Xütbə əsnasında Allaha təriflər deyəndən sonra “Sonra isə...” deyən kimsə
حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ أَبَانَ قَالَ حَدَّثَنَا ابْنُ الْغَسِيلِ قَالَ حَدَّثَنَا عِكْرِمَةُ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ صَعِدَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمِنْبَرَ وَكَانَ آخِرَ مَجْلِسٍ جَلَسَهُ مُتَعَطِّفًا مِلْحَفَةً عَلَى مَنْكِبَيْهِ ، قَدْ عَصَبَ رَأْسَهُ بِعِصَابَةٍ دَسِمَةٍ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ثُمَّ قَالَ « أَيُّهَا النَّاسُ إِلَىَّ » . فَثَابُوا إِلَيْهِ ثُمَّ قَالَ « أَمَّا بَعْدُ ، فَإِنَّ هَذَا الْحَىَّ مِنَ الأَنْصَارِ يَقِلُّونَ ، وَيَكْثُرُ النَّاسُ ، فَمَنْ وَلِىَ شَيْئًا مِنْ أُمَّةِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَاسْتَطَاعَ أَنْ يَضُرَّ فِيهِ أَحَدًا أَوْ يَنْفَعَ فِيهِ أَحَدًا ، فَلْيَقْبَلْ مِنْ مُحْسِنِهِمْ ، وَيَتَجَاوَزْ عَنْ مُسِيِّهِمْ »
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ minbərə qalxdı və bu onun minbərdəki son oturuşu idi. O, çiyninə atdığı əbaya bürünmüş, başına da boz bir sarıq sarımışdı, Allaha həmd edib şəninə təriflər deyəndən sonra buyurdu: “Ey insanlar, yanıma gəlin!” Onlar dərhal onun yan-yörəsinə toplaşdılar. Sonra Peyğəmbər ﷺ buyurdu: “Sonra isə... bu ənsarların sayı azalacaq, başqa insanların sayı isə çoxalacaq. Belə olduqda kim Muhəmməd ﷺ ümmətinin üzərində hökmranlıq etsə, zərər vurmağa və ya fayda verməyə qadir olsa, qoy ənsardan yaxşı iş görənlərin (yaxşılığını) qəbul etsin, pislik edənləri də bağışlasın”.”
İstinad
Buxari, 927 (Cümə, 52)
Səhih əl-Buxari — Cümə kitabı