Xütbə bayram namazından sonra deyilməlidir
حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ عَدِىِّ بْنِ ثَابِتٍ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِىَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى يَوْمَ الْفِطْرِ رَكْعَتَيْنِ ، لَمْ يُصَلِّ قَبْلَهَا وَلاَ بَعْدَهَا ، ثُمَّ أَتَى النِّسَاءَ وَمَعَهُ بِلاَلٌ ، فَأَمَرَهُنَّ بِالصَّدَقَةِ ، فَجَعَلْنَ يُلْقِينَ ، تُلْقِى الْمَرْأَةُ خُرْصَهَا وَسِخَابَهَا .
“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Ramazan bayramının namazını iki rükət qıldı. Ondan nə qəbaq, nə də sonra namaz qılmadı. Sonra qadınlara tərəf getdi, Bilal da yanında idi. Onlara sədəqə verməyi buyurdu. Qadınlar sırğalarını və üzüklərini çıxarıb (Bilalın ətəyinə) atmağa başladılar”.”
İstinad
Buxari, 964 (Bayramlar, 17)
Səhih əl-Buxari — (Ramazan və Qurban) bayramları kitabı