Qorxu namazı kitabı

Qorxu namazında namaz qılanların bir qismi digəri qismi qoruyur

حَدَّثَنَا حَيْوَةُ بْنُ شُرَيْحٍ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَرْبٍ عَنِ الزُّبَيْدِىِّ عَنِ الزُّهْرِىِّ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ قَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَامَ النَّاسُ مَعَهُ ، فَكَبَّرَ وَكَبَّرُوا مَعَهُ ، وَرَكَعَ وَرَكَعَ نَاسٌ مِنْهُمْ ، ثُمَّ سَجَدَ وَسَجَدُوا مَعَهُ ، ثُمَّ قَامَ لِلثَّانِيَةِ فَقَامَ الَّذِينَ سَجَدُوا وَحَرَسُوا إِخْوَانَهُمْ ، وَأَتَتِ الطَّائِفَةُ الأُخْرَى فَرَكَعُوا وَسَجَدُوا مَعَهُ ، وَالنَّاسُ كُلُّهُمْ فِى صَلاَةٍ ، وَلَكِنْ يَحْرُسُ بَعْضُهُمْ بَعْضًا .

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ ayağa durdu, camaat da onunla birlikdə ayağa durdular. Peyğəmbər ﷺ təkbir etdikdə, camaat da onunla birlikdə təkbir etdilər. Ruku etdikdə, onlar da onunla birlikdə ruku etdilər. Sonra səcdə etdikdə, onlar da onunla birlikdə səcdə etdilər. Sonra ikinci rükətə qalxdı, səcdə vəziyyətində olanlar da qalxdılar və arxaya çəkilib qalan qardaşlarını qorumağa başladılar. Sonra digər dəstə də gəldi və Peyğəmbərlə ﷺ birlikdə rukuya gedib səcdə etdilər. Beləliklə, camaatın hamısı namaz içində idilər, sadəcə bir qismi digər qismini qoruyurdu”.”

İbn Abbas
Səhih

İstinad

Buxari, 944 (Qorxu namazı, 3)

Səhih əl-Buxari — Qorxu namazı kitabı