Qorxu namazı kitabı

Qorxu namazını həm ayaq üstə, həm də minik üzərində qılmaq olar

حَدَّثَنَا سَعِيدُ بْنُ يَحْيَى بْنِ سَعِيدٍ الْقُرَشِىُّ قَالَ حَدَّثَنِى أَبِى قَالَ حَدَّثَنَا ابْنُ جُرَيْجٍ عَنْ مُوسَى بْنِ عُقْبَةَ عَنْ نَافِعٍ عَنِ ابْنِ عُمَرَ نَحْوًا مِنْ قَوْلِ مُجَاهِدٍ إِذَا اخْتَلَطُوا قِيَامًا . وَزَادَ ابْنُ عُمَرَ عَنِ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ «وَإِنْ كَانُوا أَكْثَرَ مِنْ ذَلِكَ فَلْيُصَلُّوا قِيَامًا وَرُكْبَانًا»

“Mücahid ﵀ İbn Ömərin: “Düşmənlə qarşılaşdıqda namaz ayaq üstə qılınır” sözünü rəvayət etmişdir. Həmçinin İbn Ömər rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Əgər (düşmənin sayı) bundan (müsəlmanlardan) çox olarsa, müsəlmanlar namazlarını ayaq üstə və ya minik üstündə qıla bilərlər”.”

Mücahid
Səhih

İstinad

Buxari, 943 (Qorxu namazı, 2)

Səhih əl-Buxari — Qorxu namazı kitabı