(Ramazan və Qurban) bayramları kitabı

Bayram günü imamın qadınlara moizə deməsi

حَدَّثَنِى إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ بْنِ نَصْرٍ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ حَدَّثَنَا ابْنُ جُرَيْجٍ قَالَ أَخْبَرَنِى عَطَاءٌ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ قَالَ سَمِعْتُهُ يَقُولُ قَامَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ الْفِطْرِ ، فَصَلَّى فَبَدَأَ بِالصَّلاَةِ ثُمَّ خَطَبَ ، فَلَمَّا فَرَغَ نَزَلَ فَأَتَى النِّسَاءَ ، فَذَكَّرَهُنَّ وَهْوَ يَتَوَكَّأُ عَلَى يَدِ بِلاَلٍ وَبِلاَلٌ بَاسِطٌ ثَوْبَهُ ، يُلْقِى فِيهِ النِّسَاءُ الصَّدَقَةَ . قُلْتُ لِعَطَاءٍ زَكَاةَ يَوْمِ الْفِطْرِ قَالَ لاَ وَلَكِنْ صَدَقَةً يَتَصَدَّقْنَ حِينَئِذٍ ، تُلْقِى فَتَخَهَا وَيُلْقِينَ . قُلْتُ أَتُرَى حَقًّا عَلَى الإِمَامِ ذَلِكَ وَيُذَكِّرُهُنَّ قَالَ إِنَّهُ لَحَقٌّ عَلَيْهِمْ ، وَمَا لَهُمْ لاَ يَفْعَلُونَهُ

“Əta ﵀ rəvayət edir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Peyğəmbər ﷺ ayağa duraraq namaza başladı, namazdan sonra camaata xütbə verdi. Xütbəni bitirdikdə olduğu hündür yerdən aşağı düşdü və qadınların yanına gəldi. O, Bilalın əlindən tutaraq qadınlara xitab etdi. Bilal da paltarının bir hissəsini torba kimi etmişdi, qadınlar isə paltarın torba kimi edilmiş hissəsinə sədəqə atırdılar”. Ravi İbn Cureyc deyir: “Mən Əta ibn Əbu Rabaha dedim: “Bu, Orucluq bayramının zəkatı idi?” Əta dedi: “Xeyr, sadəcə o vaxt verdikləri sədəqə idi. Hər qadın gümüş qolbağlarını sədəqə verirdi”. Mən dedim: “Sən imamın xütbə verdikdən sonra qadınlar tərəfə gedib onlara nəsihət etməsinə imamın üzərinə düşən bir haqq görürsən?” Əta dedi: “Bu onların haqqıdır. Bunu etməməklə onların nə qazandığını bilmirəm”.”

Əta
Səhih

İstinad

Buxari, 978 (Bayramlar, 31)

Səhih əl-Buxari — (Ramazan və Qurban) bayramları kitabı