Cümə kitabı

Leysan yağışda Cümə namazına gəlməmək rüxsəti

حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ قَالَ أَخْبَرَنِى عَبْدُ الْحَمِيدِ صَاحِبُ الزِّيَادِىِّ قَالَ حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ الْحَارِثِ ابْنُ عَمِّ مُحَمَّدِ بْنِ سِيرِينَ قَالَ ابْنُ عَبَّاسٍ لِمُؤَذِّنِهِ فِى يَوْمٍ مَطِيرٍ إِذَا قُلْتَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ . فَلاَ تَقُلْ حَىَّ عَلَى الصَّلاَةِ . قُلْ صَلُّوا فِى بُيُوتِكُمْ . فَكَأَنَّ النَّاسَ اسْتَنْكَرُوا ، قَالَ فَعَلَهُ مَنْ هُوَ خَيْرٌ مِنِّى ، إِنَّ الْجُمُعَةَ عَزْمَةٌ ، وَإِنِّى كَرِهْتُ أَنْ أُخْرِجَكُمْ ، فَتَمْشُونَ فِى الطِّينِ وَالدَّحْضِ .

“Rəvayət edilir ki, Muhəmməd ibn Sirinin əmisi oğlu Abdullah ibn əl-Haris ﵀ demişdir: “İbn Abbas yağışlı bir gündə müəzzininə dedi: “Əşhədu ənnə Muhəmmədən Rasulullah” dedikdən sonra “Həyyə aləs-salət” əvəzinə “Namazı evlərinizdə qılın!” de”. Bu, camaatın xoşuna gəlmədi. İbn Abbas dedi: “Bunu məndən daha xeyirli olan (Peyğəmbər ﷺ) demişdir. Həqiqətən, cümə vacibdir. Mən isə sizin palçıqda və çətinlik çəkərək evinizdən çıxıb gəlmənizi istəmədim”.”

Abdullah ibn əl-Haris
Səhih

İstinad

Buxari, 901 (Cümə, 26)

Səhih əl-Buxari — Cümə kitabı