Bayram namazının qılınacağı yerin əlaməti
حَدَّثَنَا مُسَدَّدٌ قَالَ حَدَّثَنَا يَحْيَى عَنْ سُفْيَانَ قَالَ حَدَّثَنِى عَبْدُ الرَّحْمَنِ بْنُ عَابِسٍ قَالَ سَمِعْتُ ابْنَ عَبَّاسٍ قِيلَ لَهُ أَشَهِدْتَ الْعِيدَ مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ نَعَمْ ، وَلَوْلاَ مَكَانِى مِنَ الصِّغَرِ مَا شَهِدْتُهُ ، حَتَّى أَتَى الْعَلَمَ الَّذِى عِنْدَ دَارِ كَثِيرِ بْنِ الصَّلْتِ فَصَلَّى ثُمَّ خَطَبَ ثُمَّ أَتَى النِّسَاءَ ، وَمَعَهُ بِلاَلٌ ، فَوَعَظَهُنَّ وَذَكَّرَهُنَّ ، وَأَمَرَهُنَّ بِالصَّدَقَةِ ، فَرَأَيْتُهُنَّ يُهْوِينَ بِأَيْدِيهِنَّ يَقْذِفْنَهُ فِى ثَوْبِ بِلاَلٍ ، ثُمَّ انْطَلَقَ هُوَ وَبِلاَلٌ إِلَى بَيْتِهِ .
“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Abis ﵀ demişdir: “Mən İbn Abbasdan eşitdim ki, ona deyildi: “Sən Peyğəmbərlə ﷺ birlikdə bayram namazında iştirak etmisənmi?” İbn Abbas dedi: “Bəli, ona olan yaxınlığım olmasaydı, yaşımın kiçikliyinə görə orada olmayacaqdım. Peyğəmbər ﷺ namaza çıxdı, nəhayət Kəsir ibn Saltın evinin bərabərində olan əlamətin (sütunun) yanına gəldi və bayram namazını qıldırdı. Sonra orda xütbə dedi. Daha sonra qadınlara tərəf getdi, Bilal da yanında idi. Onlara moizə və öyüd-nəsihət verdi. Onlara sədəqə verməyi buyurdu. Mən qadınların əllərində olanları Bilalın ətəyinə atırdıqlarını gördüm. Sonra Peyğəmbər ﷺ Bilal ilə birlikdə öz evinə getdi”.”
İstinad
Buxari, 977 (Bayramlar, 30)
Səhih əl-Buxari — (Ramazan və Qurban) bayramları kitabı