(Ramazan və Qurban) bayramları kitabı

Qurban bayramında (bayram namazından sonra) yemək

حَدَّثَنَا عُثْمَانُ قَالَ حَدَّثَنَا جَرِيرٌ عَنْ مَنْصُورٍ عَنِ الشَّعْبِىِّ عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ خَطَبَنَا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ الأَضْحَى بَعْدَ الصَّلاَةِ فَقَالَ « مَنْ صَلَّى صَلاَتَنَا وَنَسَكَ نُسُكَنَا فَقَدْ أَصَابَ النُّسُكَ ، وَمَنْ نَسَكَ قَبْلَ الصَّلاَةِ فَإِنَّهُ قَبْلَ الصَّلاَةِ ، وَلاَ نُسُكَ لَهُ » . فَقَالَ أَبُو بُرْدَةَ بْنُ نِيَارٍ خَالُ الْبَرَاءِ يَا رَسُولَ اللَّهِ ، فَإِنِّى نَسَكْتُ شَاتِى قَبْلَ الصَّلاَةِ ، وَعَرَفْتُ أَنَّ الْيَوْمَ يَوْمُ أَكْلٍ وَشُرْبٍ ، وَأَحْبَبْتُ أَنْ تَكُونَ شَاتِى أَوَّلَ مَا يُذْبَحُ فِى بَيْتِى ، فَذَبَحْتُ شَاتِى وَتَغَدَّيْتُ قَبْلَ أَنْ آتِىَ الصَّلاَةَ . قَالَ «شَاتُكَ شَاةُ لَحْمٍ» . قَالَ يَا رَسُولَ اللَّهِ ، فَإِنَّ عِنْدَنَا عَنَاقًا لَنَا جَذَعَةً هِىَ أَحَبُّ إِلَىَّ مِنْ شَاتَيْنِ ، أَفَتَجْزِى عَنِّى قَالَ « نَعَمْ ، وَلَنْ تَجْزِىَ عَنْ أَحَدٍ بَعْدَكَ » .

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Qurban bayramı günü Peyğəmbər ﷺ namazdan sonra bizə xütbə verdi və buyurdu: “Kim bizim kimi namaz qılarsa və bizim kimi qurban kəsərsə, qurbanlıq heyvanını (sünnəyə uyğun) kəsmiş olar. Kim (qurbanlıq heyvanı bayram) namazından əvvəl kəsərsə, namazdan qabaq (özü üçün heyvan kəsmiş) olar və onun qurbanı qəbul olunmaz”. Bu vaxt Bəranın dayısı Əbu Burdə ibn Niyar dedi: “Ey Allahın Elçisi, mən öz qoyunumu namazdan əvvəl kəsdim; mən bilirdim ki, bu gün yemək-içmək günüdür, elə buna görə də istədim ki, mənim qoyunum evimdə kəsilən ilk qurbanlıq olsun. Odur ki, namaza gəlməmişdən əvvəl qoyunumu kəsib bir az ondan yedim”. Peyğəmbər ﷺ buyurdu: “Sənin qoyunun ətlik qoyundur”. Əbu Burdə dedi: “Ey Allahın Elçisi, bizim bir çəpişimiz var ki, o mənim üçün iki qoyundan daha sevimlidir, mən onunla qurbanlığı əvəz edə bilərəmmi?” Peyğəmbər ﷺ buyurdu: “Bəli, ancaq o səndən sonra heç kəsə əvəz sayıla bilməz”.”

əl-Bəra ibn Azib
Səhih

İstinad

Buxari, 955 (Bayramlar, 8)

Səhih əl-Buxari — (Ramazan və Qurban) bayramları kitabı