Bayram vaxtı və Haram ərazisində silahla gəzməyin bəyənilməməsi
حَدَّثَنَا زَكَرِيَّاءُ بْنُ يَحْيَى أَبُو السُّكَيْنِ قَالَ حَدَّثَنَا الْمُحَارِبِىُّ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ سُوقَةَ عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ قَالَ كُنْتُ مَعَ ابْنِ عُمَرَ حِينَ أَصَابَهُ سِنَانُ الرُّمْحِ فِى أَخْمَصِ قَدَمِهِ ، فَلَزِقَتْ قَدَمُهُ بِالرِّكَابِ ، فَنَزَلْتُ فَنَزَعْتُهَا وَذَلِكَ بِمِنًى ، فَبَلَغَ الْحَجَّاجَ فَجَعَلَ يَعُودُهُ فَقَالَ الْحَجَّاجُ لَوْ نَعْلَمُ مَنْ أَصَابَكَ . فَقَالَ ابْنُ عُمَرَ أَنْتَ أَصَبْتَنِى . قَالَ وَكَيْفَ قَالَ حَمَلْتَ السِّلاَحَ فِى يَوْمٍ لَمْ يَكُنْ يُحْمَلُ فِيهِ ، وَأَدْخَلْتَ السِّلاَحَ الْحَرَمَ وَلَمْ يَكُنِ السِّلاَحُ يُدْخَلُ الْحَرَمَ .
“Rəvayət edilir ki, Səid ibn Cubeyr ﵀ demişdir: “Dəvənin üzəngisinə nizəni dirəyəndə İbn Ömərin dabanına nizənin batdığı vaxt onun yanında idim. Dəvədən düşdüm və nizəni ayağından çıxartdım. Bu hadisə Minada oldu. Xəbər Həccaca çatdıqda İbn Öməri ziyarət etməyə gəldi. Həccac dedi: “Bircə səni yaralayanın kim olduğunu bilsəydik!” İbn Ömər dedi: “Məni sən yaraladın”. Həccac dedi: “O necə olur?” İbn Ömər dedi: “Silah gəzdirilməyən bir gündə silah gəzdirdi, Haramda silahla girmək qadağan olduğu halda ora silahla girdin”.”
İstinad
Buxari, 966 (Bayramlar, 19)
Səhih əl-Buxari — (Ramazan və Qurban) bayramları kitabı