(Ramazan və Qurban) bayramları kitabı

Bayram namazına tez gəlmək

حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ قَالَ حَدَّثَنَا شُعْبَةُ عَنْ زُبَيْدٍ عَنِ الشَّعْبِىِّ عَنِ الْبَرَاءِ قَالَ خَطَبَنَا النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ النَّحْرِ قَالَ « إِنَّ أَوَّلَ مَا نَبْدَأُ بِهِ فِى يَوْمِنَا هَذَا أَنْ نُصَلِّىَ ثُمَّ نَرْجِعَ فَنَنْحَرَ ، فَمَنْ فَعَلَ ذَلِكَ فَقَدْ أَصَابَ سُنَّتَنَا ، وَمَنْ ذَبَحَ قَبْلَ أَنْ يُصَلِّىَ فَإِنَّمَا هُوَ لَحْمٌ عَجَّلَهُ لأَهْلِهِ ، لَيْسَ مِنَ النُّسُكِ فِى شَىْءٍ » . فَقَامَ خَالِى أَبُو بُرْدَةَ بْنُ نِيَارٍ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، أَنَا ذَبَحْتُ قَبْلَ أَنْ أُصَلِّىَ وَعِنْدِى جَذَعَةٌ خَيْرٌ مِنْ مُسِنَّةٍ . قَالَ « اجْعَلْهَا مَكَانَهَا - أَوْ قَالَ اذْبَحْهَا - وَلَنْ تَجْزِىَ جَذَعَةٌ عَنْ أَحَدٍ بَعْدَكَ » .

“Rəvayət edilir ki, əl-Bəra ﵁ demişdir: “Peyğəmbər ﷺ Qurban bayramı günü xütbə verərək belə buyurdu: Bu günümüzdə edəcəyimiz ilk şey namaz qılmağımızdır. Bundan sonra isə evlərimizə qayıdıb qurban kəsməyimizdir. Kim belə edərsə, bizim sünnəmizə uyğun etmişdir. Kim namazdan qabaq qurban kəsərsə, bu, ailəsi üçün kəsdiyi ətdir və bayram qurbanına aid deyil”. Bu vaxt dayım Əbu Burdə ibn Niyar dedi: “Ey Allahın Elçisi, mən öz qoyunumu namazdan əvvəl kəsdim. Mənim bir yaşı tamam olmuş daha yaxşı çəpişim var”. Allah Elçisi ﷺ buyurdu: “Dediyin çəpişi onun yerinə kəs, lakin belə etmək səndən sonra heç kəsə əvəz sayıla bilməz”.”

əl-Bəra
Səhih

İstinad

Buxari, 968 (Bayramlar, 21)

Səhih əl-Buxari — (Ramazan və Qurban) bayramları kitabı