Qurban bayramında (bayram namazından sonra) yemək
حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ عَنْ أَيُّوبَ عَنْ مُحَمَّدٍ عَنْ أَنَسٍ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « مَنْ ذَبَحَ قَبْلَ الصَّلاَةِ فَلْيُعِدْ » . فَقَامَ رَجُلٌ فَقَالَ هَذَا يَوْمٌ يُشْتَهَى فِيهِ اللَّحْمُ . وَذَكَرَ مِنْ جِيرَانِهِ فَكَأَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَدَّقَهُ ، قَالَ وَعِنْدِى جَذَعَةٌ أَحَبُّ إِلَىَّ مِنْ شَاتَىْ لَحْمٍ ، فَرَخَّصَ لَهُ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَلاَ أَدْرِى أَبَلَغَتِ الرُّخْصَةُ مَنْ سِوَاهُ أَمْ لاَ.
“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Kim kəsəcəyi Qurbanı bayram namazından əvvəl kəsibsə, yenidən kəssin”. Bir kişi ayağa durub: “Bu, ət yemək arzu edilən gündür” dedi və qonşularının ehtiyac sahibi olduqlarını bildirdi. Peyğəmbər ﷺ də onu təsdiq etdi. Kişi dedi: “Mənim iki qoyundan mənə daha xoş olan bir çəpişim də var”. Peyğəmbər ﷺ də ona çəpişi qurban kəsməyə izin verdi. Lakin mən bu rüxsətin ondan başqasına da aid olduğunu bilmirəm”.”
İstinad
Buxari, 954 (Bayramlar, 7)
Səhih əl-Buxari — (Ramazan və Qurban) bayramları kitabı