxari, 900 (Cümə, 25)

Fəsil 14

Leysan yağışda Cümə namazına gəlməmək rüxsəti

باب الرُّخْصَةِ إِنْ لَمْ يَحْضُرِ الْجُمُعَةَ فِى الْمَطَرِ

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ أَخْبَرَنِى عَبْدُ الْحَمِيدِ صَاحِبُ الزِّيَادِىِّ قَالَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ الْحَارِثِ ابْنُ عَمِّ مُحَمَّدِ بْنِ سِيرِينَ قَالَ ابْنُ عَبَّاسٍ لِمُؤَذِّنِهِ فِى يَوْمٍ مَطِيرٍ إِذَا قُلْتَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ . فَلاَ تَقُلْ حَىَّ عَلَى الصَّلاَةِ . قُلْ صَلُّوا فِى بُيُوتِكُمْ . فَكَأَنَّ النَّاسَ اسْتَنْكَرُوا ، قَالَ فَعَلَهُ مَنْ هُوَ خَيْرٌ مِنِّى ، إِنَّ الْجُمُعَةَ عَزْمَةٌ ، وَإِنِّى كَرِهْتُ أَنْ أُخْرِجَكُمْ ، فَتَمْشُونَ فِى الطِّينِ وَالدَّحْضِ .

“Rəvayət edilir ki, Muhəmməd ibn Sirinin əmisi oğlu Abdullah ibn əl-Haris ﵀ demişdir: “İbn Abbas yağışlı bir gündə müəzzininə dedi: “Əşhədu ənnə Muhəmmədən Rasulullah” dedikdən sonra “Həyyə aləs-salət” əvəzinə “Namazı evlərinizdə qılın!” de”. Bu, camaatın xoşuna gəlmədi. İbn Abbas dedi: “Bunu məndən daha xeyirli olan (Peyğəmbər ﷺ) demişdir. Həqiqətən, cümə vacibdir. Mən isə sizin palçıqda və çətinlik çəkərək evinizdən çıxıb gəlmənizi istəmədim”.”

Abdullah ibn əl-Haris
SəhihBuxari, 901 (Cümə, 26)

Fəsil 15

Cümə namazına haradan və kimlər gəlməlidir?

باب مِنْ أَيْنَ تُؤْتَى الْجُمُعَةُ وَعَلَى مَنْ تَجِبُ

لِقَوْلِ اللَّهِ - جَلَّ وَعَزَّ - { إِذَا نُودِىَ لِلصَّلاَةِ مِنْ يَوْمِ الْجُمُعَةِ } . وَقَالَ عَطَاءٌ إِذَا كُنْتَ فِى قَرْيَةٍ جَامِعَةٍ ، فَنُودِىَ بِالصَّلاَةِ مِنْ يَوْمِ الْجُمُعَةِ ، فَحَقٌّ عَلَيْكَ أَنْ تَشْهَدَهَا ، سَمِعْتَ النِّدَاءَ أَوْ لَمْ تَسْمَعْهُ . وَكَانَ أَنَسٌ رَضِيَ اللَّهُ عَنْهُ فِى قَصْرِهِ أَحْيَانًا يُجَمِّعُ وَأَحْيَانًا لاَ يُجَمِّعُ ، وَهْوَ بِالزَّاوِيَةِ عَلَى فَرْسَخَيْنِ .

Allahın ﷿ bu “Cümə günü namaza çağırıldığınız zaman...” (əl-Cumuə, 9) kəlmına görə. Əta ﵀ demişdir: “Kənddə toplum içində olduğun zaman cümə günü namaza azan verilsə, orada iştirak etmək sənin üzərinə düşən haqdır. Azanı eşitsən də, eşitməsən də belədir”. Ənəs ﵁ (Bəsrədə) qəsrdə qaldıqda cüməyə gələr, bəzi vaxtlarda isə gəlməzdi. Bu qəsr (Bəsrədən) iki fərsəx uzaqlıqda yerləşən əz-Zaviyədə idi”.

حَدَّثَنَا أَحْمَدُ قَالَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ قَالَ أَخْبَرَنِى عَمْرُو بْنُ الْحَارِثِ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ أَبِى جَعْفَرٍ أَنَّ مُحَمَّدَ بْنَ جَعْفَرِ بْنِ الزُّبَيْرِ حَدَّثَهُ عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ كَانَ النَّاسُ يَنْتَابُونَ يَوْمَ الْجُمُعَةِ مِنْ مَنَازِلِهِمْ وَالْعَوَالِى ، فَيَأْتُونَ فِى الْغُبَارِ ، يُصِيبُهُمُ الْغُبَارُ وَالْعَرَقُ ، فَيَخْرُجُ مِنْهُمُ الْعَرَقُ ، فَأَتَى رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنْسَانٌ مِنْهُمْ وَهْوَ عِنْدِى ، فَقَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « لَوْ أَنَّكُمْ تَطَهَّرْتُمْ لِيَوْمِكُمْ هَذَا » .

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Cümə günü camaat namaza öz evlərindən və əl-Əvalidən növbə ilə gələrdi. Onlar toz-torpağa bulaşmış və qan-tərə batmış halda məscidə gələrdilər, bədənlərindən də həmişə tər axardı. Allah Elçisi ﷺ mənim yanımda olanda onlardan biri onun yanına gəldi və Peyğəmbər ﷺ buyurdu: “Nə olaydı ki, siz bu gününüz üçün yuyunardınız”.”

Aişə
SəhihBuxari, 902 (Cümə, 27)

Fəsil 16

Cümənin ilk vaxtı günəşin zenitdən batmağa doğru meyl etdiyi vaxtdır

باب وَقْتُ الْجُمُعَةِ إِذَا زَالَتِ الشَّمْسُ

وَكَذَلِكَ يُرْوَى عَنْ عُمَرَ وَعَلِىٍّ وَالنُّعْمَانِ بْنِ بَشِيرٍ وَعَمْرِو بْنِ حُرَيْثٍ رضى الله عنهم .

Ömər, Əli, Numan ibn Bəşr və Amr ibn Hureysdən ﵃ də belə rəvayət olunmuşdur.

حَدَّثَنَا عَبْدَانُ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا يَحْيَى بْنُ سَعِيدٍ أَنَّهُ سَأَلَ عَمْرَةَ عَنِ الْغُسْلِ يَوْمَ الْجُمُعَةِ فَقَالَتْ قَالَتْ عَائِشَةُ رَضِيَ اللَّهُ عَنْهَا كَانَ النَّاسُ مَهَنَةَ أَنْفُسِهِمْ ، وَكَانُوا إِذَا رَاحُوا إِلَى الْجُمُعَةِ رَاحُوا فِى هَيْئَتِهِمْ فَقِيلَ لَهُمْ لَوِ اغْتَسَلْتُمْ .

“Rəvayət edilir ki, Yəhya ibn Səid ﵀ Amradan cümə günü edilən qüsl haqda soruşdu. O da Aişənin ﵂ belə dediyini söylədi: “O vaxtlar camaat öz işlərində çalışar və cümə namazına gələndə işçi görkəmində gələrdilər. Belə olduqda, onlara: “Nə olaydı ki, siz yuyunaydınız”– deyildi”.”

Yəhya ibn Səid
SəhihBuxari, 903 (Cümə, 28)

حَدَّثَنَا سُرَيْجُ بْنُ النُّعْمَانِ قَالَ حَدَّثَنَا فُلَيْحُ بْنُ سُلَيْمَانَ عَنْ عُثْمَانَ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ عُثْمَانَ التَّيْمِىِّ عَنْ أَنَسِ بْنِ مَالِكٍ رضى الله عنه أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى الْجُمُعَةَ حِينَ تَمِيلُ الشَّمْسُ .

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ cümə namazını gün batmağa meyl etdiyi vaxt qılardı.”

Ənəs ibn Malik
SəhihBuxari, 904 (Cümə, 29)

حَدَّثَنَا عَبْدَانُ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا حُمَيْدٌ عَنْ أَنَسٍ قَالَ كُنَّا نُبَكِّرُ بِالْجُمُعَةِ ، وَنَقِيلُ بَعْدَ الْجُمُعَةِ .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Biz cümə namazını erkən qılar, gündüz yuxusunu (qayluləni) cümədən sonra edərdik”.”

Ənəs
SəhihBuxari, 905 (Cümə, 30)

Fəsil 17

Cümə günü həddən artıq isti olduqda nə etmək lazımdır?

باب إِذَا اشْتَدَّ الْحَرُّ يَوْمَ الْجُمُعَةِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِى بَكْرٍ الْمُقَدَّمِىُّ قَالَ حَدَّثَنَا حَرَمِىُّ بْنُ عُمَارَةَ قَالَ حَدَّثَنَا أَبُو خَلْدَةَ - هُوَ خَالِدُ بْنُ دِينَارٍ - قَالَ سَمِعْتُ أَنَسَ بْنَ مَالِكٍ يَقُولُ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اشْتَدَّ الْبَرْدُ بَكَّرَ بِالصَّلاَةِ ، وَإِذَا اشْتَدَّ الْحَرُّ أَبْرَدَ بِالصَّلاَةِ ، يَعْنِى الْجُمُعَةَ . قَالَ يُونُسُ بْنُ بُكَيْرٍ أَخْبَرَنَا أَبُو خَلْدَةَ فَقَالَ بِالصَّلاَةِ ، وَلَمْ يَذْكُرِ الْجُمُعَةَ . وَقَالَ بِشْرُ بْنُ ثَابِتٍ حَدَّثَنَا أَبُو خَلْدَةَ قَالَ صَلَّى بِنَا أَمِيرٌ الْجُمُعَةَ ثُمَّ قَالَ لأَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ كَيْفَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّى الظُّهْرَ

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Hava çox soyuq olduqda Peyğəmbər ﷺ cümə namazını erkən qılar, havanın istiliyi şiddətli olduqda isə sərin düşənədək namazı təxirə salardı”. Ravi Əbu Xaldə “cümə namazı” deyil, ümumən “namaz” sözünü qeyd etdi. Həmçinin ravi Əbu Xaldə deyir: “Bir əmir bizə cüməni qıldırdıqdan sonra Ənəsə: “Peyğəmbər Zöhr namazını necə qıldırardı?” (Ənəs də yuxarıdakı cavabı vermişdi)”.”

Ənəs ibn Malik
SəhihBuxari, 906 (Cümə, 31)

Fəsil 18

Cümə namazına piyada getmək

باب الْمَشْىِ إِلَى الْجُمُعَةِ

وَقَوْلِ اللَّهِ - جَلَّ ذِكْرُهُ - { فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ } . وَمَنْ قَالَ السَّعْىُ الْعَمَلُ وَالذَّهَابُ لِقَوْلِهِ تَعَالَى { وَسَعَى لَهَا سَعْيَهَا } . وَقَالَ ابْنُ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا يَحْرُمُ الْبَيْعُ حِينَئِذٍ . وَقَالَ عَطَاءٌ تَحْرُمُ الصِّنَاعَاتُ كُلُّهَا . وَقَالَ إِبْرَاهِيمُ بْنُ سَعْدٍ عَنِ الزُّهْرِىِّ إِذَا أَذَّنَ الْمُؤَذِّنُ يَوْمَ الْجُمُعَةِ وَهْوَ مُسَافِرٌ فَعَلَيْهِ أَنْ يَشْهَدَ .

Və zikri uca olan Allahın “Allahı yad etməyə tələsin...” (əl-Cumuə, 9) kəlamı və “tələsin” əmri, “Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa...” (əl-İsra, 19) kəlamına görə cümə namazı üçün çalışmaq və ona getmək mənasındadır” deyən kimsə. İbn Abbas ﵄ demişdir: “Cümə namazı üçün azan verildikdə alış-veriş haram olur”. Əta ﵀ demişdir: “Azan verilməklə bütün işləri davam etdirmək haram olur”. Rəvayət edilir ki, əz-Zuhri ﵀ demişdir: “Cümə günü müəzzin azan oxuduqda səfərdə olan kimsə azanı eşidərsə, həmin cümədə iştirak etməsi (müstəhəb olaraq) lazımdır”.

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ أَبِى مَرْيَمَ قَالَ حَدَّثَنَا عَبَايَةُ بْنُ رِفَاعَةَ قَالَ أَدْرَكَنِى أَبُو عَبْسٍ وَأَنَا أَذْهَبُ إِلَى الْجُمُعَةِ فَقَالَ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « مَنِ اغْبَرَّتْ قَدَمَاهُ فِى سَبِيلِ اللَّهِ حَرَّمَهُ اللَّهُ عَلَى النَّارِ » .

“Rəvayət edilir ki, Abayə ibn Rifəa ﵀ demişdir: “Mən cümə namazına gedərkən Əbu Abs arxadan mənə çatıb dedi: “Mən Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişəm: “Kimin ayaqları Allah yolunda toz-torpağa bulaşarsa, Allah ona Cəhənnəm odunu haram edər”.”

Abayə ibn Rifəa
SəhihBuxari, 907 (Cümə, 32)

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ قَالَ الزُّهْرِىُّ عَنْ سَعِيدٍ وَأَبِى سَلَمَةَ عَنْ أَبِى هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ . وَحَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ « إِذَا أُقِيمَتِ الصَّلاَةُ فَلاَ تَأْتُوهَا تَسْعَوْنَ ، وَأْتُوهَا تَمْشُونَ عَلَيْكُمُ السَّكِينَةُ ، فَمَا أَدْرَكْتُمْ فَصَلُّوا ، وَمَا فَاتَكُمْ فَأَتِمُّوا » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “İqaməni eşitdiyiniz zaman namaza tələsərək gəlməyin, sakitcə və təmkinlə gəlin. Hansı (rükətə) çatsanız, (onu imamla birlikdə) qılın, buraxdıqlarınızı isə (tək) tamamlayın”.”

Əbu Hureyra
SəhihBuxari, 908 (Cümə, 33)

حَدَّثَنَا عَمْرُو بْنُ عَلِىٍّ قَالَ حَدَّثَنِى أَبُو قُتَيْبَةَ قَالَ حَدَّثَنَا عَلِىُّ بْنُ الْمُبَارَكِ عَنْ يَحْيَى بْنِ أَبِى كَثِيرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ أَبِى قَتَادَةَ - لاَ أَعْلَمُهُ إِلاَّ عَنْ أَبِيهِ - عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « لاَ تَقُومُوا حَتَّى تَرَوْنِى ، وَعَلَيْكُمُ السَّكِينَةُ » .

“Abdullah ibn Əbu qatədə atasından rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “(Namaz qılmaq üçün) məni görmədən ayağa durmayın və təmkinli olun!””

Abdullah ibn Əbu Qatədə atasından
SəhihBuxari, 909 (Cümə, 34)

Fəsil 19

Cümə günü məsciddə iki nəfərin arasında oturmaq

باب لاَ يُفَرَّقُ بَيْنَ اثْنَيْنِ يَوْمَ الْجُمُعَةِ

حَدَّثَنَا عَبْدَانُ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا ابْنُ أَبِى ذِئْبٍ عَنْ سَعِيدٍ الْمَقْبُرِىِّ عَنْ أَبِيهِ عَنِ ابْنِ وَدِيعَةَ عَنْ سَلْمَانَ الْفَارِسِىِّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنِ اغْتَسَلَ يَوْمَ الْجُمُعَةِ ، وَتَطَهَّرَ بِمَا اسْتَطَاعَ مِنْ طُهْرٍ ، ثُمَّ ادَّهَنَ أَوْ مَسَّ مِنْ طِيبٍ ، ثُمَّ رَاحَ فَلَمْ يُفَرِّقْ بَيْنَ اثْنَيْنِ ، فَصَلَّى مَا كُتِبَ لَهُ ، ثُمَّ إِذَا خَرَجَ الإِمَامُ أَنْصَتَ ، غُفِرَ لَهُ مَا بَيْنَهُ وَبَيْنَ الْجُمُعَةِ الأُخْرَى » .

“Rəvayət edilir ki, Salman əl-Farisi ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim cümə günü qüsl edib bacardığı qədər təmizlənər, (saçlarını) yağlayar və ya ətirlənər, sonra (cümə namazına) gedər və camaatın başının üstündən keçmədən (bir tərəfə çəkilib Allahın) ona buyurduğu namazı qılar və bundan sonra imam minbərə çıxdıqda susarsa, bu kimsənin həmin cümə ilə ötən cümə arasında olan (kiçik günahları) bağışlanar”.”

Salman əl-Farisi
SəhihBuxari, 910 (Cümə, 35)

Fəsil 20

Adam cümə günü qardaşını oturduğu yerdən durğuzub onun yerində oturmamalıdır

باب لاَ يُقِيمُ الرَّجُلُ أَخَاهُ يَوْمَ الْجُمُعَةِ وَيَقْعُدُ فِى مَكَانِهِ

حَدَّثَنَا مُحَمَّدٌ قَالَ أَخْبَرَنَا مَخْلَدُ بْنُ يَزِيدَ قَالَ أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ قَالَ سَمِعْتُ نَافِعًا يَقُولُ سَمِعْتُ ابْنَ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا يَقُولُ نَهَى النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يُقِيمَ الرَّجُلُ أَخَاهُ مِنْ مَقْعَدِهِ وَيَجْلِسَ فِيهِ . قُلْتُ لِنَافِعٍ الْجُمُعَةَ قَالَ الْجُمُعَةَ وَغَيْرَهَا .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ məsciddə olan hər kəsə qardaşını yerindən durğuzub onun yerində oturmağı qadağan etmişdir”. Ondan soruşdular: “O, cümə namazını qəsd edirdi?” O: “İstər cümə namazı, istərsə də başqa namaz olsun”– deyə cavab verdi”.”

İbn Ömər
SəhihBuxari, 911 (Cümə, 36)

Fəsil 21

Cümə günü azan vermək

باب الأَذَانِ يَوْمَ الْجُمُعَةِ

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ عَنِ الزُّهْرِىِّ عَنِ السَّائِبِ بْنِ يَزِيدَ قَالَ كَانَ النِّدَاءُ يَوْمَ الْجُمُعَةِ أَوَّلُهُ إِذَا جَلَسَ الإِمَامُ عَلَى الْمِنْبَرِ عَلَى عَهْدِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبِى بَكْرٍ وَعُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا فَلَمَّا كَانَ عُثْمَانُ رَضِيَ اللَّهُ عَنْهُ وَكَثُرَ النَّاسُ زَادَ النِّدَاءَ الثَّالِثَ عَلَى الزَّوْرَاءِ .

“Rəvayət edilir ki, əs-Saib ibn Yəzid ﵁ demişdir: “Peyğəmbərin ﷺ, Əbu Bəkrin və Ömərin ﵄ yaşadıqları dövrdə cümə namazının azanı imam minbərdə oturduğu vaxt oxunardı. Osman ﵁ (xəlifə) olduqda və camaatın sayı artdıqda, o, “əz-Zəvra” adlı yerdə verilən üçüncü azanı əlavə etdi”.”

əs-Saib ibn Yəzid
SəhihBuxari, 912 (Cümə, 37)

Fəsil 22

Cümə günü bir müəzzinin olması

باب الْمُؤَذِّنِ الْوَاحِدِ يَوْمَ الْجُمُعَةِ

حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِى سَلَمَةَ الْمَاجِشُونُ عَنِ الزُّهْرِىِّ عَنِ السَّائِبِ بْنِ يَزِيدَ أَنَّ الَّذِى زَادَ التَّأْذِينَ الثَّالِثَ يَوْمَ الْجُمُعَةِ عُثْمَانُ بْنُ عَفَّانَ رَضِيَ اللَّهُ عَنْهُ حِينَ كَثُرَ أَهْلُ الْمَدِينَةِ ، وَلَمْ يَكُنْ لِلنَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُؤَذِّنٌ غَيْرَ وَاحِدٍ ، وَكَانَ التَّأْذِينُ يَوْمَ الْجُمُعَةِ حِينَ يَجْلِسُ الإِمَامُ ، يَعْنِى عَلَى الْمِنْبَرِ .

“əs-Saib ibn Yəzid ﵁ rəvayət edir ki, Osman ibn Əffanın ﵁ dövründə Mədinənin əhalisi çoxaldıqda üçüncü azan əlavə edildi. Peyğəmbərin ﷺ isə ancaq bir müəzzini vardı və cümə günü azan imam minbərdə oturanda verilərdi.”

əs-Saib ibn Yəzid
SəhihBuxari, 913 (Cümə, 38)

Fəsil 23

İmamın minbərin üzərində azanı eşitdikdə müəzzinin sözlərini təkrar etməsi

باب يُؤَذِّنُ الإِمَامُ عَلَى الْمِنْبَرِ إِذَا سَمِعَ النِّدَاءَ

حَدَّثَنَا ابْنُ مُقَاتِلٍ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا أَبُو بَكْرِ بْنُ عُثْمَانَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ عَنْ أَبِى أُمَامَةَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ قَالَ سَمِعْتُ مُعَاوِيَةَ بْنَ أَبِى سُفْيَانَ ، وَهُوَ جَالِسٌ عَلَى الْمِنْبَرِ ، أَذَّنَ الْمُؤَذِّنُ قَالَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ . قَالَ مُعَاوِيَةُ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ . قَالَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ . فَقَالَ مُعَاوِيَةُ وَأَنَا . فَقَالَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ . فَقَالَ مُعَاوِيَةُ وَأَنَا . فَلَمَّا أَنْ قَضَى التَّأْذِينَ قَالَ يَا أَيُّهَا النَّاسُ إِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى هَذَا الْمَجْلِسِ حِينَ أَذَّنَ الْمُؤَذِّنُ يَقُولُ مَا سَمِعْتُمْ مِنِّى مِنْ مَقَالَتِى .

“Rəvayət edilir ki, Əbu Umamə ibn Səhl ibn Huneyf demişdir: “Mən Müaviyə ibn Əbu Süfyanın minbərdə oturduğu halda müəzzin azan verib: “Allahu Əkbər, Allahu Əkbər”– dedikdə, Müaviyənin: “Allahu Əkbər, Allahu Əkbər”– dediyini; (müəzzin): “Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur”– dedikdə, Müaviyə: “Mən də (şahidlik edirəm)”– dediyini; (müəzzin): “Mən şahidlik edirəm ki, Muhəmməd Allahın elçisidir”– dedikdə, Müaviyənin: “Mən də (şahidlik edirəm)”– dediyini və müəzzin azanı bitirdikdə (Müaviyənin) belə dediyini eşitmişəm: “Ey insanlar! Mən Peyğəmbərin ﷺ bu yerdə, müəzzin azan verərkən indi məndən eşitdiyinizi eynilə dediyini eşitmişəm”.”

Əbu Umamə ibn Səhl ibn Huneyf
SəhihBuxari, 914 (Cümə, 39)

Fəsil 24

Müəzzin azan verəndə imamın minbərdə oturması

باب الْجُلُوسِ عَلَى الْمِنْبَرِ عِنْدَ التَّأْذِينِ

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ أَنَّ السَّائِبَ بْنَ يَزِيدَ أَخْبَرَهُ أَنَّ التَّأْذِينَ الثَّانِىَ يَوْمَ الْجُمُعَةِ أَمَرَ بِهِ عُثْمَانُ حِينَ كَثُرَ أَهْلُ الْمَسْجِدِ ، وَكَانَ التَّأْذِينُ يَوْمَ الْجُمُعَةِ حِينَ يَجْلِسُ الإِمَامُ .

“əs-Saib ibn Yəzid ﵁ rəvayət edir ki, cümə günü ikinci dəfə azan verməyi Mədinənin əhalisi çoxaldığı üçün Osman əmr verdi. Cümə günü azan imam minbərdə oturanda verilərdi.”

əs-Saib ibn Yəzid
SəhihBuxari, 915 (Cümə, 40)

Fəsil 25

Azanı xütbəyə yaxın vermək

باب التَّأْذِينِ عِنْدَ الْخُطْبَةِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُقَاتِلٍ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا يُونُسُ عَنِ الزُّهْرِىِّ قَالَ سَمِعْتُ السَّائِبَ بْنَ يَزِيدَ يَقُولُ إِنَّ الأَذَانَ يَوْمَ الْجُمُعَةِ كَانَ أَوَّلُهُ حِينَ يَجْلِسُ الإِمَامُ يَوْمَ الْجُمُعَةِ عَلَى الْمِنْبَرِ فِى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبِى بَكْرٍ وَعُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا فَلَمَّا كَانَ فِى خِلاَفَةِ عُثْمَانَ رَضِيَ اللَّهُ عَنْهُ وَكَثُرُوا ، أَمَرَ عُثْمَانُ يَوْمَ الْجُمُعَةِ بِالأَذَانِ الثَّالِثِ ، فَأُذِّنَ بِهِ عَلَى الزَّوْرَاءِ ، فَثَبَتَ الأَمْرُ عَلَى ذَلِكَ .

“Rəvayət edilir ki, əs-Saib ibn Yəzid ﵁ demişdir: “Cümə günü azan Allah Elçisinin ﷺ və Əbu Bəkrin ﵁ dövründə imam minbərdə oturanda verilərdi. Osmanın ﵁ xilafəti dövründə isə insanlar çoxaldıqda Osman üçüncü dəfə azanın verilməsini əmr etdi. Bu azan “əz-Zəura” adlı yerdə verilməyə başladı və beləliklə bu əmr sabit olaraq qaldı”.”

əs-Saib ibn Yəzid
SəhihBuxari, 916 (Cümə, 41)

Fəsil 26

Minbərin üzərində xütbə vermək

باب الْخُطْبَةِ عَلَى الْمِنْبَرِ

وَقَالَ أَنَسٌ رَضِيَ اللَّهُ عَنْهُ خَطَبَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْمِنْبَرِ .

Ənəs ﵁ demiçdir: “Peyğəmbər ﷺ minbərin üzərində xütbə verdi”.

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا يَعْقُوبُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ مُحَمَّدِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عَبْدٍ الْقَارِىُّ الْقُرَشِىُّ الإِسْكَنْدَرَانِىُّ قَالَ حَدَّثَنَا أَبُو حَازِمِ بْنُ دِينَارٍ أَنَّ رِجَالاً أَتَوْا سَهْلَ بْنَ سَعْدٍ السَّاعِدِىَّ ، وَقَدِ امْتَرَوْا فِى الْمِنْبَرِ مِمَّ عُودُهُ فَسَأَلُوهُ عَنْ ذَلِكَ فَقَالَ وَاللَّهِ إِنِّى لأَعْرِفُ مِمَّا هُوَ ، وَلَقَدْ رَأَيْتُهُ أَوَّلَ يَوْمٍ وُضِعَ ، وَأَوَّلَ يَوْمٍ جَلَسَ عَلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَرْسَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى فُلاَنَةَ - امْرَأَةٍ قَدْ سَمَّاهَا سَهْلٌ - « مُرِى غُلاَمَكِ النَّجَّارَ أَنْ يَعْمَلَ لِى أَعْوَادًا أَجْلِسُ عَلَيْهِنَّ إِذَا كَلَّمْتُ النَّاسَ » . فَأَمَرَتْهُ فَعَمِلَهَا مِنْ طَرْفَاءِ الْغَابَةِ ثُمَّ جَاءَ بِهَا ، فَأَرْسَلَتْ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَمَرَ بِهَا فَوُضِعَتْ هَا هُنَا ، ثُمَّ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى عَلَيْهَا ، وَكَبَّرَ وَهْوَ عَلَيْهَا ، ثُمَّ رَكَعَ وَهْوَ عَلَيْهَا ، ثُمَّ نَزَلَ الْقَهْقَرَى فَسَجَدَ فِى أَصْلِ الْمِنْبَرِ ثُمَّ عَادَ ، فَلَمَّا فَرَغَ أَقْبَلَ عَلَى النَّاسِ فَقَالَ « أَيُّهَا النَّاسُ إِنَّمَا صَنَعْتُ هَذَا لِتَأْتَمُّوا وَلِتَعَلَّمُوا صَلاَتِى » .

“Əbu Hazim ibn Dinar ﵀ rəvayət edir ki, Peyğəmbərin ﷺ minbərinin hansı ağacdan düzəldildiyi barədə aralarına fikir ayrılığı düşmüş bir dəstə adam Səhl ibn Səd əs-Səidinin yanına gəlib bu haqda ondan soruşdu. O dedi: “Allaha and olsun ki, mən onun nədən olduğunu yaxşı bilirəm. Mən onu həm qoyulduğu gün, həm də Allah Elçisinin ﷺ onun üstündə oturduğu ilk gündə görmüşəm. Allah Elçisi ﷺ filan qadının yanına adam göndərib buyurdu: “Dülgər kölənə əmr et, mənim üçün ağacdan elə bir şey düzəltsin ki, mən camaata xütbə verərkən onun üstündə otura bilim”. Qadın bunu öz köləsinə əmr etdi və o da meşə yulğunundan minbər düzəldib onun yanına apardı. Qadın onu Allah Elçisinə ﷺ göndərdi, Allah Elçisi ﷺ də onun buraya qoyulmasını əmr etdi. Mən Allah Elçisinin ﷺ onun üstündə namaz qıldığını da görmüşəm. O, minbərin üstündə olarkən: “Allahu Əkbər”– dedi, (Qurandan oxuduqdan) sonra rukuya getdi, sonra rukudan geri çəkilərək minbərdən aşağı endi və minbərin dibində səcdə etdi, sonra yenidən minbərə qalxıb namazını davam etdi. Namazı bitirdikdən sonra camaata tərəf dönüb, buyurdu: “Ey insanlar! Mən belə etdim ki, siz də mənə baxıb mənim etdiklərimi edəsiniz və mənim necə namaz qıldığımı öyrənəsiniz”.”

Əbu Hazim ibn Dinar
SəhihBuxari, 917 (Cümə, 42)

حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِى مَرْيَمَ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ قَالَ أَخْبَرَنِى يَحْيَى بْنُ سَعِيدٍ قَالَ أَخْبَرَنِى ابْنُ أَنَسٍ أَنَّهُ سَمِعَ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ قَالَ كَانَ جِذْعٌ يَقُومُ إِلَيْهِ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا وُضِعَ لَهُ الْمِنْبَرُ سَمِعْنَا لِلْجِذْعِ مِثْلَ أَصْوَاتِ الْعِشَارِ حَتَّى نَزَلَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَوَضَعَ يَدَهُ عَلَيْهِ . قَالَ سُلَيْمَانُ عَنْ يَحْيَى أَخْبَرَنِى حَفْصُ بْنُ عُبَيْدِ اللَّهِ بْنِ أَنَسٍ أَنَّهُ سَمِعَ جَابِرًا .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Peyğəmbər ﷺ xütbə deyərkən bir kötüyün yanında durardı. Onun üçün minbər qoyulduqda biz həmin kötüyün hamilə dəvənin inildədiyi kimi inildədiyini eşitdik. Peyğəmbər ﷺ minbərdən aşağı enib əlini onun üstünə qoyanadək (onun səsi kəsilmədi)”.”

Cabir ibn Abdullah
SəhihBuxari, 918 (Cümə, 43)

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ عَنِ الزُّهْرِىِّ عَنْ سَالِمٍ عَنْ أَبِيهِ قَالَ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ عَلَى الْمِنْبَرِ فَقَالَ « مَنْ جَاءَ إِلَى الْجُمُعَةِ فَلْيَغْتَسِلْ » .

“Səlim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərin ﷺ minbərin üzərində xütbə verərkən belə dediyini eşitmişəm: “Kim Cüməyə gələrsə, qüsl alsın”.”

Səlim atasından
SəhihBuxari, 919 (Cümə, 44)

Fəsil 27

Xütbəni ayaq üstə demək

باب الْخُطْبَةِ قَائِمًا

وَقَالَ أَنَسٌ بَيْنَا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ قَائِمًا .

Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ xütbəni ayaq üstə dedi”.

حَدَّثَنَا عُبَيْدُ اللَّهِ بْنُ عُمَرَ الْقَوَارِيرِىُّ قَالَ حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ قَالَ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ قَائِمًا ثُمَّ يَقْعُدُ ثُمَّ يَقُومُ ، كَمَا تَفْعَلُونَ الآنَ .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ xütbəni ayaq üstə oxuyar, sonra bir qədər oturar, sonra yenə ayağa qalxardı; o, eynilə siz indi etdiyiniz kimi edərdi”.”

İbn Ömər
SəhihBuxari, 920 (Cümə, 45)

Fəsil 28

Xütbə deyərkən imam camaata, camaat da imama doğru yönəlir

باب يَسْتَقْبِلُ الإِمَامُ الْقَوْمَ وَاسْتِقْبَالِ النَّاسِ الإِمَامَ إِذَا خَطَبَ

وَاسْتَقْبَلَ ابْنُ عُمَرَ وَأَنَسٌ رضى الله عنهم الإِمَامَ .

İbn Ömər və Ənəs ﵃ xütbə vaxtı imama doğru yönəlmişdilər.

حَدَّثَنَا مُعَاذُ بْنُ فَضَالَةَ قَالَ حَدَّثَنَا هِشَامٌ عَنْ يَحْيَى عَنْ هِلاَلِ بْنِ أَبِى مَيْمُونَةَ حَدَّثَنَا عَطَاءُ بْنُ يَسَارٍ أَنَّهُ سَمِعَ أَبَا سَعِيدٍ الْخُدْرِىَّ قَالَ إِنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَلَسَ ذَاتَ يَوْمٍ عَلَى الْمِنْبَرِ وَجَلَسْنَا حَوْلَهُ .

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Peyğəmbər ﷺ minbərdə oturduqda biz də onun ətrafında oturduq.”

Əbu Səid əl-Xudri
SəhihBuxari, 921 (Cümə, 46)

Fəsil 29

Xütbə əsnasında Allaha təriflər deyəndən sonra “Sonra isə...” deyən kimsə

باب مَنْ قَالَ فِى الْخُطْبَةِ بَعْدَ الثَّنَاءِ أَمَّا بَعْدُ

رَوَاهُ عِكْرِمَةُ عَنِ ابْنِ عَبَّاسٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ .

Bunu İkrimə ﵀ İbn Abbasdan ﵄, o da Peyğəmbərdən ﷺ rəvayət etmişdir.

وَقَالَ مَحْمُودٌ حَدَّثَنَا أَبُو أُسَامَةَ قَالَ حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ قَالَ أَخْبَرَتْنِى فَاطِمَةُ بِنْتُ الْمُنْذِرِ عَنْ أَسْمَاءَ بِنْتِ أَبِى بَكْرٍ قَالَتْ دَخَلْتُ عَلَى عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا وَالنَّاسُ يُصَلُّونَ قُلْتُ مَا شَأْنُ النَّاسِ فَأَشَارَتْ بِرَأْسِهَا إِلَى السَّمَاءِ . فَقُلْتُ آيَةٌ فَأَشَارَتْ بِرَأْسِهَا أَىْ نَعَمْ . قَالَتْ فَأَطَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جِدًّا حَتَّى تَجَلاَّنِى الْغَشْىُ وَإِلَى جَنْبِى قِرْبَةٌ فِيهَا مَاءٌ فَفَتَحْتُهَا فَجَعَلْتُ أَصُبُّ مِنْهَا عَلَى رَأْسِى ، فَانْصَرَفَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَدْ تَجَلَّتِ الشَّمْسُ ، فَخَطَبَ النَّاسَ ، وَحَمِدَ اللَّهَ بِمَا هُوَ أَهْلُهُ ثُمَّ قَالَ « أَمَّا بَعْدُ » . قَالَتْ وَلَغِطَ نِسْوَةٌ مِنَ الأَنْصَارِ ، فَانْكَفَأْتُ إِلَيْهِنَّ لأُسَكِّتَهُنَّ فَقُلْتُ لِعَائِشَةَ مَا قَالَ قَالَتْ قَالَ « مَا مِنْ شَىْءٍ لَمْ أَكُنْ أُرِيتُهُ إِلاَّ قَدْ رَأَيْتُهُ فِى مَقَامِى هَذَا حَتَّى الْجَنَّةَ وَالنَّارَ ، وَإِنَّهُ قَدْ أُوحِىَ إِلَىَّ أَنَّكُمْ تُفْتَنُونَ فِى الْقُبُورِ مِثْلَ - أَوْ قَرِيبَ مِنْ - فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ ، يُؤْتَى أَحَدُكُمْ ، فَيُقَالُ لَهُ مَا عِلْمُكَ بِهَذَا الرَّجُلِ فَأَمَّا الْمُؤْمِنُ - أَوْ قَالَ الْمُوقِنُ شَكَّ هِشَامٌ - فَيَقُولُ هُوَ رَسُولُ اللَّهِ ، هُوَ مُحَمَّدٌ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَنَا بِالْبَيِّنَاتِ وَالْهُدَى فَآمَنَّا وَأَجَبْنَا وَاتَّبَعْنَا وَصَدَّقْنَا . فَيُقَالُ لَهُ نَمْ صَالِحًا ، قَدْ كُنَّا نَعْلَمُ إِنْ كُنْتَ لَتُؤْمِنُ بِهِ . وَأَمَّا الْمُنَافِقُ - أَوْ قَالَ الْمُرْتَابُ شَكَّ هِشَامٌ - فَيُقَالُ لَهُ مَا عِلْمُكَ بِهَذَا الرَّجُلِ فَيَقُولُ لاَ أَدْرِى ، سَمِعْتُ النَّاسَ يَقُولُونَ شَيْئًا فَقُلْتُهُ » . قَالَ هِشَامٌ فَلَقَدْ قَالَتْ لِى فَاطِمَةُ فَأَوْعَيْتُهُ ، غَيْرَ أَنَّهَا ذَكَرَتْ مَا يُغَلِّظُ عَلَيْهِ .

“Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr ﵂ demişdir: “(Günəş tutulduğu vaxt) mən Aişənin ﵂ yanına gəldim, o vaxt camaat namaz qılırdı. Mən: “İnsanlara nə olub?”– deyə soruşdum. O, (günəşin tutulduğunu bildirmək üçün) başı ilə göyə işarə etdi. Mən: “Bu, əlamətdirmi?”– deyə soruşdum. O, başı ilə işarə edib mənim sözümü təsdiqlədi. (Bu səbəbdən mən də namaza durdum). Allah Elçisi ﷺ namazı çox uzatdı və mən halsızlaşıb əldən düşdüm. Yanımda su ilə dolu qab var idi. Mən onun ağzını açıb başıma su tökməyə başladım. Allah Elçisi ﷺ namazı bitirdi, günəşin üzü də açılmışdı. Allah Elçisi ﷺ Allaha layiq olduğu şəkildə həmd etdikdən sonra camaata xütbə deyərək belə buyurdu: “Sonra isə...”. Əsma deyir: “Bu əsnada ənsardan olan bir dəstə qadın möhkəm səslə danışmağa başladılar. Mən də onları susdurmaq üçün üzümü onlara tərəf çevirdim. Buna görə də “Sonra isə...” sözündən sonra olanları eşitmədim. Aişədən: “Allah Elçisi ﷺ nə dedi?” deyə soruşdum. Aişə dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Bu yerdə mən əvvəllər mənə göstərilmiş hər bir şeyi, hətta Cənnət və Cəhənnəmi gördüm. Mənə vəhy olundu ki, siz qəbirlərinizdə məsih Dəccalın imtahanına bənzər (və ya buna yaxın) bir imtahana çəkiləcəksiniz. (Dünyasını dəyişmiş kimsədən): “Bu kişi haqqında nə bilirsən?”– deyə soruşacaqlar. Mömin (yaxud yəqinliklə inanan) bəndə: “O, Allahın Elçisi ﷺ Muhəmməddir. O bizə dəlillər və doğru yol göstəricisi gətirdi. Biz də ona iman etdik, (onun dəvətini) qəbul etdik, onun ardınca getdik və onu təsdiq etdik”– deyəcək. Bundan sonra (mələklər) ona: “Rahat yat! Biz artıq sənin ona qətiyyətlə iman gətirdiyini bildik”– deyəcəklər. Münafiq və ya qəlbində şübhə olan adama gəldikdə isə (mələklər) ona deyəcəklər: “Bu kişi haqqında nə bilirsən?” O da: “Bilmirəm, mən sadəcə insanların bəzi şeylər danışdıqlarını eşidir və həmin şeyi mən də deyirdim”– deyəcək”. Ravi Hişam deyir: “And olsun ki, Fatimə (bint Munzir) bunları mənə danışmış, mən də eynilə əzbərləmişəm. Fatimənin demədiyi şeyləri isə əzbərimdə saxlamamışam”.”

Əsma bint Əbu Bəkr
SəhihBuxari, 922 (Cümə, 47)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ قَالَ حَدَّثَنَا أَبُو عَاصِمٍ عَنْ جَرِيرِ بْنِ حَازِمٍ قَالَ سَمِعْتُ الْحَسَنَ يَقُولُ حَدَّثَنَا عَمْرُو بْنُ تَغْلِبَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أُتِىَ بِمَالٍ أَوْ سَبْىٍ فَقَسَمَهُ ، فَأَعْطَى رِجَالاً وَتَرَكَ رِجَالاً فَبَلَغَهُ أَنَّ الَّذِينَ تَرَكَ عَتَبُوا ، فَحَمِدَ اللَّهَ ثُمَّ أَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ « أَمَّا بَعْدُ ، فَوَاللَّهِ إِنِّى لأُعْطِى الرَّجُلَ ، وَأَدَعُ الرَّجُلَ ، وَالَّذِى أَدَعُ أَحَبُّ إِلَىَّ مِنَ الَّذِى أُعْطِى وَلَكِنْ أُعْطِى أَقْوَامًا لِمَا أَرَى فِى قُلُوبِهِمْ مِنَ الْجَزَعِ وَالْهَلَعِ ، وَأَكِلُ أَقْوَامًا إِلَى مَا جَعَلَ اللَّهُ فِى قُلُوبِهِمْ مِنَ الْغِنَى وَالْخَيْرِ ، فِيهِمْ عَمْرُو بْنُ تَغْلِبَ » . فَوَاللَّهِ مَا أُحِبُّ أَنَّ لِى بِكَلِمَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حُمْرَ النَّعَمِ . تَابَعَهُ يُونُسُ .

“Amr ibn Təğlib ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisinə ﷺ pul və ya əsir gətirmişdilər. O, bunu bölüşdürüb ondan bəzilərinə pay verdi, bəzilərinə isə heç nə vermədi. Sonra ona heç nə vermədiyi adamların onu qınamaları xəbəri çatdı. Peyğəmbər ﷺ Allaha həmd-səna edib Ona təriflər dedikdən sonra buyurdu: “Sonra isə... Allaha and olsun, mən bir kəsə (pay) verib, başqa birindən bunu əsirgəyə bilərəm. Lakin əsirgədiyim adamı (pay) verdiyim adamdan daha çox sevirəm. O adamlara da ona görə (pay) verirəm ki, onların qəlbində səbirsizlik və narahatçılıq görürəm, digərlərini isə Allahın onların qəlbində yaratdığı zənginliyə və xeyir-bərəkətə həvalə edirəm – Amr ibn Təğlib də onların arasındadır”. (Amr ibn Təğlib deyir): “Mən Allah Elçisinin ﷺ bu sözlərini qırmızı dəvələrə belə dəyişmərəm”.”

Amr ibn Təğlib
SəhihBuxari, 923 (Cümə, 48)

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى عُرْوَةُ أَنَّ عَائِشَةَ أَخْبَرَتْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ ذَاتَ لَيْلَةٍ مِنْ جَوْفِ اللَّيْلِ ، فَصَلَّى فِى الْمَسْجِدِ ، فَصَلَّى رِجَالٌ بِصَلاَتِهِ فَأَصْبَحَ النَّاسُ فَتَحَدَّثُوا ، فَاجْتَمَعَ أَكْثَرُ مِنْهُمْ فَصَلَّوْا مَعَهُ ، فَأَصْبَحَ النَّاسُ فَتَحَدَّثُوا فَكَثُرَ أَهْلُ الْمَسْجِدِ مِنَ اللَّيْلَةِ الثَّالِثَةِ ، فَخَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّوْا بِصَلاَتِهِ ، فَلَمَّا كَانَتِ اللَّيْلَةُ الرَّابِعَةُ عَجَزَ الْمَسْجِدُ عَنْ أَهْلِهِ حَتَّى خَرَجَ لِصَلاَةِ الصُّبْحِ ، فَلَمَّا قَضَى الْفَجْرَ أَقْبَلَ عَلَى النَّاسِ ، فَتَشَهَّدَ ثُمَّ قَالَ « أَمَّا بَعْدُ فَإِنَّهُ لَمْ يَخْفَ عَلَىَّ مَكَانُكُمْ ، لَكِنِّى خَشِيتُ أَنْ تُفْرَضَ عَلَيْكُمْ فَتَعْجِزُوا عَنْهَا » . تَابَعَهُ يُونُسُ .

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ gecə vaxtı gecənin qaranlığında çıxıb, məsciddə namaz qıldı. Bir neçə kişi də onun namazına qoşuldular, səhər açılanda isə bu haqda camaata danışmağa başladılar. Növbəti gecə namaza daha çox adam toplaşdı və Allah Elçisi ﷺ ilə namaz qıldılar. Səhər olduqda insanlar bu haqda danışmağa başladılar. Üçüncü gecə məsciddə camaat daha da çoxaldı və onun namazına qoşuldular. Dördüncü gecə camaat məscidə yerləşmədi (və Peyğəmbər ﷺ onların yanına çıxmadı). Nəhayət, Sübh namazını qıldırdıqda insanlar tərəf dönüb şəhadət kəlməsini söylədi, sonra belə buyurdu: “Sonra isə, dünənki gecə olan halınız mənə gizli deyildi, lakin gecə namazının sizin üzərinə vacib olacağından və onu qılmaqdan aciz olmanızdan ehtiyat etdim”.”

Aişə
SəhihBuxari, 924 (Cümə, 49)

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ أَخْبَرَنِى عُرْوَةُ عَنْ أَبِى حُمَيْدٍ السَّاعِدِىِّ أَنَّهُ أَخْبَرَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَامَ عَشِيَّةً بَعْدَ الصَّلاَةِ ، فَتَشَهَّدَ وَأَثْنَى عَلَى اللَّهِ بِمَا هُوَ أَهْلُهُ ثُمَّ قَالَ « أَمَّا بَعْدُ » . تَابَعَهُ أَبُو مُعَاوِيَةَ وَأَبُو أُسَامَةَ عَنْ هِشَامٍ عَنْ أَبِيهِ عَنْ أَبِى حُمَيْدٍ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « أَمَّا بَعْدُ » . تَابَعَهُ الْعَدَنِىُّ عَنْ سُفْيَانَ فِى أَمَّا بَعْدُ .

“Əbu Humeyd əs-Səidi ﵁ rəvayət edir ki, bir dəfə axşam çağı Peyğəmbər ﷺ namazdan sonra ayağa qalxıb şəhadət kəlməsini dedi və Allaha – Ona layiq tərzdə təriflər dedikdən sonra buyurdu: “Sonra isə...”.”

Əbu Humeyd əs-Səidi
SəhihBuxari, 925 (Cümə, 50)

حَدَّثَنَا أَبُو الْيَمَانِ قَالَ أَخْبَرَنَا شُعَيْبٌ عَنِ الزُّهْرِىِّ قَالَ حَدَّثَنِى عَلِىُّ بْنُ حُسَيْنٍ عَنِ الْمِسْوَرِ بْنِ مَخْرَمَةَ قَالَ قَامَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَمِعْتُهُ حِينَ تَشَهَّدَ يَقُولُ « أَمَّا بَعْدُ » . تَابَعَهُ الزُّبَيْدِىُّ عَنِ الزُّهْرِىِّ .

“Rəvayət edilir ki, Misvər ibn Məxramə ﵁ demişdir: “Allah Elçisi ayağa durdu və mən onun şəhadət kəlməsini dediyini eşitdim. Sonra o buyurdu: “Sonra isə...”.”

Misvər ibn Məxramə
SəhihBuxari, 926 (Cümə, 51)

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ أَبَانَ قَالَ حَدَّثَنَا ابْنُ الْغَسِيلِ قَالَ حَدَّثَنَا عِكْرِمَةُ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ صَعِدَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمِنْبَرَ وَكَانَ آخِرَ مَجْلِسٍ جَلَسَهُ مُتَعَطِّفًا مِلْحَفَةً عَلَى مَنْكِبَيْهِ ، قَدْ عَصَبَ رَأْسَهُ بِعِصَابَةٍ دَسِمَةٍ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ثُمَّ قَالَ « أَيُّهَا النَّاسُ إِلَىَّ » . فَثَابُوا إِلَيْهِ ثُمَّ قَالَ « أَمَّا بَعْدُ ، فَإِنَّ هَذَا الْحَىَّ مِنَ الأَنْصَارِ يَقِلُّونَ ، وَيَكْثُرُ النَّاسُ ، فَمَنْ وَلِىَ شَيْئًا مِنْ أُمَّةِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَاسْتَطَاعَ أَنْ يَضُرَّ فِيهِ أَحَدًا أَوْ يَنْفَعَ فِيهِ أَحَدًا ، فَلْيَقْبَلْ مِنْ مُحْسِنِهِمْ ، وَيَتَجَاوَزْ عَنْ مُسِيِّهِمْ »

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ minbərə qalxdı və bu onun minbərdəki son oturuşu idi. O, çiyninə atdığı əbaya bürünmüş, başına da boz bir sarıq sarımışdı, Allaha həmd edib şəninə təriflər deyəndən sonra buyurdu: “Ey insanlar, yanıma gəlin!” Onlar dərhal onun yan-yörəsinə toplaşdılar. Sonra Peyğəmbər ﷺ buyurdu: “Sonra isə... bu ənsarların sayı azalacaq, başqa insanların sayı isə çoxalacaq. Belə olduqda kim Muhəmməd ﷺ ümmətinin üzərində hökmranlıq etsə, zərər vurmağa və ya fayda verməyə qadir olsa, qoy ənsardan yaxşı iş görənlərin (yaxşılığını) qəbul etsin, pislik edənləri də bağışlasın”.”

İbn Abbas
SəhihBuxari, 927 (Cümə, 52)

Fəsil 30

Cümə günü iki xütbə arasında oturmaq

باب الْقَعْدَةِ بَيْنَ الْخُطْبَتَيْنِ يَوْمَ الْجُمُعَةِ

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا بِشْرُ بْنُ الْمُفَضَّلِ قَالَ حَدَّثَنَا عُبَيْدُ اللَّهِ عَنْ نَافِعٍ عَنْ عَبْدِ اللَّهِ قَالَ كَانَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ خُطْبَتَيْنِ يَقْعُدُ بَيْنَهُمَا .

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ iki xütbə deyər və aralarında oturardı”.”

Abdullah
SəhihBuxari, 928 (Cümə, 53)

Fəsil 31

Xütbəni dinləmək

باب الاِسْتِمَاعِ إِلَى الْخُطْبَةِ

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى ذِئْبٍ عَنِ الزُّهْرِىِّ عَنْ أَبِى عَبْدِ اللَّهِ الأَغَرِّ عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا كَانَ يَوْمُ الْجُمُعَةِ ، وَقَفَتِ الْمَلاَئِكَةُ عَلَى بَابِ الْمَسْجِدِ يَكْتُبُونَ الأَوَّلَ فَالأَوَّلَ ، وَمَثَلُ الْمُهَجِّرِ كَمَثَلِ الَّذِى يُهْدِى بَدَنَةً ، ثُمَّ كَالَّذِى يُهْدِى بَقَرَةً ، ثُمَّ كَبْشًا ، ثُمَّ دَجَاجَةً ، ثُمَّ بَيْضَةً ، فَإِذَا خَرَجَ الإِمَامُ طَوَوْا صُحُفَهُمْ ، وَيَسْتَمِعُونَ الذِّكْرَ » .

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Cümə günü yetişdiyi zaman mələklər məscidin qapılarının önündə düzülüb (ora gələn adamları) bir-bir siyahıya alırlar. (Məscidə) ilk gələnin misalı bir dəvə qurban etmiş kimi, sonra gələnin misalı inək qurban etmiş kimi, sonra qoç, sonra toyuq, sonra gələnin misalı da yumurta qurban etmiş kimi olur. İmam gəldikdə isə səhifələri bağlayıb zikri (xütbəni) dinləyirlər”.”

Əbu Hureyra
SəhihBuxari, 929 (Cümə, 54)

Fəsil 32

İmam xütbə dediyi vaxt kiminsə gəlib oturduğunu görərsə, ona iki rükət namaz qılmağı buyurmalıdır

باب إِذَا رَأَى الإِمَامُ رَجُلاً جَاءَ وَهْوَ يَخْطُبُ أَمَرَهُ أَنْ يُصَلِّىَ رَكْعَتَيْنِ

حَدَّثَنَا أَبُو النُّعْمَانِ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ عَمْرِو بْنِ دِينَارٍ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ جَاءَ رَجُلٌ وَالنَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ النَّاسَ يَوْمَ الْجُمُعَةِ فَقَالَ « أَصَلَّيْتَ يَا فُلاَنُ » . قَالَ لاَ . قَالَ « قُمْ فَارْكَعْ » .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Cümə günü Peyğəmbər ﷺ xütbə deyən vaxt bir adam məscidə gəldi və Peyğəmbər ﷺ ondan soruşdu: “Namaz qıldınmı, ey filankəs?” O adam: “Xeyr”– deyə cavab verdi. Onda Peyğəmbər ﷺ buyurdu: “Elə isə qalx və namaz qıl!””

Cabir ibn Abdullah
SəhihBuxari, 930 (Cümə, 55)

Fəsil 33

İmam xütbə verdiyi zaman gələnin yüngül iki rükət namaz qılması

باب مَنْ جَاءَ وَالإِمَامُ يَخْطُبُ صَلَّى رَكْعَتَيْنِ خَفِيفَتَيْنِ

حَدَّثَنَا عَلِىُّ بْنُ عَبْدِ اللَّهِ قَالَ حَدَّثَنَا سُفْيَانُ عَنْ عَمْرٍو سَمِعَ جَابِرًا قَالَ دَخَلَ رَجُلٌ يَوْمَ الْجُمُعَةِ وَالنَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ فَقَالَ « أَصَلَّيْتَ » . قَالَ لاَ . قَالَ « فَصَلِّ رَكْعَتَيْنِ » .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Cümə günü Peyğəmbər ﷺ camaata xütbə verərkən bir adam məscidə gəldi və Peyğəmbər ﷺ ondan soruşdu: “Namaz qıldınmı?” O adam: “Xeyr”– deyə cavab verdi. Onda Peyğəmbər ﷺ buyurdu: “Elə isə iki rükət namaz qıl!””

Cabir
SəhihBuxari, 931 (Cümə, 56)

Fəsil 34

Xütbədə əlləri qaldırmaq

باب رَفْعِ الْيَدَيْنِ فِى الْخُطْبَةِ

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ عَنْ عَبْدِ الْعَزِيزِ عَنْ أَنَسٍ . وَعَنْ يُونُسَ عَنْ ثَابِتٍ عَنْ أَنَسٍ قَالَ بَيْنَمَا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ يَوْمَ الْجُمُعَةِ إِذْ قَامَ رَجُلٌ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، هَلَكَ الْكُرَاعُ ، وَهَلَكَ الشَّاءُ ، فَادْعُ اللَّهَ أَنْ يَسْقِيَنَا . فَمَدَّ يَدَيْهِ وَدَعَا .

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ cümə günü xütbə verərkən bir kişi ayağa qalxıb dedi: “Ey Allahın Elçisi, atlar həlak oldu! Mal-qara həlak oldu! Allaha dua et bizə yağış yağdırsın!” Peyğəmbər ﷺ də əllərini uzadıb qaldıraraq dua etdi.”

Ənəs
SəhihBuxari, 932 (Cümə, 57)

Fəsil 35

Cümə günü xütbə vaxtı yağışın yağması üçün Allaha dua etmək

باب الاِسْتِسْقَاءِ فِى الْخُطْبَةِ يَوْمَ الْجُمُعَةِ

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ قَالَ حَدَّثَنَا الْوَلِيدُ قَالَ حَدَّثَنَا أَبُو عَمْرٍو قَالَ حَدَّثَنِى إِسْحَاقُ بْنُ عَبْدِ اللَّهِ بْنِ أَبِى طَلْحَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ أَصَابَتِ النَّاسَ سَنَةٌ عَلَى عَهْدِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَبَيْنَا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ فِى يَوْمِ جُمُعَةٍ قَامَ أَعْرَابِىٌّ فَقَالَ يَا رَسُولَ اللَّهِ هَلَكَ الْمَالُ وَجَاعَ الْعِيَالُ ، فَادْعُ اللَّهَ لَنَا . فَرَفَعَ يَدَيْهِ ، وَمَا نَرَى فِى السَّمَاءِ قَزَعَةً ، فَوَالَّذِى نَفْسِى بِيَدِهِ مَا وَضَعَهَا حَتَّى ثَارَ السَّحَابُ أَمْثَالَ الْجِبَالِ ، ثُمَّ لَمْ يَنْزِلْ عَنْ مِنْبَرِهِ حَتَّى رَأَيْتُ الْمَطَرَ يَتَحَادَرُ عَلَى لِحْيَتِهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَمُطِرْنَا يَوْمَنَا ذَلِكَ ، وَمِنَ الْغَدِ ، وَبَعْدَ الْغَدِ وَالَّذِى يَلِيهِ ، حَتَّى الْجُمُعَةِ الأُخْرَى ، وَقَامَ ذَلِكَ الأَعْرَابِىُّ - أَوْ قَالَ غَيْرُهُ - فَقَالَ يَا رَسُولَ اللَّهِ ، تَهَدَّمَ الْبِنَاءُ وَغَرِقَ الْمَالُ ، فَادْعُ اللَّهَ لَنَا . فَرَفَعَ يَدَيْهِ ، فَقَالَ « اللَّهُمَّ حَوَالَيْنَا ، وَلاَ عَلَيْنَا » . فَمَا يُشِيرُ بِيَدِهِ إِلَى نَاحِيَةٍ مِنَ السَّحَابِ إِلاَّ انْفَرَجَتْ ، وَصَارَتِ الْمَدِينَةُ مِثْلَ الْجَوْبَةِ ، وَسَالَ الْوَادِى قَنَاةُ شَهْرًا ، وَلَمْ يَجِئْ أَحَدٌ مِنْ نَاحِيَةٍ إِلاَّ حَدَّثَ بِالْجَوْدِ .

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbərin ﷺ zamanında insanlara quraqlıq üz vermişdi. Peyğəmbər ﷺ cümə günü xütbə verən vaxt bir bədəvi ayağa qalxıb dedi: “Ey Allahın Elçisi, mallar zay oldu, uşaqlar ac qaldı. Bizim üçün Allaha dua et!” Peyğəmbər ﷺ əllərini göyə qaldırdı. Həmin vaxt biz göydə bir dənə də olsun bulud görmürdük. Canım Əlində Olana and olsun ki, o, hələ əllərini aşağı salmamış başımız üzərində dağlar qədər buludlar topalaşdı və o, minbərdən yerə enməmiş mən onun saqqalından süzülən yağış damçılarını gördüm. Həmin gün, ertəsi gün, ondan sonrakı gün, daha sonrakı gün – növbəti cüməyədək yağış ara vermədən yağdı. Cümə günü həmin bədəvi (və ya başqa birisi) ayağa qalxıb dedi: “Ey Allahın Elçisi, evlər dağıldı, mallar su altında qaldı. Bizim üçün Allaha dua et!” Peyğəmbər ﷺ əllərini göyə qaldırıb dedi: “Allahım! (Yağışı) üstümüzə deyil, ətrafımıza yağdır”. Sonra əli ilə hara işarə etdisə, oradakı bulud topası dağıldı və Mədinə səması çalaya bənzədi. Qənat vadisində bir ay sel axdı, kənardan Mədinəyə gələn hər kəs bol yağışlar yağdığından danışırdı”.”

Ənəs ibn Malik
SəhihBuxari, 933 (Cümə, 58)

Fəsil 36

Cümə günü imam xütbə verən zaman susmaq

باب الإِنْصَاتِ يَوْمَ الْجُمُعَةِ وَالإِمَامُ يَخْطُبُ

وَإِذَا قَالَ لِصَاحِبِهِ أَنْصِتْ . فَقَدْ لَغَا . وَقَالَ سَلْمَانُ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُنْصِتُ إِذَا تَكَلَّمَ الإِمَامُ .

Yoldaşına “Sus!” deyən, artıq mənasız söz danışmışdır. Salman ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə duyurdu: “İmam danışdıqda susun”.

حَدَّثَنَا يَحْيَى بْنُ بُكَيْرٍ قَالَ حَدَّثَنَا اللَّيْثُ عَنْ عُقَيْلٍ عَنِ ابْنِ شِهَابٍ قَالَ أَخْبَرَنِى سَعِيدُ بْنُ الْمُسَيَّبِ أَنَّ أَبَا هُرَيْرَةَ أَخْبَرَهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « إِذَا قُلْتَ لِصَاحِبِكَ يَوْمَ الْجُمُعَةِ أَنْصِتْ . وَالإِمَامُ يَخْطُبُ فَقَدْ لَغَوْتَ » .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Cümə günü imam xütbə verən zaman sən yanındakı adama: “Sus!”– desən, mənasız söz danışmış olarsan”.”

Əbu Hureyra
SəhihBuxari, 934 (Cümə, 59)

Fəsil 37

Cümə gününün xeyirli saatı

باب السَّاعَةِ الَّتِى فِى يَوْمِ الْجُمُعَةِ

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ عَنْ مَالِكٍ عَنْ أَبِى الزِّنَادِ عَنِ الأَعْرَجِ عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَكَرَ يَوْمَ الْجُمُعَةِ فَقَالَ « فِيهِ سَاعَةٌ لاَ يُوَافِقُهَا عَبْدٌ مُسْلِمٌ ، وَهْوَ قَائِمٌ يُصَلِّى ، يَسْأَلُ اللَّهَ تَعَالَى شَيْئًا إِلاَّ أَعْطَاهُ إِيَّاهُ » . وَأَشَارَ بِيَدِهِ يُقَلِّلُهَا .

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ cümə gününü qeyd edərək buyurdu: “Bu gündə elə bir saat var ki, müsəlman olan hər kim (həmin vaxt) namaz qılıb Uca Allahdan bir şey istəsə, Allah mütləq ona istədiyini verər”. Sonra o, əli ilə işarə edib həmin vaxtın olduqca az olduğunu göstərdi.”

Əbu Hureyra
SəhihBuxari, 935 (Cümə, 60)

Fəsil 38

Cümə namazı qılınarkən bəzi adamların imamı tərk etməsi, imamın və qalıb namaz qılanın namazlarının icazəli olması

باب إِذَا نَفَرَ النَّاسُ عَنِ الإِمَامِ فِى صَلاَةِ الْجُمُعَةِ فَصَلاَةُ الإِمَامِ وَمَنْ بَقِىَ جَائِزَةٌ

حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ عَمْرٍو قَالَ حَدَّثَنَا زَائِدَةُ عَنْ حُصَيْنٍ عَنْ سَالِمِ بْنِ أَبِى الْجَعْدِ قَالَ حَدَّثَنَا جَابِرُ بْنُ عَبْدِ اللَّهِ قَالَ بَيْنَمَا نَحْنُ نُصَلِّى مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ أَقْبَلَتْ عِيرٌ تَحْمِلُ طَعَامًا ، فَالْتَفَتُوا إِلَيْهَا حَتَّى مَا بَقِىَ مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلاَّ اثْنَا عَشَرَ رَجُلاً ، فَنَزَلَتْ هَذِهِ الآيَةُ { وَإِذَا رَأَوْا تِجَارَةً أَوْ لَهْوًا انْفَضُّوا إِلَيْهَا وَتَرَكُوكَ قَائِمًا } .

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Bir dəfə biz Peyğəmbərlə ﷺ birlikdə namaz qılarkən ərzaqla yüklənmiş dəvə karvanı gəldi. Hamı tələsik karvana tərəf getdi. Peyğəmbərin ﷺ yanında isə cəmi on iki nəfər qaldı və həmin vaxt bu ayə nazil oldu: “Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər”. (əl-Cumuə, 11)”.”

Cabir ibn Abdullah
SəhihBuxari, 936 (Cümə, 61)

Fəsil 39

Cümə namazından əvvəl və ondan sonra qılınan əlavə namazlar

باب الصَّلاَةِ بَعْدَ الْجُمُعَةِ وَقَبْلَهَا

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ يُوسُفَ قَالَ أَخْبَرَنَا مَالِكٌ عَنْ نَافِعٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّى قَبْلَ الظُّهْرِ رَكْعَتَيْنِ ، وَبَعْدَهَا رَكْعَتَيْنِ ، وَبَعْدَ الْمَغْرِبِ رَكْعَتَيْنِ فِى بَيْتِهِ ، وَبَعْدَ الْعِشَاءِ رَكْعَتَيْنِ وَكَانَ لاَ يُصَلِّى بَعْدَ الْجُمُعَةِ حَتَّى يَنْصَرِفَ فَيُصَلِّى رَكْعَتَيْنِ .

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Zöhr namazından əvvəl də, sonra da iki rükət, Məğrib namazından sonra evində iki rükət, İşa namazından sonra iki rükət namaz qılardı. Cümə namazından sonra isə məsciddən çıxıb gedənədək namaz qılmaz, ancaq evində iki rükət namaz qılardı.”

Abdullah ibn Ömər
SəhihBuxari, 937 (Cümə, 62)

Fəsil 40

Uca Allahın bu kəlamı: “Namaz başa çatdıqdan sonra yer üzünə dağılışıb Allahın lütfünü axtarın...” (əl-Cumuə, 10)

باب قَوْلِ اللَّهِ تَعَالَى { فَإِذَا قُضِيَتِ الصَّلاَةُ فَانْتَشِرُوا فِى الأَرْضِ وَابْتَغُوا مِنْ فَضْلِ اللَّهِ }

حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِى مَرْيَمَ قَالَ حَدَّثَنَا أَبُو غَسَّانَ قَالَ حَدَّثَنِى أَبُو حَازِمٍ عَنْ سَهْلٍ قَالَ كَانَتْ فِينَا امْرَأَةٌ تَجْعَلُ عَلَى أَرْبِعَاءَ فِى مَزْرَعَةٍ لَهَا سِلْقًا ، فَكَانَتْ إِذَا كَانَ يَوْمُ جُمُعَةٍ تَنْزِعُ أُصُولَ السِّلْقِ فَتَجْعَلُهُ فِى قِدْرٍ ، ثُمَّ تَجْعَلُ عَلَيْهِ قَبْضَةً مِنْ شَعِيرٍ تَطْحَنُهَا ، فَتَكُونُ أُصُولُ السِّلْقِ عَرْقَهُ ، وَكُنَّا نَنْصَرِفُ مِنْ صَلاَةِ الْجُمُعَةِ فَنُسَلِّمُ عَلَيْهَا ، فَتُقَرِّبُ ذَلِكَ الطَّعَامَ إِلَيْنَا فَنَلْعَقُهُ ، وَكُنَّا نَتَمَنَّى يَوْمَ الْجُمُعَةِ لِطَعَامِهَا ذَلِكَ .

“Rəvayət edilir ki, Səhl ﵁ demişdir: “Aramızda bir qadın var idi. Su arxlarının kənarındakı tarlasında şəkər çuğunduru becərirdi. Hər cümə günü olduqda şəkər çuğundurunun köklərini çıxarıb bir qaba qoyar, sonra üyütdüyü bir ovuc arpanı qabın içinə atardı, o köklər də ətli sümük kimi görünərdi. Biz cümə namazından çıxdıqda o qadının yanına gələr və salam verərdik. O qadın da bizə bu yeməyi təklif edər, biz də ondan qaşıqlayardıq. Biz qadının yeməyinə görə cümənin tez gəlməsini istəyərdik”.”

Səhl
SəhihBuxari, 938 (Cümə, 63)

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مَسْلَمَةَ قَالَ حَدَّثَنَا ابْنُ أَبِى حَازِمٍ عَنْ أَبِيهِ عَنْ سَهْلٍ بِهَذَا وَقَالَ مَا كُنَّا نَقِيلُ وَلاَ نَتَغَدَّى إِلاَّ بَعْدَ الْجُمُعَةِ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir, lakin belə bir əlavə də var: ”Biz (Peyğəmbərin ﷺ dövründə) cüməni qılmadan nə gündüz yuxusunu yatar, nə də günorta yeməyini yeyərdik”.”

Səhl
SəhihBuxari, 939 (Cümə, 64)

Fəsil 41

Cümə namazından sonra qaylulə (istirahət) etmək

باب الْقَائِلَةِ بَعْدَ الْجُمُعَةِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُقْبَةَ الشَّيْبَانِىُّ قَالَ حَدَّثَنَا أَبُو إِسْحَاقَ الْفَزَارِىُّ عَنْ حُمَيْدٍ قَالَ سَمِعْتُ أَنَسًا يَقُولُ كُنَّا نُبَكِّرُ إِلَى الْجُمُعَةِ ثُمَّ نَقِيلُ .

“Rəvayət edilir ki, Ənəs ﷺ demişdir: “Biz cümə namazına erkəndən gələr, namazdan sonra isə gündüz istirahətini edərdik”.”

Ənəs
SəhihBuxari, 940 (Cümə, 65)

حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِى مَرْيَمَ قَالَ حَدَّثَنَا أَبُو غَسَّانَ قَالَ حَدَّثَنِى أَبُو حَازِمٍ عَنْ سَهْلٍ قَالَ كُنَّا نُصَلِّى مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْجُمُعَةَ ثُمَّ تَكُونُ الْقَائِلَةُ .

“Rəvayət edilir ki, Səhl ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə Cumə namazını qılardıq, sonra qaylulə (gündüz istirahəti) edərdik”.”

Səhl
SəhihBuxari, 941 (Cümə, 66)