Bayram günü imamın qadınlara moizə deməsi
قَالَ ابْنُ جُرَيْجٍ وَأَخْبَرَنِى الْحَسَنُ بْنُ مُسْلِمٍ عَنْ طَاوُسٍ عَنِ ابْنِ عَبَّاسٍ رَضِىَ اللهُ عَنْهُمَا قَالَ شَهِدْتُ الْفِطْرَ مَعَ النَّبِىِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبِى بَكْرٍ وَعُمَرَ وَعُثْمَانَ - رضى الله عنهم - يُصَلُّونَهَا قَبْلَ الْخُطْبَةِ ، ثُمَّ يُخْطَبُ بَعْدُ ، خَرَجَ النَّبِىُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَأَنِّى أَنْظُرُ إِلَيْهِ حِينَ يُجْلِسُ بِيَدِهِ ، ثُمَّ أَقْبَلَ يَشُقُّهُمْ حَتَّى جَاءَ النِّسَاءَ مَعَهُ بِلاَلٌ فَقَالَ { يَا أَيُّهَا النَّبِىُّ إِذَا جَاءَكَ الْمُؤْمِنَاتُ يُبَايِعْنَكَ } الآيَةَ ثُمَّ قَالَ حِينَ فَرَغَ مِنْهَا « آنْتُنَّ عَلَى ذَلِكَ » . قَالَتِ امْرَأَةٌ وَاحِدَةٌ مِنْهُنَّ لَمْ يُجِبْهُ غَيْرُهَا نَعَمْ . لاَ يَدْرِى حَسَنٌ مَنْ هِىَ . قَالَ « فَتَصَدَّقْنَ » فَبَسَطَ بِلاَلٌ ثَوْبَهُ ثُمَّ قَالَ هَلُمَّ لَكُنَّ فِدَاءٌ أَبِى وَأُمِّى ، فَيُلْقِينَ الْفَتَخَ وَالْخَوَاتِيمَ فِى ثَوْبِ بِلاَلٍ . قَالَ عَبْدُ الرَّزَّاقِ الْفَتَخُ الْخَوَاتِيمُ الْعِظَامُ كَانَتْ فِى الْجَاهِلِيَّةِ .
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Peyğəmbərlə ﷺ, (ondan sonra) Əbu Bəkrlə, (ondan sonra) Ömərlə və (ondan sonra da) Osmanla ﵃ birlikdə Orucluq bayramında iştirak etdim. Onlar namazı xütbədən qabaq qılar, sonra da xütbə verərdilər. Peyğəmbərin ﷺ xütbədən sonra olduğu yerdən çıxıb əli ilə camaatın oturması üçün işarə etməsi hələ də gözümün önündədir. Sonra kişilərin cərgələrini yararaq qadınların cərgələrinə qədər gəldi. Bilal da onun yanında idi. Peyğəmbər ﷺ bu ayəni oxudu: “Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir” (əl-Mumtəhənə, 12). Ayəni bitirdikdən sonra buyurdu: “Siz bunun üzərində (sabitsinizmi)?” Onlardan bir qadın dedi: “Bəli!” Amma ondan başqa cavab verən olmadı”. Ravi Həsən o qadının kim olduğunu bilmir. İbn Abbas davam edərək deyir: “Peyğəmbər ﷺ buyurdu: “Onda sədəqə verin!” Bilal paltarını yaydı, sonra da dedi: “Gəlin, atam-anam sizə fəda olsun!” Qadınlar da bilərziklərini və üzüklərini Bilalın paltarının içinə atmağa başladılar”. Ravi Abdur-Razzəq deyir: “Bilərziklər cahiliyyə dövründə olan böyük bilərziklər idi”.”
İstinad
Buxari, 979 (Bayramlar, 32)
Səhih əl-Buxari — (Ramazan və Qurban) bayramları kitabı