Bayram xütbəsində imamın camaata doğru yönəlməsi
حَدَّثَنَا أَبُو نُعَيْمٍ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ طَلْحَةَ عَنْ زُبَيْدٍ عَنِ الشَّعْبِىِّ عَنِ الْبَرَاءِ قَالَ خَرَجَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ أَضْحًى إِلَى الْبَقِيعِ فَصَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ أَقْبَلَ عَلَيْنَا بِوَجْهِهِ وَقَالَ « إِنَّ أَوَّلَ نُسُكِنَا فِى يَوْمِنَا هَذَا أَنْ نَبْدَأَ بِالصَّلاَةِ ، ثُمَّ نَرْجِعَ فَنَنْحَرَ ، فَمَنْ فَعَلَ ذَلِكَ فَقَدْ وَافَقَ سُنَّتَنَا ، وَمَنْ ذَبَحَ قَبْلَ ذَلِكَ فَإِنَّمَا هُوَ شَىْءٌ عَجَّلَهُ لأَهْلِهِ ، لَيْسَ مِنَ النُّسُكِ فِى شَىْءٍ » . فَقَامَ رَجُلٌ فَقَالَ يَا رَسُولَ اللَّهِ ، إِنِّى ذَبَحْتُ وَعِنْدِى جَذَعَةٌ خَيْرٌ مِنْ مُسِنَّةٍ . قَالَ « اذْبَحْهَا ، وَلاَ تَفِى عَنْ أَحَدٍ بَعْدَكَ » .
“Rəvayət edilir ki, əl-Bəra ﵁ demişdir: “Peyğəmbər ﷺ Qurban bayramı günü əl-Bəqiyə gəldi və iki rükət namaz qıldırdı, sonra üzünü bizə tərəf döndərdi və buyurdu: “Bu günümüzdə edəcəyimiz ilk şey namaz qılmağımızdır. Bundan sonra isə evlərimizə qayıdıb qurban kəsməyimizdir. Kim belə edərsə, bizim sünnəmizə uyğun etmişdir. Kim namazdan qabaq qurban kəsərsə, ailəsi üçün kəsdiyi şeydir və bayram qurbanına aid deyil”. Bu vaxt ənsardan olan Əbu Burdə ibn Niyar dedi: “Ey Allahın Elçisi, mən öz qoyunumu namazdan əvvəl kəsdim. Mənim bir yaşı tamam olmuş daha yaxşı çəpişim var”. Peyğəmbər ﷺ buyurdu: “Onu kəsə bilərsən, lakin belə etmək səndən sonra heç kəsə əvəz sayıla bilməz”.”
İstinad
Buxari, 976 (Bayramlar, 29)
Səhih əl-Buxari — (Ramazan və Qurban) bayramları kitabı