İmamın minbərin üzərində azanı eşitdikdə müəzzinin sözlərini təkrar etməsi
حَدَّثَنَا ابْنُ مُقَاتِلٍ قَالَ أَخْبَرَنَا عَبْدُ اللَّهِ قَالَ أَخْبَرَنَا أَبُو بَكْرِ بْنُ عُثْمَانَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ عَنْ أَبِى أُمَامَةَ بْنِ سَهْلِ بْنِ حُنَيْفٍ قَالَ سَمِعْتُ مُعَاوِيَةَ بْنَ أَبِى سُفْيَانَ ، وَهُوَ جَالِسٌ عَلَى الْمِنْبَرِ ، أَذَّنَ الْمُؤَذِّنُ قَالَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ . قَالَ مُعَاوِيَةُ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ . قَالَ أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ . فَقَالَ مُعَاوِيَةُ وَأَنَا . فَقَالَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ . فَقَالَ مُعَاوِيَةُ وَأَنَا . فَلَمَّا أَنْ قَضَى التَّأْذِينَ قَالَ يَا أَيُّهَا النَّاسُ إِنِّى سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى هَذَا الْمَجْلِسِ حِينَ أَذَّنَ الْمُؤَذِّنُ يَقُولُ مَا سَمِعْتُمْ مِنِّى مِنْ مَقَالَتِى .
“Rəvayət edilir ki, Əbu Umamə ibn Səhl ibn Huneyf demişdir: “Mən Müaviyə ibn Əbu Süfyanın minbərdə oturduğu halda müəzzin azan verib: “Allahu Əkbər, Allahu Əkbər”– dedikdə, Müaviyənin: “Allahu Əkbər, Allahu Əkbər”– dediyini; (müəzzin): “Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur”– dedikdə, Müaviyə: “Mən də (şahidlik edirəm)”– dediyini; (müəzzin): “Mən şahidlik edirəm ki, Muhəmməd Allahın elçisidir”– dedikdə, Müaviyənin: “Mən də (şahidlik edirəm)”– dediyini və müəzzin azanı bitirdikdə (Müaviyənin) belə dediyini eşitmişəm: “Ey insanlar! Mən Peyğəmbərin ﷺ bu yerdə, müəzzin azan verərkən indi məndən eşitdiyinizi eynilə dediyini eşitmişəm”.”
İstinad
Buxari, 914 (Cümə, 39)
Səhih əl-Buxari — Cümə kitabı