Xütbə əsnasında Allaha təriflər deyəndən sonra “Sonra isə...” deyən kimsə
حَدَّثَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ قَالَ حَدَّثَنَا أَبُو عَاصِمٍ عَنْ جَرِيرِ بْنِ حَازِمٍ قَالَ سَمِعْتُ الْحَسَنَ يَقُولُ حَدَّثَنَا عَمْرُو بْنُ تَغْلِبَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أُتِىَ بِمَالٍ أَوْ سَبْىٍ فَقَسَمَهُ ، فَأَعْطَى رِجَالاً وَتَرَكَ رِجَالاً فَبَلَغَهُ أَنَّ الَّذِينَ تَرَكَ عَتَبُوا ، فَحَمِدَ اللَّهَ ثُمَّ أَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ « أَمَّا بَعْدُ ، فَوَاللَّهِ إِنِّى لأُعْطِى الرَّجُلَ ، وَأَدَعُ الرَّجُلَ ، وَالَّذِى أَدَعُ أَحَبُّ إِلَىَّ مِنَ الَّذِى أُعْطِى وَلَكِنْ أُعْطِى أَقْوَامًا لِمَا أَرَى فِى قُلُوبِهِمْ مِنَ الْجَزَعِ وَالْهَلَعِ ، وَأَكِلُ أَقْوَامًا إِلَى مَا جَعَلَ اللَّهُ فِى قُلُوبِهِمْ مِنَ الْغِنَى وَالْخَيْرِ ، فِيهِمْ عَمْرُو بْنُ تَغْلِبَ » . فَوَاللَّهِ مَا أُحِبُّ أَنَّ لِى بِكَلِمَةِ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حُمْرَ النَّعَمِ . تَابَعَهُ يُونُسُ .
“Amr ibn Təğlib ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisinə ﷺ pul və ya əsir gətirmişdilər. O, bunu bölüşdürüb ondan bəzilərinə pay verdi, bəzilərinə isə heç nə vermədi. Sonra ona heç nə vermədiyi adamların onu qınamaları xəbəri çatdı. Peyğəmbər ﷺ Allaha həmd-səna edib Ona təriflər dedikdən sonra buyurdu: “Sonra isə... Allaha and olsun, mən bir kəsə (pay) verib, başqa birindən bunu əsirgəyə bilərəm. Lakin əsirgədiyim adamı (pay) verdiyim adamdan daha çox sevirəm. O adamlara da ona görə (pay) verirəm ki, onların qəlbində səbirsizlik və narahatçılıq görürəm, digərlərini isə Allahın onların qəlbində yaratdığı zənginliyə və xeyir-bərəkətə həvalə edirəm – Amr ibn Təğlib də onların arasındadır”. (Amr ibn Təğlib deyir): “Mən Allah Elçisinin ﷺ bu sözlərini qırmızı dəvələrə belə dəyişmərəm”.”
İstinad
Buxari, 923 (Cümə, 48)
Səhih əl-Buxari — Cümə kitabı