(Ramazan və Qurban) bayramları kitabı

Xütbə bayram namazından sonra deyilməlidir

حَدَّثَنَا آدَمُ قَالَ حَدَّثَنَا شُعْبَةُ قَالَ حَدَّثَنَا زُبَيْدٌ قَالَ سَمِعْتُ الشَّعْبِىَّ عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ قَالَ قَالَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ « إِنَّ أَوَّلَ مَا نَبْدَأُ فِى يَوْمِنَا هَذَا أَنْ نُصَلِّىَ ، ثُمَّ نَرْجِعَ فَنَنْحَرَ ، فَمَنْ فَعَلَ ذَلِكَ فَقَدْ أَصَابَ سُنَّتَنَا ، وَمَنْ نَحَرَ قَبْلَ الصَّلاَةِ فَإِنَّمَا هُوَ لَحْمٌ قَدَّمَهُ لأَهْلِهِ ، لَيْسَ مِنَ النُّسْكِ فِى شَىْءٍ » . فَقَالَ رَجُلٌ مِنَ الأَنْصَارِ يُقَالُ لَهُ أَبُو بُرْدَةَ بْنُ نِيَارٍ يَا رَسُولَ اللَّهِ ، ذَبَحْتُ وَعِنْدِى جَذَعَةٌ خَيْرٌ مِنْ مُسِنَّةٍ . فَقَالَ « اجْعَلْهُ مَكَانَهُ ، وَلَنْ تُوفِىَ أَوْ تَجْزِىَ عَنْ أَحَدٍ بَعْدَكَ » .

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Bu günümüzdə edəcəyimiz ilk şey namaz qılmağımızdır. Bundan sonra isə evlərimizə qayıdıb qurban kəsməyimizdir. Kim belə edərsə, bizim sünnəmizə uyğun etmişdir. Kim namazdan qabaq qurban kəsərsə, ailəsi üçün kəsdiyi ətdir və bayram qurbanına aid deyil”. Bu vaxt ənsardan olan Əbu Burdə ibn Niyar dedi: “Ey Allahın Elçisi, mən öz qoyunumu namazdan əvvəl kəsdim. Mənim bir yaşı tamam olmuş daha yaxşı çəpişim var”. Allah Elçisi ﷺ buyurdu: “Onu kəsə bilərsən, lakin belə etmək səndən sonra heç kəsə əvəz sayıla bilməz”.”

əl-Bəra ibn Azib
Səhih

İstinad

Buxari, 965 (Bayramlar, 18)

Səhih əl-Buxari — (Ramazan və Qurban) bayramları kitabı