(Ramazan və Qurban) bayramları kitabı

Bayram namazlarını minbər olmayan namazgahda qılmaq

حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِى مَرْيَمَ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ قَالَ أَخْبَرَنِى زَيْدٌ عَنْ عِيَاضِ بْنِ عَبْدِ اللَّهِ بْنِ أَبِى سَرْحٍ عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْرُجُ يَوْمَ الْفِطْرِ وَالأَضْحَى إِلَى الْمُصَلَّى ، فَأَوَّلُ شَىْءٍ يَبْدَأُ بِهِ الصَّلاَةُ ثُمَّ يَنْصَرِفُ ، فَيَقُومُ مُقَابِلَ النَّاسِ ، وَالنَّاسُ جُلُوسٌ عَلَى صُفُوفِهِمْ ، فَيَعِظُهُمْ وَيُوصِيهِمْ وَيَأْمُرُهُمْ ، فَإِنْ كَانَ يُرِيدُ أَنْ يَقْطَعَ بَعْثًا قَطَعَهُ ، أَوْ يَأْمُرَ بِشَىْءٍ أَمَرَ بِهِ ، ثُمَّ يَنْصَرِفُ . قَالَ أَبُو سَعِيدٍ فَلَمْ يَزَلِ النَّاسُ عَلَى ذَلِكَ حَتَّى خَرَجْتُ مَعَ مَرْوَانَ وَهْوَ أَمِيرُ الْمَدِينَةِ فِى أَضْحًى أَوْ فِطْرٍ ، فَلَمَّا أَتَيْنَا الْمُصَلَّى إِذَا مِنْبَرٌ بَنَاهُ كَثِيرُ بْنُ الصَّلْتِ ، فَإِذَا مَرْوَانُ يُرِيدُ أَنْ يَرْتَقِيَهُ قَبْلَ أَنْ يُصَلِّىَ ، فَجَبَذْتُ بِثَوْبِهِ فَجَبَذَنِى فَارْتَفَعَ ، فَخَطَبَ قَبْلَ الصَّلاَةِ ، فَقُلْتُ لَهُ غَيَّرْتُمْ وَاللَّهِ . فَقَالَ أَبَا سَعِيدٍ ، قَدْ ذَهَبَ مَا تَعْلَمُ . فَقُلْتُ مَا أَعْلَمُ وَاللَّهِ خَيْرٌ مِمَّا لاَ أَعْلَمُ . فَقَالَ إِنَّ النَّاسَ لَمْ يَكُونُوا يَجْلِسُونَ لَنَا بَعْدَ الصَّلاَةِ فَجَعَلْتُهَا قَبْلَ الصَّلاَةِ .

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ Ramazan və Qurban bayramlarında namaz qılınan yerə gəlib əvvəlcə namaz qılar, namazı bitirdikdən sonra ayağa qalxıb cərgələrdə oturmuş insanların qarşısında durar, onlara öyüd-nəsihətlər, tövsiyələr və əmrlər verərdi. Əgər harasa bir qoşun göndərmək istəsəydi, onu göndərər və ya bir şey əmr etmək istəsəydi, onu əmr edər, sonra da çıxıb gedərdi”. Əbu Səid rəvayətinə davam edib deyir: “Mən Mədinənin əmiri Mərvanla birlikdə Ramazan və ya Qurban bayramında namaz qılınan yerə getdiyim günədək camaat bu sünnəyə riayət edirdi. Biz namaz qılınan yerə gəlib çatdıqda mən Kəsir ibn Səltin düzəltdiyi minbəri gördüm. Bir də baxdım ki, Mərvan namazı qılmamış minbərə qalxmaq istəyir. Mən onun ətəyindən dartdım, lakin o, ətəyini dartıb əlimdən aldı və minbərə qalxıb namazdan əvvəl xütbə dedi. Mən ona dedim: “Allaha and olsun, siz Sünnəni dəyişdirdiniz!” O dedi: “Ey Əbu Səid, sənin bildiyin keçmişdə qalmışdır”. Mən dedim: “Allaha and olsun, mənim bildiyim bilmədiyimdən daha xeyirlidir”. O dedi: “Camaat namazdan sonra oturub xütbəni dinləmir deyə, mən onu namazdan əvvəl verdim”.”

Əbu Səid əl-Xudri
Səhih

İstinad

Buxari, 956 (Bayramlar, 9)

Səhih əl-Buxari — (Ramazan və Qurban) bayramları kitabı