(Ramazan və Qurban) bayramları kitabı

Bayram vaxtı və Haram ərazisində silahla gəzməyin bəyənilməməsi

حَدَّثَنَا أَحْمَدُ بْنُ يَعْقُوبَ قَالَ حَدَّثَنِى إِسْحَاقُ بْنُ سَعِيدِ بْنِ عَمْرِو بْنِ سَعِيدِ بْنِ الْعَاصِ عَنْ أَبِيهِ قَالَ دَخَلَ الْحَجَّاجُ عَلَى ابْنِ عُمَرَ وَأَنَا عِنْدَهُ فَقَالَ كَيْفَ هُوَ فَقَالَ صَالِحٌ . فَقَالَ مَنْ أَصَابَكَ قَالَ أَصَابَنِى مَنْ أَمَرَ بِحَمْلِ السِّلاَحِ فِى يَوْمٍ لاَ يَحِلُّ فِيهِ حَمْلُهُ ، يَعْنِى الْحَجَّاجَ .

“Rəvayət edilir ki, Səid ibn Amr ibn Səid ibn əl-As ﵀ demişdir: “Həccac İbn Ömərin yanına gələndə orda idim. Həccac dedi: “Onun halı necədir?” İbn Ömər: “Yaxşıdır” dedi. Həccac dedi: “Səni kim yaralayıb?” İbn Ömər dedi: “Məni silah gəzdirməyin halal olmadığı gün silah gəzdirməyi əmr edən yaraladı”. İbn Ömər bu sözü ilə Həccacı qəsd edirdi”.”

Səid ibn Amr ibn Səid ibn əl-As
Səhih

İstinad

Buxari, 967 (Bayramlar, 20)

Səhih əl-Buxari — (Ramazan və Qurban) bayramları kitabı