Cümə kitabı

Minbərin üzərində xütbə vermək

حَدَّثَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ قَالَ حَدَّثَنَا يَعْقُوبُ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ مُحَمَّدِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عَبْدٍ الْقَارِىُّ الْقُرَشِىُّ الإِسْكَنْدَرَانِىُّ قَالَ حَدَّثَنَا أَبُو حَازِمِ بْنُ دِينَارٍ أَنَّ رِجَالاً أَتَوْا سَهْلَ بْنَ سَعْدٍ السَّاعِدِىَّ ، وَقَدِ امْتَرَوْا فِى الْمِنْبَرِ مِمَّ عُودُهُ فَسَأَلُوهُ عَنْ ذَلِكَ فَقَالَ وَاللَّهِ إِنِّى لأَعْرِفُ مِمَّا هُوَ ، وَلَقَدْ رَأَيْتُهُ أَوَّلَ يَوْمٍ وُضِعَ ، وَأَوَّلَ يَوْمٍ جَلَسَ عَلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَرْسَلَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى فُلاَنَةَ - امْرَأَةٍ قَدْ سَمَّاهَا سَهْلٌ - « مُرِى غُلاَمَكِ النَّجَّارَ أَنْ يَعْمَلَ لِى أَعْوَادًا أَجْلِسُ عَلَيْهِنَّ إِذَا كَلَّمْتُ النَّاسَ » . فَأَمَرَتْهُ فَعَمِلَهَا مِنْ طَرْفَاءِ الْغَابَةِ ثُمَّ جَاءَ بِهَا ، فَأَرْسَلَتْ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَمَرَ بِهَا فَوُضِعَتْ هَا هُنَا ، ثُمَّ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى عَلَيْهَا ، وَكَبَّرَ وَهْوَ عَلَيْهَا ، ثُمَّ رَكَعَ وَهْوَ عَلَيْهَا ، ثُمَّ نَزَلَ الْقَهْقَرَى فَسَجَدَ فِى أَصْلِ الْمِنْبَرِ ثُمَّ عَادَ ، فَلَمَّا فَرَغَ أَقْبَلَ عَلَى النَّاسِ فَقَالَ « أَيُّهَا النَّاسُ إِنَّمَا صَنَعْتُ هَذَا لِتَأْتَمُّوا وَلِتَعَلَّمُوا صَلاَتِى » .

“Əbu Hazim ibn Dinar ﵀ rəvayət edir ki, Peyğəmbərin ﷺ minbərinin hansı ağacdan düzəldildiyi barədə aralarına fikir ayrılığı düşmüş bir dəstə adam Səhl ibn Səd əs-Səidinin yanına gəlib bu haqda ondan soruşdu. O dedi: “Allaha and olsun ki, mən onun nədən olduğunu yaxşı bilirəm. Mən onu həm qoyulduğu gün, həm də Allah Elçisinin ﷺ onun üstündə oturduğu ilk gündə görmüşəm. Allah Elçisi ﷺ filan qadının yanına adam göndərib buyurdu: “Dülgər kölənə əmr et, mənim üçün ağacdan elə bir şey düzəltsin ki, mən camaata xütbə verərkən onun üstündə otura bilim”. Qadın bunu öz köləsinə əmr etdi və o da meşə yulğunundan minbər düzəldib onun yanına apardı. Qadın onu Allah Elçisinə ﷺ göndərdi, Allah Elçisi ﷺ də onun buraya qoyulmasını əmr etdi. Mən Allah Elçisinin ﷺ onun üstündə namaz qıldığını da görmüşəm. O, minbərin üstündə olarkən: “Allahu Əkbər”– dedi, (Qurandan oxuduqdan) sonra rukuya getdi, sonra rukudan geri çəkilərək minbərdən aşağı endi və minbərin dibində səcdə etdi, sonra yenidən minbərə qalxıb namazını davam etdi. Namazı bitirdikdən sonra camaata tərəf dönüb, buyurdu: “Ey insanlar! Mən belə etdim ki, siz də mənə baxıb mənim etdiklərimi edəsiniz və mənim necə namaz qıldığımı öyrənəsiniz”.”

Əbu Hazim ibn Dinar
Səhih

İstinad

Buxari, 917 (Cümə, 42)

Səhih əl-Buxari — Cümə kitabı